Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şirinquş
Şirinquş ya da Nabat, çöp üstündə yerləşən şüşə sorma konfet növüdür. Xoruz (rus. Петушок) – Rusiya İmperiyası, və SSRİ-də tanınmış nabat növüdür, adətən xoruz şəklində karameldən (qaynamış şəkərdən) qayrılır, lakin daha sonra ulduz, balıq və başqa formaları da populyar oldu. Lolipop (ing. Lollipop) – adətən yumru şəkildə olan nabat İngiltərədə icad olunmuşdur və 1920-ci illərdə ticari məqsədlər ilə sənayeləşdirilmişdir. Manpası (rus. Монпансье, fr. Montpensier) – bu rəngarəng konfetlər başqa konfetlərdən seçilmək üçün hersoginya Anne Marie Louise d’Orléans-ın şərəfinə bu cür adlandırıldı. Azərbaycanda bir zamanlar bütün Manpasıya oxşar konfetləri də bu cür adlandırırdılar, lakin bu konfetlərin satışdan çıxdıqdan sonra bu söz unuduldu. Başqa dillərdə Pastil adı ilə tanınır.
Şirindil Alışanlı
Alışanov Şirindil Həsən oğlu (28 oktyabr 1952, Əhmədli, Laçın rayonu – 14 mart 2024) — Azərbaycan filoloqu, filologiya elmlər doktoru, AMEA Nizami adına Ədəbiyyat İnstitutunda "XX əsr Ədəbiyyatı" şöbəsinin müdiri, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü. Şirindil Alışanov 1952-ci il oktyabrın 28-də Laçın rayonunun Əhmədli kəndində anadan olmuşdur. , . Bakının 19 və 111 nömrəli məktəblərində orta təhsil almışdır. 1970–1975-ci illərdə Bakı Dövlət Universitetinin filologiya fakültəsində təhsilini davam etdirmiş, ədəbi tənqid üzrə ixtisas kursunu bitirmişdir. 1976–1987-ci illərdə AMEA Ədəbiyyat İnstitutunda elmi işçi, İnstitutun elmi katibi, bölmə müdiri vəzifələrində çalışmışdır. 1977–1980-ci illər SSRİ Elmlər Akademiyası Maksim Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsində çalışmış, məşhur estetik Yuri Borevin rəhbərliyi ilə romantizm probleminə həsr olunmuş namizədlik dissertasiyası yazmış və 1981-ci ildə müdafiə etmişdir. 2024-cü ilin 14 mart tarixində vəfat edib. 1976-cı ildən ədəbi-tənqidi məqalələri ilə mətbuatda çıxış edir. "Ədəbi proses" silsilə məcmuələrinin əsas müəlliflərindən biridir.
Şirindil Alışanov

Şirinsu
Şirinsu (Lənkəran) — Azərbaycanın Lənkəran rayonunun inzibati ərazi vahidində qəsəbə. Şirinsu (İran) — İranın Həmədan ostanının şəhərlərindəndir.
Şirinsulu ekosistemlər
Şirinsulu ekosistemlər- şirin sular kontinentin səthində çay, göl və bataqlıqlar əmələ gətirir. İnsan öz ehtiyacı üçün süni göllər və su anbarı yaradır. Deməli, şirin sular axar və nisbi hərəkətsiz (durğun) vəziyyətdə ola bilər. Şirinsulu ekosistemlər bütün ekosistemlərin olduqca kiçik hissəsini təşkil edərək aşağıdakı xüsusiyyətlərinə görə insanlar üçün daim böyük əhəmiyyət kəsb edir: Şirin sular praktiki olaraq məişət və sənaye ehtiyaclarını ödəmək üçün yeganə mənbə sayılır; Şirinsulu ekosistemlər tullantıları yenidən işləmək üçün ən əlverişli və ucuz sistem sayılır; Suyun nadir termodinamik xassəyə malik olaraq mühitin temperatur tərəddüdünü azaltmağa imkan verir. Qeyd edildiyi kimi su mühitinin limitləşdirici faktorları, temperatur, şəffaflıq, axın, duzluluq və b. hesab olunur. Suda yaşayan heyvanların əksəriyyəti stenoterm sayılır, ona görə də mühitin az da olsa, istilik çirklənməsi onlar üçün təhlükəlidir. Su hövzələrində suyun şəffaflıq dərəcəsi həyat üçün çox vacib sayılır, bu günəş işığının daxil olaraq fotosintez prosesinin mümkün olduğu dərinlik zonası ilə ölçülür. Şəffaflıq dərəcəsi müxtəlif olub çox bulanlıq su hövzələrində bir neçə santimetr dərinlikdən, şəffaf dağ göllərində 30–40 metrə çata bilər. Lotik ekosistemlərdə axım da mühüm limitləşdirici faktor olub orqanizmlərin yayılmasına, qaz və duzların miqdarına təsir göstərir.
Mustafa Sarıgül
Mustafa Sarıgül (15 noyabr 1956, İliç, Ərzincan ili) - Türkiyə biznesmeni və siyasətçisi, İstanbul şəhər Şişli bölgəsinin bələdiyyə başqanı (1999-cu ildən). 15 noyabr 1956-cı ildə doğulub. Atası Haqqı Sarıgül, anası Ayşə Sarıgüldür. Erzincandan İstanbula köçmüşlər. Güngören kənd ibtidai məktəbində təhsilə başlamış, İstanbula köçdükdən sonra Liseyi Zincirlikuyu İsov Yapı litseyində oxumuş, Məslək litseyini bitirmişdir. Mərmərə Universitetinin pedaqoji fakültəsini bitirmişdir. İlk həyat yoldaşı 1980-ci ildə öldürülən millət vəkili Abdurrahman Köksaloğlunun yeganə qızı idi. Bu evlilikten Abdurrahman Emir adında bir oğlu vardır. Yoldaşı 1985-ci ildə vəfat etdikdən sonra 8 il sonra 1993-cü ildə Aylin Kotil ilə evləndi. Evləndiklərində Sarıgül 36, Kotil isə 22 yaşında idi.
Şirinsu (Lənkəran)
Şirinsu — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində qəsəbə. Yaşayış məntəqəsindəki su içməyə daha yararlı (şirin) olduğu üçün bu adı almışdır. Ətraf yerlər dəniz səviyyəsindən aşağıda yerləşdiyindən oradakı quyu suyu, əsasən şor dadlı olur.
Şirinsu (İran)
Şirinsu — İranın Həmədan ostanının Kəbudər Ahəng şəhristanının Şirinsu bəxşində yerləşən şəhər və bu bəxşin inzibati mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,280 nəfər və 507 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Amerikan şirinsu tısbağaları
Amerikan şirinsu tısbağaları (lat. Emydidae) — Tısbağalara aid fəsilə. Onlar kiçik və orta ölçülərə malik olurlar. Bir sıra növlərinin başları rəngərang olur dəriləri isə hamardır. Fəsiləyə aid növlər geniş arealda yayılmışdır. Onlara Şimali Amerika, Cənubi Amerika, Avropa və Asiya ərazilərində rast gəlinir. Bu fəsiləyə daxil olan növlər əsasən lal axan su tutarlarında yaşayırlar. Bir sıra heyvan və bitki növləri növləri ilə qidalanırlar. Bir çox növlər isə sırf bitkilərlə qidalanır.
Asiya şirinsu tısbağaları
Asiya şirinsu tısbağaları (lat. Geoemydidae) — gizliboyun tısbağalar yarımdəstəsinə aid heyvan fəsiləsi.
Avstraliya şirinsu timsahı
Avstraliya şirinsu timsahı (lat. Crocodylus johnstoni) — əsl timsahlar sinfinin dümayəndəsi. Avstraliyanın şimalında şirin suda yaşayır. Əvvəlcə kəşf edənin soyadının yazılmasında bir səhv olduğu üçün Crocodylus johnsoni, yəni Conson timsahı adını alır (Robert Arthur Johnstone, 1843–1905). Səhv bir müddət sonra düzəldilsə də, ədəbiyyatda hər iki ada rast gəlinir. == Görünüşü == Bu nisbətən kiçik bir timsah növüdür. Erkəklər çox nadir hallarda 2,5–3 m-dən çox böyüyürlər. Bu ölçüyə çatmaq üçün canlıya 25–30 il lazımdır. Dişilər ümumiyyətlə 2,1 m-dən çox deyil. Arqayl gölü və Nitmilek Milli Parkı kimi ərazilərdə əvvəllər 4 metrə qədər olan fərdlərə rast gəlinmişdir.