Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şüvərən
Şüvərən (lat. Sisymbrium) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinə aid bitki cinsi. Azərbaycanda yabanı halda 8 növü yayılmışdır. Bir ikiillik ot bitkiləridir. Lələkvari yarılmış yarpaqları var. Sarı rəngli çiçəkləri salxımvari çiçəkqruplarına yerləşir. Meyvəsi uzun – silindr formada buynuzmeyvədən ibarətdir. Toxumları uzunsovdur. Şüvərənin növləri bir-birindən əsasən çiçəklərinin quruluşuna görə fərqlənir. == Tibbdə istifadəsi == Tibbdə aşağıda göstərilən 3 növündən istifadə olunur: dərman şüvərəni – Sisymbrium officinale, qınabənzər şüvərən – Sisymbrium rucinatum lezeliya şüvərəni – Sisymbrium loeselii.Dərman məqsədilə daha çox şüvərənin toxumlarından istifadə edilir.
Rəvəndvari şüvərən
Rəvəndvari şüvərən (lat. Sisymbrium runcinatum) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin şüvərən cinsinə aid bitki növü.
Şivəmər (Sərdəşt)
Şivəmər (fars. شيوه مر‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 326 nəfər yaşayır (46 ailə).
Şivərin (Əbhər)
Şivərin (fars. شيورين‎) — İranın Zəncan ostanı Əbhər şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 124 nəfər yaşayır (35 ailə).
Boylu şüvərən
Boylu şüvərən (lat. Sisymbrium altissimum) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin şüvərən cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 20-60 sm olan, sərt yoğun gövdədən və aralanan budaqlı birillik ot bitkisidir. Aşağı yarpaqları qayıqvari şəkildə həlqəvari bölünəndir, yuxarı yarpaqları sapvari şəklindədir. Çiçəkləri yumşaq salxımdan ibarətdir. Ləçəkləri zəif sarımtıl rəngdə olub, solan zaman tamamilə ağ rəngə çevrilir. Toxumları enli ellipsvari, tünd qəhvəyi rəngdədir. Aprel-may aylarında çiçək açır, may-iyun aylarında meyvə verir. == Azərbaycanda yayılması == Azərbaycanın Abşeron, Kür-Araz düzənliklərində, Naxçıvanın dağlıq zonalarında, Lənkəran düzənliklərində yayılmışdır. Bundan başqa bitkiyə düzənlikdən tutmuş orta dağ qurşaqlarına qədər zonalarda da rast gəlmək olar.
Seversk
Seversk (rus. Се́верск) — Rusiyanın Tomsk vilayətində yerləşən qapalı şəhər tipli yaşayış məntəqəsidir. Şəhər Tom çayının sağ sahilində yerləşir. Şəhərin əhalisi 2010-cu il tarixinə görə 108.590 nəfərdir. Seversk, 1949-cu ildə Sibir Nüvə Elektrik Stansiyasına və kimyəvi müəssisələrə xidmət etmək üçün qurulmuşdur.
Siyənək
Siyənək (lat. Clupea) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin siyənəkkimilər dəstəsinin siyənəklər fəsiləsinə aid heyvan cinsi.
Suveren
Suverenlik, suverenitet (fr. souveraineté — ali hakimiyyət) – ölkənin daxilində və ondan kənarda müstəqilliyin ifadəsi kimi dövlətin siyasi və hüquqi xüsusiyyəti olub onun öz daxili və xarici funksiyalarını azad və sərbəst şəkildə dövlətin konstitusiyası və qanunları, beynəlxalq hüququn hamılıqla tanınmış prinsipləri və normaları əsasında həyata keçirmək, habelə xalqın sərbəst və müstəqil şəkildə öz idarəetmə formasını müəyyən etmək hüququndan ibarətdir.
Sədərək
Sədərək — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Sədərək qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Sədərək qəsəbəsi kənd statusuna aid edilmiş və Sədərək kəndi adlandırılmış, Sədərək qəsəbə inzibati ərazi dairəsi Sədərək kənd inzibati ərazi dairəsi adlandırılmışdır. Sədərək rayonunun mərkəzi Sədərək kəndindən Heydərabad qəsəbəsinə keçirilmişdir.Kənd eyniadlı rayonun mərkəzidir. Sədərək düzündə yerləşir. Sədərək adı haqqında toponimikada müxtəlif fikirlər mövcuddur. Oykonimi sedars (fars. “119 dara”), rang (fars. “yüz rang”), Sagt'ay (“Dədə Qorqud” qəhrəmanlarından biri), Quxur Sadd (vaxtila Sədərək da daxil olmaqla Naxçıvan erazisi belə adlanırdı) sözləri ilə əlaqələndirirlər. Lakin son tədqiqatlara görə, toponim ərəb dilindəki saddr (düşərgə) sözü və -ak şak.-sindən ibarətdir.
Sərək
Sərək — Azərbaycan Respublikasının Astara rayonunun inzibati ərazi vahidində kənd. == Etimologiyası == Coğrafi ad fars dilindəki bərk ağac növü olan zərəng bitki (dəmir ağacı növü) adı və kənd topokomponentlərinin birləşməsindən yaranmışdır. == Əhalisi == Bu kənddə ləhcələri və adətləri ilə əsas əhalidən seçilən ayrıca bir tayfa yaşayır. Miller çorojlar barədə isə bunları qeyd edir: “Çorojların nümayəndələrindən biri ilə Astaranın Sərək kəndi yaxınlığında görüşdüm. Onlar da özlərini talış hesab edirlər. Çorojlar köçəri tayfa olub bu regiona əsasən İranın Talışdolab mahalından gəliblər. Onların hamısı sünni məzhəbinə malikdirlər. Bu tayfanın üzvləri türk (azərbaycanca) danışa bilmirlər. Onların qışlaqları Təngərud kəndi ətrafında, yaylaqları isə Toradi kəndi yaxınlığındadır. Onlar haqqında mənə digər talışlardan fərqli adət-ənənələrinin olduğu barədə məlumat verilmişdi, lakin özləri bunu inkar edir” (Miller, 1926:9).
Nuriyə Ülviyyə Mevlan Civələk
Nuriyə Ülviyyə Mevlan Civələk — türkiyəli jurnalistdir. O, Balıkəsirin Gönen vilayətində 1893-cü ildə anadan olmuşdur. Türkiyənin qadın hüquq mühafizəçisidir. İlk Türkiyəli feminist qadın jurnalının və müsəlman qadın hüquqlarının yaradıcısıdır. == Həyatı == 1893-cü ildə Sofiya və Çərkəz Mahmudun 7-ci qızıdır. Osmanlı imperiyası dövründə Balıkəsirdə anadan olmuşdur. Nuriyyənin ailəsi Kafkasyada yaşadığı müddət ərzində Rusiya imperiyası tərəfindən sürgün edilmişdir. Sürgündən sonra Trabzona ordanda Balıkəsirə gəlirlər. Burada onlar maddi cəhətdən sıxıntı çəkillər. Buna görə də qızlarını 6 yaşında Ulduz saraya göndərirlər.
Ağbaş siyənək
Ağbaş siyənək (lat. Alosa hrashnikovi grimmi) — siyənək cinsinin nümayəndəsidir. == Yayılması == Astrabad körfəzindən Qaraboğazgöl körfəzinə qədər yayılmışdır. Xəzər dənizinin cənubi - şərqində yaşayır. == Morfoloji əlamətləri == Böyük ağzı, alt çənəsində qabarlı qalınlaşma vardır. Qəlsəmə dişcikləri yoğun, kobud, əyri, küt, çox vaxt ucu qalınlaşmış və ya haçalanmışdır. Alt çənəsi adətən yüngülcə irəli çıxır, üst çənə göz ortasının şaqulisinə çatır. Balığa bu adın verilməsi onun başının ağ-süd rəngində olması ilə əlaqədardır. Başqa siyənəklərdən bəzi morfoloji əlamətlərinə görə də fərqlənir. Uzunluğu 25-29 sm, kütləsi orta hesabla 300 q olur.
Dəmirçi (Sədərək)
Dəmirçi — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Dəmirçi kənd inzibati-ərazi vahidi Şərur rayonunun tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 23 fevral 2021-ci il tarixli, 275-VIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun inzibati ərazi bölgüsünə daxil olan Dəmirçi kənd inzibati ərazi dairəsi tərkibindəki Dəmirçi kəndi Sədərək rayonunun inzibati ərazi bölgüsünə daxil edilmiş, Dəmirçi kənd inzibati ərazi dairəsi Şərur rayonunun tabeliyindən çıxarılaraq Sədərək rayonunun tabeliyinə verilmiş, Şərur rayonunun inzibati ərazisindən dövlət mülkiyyətində olan 4444 ha torpaq sahəsi Sədərək rayonunun inzibati ərazisinə birləşdirilmişdir. == Toponimikası == Oykonimin türkdilli "Dəmirçilər" tayfasının adı ilə bağlı olması ehtimal edilir. == Tarixi == === Tarixi abidələri === == Coğrafiyası və iqlimi == Kənd Şərur düzündə yerləşir. == Əhalisi == Əhalisi 6500 nəfərdən çoxdur, 1651 ev vardır (2021-ci il) == İdman == 2017-ci ilin iyun ayında Dəmirçi kənd stadionu istifadəyə verilib. Uzunluğu 105, eni isə 60 metr olan təbii ot örtüklü stadionun ərazisində 118 nəfərlik oturacaqlar quraşdırılıb. Stadionda muxtar respublika çempionatı üzrə oyunların, həm də rayon birinciliklərinin keçirilməsi nəzərdə tutulur. Stadionun açılışında Aralıq və Dəmirçi kənd futbol komandaları arasında yoldaşlıq görüşü keçirilib. Görüş Aralıq komandasının 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Heydərabad (Sədərək)
Heydərabad — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda qəsəbə.Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Sədərək qəsəbə inzibati ərazi dairəsi tərkibində faktik mövcud olan ərazi vahidi Heydərabad qəsəbəsi adlandırılmış və rayonun ərazi vahidləri uçot məlumatına daxil edilmiş, Heydərabad qəsəbəsi Sədərək qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu qəsəbə mərkəz olmaqla, Heydərabad qəsəbə inzibati ərazi dairəsi yaradılmışdır. == Tarixi == Qəsəbə, 1970-ci illərdə Azərbaycan prezidenti Heydər Əliyevin təşəbbüsü ilə yaradılmışdır. Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin 23 mart 2000-ci il tarixli qərarı ilə Sədərək kəndindən (İndi qəsəbə) ayrılmışdır. Bunun nəticəsində qəsəbə müstəqil idarə vahidi halına gəlmişdir. Ermənistanla sərhəddə yerləşdiyinə görə, dəfələrlə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən silahlı hücumlara məruz qalmışdır. 1992-ci ildə artilleriya mərmiləri ilə qəsəbə darmadağın edilmişdir. Bu səbəblə qəsəbə əhalisi məcburi köçkün olmuşdur. Məcburi köçkünlər Sədərək kəndində və Naxçıvanın digər bölgələrində məskunlaşmalı oldular. 1997-ci və 1998-ci illər arasında bərpa edilərək inşaat və yaxşılaşdırma işləri edildi və yeni ofis binaları, ictimai müəssisələr, ticarət mərkəzləri və s. inşa edildi.
Qaraağac (Sədərək)
Qaraağac — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Sədərək qəsəbə inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Qaraağac kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Qaraağac kəndi Sədərək qəsəbə inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Qaraağackənd inzibati-ərazi vahidi yaradılmışdır.
Qarabel siyənək
Alosa kessleri (lat. Alosa kessleri) — siyənəklər fəsiləsinin alosa cinsinə aid balıq növü. == Yayılması == Qarabel siyənək Xəzərin hər yerində yayılmışdır. Yazda dənizin hər yerində təsadüf edilir (Şimali Xəzərin ən şərq hissəsindən başqa). Qışı Cənubi Xəzərdə, İran sahillərində keçirib, yazda dənizin qərb sahilləri ilə şimala doğru hərəkət edir. == Morfoloji əlamətləri == D III–IV 12–16 (14,2), ümumi sayı 16–20 (18,2), A III 16–20 (18,1), ümumi sayı 19–23 (21,1)-dir. Qəlsəmə dişicikləri iri fərdlərdə yoğun və kobud, ucları qırıq və bəzən tamamilə qırıq olur. Kiçik fərdlərdə qəlsəmə dişicikləri nazik və nisbətən uzun olur. Dişləri yaxşı inkişaf etmişdir. Çənələri bərabər uzunluqda olur, bəzən alt çənə bir qədər önə çıxır və ön tərəfdə altda çıxıntı olur.
Siyənək balığı
Siyənək (lat. Clupea) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin siyənəkkimilər dəstəsinin siyənəklər fəsiləsinə aid heyvan cinsi.
Suveren (İğdır)
Suveren — Türkiyənin İğdır ilinin İğdır ilçəsinə daxil olan kənd. == Tarixi == Kənd 1928-ci il məlumatına görə Orkof olaraq adlandırılmışdır. == Coğrafiyası == İğdırdan 14 km uzaqlıqdadır. İğdır Universiteti kəndin ərazisində qurulmuşdur. == Əhalisi == 1886-cı il məlumatına görə kənddə 129 nəfər kürd yaşayırdı. Kənd digər kəndlərə nisbətdə iqtisadi olaraq daha inkişaf etdiyindən bura köç güclü olmuşdur. 1985-ci il siyahıya alınmasına görə kənddə 2.961 nəfər yaşamışdır.
Suveren dövlət
Suveren dövlət — beynəlxalq hüquqda ali hakimiyyəti təmsil edən, öz dövlətinin daxili və xarici siyasətində tamamilə müstəqil olan, başqa dövlətin hakimiyyətindən asılı olmayan və hansısa bir coğrafi ərazidə suverenliyi olan dövlət. Beynəlxalq hüquq suveren dövlətləri daimi əhaliyə sahib olmaqla, müəyyən bir ərazisi olmaqla, ali və tək hökuməti olmaqla və digər suveren dövlətlərlə münasibət qurmağa gücü olmaqla xarakterizə edir. Həmçinin, suveren bir dövlət başqa bir dövlətdən nə asılı, nə də həmin dövlətə tabe olmalıdır.
Sədərək (dəqiqləşdirmə)
Yaşayış məntəqələri Sədərək — Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda kənd. Sədərək rayonu — Azərbaycan Respublikasında, Naxçıvan Muxtar Respublikasında rayon. Sədərək yaşayış yeri — Sədərək nahiyəsi — Sədərək sultanlığı — Sədərək düzü —Digər Sədərək qalası — Sədərək körpüsü — Sədərək məscidi — Naxçıvan Muxtar Respublikasında məscid. Sədərək məscidi — Sədərək Ticarət Mərkəzi ərazisində məscid.
Sədərək FK
"Sədərək" — Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun futbol klubu. Naxçıvan Muxtar Respublikasının futbol çempionatında iştirak edir.
Sədərək TM
"Sədərək Ticarət Mərkəzi" — Azərbaycanın ən böyük ticarət mərkəzlərindən biri == Yaranma tarixi == "Sədərək Ticarət Mərkəzi" 1995-ci ildən Binə qəsəbəsi yaxınlığında fəaliyyətə başlamış, sonradan şəhərdə aparılan tikinti və abadlaşdırma işləri ilə əlaqədar 2009-cu ilin aprel ayında Lökbatan qəsəbəsinə köçürülmüşdür. Sədərək Firmasının rəhbərliyinin dəstəyi sayəsində iş adamları ABŞ, Fransa, İtaliya, Çin, Yunanıstan, Rusiya, Türkiyə, İran Çexiya, Polşa kimi bir sıra xarici ölkələrin aparıcı fabrik və zavodları ilə işgüzar əlaqələr quraraq əməkdaşlıq edirlər. Bu əməkdaşlıq nəticəsində regionda qiymətlərin 30-40%-ə qədər enməsinə, Ticarət Mərkəzində dünyanın bir çox xarici ölkələrindən gətirilən yüksək keyfiyyətli malların satılmasına nail olunmuşdur. Bu gün Sədərək Ticarət Mərkəzi yalnız Azərbaycanda, deyil eyni zamanda Cənubi Qafqaz regionunda yerləşən qonşu Gürcüstan, Rusiyanın iş adamları üçün də əsas topdansatış mərkəzinə çevrilmişdir. == Ətraf mühitin qorunması == Sədərək Ticarət mərkəzinin ərazisində təmizlik, yaşıllaşdırma və abadlıq işləri hər gün aparılır. Ticarət mərkəzinin ərazisindəki istər istehsal, istərsə də satışla məşğul olan qurumlar mövcud ekoloji standartlara uyğun fəaliyyət göstərir. Sədərək Ticarət mərkəzinin ərazisindəki çirkab sular, dünya standartlarına uyğun xüsusi su təmizləmə qurğu vasitəsi ilə təmizlənir, təmiz texniki su halına gətirilərək, ərazidəki yaşıllıqların suvarılmasında istifadə olunur. == Məscid == Məscid Qafqazın ən böyük ticarət mərkəzlərindən biri olan Sədərək Ticarət Mərkəzinin ərazisində 2007-ci ildə tikilmişdir. Məscid əsasən işçilər üçün nəzərdə tutulmuşdur. == "Sədərək Ticarət Mərkəzi"nin strukturu == Sədərək Ticarət Mərkəzi şərti olaraq 6 hissəyə bölünürː ELİT KORPUSU XALÇA BAZARI TİKİNTİ BAZARI I ƏRAZİ II ƏRAZİ III ƏRAZİ == Anbarlar == Sədərək Ticarət Mərkəzi ərazisində böyük miqdarda münasib şəraitli, örtüklü anbarlar fəaliyyət göstərir.
Sədərək düzü
Sədərək düzü — Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu ərazisində maili düzənlik. Arazboyu düzənliklərdən biri. == Haqqında == Cənub-şərqdə Dəhnə və Vəlidağ yüksəklikləri vasitəsilə Şərur maili düzənliyindən ayrılır. Şimal-qərbdə Ağrı düzənliyi ilə birləşir, cənub-qərbdə isə Araza qovuşur. Allüvial və allüvial-provülial çöküntülərdən təşkil olunmuşdur. 800-940 m mütləq yüksəkliyə malik olan Sədərək düzü şimaldan cənuba və qərdbdən şərqə doğru meyillidir. Sədərək düzünün mərkəzi hissəsindən kənd təsərrüfatı məqsədləri üçün istifadə olunur. Üzümçülük inkişaf etmişdir.
Sədərək körpüsü
Sarıdağ — Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu ərazisində, Araz çayı üzərində körpü. == Haqqında == Türkiyə ilə Azərbaycan arasında sərhəddə iki qardaş dövlət və ölkəni birləşdirir.
Sədərək məscidi
== Tarixi == Sədərək məscidi – Naxçıvan Muxtar Respublikasının Sədərək kəndində 18-19 əsrlərə aid memarlıq abidəsi. Məscid böyüklüyü, abadlığı və kitabələrinin zənginliyinə görə fərqlənir. == Memarlığı == Məscidin baş fasadında, önündə sütun başlığında taxta üzərində, birinci cərgə, ikinci cərgə və digər sütun başlıqlarında nəstəliq xətti ilə memar və xəttatların adları, Qurandan ayələr həkk olunmuşdur. Kitabələrdə bir necə tarix göstərilmişdir: hicri 1112 (1700-1701), hicri 1259 (1843), hicri 1315 (1897). Hicri 1112 il məscidin tikilmə tarixi sayılarsa, binanın hicri 1259-cu ildə əsaslı təmir olunduğunu söyləmək mümkündür. Çünki bina 18 əsr memarlıq-konstruktiv formalarını saxlamamışdır. Hicri 1315 ildə yenidən təmir işləri aparılmışdır. Hazırkı binanın memarı sədərəkli Abbasın oğlu Məhəmməd olmuşdur. Məsciddəki taxta işləri, yaraşıqlı nəbatı ornament və kitabə motivləri ilə işlənmiş sütun başlıqları sədərəkli memar və nəccar Məhəmmədə məxsusdur. 1259/1843 il tarixli kitabəyə əsasən, Təqi oğlu Məşədi Əhmədin memar Məhəmmədlə eyni vaxtda işləməsi, Məhəmmədin yüksək peşəkar memar, Məşədi Əhmədin ilə bənna olması qənaətinə gəlmək olar.
Sədərək nahiyəsi
Sədərək nahiyəsi — İrəvan əyalətinin İrəvan livasının nahiyəsi. Sədərək nahiyəsi 25 kənddən ibarət olmuşdur. == Tarixi == Nahiyə XVIII əsrin əvvəllərində osmanlıların idarəsində olan İrəvan əyalətinin nahiyələrindən biri hesab edilir. 1728-ci il tarixli "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə Sədərək nahiyəsi haqqında məlumatlar verilmişdi. 1728-ci il tarixli "İrəvan əyalətinin icmal dəftəri"ndə Sədərək nahiyəsində dümbülü əşirətinin Xatunkəhriz, Molla Xəlil, İsaxan, Dərəbəy, Yaqutxan, Söyüdlü, Hacı İslam, Bəy, Öküzbatır kəndlərində yaşadığı qeydə alınmışdır (1831-ci və 1842-ci illər) == Əhalisi == "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə 23 yaşayış məntəqəsini əhatə etdiyi qeyd olunur və həmin ərazidə cəmi 178 ailə yaşamaqda idi. Əhalisi etnik mənsubiyyətinə görə deyil, dini mənsubiyyətinə görə quruplaşdırılmışdı; böyük əksəriyyəti müsəlmanlar (azərbaycanlılar) idi. == Gəliri == Sədərək nahiyəsinin illik gəliri həmin dövrün əskinasıyla 60 660 ağça təşkil edirdi.
Sədərək qalası
Sədərək qalası – Sədərək rayonu ərazisində, Sədərək qəsəbəsinin cənubunda, Araz çayına doğru uzanan Vəlidağın cənub – qərb silsiləsi üzərində Son Tunc və İlk Dəmir dövrlərinə aid (e.ə. V—IV minilliklər) qala – şəhər. == Tədqiqi == Abidə 2001–ci ildə Naxçıvan Arxeoloji Ekspedisiyası tərəfindən aşkar edilmişdir. Qala–şəhərin salındığı yüksəklik əlverişli strateji mövqeyə malikdir. Anadolu–Sədərək–Naxçıvan istiqamətindəki qədim karvan yolu buradan yaxşı müşahidə olunur və nəzarətdə saxlanılırdı. Qala divarı boyunca bir neçə yerdə daş tikinti qalıqları və zəngin mədəni təbəqə vardır. Buradan e.ə. II minilliyin II yarısı – I minilliyin əvvəllərinə aid boz, qara və açıq çəhrayı rəngli gil qab qırıqları və obsidian lövhələr əldə edilmişdir. == Memarlıq xüsusiyyətləri == Dağın cənub, şərq və qərb ətəklərindən aşağı terraslarda buraya çıxmaq mümkün olan bütün keçidlərin qarşısını kəsən 2,5 metr enində siklop tipli möhtəşəm müdafiə səddi ucaldılmışdır. Həmin möhtəşəm sədd 1,5 – 2 metr hündürlüyündə salamat qalmışdır.
Sədərək rayonu
Sədərək rayonu — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının tərkibində inzibati – ərazi vahidi. Sərhəd bölgəsinin sosial-iqtisadi inkişafını daha da sürətləndirmək və gücləmdirmək, həmçinin ərazinin geostratrji mövqeyi nəzərə alınaraq 1990-cı il avqustun 28-də Azərb. SSR Ali Sovetinin fərmanı əsasında yaradılmışdır. Cənub-qərbdən Türkiyə ilə 11 km, şimal-qərbdən Ermənistanla 24 km məsafədə həmsərhəddir.Naxçıvandan məsafəsi — 90 km İnzibati mərkəzi: — Heydərabad qəsəbəsi Sahəsi − 160 km Əhalisi − 14 016 nəfər (01.01.2011) Əsas zirvələri: Kömürlüdağ (2065 m), Ardıc dağı (2034 m), Vəlidağ (1242 m), Əjdaha dağı (1239 m), Daşburun dağı (1239 m), Qaraburun dağı (945 m). Əsas çayları: Araz (1072 km), Qaraçay (14 km), Çapançay (12 km ). == Toponimiki zahı == Naxçıvan MR-da iri yaşayış məntəqəsi. Sədərək düzündədir. Bəzi tədqiqatçılara görə toponim ərəb dilindəki sədər (düşərgə) sözü və -ə k sözdüzəldici şəkilçisindən ibarətdir. Ehtimal ki, kənd vaxtı ilə hərbi düşəkgə olan ərazidə salınmışdır.Sədərək rayonu ərazisindən aşkar edilmiş arxeoloji abidələr m.ə. IV minilliyə aid edilir.
Sədərək sultanlığı
Sədərək sultanlığı — Sədərək XVI əsr mənbələrində sultanlıq kimi göstərilir. Fransız səyyahı J.Şarden də təsdiqləyir ki, bu dövrdə Sədərək ayrıca bir hakimlik – sultanlıq olmuş, Qars, İğdır və Sədərək əraziləri bir sultanlıqda birləşmişdir. Şarden yazır: “Çox düzən və barlı-bəhərli bir ölkə ilə beş lyö getdik. O, dağlarla əhatə olunmuşdu. Sağdakı dağları Nuh dağı adlandırırlar. Biz Qaynar adlı kiçik bir şəhərdə mənzil saldıq. Biz həmin yolla gedib səkkiz lyö qət etdik. Yolun yarısında, sol tərəfdə Sədərək adlı şəhərciyin yanından ötüb keçdik. Mahalın sultanı da bu şəhərcikdə yaşayır”.Qeyd edək ki, Səfəvilər dövründə daha kiçik inzibati vahidlərin hakimləri sultan titulunu daşıyır və onlar yerli hakimiyyət orqanlarını müstəqil surətdə yaradırdılar. Sultanlar müvafiq vilayətin qolbəyilərinə və bəzən birbaşa bəylərbəyisinə tabe idilər.