Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şirniyyat
Şirniyyat — şirnidən hazırlanan hər növ dadlı, şirin şeylər, qənnadı məmulatları.
Bamiyə (şirniyyat)
Tulumba və ya bamiyə (fars. باميه‎) — Azərbaycan mətbəxinə, həmçinin Türkiyədə və Balkan ölkələrində aid şirniyyat növüdür. == Lazım olan məmulatlar == Əla növ buğda unu — 527q, şəkər tozu — 235q, yumurta — 1 əd., bitki yağı — 120q, çay sodası — 0,5q, duz — 5q. == Hazırlanma qaydası == Una çay sodası və qanar su əlavə edib dəşlənmiş xəmir yoğrulur və soyuduqdan sonra ona yumurta qatılır. Xəmir ətçəkən maşında keçirilir. Lakin ətçəkən maşina bıçaq yerinə 0,15 mm qalındılığında və ortasında 0,15 mm diametr ölçüdə xırda dişləri olan metal lövhəcik qoyulur. Ətçəkən maşından çıxan burma xəmir 7–8 sm uzunluqda bərabər hissələrə bölünür. Bamiyə bitki yağı frityurunda qızardılır, şəkər şərbətində hopturulur və quruduqdan sonra üstünə şəkər kirşanı səpilir.
Kala (şirniyyat)
Kala — Asan və tez hazırlanan vaflili şirniyyat. == Tərkibi == Yumurta - 4 ədəd, şəkər tozu - 200q, ərinmiş kərə yağı - 50q, un - nə qədər apararsa, 1 qabartma tozu, 1 vanil == Hazırlanma qaydası == Kala hazırlamaq üçün yumurta və şəkər tozu birlikdə çalınır, üzərinə ərinmiş kərə yağı əlavə olunub köpüklənənə qədər çalınır. Sonradan həlməşik (orta qatiliqda olan kütlə) şəklə düşənə qədər çalınır, üzərinə qabardıcı toz və vanil əlavə edilir. Alınmış kütlə vafli üçün nəzərdə tutulmuş xüsusi aparat vasitəsilə bişirilir və istənilən şəklə (boru, buket və s.) salınır.
Talkan (şirniyyat)
Talkan (başq. талҡан; bur. талхан; qaz. талқан; qırğ. талкан; rus. толокно) — qovrulmuş arpa və ya buğda unundan hazırlanmış sərt lapa.Talkan altay, noqay, başqırd, buryat, qazax, qırğız, monqol, tatar, tıva, özbək, çuvaş və xakas mətbəxlərində geniş yayılmışdır. Lakin talkan daha çox başqırdların ənənəvi mətbəxinin nümunəsi sayılır. Başqırdlar onu əsasən kumusdan hazırlayırlar. Ümumiyyətlə talkan qida növü kimi daha çox şimal və soyuq iqlim şəraitində yaşayan xalqların qıda rasionunda üstünlük təşkil edən xörək növüdür. Bunun da əsas səbəbi onun yüksək kaloriyə malik olmasındadır.
Şirniyyat müharibəsi
Şirniyyat müharibəsi (isp. Guerra de los pasteles; fr. Guerre des Pâtisseries) - tarix ədəbiyyatlarında Fransanın Meksikaya ilk müdaxiləsi kimi də qeyd olunan 1838-ci ilin 27 noyabr tarixindən 1839-cu ilin 9 mart tarixinə qədər Fransa və Meksika arasında baş vermiş müharibə. Şirniyyat müharibəsi 1838-ci ilin noyabr ayında Meksikaya məxsus dəniz limanlarının Fransa donanması tərəfindən mühasirəyə alınması və San Xuan de Ulua qalasının zəbt edilməsi ilə başlamışdır. Böyük Britaniyanın tərəflər arasında apardığı danışıqlar nəticəsində 1839-cu ilin mart ayında sülh razılığı əldə olundu. == Arxa plan == Birinci Meksika Respublikasının ilk illərində ölkə daxilindəki xaos güclənməkdə idi. Qarışıqlıqlardan əziyyət çəkənlər daha çox varlı mülk və torpaq sahibləri olmuşdur. Belə ki, onlara məxsus mülklərin yağmalanması ölkə boyu geniş fürsət almışdı. Məhkəmə və idarəetmə sistemi tam formalaşmadığından vətəndaşlar onlara dəyən zərərlə bağlı müraciət edəcək orqan tapa bilmirdilər. Dəymiş zərərin ödənilməsi ilə bağlı mexanizmin olmaması nəticəsində, əhalinin hökumətə qarşı olan etirazı genişlənməyə və zamanla bütün ölkəni əhatə etməyə başlamışdı.
Banan şirniyyatı
== Ərzaqlar == Xəmir üçün 200 qram kərə yağı və ya marqarin 200 qram xama 0,5 ç. q. çay sodası 1 ç.q. sirkə 2,5 stəkan əla sort unİçlik uçun: 200 qram kəsmik 100 qram yağ 1 stəkan şəkər tozu 1 stəkan əla sort un Vanil == Hazırlanma qaydası == Əvvəl yağ yumşaldılır və unla ovulur. Xamanın üzərinə sirkə, çay sodası əlavə edib yaxşıca qarışdırın. Sonra yağlı una xamanı qatıb xəmir yoğurun. Xəmirdən 30-32 dənə kiçik kündə hazırlayın. İçlik hazırlamaq üçün kəsmiyin üzərinə şəkər əlavə edib, yaxşıca qarışdırın. Sonra yağ əlavə edib, mikserlə çalın və üzərinə un qatıb yumşaq xəmir alınana qədər qarışdırın. Kündələri banan formasında yayın, üzərinə uzunsov formada iç qoyub, qıraqlarını qatlayıb, səliqəli bükün.
Makaron şirniyyatı
Makaron (fr. macaron, /makaʁɔ̃/) —Yumurtanın ağından, şəkər tozundan, ovulmuş badamlardan hazırlanmış Fransız şirniyyatıdır. == Hazırlanması == Adətən peçenye formasında olub, ikisinin arasına krem və ya cem qoyulur. İtalyanca makaron "dağıtmaq, parçalamaq" mənasındadır. Onun əsas inqrediyenti badam ovuntusudur. Hazır şirniyyatlar yumşaq olub, üzəri hamar olur, ağızda əriyir, müxtəlif dadda olurlar. == Tarixi == Makaronun resepti üzərində daima münaqişələr mövcuddur. Belə ki, elə düşünürlər ki, makaron məhz İtaliyanın Venesiya bölgəsində yaradılıb. Bəzi fərziyyələrdə isə 791-ci ildə Fransanın Kormeri bölgəsində meydana gəlmişdir. Bəzi rəvayətlərə görə şirnini Fransaya İtaliyalı aşbazlar tərəfindən Yekatirina Mediçinin II Henrix ilə nikahından sonra gətirilmişdir.1830-cu ildə makaronları likör ilə təqdim edirdilər.
Profitrol şirniyyatı
Profitrol (fr. profiterole, profit) — Bişmə xəmirdən hazırlanmış Fransız şirniyyatıdır. Ölçüsü azı 4 sm olur. İçərisinə müxtəlif içliklər qoyulur. Bəzən şirin bəzən də şirin olmayan içliklərdən hazırlanır. Məs, bişmiş krem, salat, göbələk, ət və s. == Yaranması == Fransız dilindən tərcümədə mənası xırda pul mükafatı kimi başa düşülür.Sonradan bu ad altında xırda dadlı şirniyyatlar başa düşülürdü. == Təqdim olunması == Şirin profitrollları ayrıca desert kimi təqdim etmək olar. Bəzən südlü supun da yanında ətli və göbələkli profitrolları təqdim etmək mümkündür. Ən çox profitrollu bulyon ən məşhurudur.
Trayfl şirniyyatı
Trayfl- İngilis mətbəxinin yeməyi.Biskvit xəmirdən hazırlanmış bişmə kremlə hazırlanmış desertdir. == Haqqında == Çox vaxt spirtlə bəzən isə meyvə soku, jele və ya qaymaqla isladılır. Sadalananları trayfla qat qat çəkirlər. == Tarixi == Trayflın ilk resepti 1596-cı ilə aiddir. Belə ki, qatı krem, şəkər tozu, imbir və çəhrayı sudan ibarətdir. Resept 60 il sonra açıqlandı ki, bu zaman ona yumurta əlavə edildi. Spirtin xəmirə əlavə edilməsi də bu zaman məlum oldu. 1747-ci ildə isə trayfla jelenin də əlavə edilməsi məlum oldu. İngilislərə görə trayfl Şotlandiyada və ABŞ da geniş yayılıb.Həmçinin reseptin bir neçə fərqlilikləri də mövcuddur.
Həsən Pirniya
Həsən Pirniya (fars. حسن پیرنیا‎ , D.1872 – Ö.08/11/1935) – İranın baş naziri, Müşirüddövlə, tarixçi, siyasətçi. == Həyatı == Həsən Pirniya 1872-ci ildə Nayində anadan olmuşdur. Rusiyada hüquq təhsili aldıqdan sonra İrana qayıdan Həsən Pirniya, 1902-ci ildə Rusiyada diplomat kimi fəaliyyət göstərməyə başladı. Daha sonra İranda müxtəlif yüksək vəzifələrdə çalışan Hasan Pirniya 4 dəfə İranın baş naziri təyin edilmişdir. == Əsərləri == Həsən Pirniya, İranın qədim tarixi, 3 ciliddə == Mənbə == Ghani, Cyrus, Iran and the Rise of Reza Shah: From Qajar Collapse to Pahlavi Power (I.B. Tauris: London, 2000). ISBN 1-86064-629-8 Jane Lewisohn, Flowers of Persian Song and Music: Davud Pirniā and the Genesis of the Golhā Programs, Journal of Persianate Studies, Vol. 1, No. 1, pp.
Şiriya burnu
Şiriya burnu (yap. 尻屋崎) — Yaponiyaya məxsus olan Honşu adasının şimal-şərq nöqtəsini təşkil edir. Şimokita yarımadasında, Hisaqidori və Aomori şəhərləri arasındakı sərhəddə yerləşir. Şimokito-Hanto parkı ərazisinə daxildir. Yapon dənizi ilə Sakit okean arasında sərhəd Honşü adasında yerləşən Şiriya və Hokkaydo adasında olan Esan burunlarından keçir.
Kamal paşa şirniyyatı
Kamal paşa şirini,Gülab jamun (Hind dili:गुलाब जामुन )(Urdu dili: گلاب جامن)(Türk dili: Kemal Paşa Tatlısı), Bursanın Mustafakamalpaşa məhəlləsində idtehsal olunan və köhnə adı Kirmastı olan Mustafa kamal paşa mahalına aid bir şirniyyat növüdür. Hələ də on beş müəssisədə gündə 1 milyon ədəd çatan istehsal miqdarlarına çatmaqdadır. Ramazan aylarında istehlak artmaqdadır. 25 (Böyük boy) və 50 (Kiçik boy) ədədlik paketlərdə satılmaqdadır. == Xüsusiyyəti == Əsli Mustafa Kamal paşa pendir şirini olan və məşhur adıyla Kamal paşa şirini olaraq bilinən şirin mahalda gündəlik çıxarılar və təzə olaraq satılır. Mahal xaricində isə rəf ömürünün qısalığı səbəbiylə pendir nisbəti aşağı və qurudulmuş şirniyyat satışı edilməkdədir. == Quruluşu == Süd, nəhəng qazanlarda pasterizə edilməkdə və pendirə çevrilməkdədir. Təxminən 1 ton süddən, 160 kq. şirniyyat pendiri əldə edilməkdədir. Qazanlarda bu pendir , un , manna yarması və yumurta ilə xəmir halına gətirilərək, Kamal paşa şirniyyatı şəklində kəsilməkdə və 320 dərəcəlik sobalarda, 17 dəqiqə bişirilməkdədir.
Sirmiya
Sirmiya (yun. Σίρμιο; lat. Sirmium), tetrarxiya dövründə imperator Qaleriyin rezidensiyası kimi çıxış edən Roma Pannoniyasında (indiki Serbiya) şəhər. Son antik dövrdə şəhərin əhəmiyyəti o dərəcə yüksək idi ki, Ammian Marsellin şəhəri "şəhərlərin əzəmətli anası" adlandırmışdı. Hal-hazırda şəhərin müasir ərazisində Sremska Mitroviça şəhəri yerləşir. Sirmiyadan həmçinin tarixi Srem oblastının da adı törəyib. I əsrdə romalıların gəlişinə qədər Sirmiyanın yerində illiriyalıların yaşayış məskəni var idi. Prinsipiat dövründə şəhər, daklar və germanlara qarşı hərbi hücumlar üçün tramplin kimi xidmət edirdi. Mark Avreli vaxtının böyük hissəsini burada keçirirdi. Sirmiyada doğulmuş və ya böyümüş şəxslər arasında bir sıra imperatorlar da var: Herenniy Etrusk, Hostilian, Desiy, II Klavdiy, Kvintill, Avrelian, Prob, Maksimian, I Konstansiy və Qrasian.
Dea Siriya
Atarqatis, Atarateh (klass. süry. Atar'atheh/Tar'atheh), Derketo (yun. Δερκετὼ), Dea Siriya (lat. Dea Syria) və ya Deyasura (lat. Deasura) — antik dövrdə, Şimali Suriyada yaşayanların əsas ilahəsi. O, bərəkət və sevgi ilahəsi olmaqla yanaşı, həm də şəhərinin və xalqının baalatı (sahibə) idi, onları müdafiə edirdi. Onun əsas şəhəri Heliopol idi.Onun əri Baal-Hadaddır. Göyərçin və balıqlar Atarqatis üçün müqəddəsdir.III əsrə aid süryanidilli mənbəyə görə, "Suriya və Urhaydakı kişilər Tarata şərəfinə özünü axtalayardı, ancaq kral Abqar dindar olandaq sonra əmr verdi ki, özünü axtalayanların əli kəsilsin və o gündən bəri Urhayda heç kəs özünü axtalamır".Atarqatis bəzən su pərisi kimi təsvir olunur, çünki o, bəzən balıq bədənli Aşkelon ilahəsi ilə eyniləşdirilir. Buna baxmayaraq, Atarqatisə Aşkelon şəhərində pərəstiş edilməsi haqqında heç bir dəlil yoxdur.