Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şirvancıq
Şirvancıq — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Ərtik rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 10 km cənub-qərbdə yerləşir. Kəndin qədim adı Sirvancıq olmuşdur. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəriətsində qeyd edilmişdir. Toponim türk mənşəli şirvan etnoniminə -cıq şəkilçisinin artırılması ilə əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. Erm. SSR AS RH-nin 15.VII.1948-ci il fərmanı ilə adı dəyişdirilib Lernakert qoyulmuşdur.
Şirvançay
Şirvançay — Azərbaycannın Qəbələ və İsmayıllı rayonları ərazisindən axan çay. Başlanğıcını Böyük Qafqaz dağlarından götürən çay çoxlu sayda kiçik qol qəbul edir. Öz növbəsində isə Səngərçayın ən iri qolunu təşkil edir. Çay İsmayıllı rayonu Qalacıq kəndinin sol hissəsindən axaraq İstisu kəndi ərazisində Səngər çayına birləşir. Əsasən qar suları ilə qidalanır.
Şirvanşah
Şirvanşah (fars. شروانشاه‎) – Şirvanşahlar dövlətinin hökmdarlarının daşıdığı rəsmi dövlət titulu. Mənbələrdə Şirvan hökmdarlarına şahlığın Sasanilərin hakimiyyəti zamanı verilməsi qeyd olunmuşdur. Ümumilikdə Şirvanşahlar dövlətində hakimiyyətdə olmuş üç sülalədən – Məzyədilər, Kəsranilər və Dərbəndilər nəslindən olan hökmdarlar, eyni zamanda haqqlarında çox az məlumat qalmış, ərəb istilası dövründən əvvəlki Şirvanşahlar bu titulu daşımışlar. Son Şirvanşah nəsli olan Dərbəndilər, türk ənənəsinə uyğun olaraq Şirvanşah titulu ilə yanaşı "Sultan" və "Xaqan" titulları da daşımışlar. == Sülalələr == Ərəb istilasına qədərki erkən Şirvanşahlar haqqında məlumat yox dərəcəsindədir. Rəşidəddin (1247-1318-ci illər) "Məkatubat"ında oğlu Əli üçün nişanladığı Şirvanşahın qızı haqqında danışarkən göstərirdi ki, Şirvanşahlar Dərbənd hökmdarları nəslindən olan qədim xanədandır. "Artıq, iki min ilə yaxındır ki, sultan taxtı onların nəslinə məxsusdur..." Onun hesablamasına görə Şirvanşahlar hələ Əhəmənilər dövründən hakimiyyət sürmüşlər. Rəşidəddinin müasiri olan digər müəllif Kamal əd-Din ibn-əl- Füvati Şirvanşah III Fəribürz ibn Güştaspdan bəhs edərkən göstərirdi ki, o, "qədim xanədan nəslindəndir. Onların nəsli Bəhram Çuibndən başlayır.
Şirvanat
Şirvanat — ərəbcə şirvanın cəm şəklidir. Orta əsr mənbələrində Şirvan və ona tabe olan ərazilərə verilən ad. == Tarixi == “Qarabağnamə” müəllifi olan tarixçi Mir Mehdi Xəzani bu barədə belə yazır: “Şul vaxtda ki, Nadir şah Gəncə və Tiflis və İrəvan və Naxçıvan və Şirvanat vilayətlərini osmanlı sultanının qoşunlarının təsəllütlərindən çıxardıb Abdulla paşa Köprülü oğlu vəziri-əzəmi-Rum yüz min qoşun və çox top və tədarükat ilə sultani-Rum tərəfindən məmur olub gəlmişdi ki, Nadir şah ilə cəng edə. Nadir şah Gəncə mühasirəsinə məşğul ikən Abdulla paşanın şul əzim əsagirləri ilə İrəvana gəlməyini eşidib, Gəncə üstə qoşun qoyub, özü əlli min qoşun ilə Abdulla paşaya müqabil gedib Naxçıvan və İrəvanın Arpa çayında davaları vaqe olub, Rum qoşununu basıb və Abdulla paşa vəziri-əzəmi Rüstəm bəy Qaraçorlu öldürüb başını Nadir şah hüzuruna gətirmişdi”. (“Qarabağnamələr”, 2-ci kitab, Bakı, “Şərq-Qərb”, 2006, səh. 123-124). Şah Təhmasibin 1549-cu ilin yanvarında Mazandaran hakimimə göndərdiyi Fəthnamədən məlum olur ki, qızılbaşlar sözgedən problemi Şəki hakimliyini talamaq yolu ilə həll etməyə çalışıblar. Həmin mənbədə Şah Təhmasib bəyan edir ki, "Azərbaycan və Şirvanat ləşgəri ilə Qarabağa rəvan olduq ki Bərdə ölkəsində qışlaq edib ərzaq və ləşgərə zəruri olan şeyləri bu il Şəki və Gürcüstan ölkəsi və o hüduddan əldə edək və sözgedənin (Dərvişməhəmməd xanın) hörmətli oğlu Cahan müta hökm üzrə tez layiqli peşkəşlərlə yüksək dərgaha gəlib Zəfər təsirli ordugaha qatıldı və Cəlaləddin Sunduk bəy qorçibaşını əmirlərin qorçilərindən və ləşgərlərindən on min kəsi rəvanəye-Şəki edib özünə Bərdə ölkəsində dayanmağı buyurduq. (Digər bir mənbədə isə Şəkiyə göndərilmiş qurçilərin sayı 2500 kimi göstərilir və həm də qeyd edilir ki, "Dərvişməhəmməd xan qazilərin xofundan Kiş qalasına pənah apardı".) və adı çəkilən (Sunduk bəy) Şanlı nüsrət əsgərlərlə qeyd edilən ölkəyə (Şəkiyə) üz tutub 200 min qoyun və 50 min qaramal və beş min at və 3 min xərvar buğda və düyü və sairə qədər qeyd edilən ölkədən götürüb və qarət edib Yüksək orduya gətirdilər və qeyd edilən qənimət əmirlərə və ləşgərlərə paylandı. On gündən sonra ki sözgedən (qənimət) orduya gətirilmişdi, xəbər gətirildi ki Əlqas mirzə Həmədana yetişib...".
Şahrux (şirvanşah)
Şahrux ibn II Fərrux Yasar – Şirvanşahlar dövlətinin qırx üçüncü hökmdarı, Şirvanşah II Fərrux Yasarın oğlu. Şirvanşah Şahrux Şirvanşahlar dövlətinin son hökmdarıdır. Onun 1538 – cu ildə Təbrizdə Azərbaycan Səfəvilər dövlətinin şahı I Təhmasib tərəfindən öldürülməsi ilə Şirvanşahlar dövləti və xanədanı süqut etmişdir. == Fəaliyyəti == Özündən sonra vərəsəsi olmayan II Xəlilullah h.942 (1535)-ci ildə öldükdən sonra Şirvanın feodal əyanları Fərrux Yasarın oğlu və Şeyxşahın nəvəsi on beş yaşlı Şahruxu təcili Dağıstandan Şamaxıya gətirərək Şirvanşahlar taxtına oturtdular. h.942 (1535/6)-ci ildə Şamaxıda Şahruxun adından gümüş sikkə kəsilmişdir. Bu dövrdə Dərbəndi Şirvanşahlar xanədanı tənəzzülə uğradı. Şirvanda hakimiyyət, əslində dövləti azyaşlı Şahruxun adından idarə edən feodal zadəganlarının – başda vəkil Hüseyn bəy Lələ olmaqla, Şirvan əmirlərinin əlində idi. Mənbələrdə heç bir qayda-qanun qalmamış Şirvanda feodal zülmü və özbaşınalığından, xalq kütlələrinin ağır vəziyyətindən, "ölkədə açıq-aşkar ictimai hərc-mərclik yaranmasından" xəbər verilir. === Şirvanda üsyan === Tezliklə, h.944 (1537)-cü il qışın əvvəllərində Şirvanda özünü Şeyxşahın oğlu Sultan Məhəmməd adlandıran qələndəri başçılığı ilə xalq kütlələrinin üsyanı başlandı. O, başına saysız-hesabsız dəstələr toplayaraq Salyanı tutdu və Şamaxıya doğru hərəkət etdi.
Şirvancıq məbədi
Şirvancıq məbədi - Qərbi Azərbaycanın (indiki Ermənistan) Şörəyel mahalının Ərtik rayonu ərazisində, Alagöz dağının Qərb yamacında, Şirvancıq (15.07.1948-dən Lernakert) kəndində türk-xristian məbədi.Məbəd V əsrə aid bazilka tavanını çıxmaq şərti ilə ilkin görünüşünü saxlayıb. Xarici divarlarının ölçüsü 22.4x8.2 m-dir. Məbədin yerləşdiyi əraziyə ilk ermənilər XIX əsrin əvvəllərində rus işğalından sonra köçürülüb. == İstinadlar == == Mənbə == В.М.Арутюнян, С.А.Сафарян. Памятники армянского зодчества, Москва, 1951, стр.38, 86; Ə.Ələkbərli. Qədim Türk-Oğuz yurdu - "Ermənistan", В., 1994, səh.109-112.
I İbrahim (Şirvanşah)
I İbrahim (1382, Şəki – 1417, Şamaxı) — Şirvanşahlar dövlətinin 34-cü hökmdarı. Şirvanşah Şeyx İbrahim Dərbəndilər sülaləsindən olan ilk hökmdardır. Məzyədilər və onun qolu olan Kəsranilər sülalələrinə qohum olan Dərbəndilər sülaləsi etnokonsolidasiya prosesi nəticəsində Azərbaycanın yerli əhalisi qarışaraq öz ərəb simasını itirmiş və türkləşmişdir. == Taxta çıxması == Huşəng 1382-ci ildə öldükdən sonra Şirvan feodalları onun əmisi oğlu İbrahim ibn Sultan Məhəmməd ibn Keyqubadı hökmdar seçdilər. Münəccimbaşıya görə Şeyx İbrahim Məzyədilər sülaləsinin qohumu olan Dərbəndi Şirvanşahları sülaləsinin ilk nümayəndəsidir. O və onun atası Sultan Məhəmməd ibn Keyqubad Kavus və Huşəngdən ehtiyat edərək Şəki kəndlərinin birində gizlənmişdilər. Əhməd Qaffarinin məlumatına görə, Şeyx İbrahimin atası oradaca ölmüş, Şeyx İbrahim isə Huşəngin ölümünə və Şirvan feodalları onu Şirvanşahlar taxtına sahib olmağa dəvət edənə qədər həmin yerdə gizlənib qalmışdı. Onun taxta çıxması haqqmda başqa mənbələrdə daha müfəssəl məlumat verilir: Zadəgan nəslindən olan yoxsullaşmış feodal Şeyx İbrahim atası və qohumları ilə birlikdə Şirvanın Şəki nahiyəsindəki kəndlərin birində yaşayaraq, əkinçiliklə məşğul olurdu. Onlar özlərini Sasani şahı I Xosrov Ənuşirəvanın nəslindən hesab edir və şəcərələrini bunun üzərində qururdular. Xalq iğtişaşlarından və feodal çəkişmələrindən sonra Şirvan feodalları Şeyx İbrahimi Şirvanşah seçməyi qərar aldılar.
Mehrab (Şirvanşah şahzadəsi)
Mehrab — Şirvanşah şahzadəsi. == Hakimiyyət uğrunda mübarizə == Haqqında çox məlumat yoxdur. Bürhanəlinin ölümündən sonra Şirvan əyanları Dərbəndi Şirvanşahlar nəslindən Mehrab adlı birisini Şirvan hakimi seçdilər. Səfəvilər əleyhinə mübarizəyə başçılıq edən Mehrab Mirzə Şirvan qoşunları ilə Şirvan sərhədini keçərək Kür sahillərinə enib Siqnax şəhərini tutdu. Abdulla xan Mehraba hücum etdi, müqavimət göstərməyə gücü çatmayan Mehrab qaçdı və Şirvan vilayəti yenidən qızılbaşların əlinə keçdi.
Şirvanşah I Xəlilullah
I Xəlilullah (1417, Bakı – 1465, Bakı) — Şirvanşahlar dövlətinin 35-ci hökmdarı, Şirvanşah I İbrahimin oğlu. == Hakimiyyəti == H.820 (1417)-ci ildə Şeyx İbrahimin ölümündən sonra onun yerinə böyük oğlu və varisi Şirvanşah I Xəlilüllah keçdi. Xəlilullah da atası kimi, xarici siyasətində Qaraqoyunlu hökmdarları ilə şiddətli mübarizə aparan Teymurilərə meyl göstərmək mövqeyində dururdu. Xəlilüllah 48 il hökmranlıq sürdükdən sonra h.869 (1465)-cu ildə ölmüşdür. === Teymuri Şahruxla münasibətlər === Gənc Xəlilullah Şirvanşah taxtına çıxan kimi Qaraqoyunlu padşahlarından asılılığını tanımaqdan imtina etdi. 65 yaşlı Qara Yusifin 1420-ci ilin noyabrında Teymurun oğlu Şahruxla (1405–1447-ci illər) müharibə zamanı qəfil ölümü Azərbaycanın siyasi əhvalını dəyişdi və köçəri əmirlərin arasına çaşqınlıq saldı. Onların çoxu Qara Yusifin düşərgəsini tərk edərək dağılışdı. Qara Yusifin oğlu İsgəndər (1420–1429 və 1431–1435-ci illər) bu vaxt Ağqoyunlu tayfasının başçısı Qara Yuluq Osmanla vuruşurdu. Qara Yusifin digər oğlu Cahanşah atasının ölümündən sonra baş verən hadisələrdən xəbər tutaraq Şahruxa tabe oldu və Sultaniyyə şəhərini ona təslim etdi. Təbriz Şahruxun əmiri Əliyə Kükəltaş tərəfindən tutuldu.
Şirvanşah I İbrahim
I İbrahim (1382, Şəki – 1417, Şamaxı) — Şirvanşahlar dövlətinin 34-cü hökmdarı. Şirvanşah Şeyx İbrahim Dərbəndilər sülaləsindən olan ilk hökmdardır. Məzyədilər və onun qolu olan Kəsranilər sülalələrinə qohum olan Dərbəndilər sülaləsi etnokonsolidasiya prosesi nəticəsində Azərbaycanın yerli əhalisi qarışaraq öz ərəb simasını itirmiş və türkləşmişdir. == Taxta çıxması == Huşəng 1382-ci ildə öldükdən sonra Şirvan feodalları onun əmisi oğlu İbrahim ibn Sultan Məhəmməd ibn Keyqubadı hökmdar seçdilər. Münəccimbaşıya görə Şeyx İbrahim Məzyədilər sülaləsinin qohumu olan Dərbəndi Şirvanşahları sülaləsinin ilk nümayəndəsidir. O və onun atası Sultan Məhəmməd ibn Keyqubad Kavus və Huşəngdən ehtiyat edərək Şəki kəndlərinin birində gizlənmişdilər. Əhməd Qaffarinin məlumatına görə, Şeyx İbrahimin atası oradaca ölmüş, Şeyx İbrahim isə Huşəngin ölümünə və Şirvan feodalları onu Şirvanşahlar taxtına sahib olmağa dəvət edənə qədər həmin yerdə gizlənib qalmışdı. Onun taxta çıxması haqqmda başqa mənbələrdə daha müfəssəl məlumat verilir: Zadəgan nəslindən olan yoxsullaşmış feodal Şeyx İbrahim atası və qohumları ilə birlikdə Şirvanın Şəki nahiyəsindəki kəndlərin birində yaşayaraq, əkinçiliklə məşğul olurdu. Onlar özlərini Sasani şahı I Xosrov Ənuşirəvanın nəslindən hesab edir və şəcərələrini bunun üzərində qururdular. Xalq iğtişaşlarından və feodal çəkişmələrindən sonra Şirvan feodalları Şeyx İbrahimi Şirvanşah seçməyi qərar aldılar.
Şah Abbasın Şirvana yürüşü
Şah Abbasın Şirvana yürüşü — Səfəvi şahı I Şah Abbas rəhbərliyində, 1603–1618-ci illərin Səfəvi–Osmanlı müharibəsi əsnasında, 1606-cı ildə başladılan və 1607-ci ildə sona çatdırılan hərbi yürüş. Səfəvilər 1590-cı ildə imzalanmış İstanbul sülh müqaviləsinin şərtlərinə görə, Şirvan vilayətinin nəzarətini itirməli oldular. 1606-cı ilin qışın Səfəvi şahı I Şah Abbas Şirvana yürüş keçirir. Dərbənd və Bakı şəhərləri Səfəvilərə meylli üsyanlar səbəbilə tez bir müddətdə zəbt edildi. 1607-ci ilin yazında I Şah Abbas Şirvan vilayətinin paytaxtı Şamaxı şəhərini fəth edir. Beləliklə, Şah Abbas Səfəvilər dövlətinin 1590-cı ildə itirdiyi torpaqları geri alır. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Blou, Deyvid. Shah Abbas: The Ruthless King Who became an Iranian Legend (ingilis). London: I. B. Tauris & Co. Ltd.
Şirvanda izim qaldı (film, 1994)
== Məzmun == Film Azərbaycan dövlətçilik tarixində böyük xidmətləri olan Şirvanşahlar dövləti (VI-XVI əsrlr) haqqındadır. Burada həmçinin o dövrdən bizim günlərə qədər qorunub saxlanılmış tarixi və memarlıq abidələri barəsində də söhbət açılır. == Film haqqında == Film "Azərkinovideo" İB-nin sifarişi ilə çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Nicat Lətifoğlu Ssenari müəllifi: Solmaz Əliqızı, Nicat Lətifoğlu Operator: Rövşən Cavanşir Səs operatoru: Teymur Abdullayev (Teymur Abdulla kimi) Məsləhətçi: Cəfər Qiyasi == Sponsor == "Azərkinovideo" İB == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 352.
Şah I Abbasın Şirvana yürüşü
Şah Abbasın Şirvana yürüşü — Səfəvi şahı I Şah Abbas rəhbərliyində, 1603–1618-ci illərin Səfəvi–Osmanlı müharibəsi əsnasında, 1606-cı ildə başladılan və 1607-ci ildə sona çatdırılan hərbi yürüş. Səfəvilər 1590-cı ildə imzalanmış İstanbul sülh müqaviləsinin şərtlərinə görə, Şirvan vilayətinin nəzarətini itirməli oldular. 1606-cı ilin qışın Səfəvi şahı I Şah Abbas Şirvana yürüş keçirir. Dərbənd və Bakı şəhərləri Səfəvilərə meylli üsyanlar səbəbilə tez bir müddətdə zəbt edildi. 1607-ci ilin yazında I Şah Abbas Şirvan vilayətinin paytaxtı Şamaxı şəhərini fəth edir. Beləliklə, Şah Abbas Səfəvilər dövlətinin 1590-cı ildə itirdiyi torpaqları geri alır. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Blou, Deyvid. Shah Abbas: The Ruthless King Who became an Iranian Legend (ingilis). London: I. B. Tauris & Co. Ltd.
Şirvanda 2010-cu il Azərbaycan parlament seçkiləri
IV çağırış Azərbaycan Respublikasının Milli Məclisi üçün 2010-cu ildə Azərbaycanda keçirilmiş parlament seçkiləri. Bu seçkilərdə Şirvan şəhəri üzrə 1 seçki dairəsi təşkil olunmuş və 1 deputat seçilmişdir. Seçki nəticələri Mərkəzi Seçki Komissiyasına istinadən yerləşdirilmişdir. == Əvvəlki seçkilər == 2010-cu il parlament seçkiləri Şirvan şəhəri üzrə 1 seçki dairəsində keçirilmişdir. Seçilmiş 1 deputat bitərəf olmuşdur. == Ümumi nəticələr == Ölkə üzrə seçkilərdə iştirak edən AXCP-Müsavat, İnsan Naminə, İslahat və Demokratiya seçki blokları bu seçki dairəsi üzrə namizəd göstərməmişdir.
Şirvanda 2013-cü il Azərbaycan prezident seçkiləri
Azərbaycan Prezidentinin seçilməsi üçün 2013-cü ildə Azərbaycanda keçirilmiş prezident seçkiləri. Bu seçkilərdə Şirvan şəhəri üzrə 1 seçki dairəsi təşkil olunmuşdur. Seçki nəticələri Mərkəzi Seçki Komissiyasına istinadən yerləşdirilmişdir. == Əvvəlki seçkilər == 2008-ci il prezident seçkiləri Şirvan şəhəri üzrə 1 seçki dairəsində keçirilmişdir. Yeni Azərbaycan Partiyasının sədri, prezidentliyə namizəd İlham Əliyev seçki dairəsi üzrə ən çox səsi toplamışdır.
Şirvanda 2015-ci il Azərbaycan parlament seçkiləri
V çağırış Azərbaycan Respublikasının Milli Məclisi üçün 2015-ci ildə Azərbaycanda keçirilmiş parlament seçkiləri. Bu seçkilərdə Şirvan şəhəri üzrə 1 seçki dairəsi təşkil olunmuş və 1 deputat seçilmişdir. Seçki nəticələri Mərkəzi Seçki Komissiyasına istinadən yerləşdirilmişdir. == Əvvəlki seçkilər == 2010-cu il parlament seçkiləri Şirvan şəhəri üzrə 1 seçki dairəsində keçirilmişdir. Seçilmiş 1 deputat bitərəf olmuşdur. == Ümumi nəticələr == Hakim Yeni Azərbaycan Partiyası bu seçkilərdə vahid namizəd irəli sürmə strategiyasından istifadə etmişdir. Azadlıq-2015 Seçki Bloku isə bu dairədə vahid namizəd irəli sürməmişdir.