Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şlyapa
Şlyapa və ya börk — Fetrdən, plüşdən, həsirdən hazırlanan baş geyimi. Baş örtüklərinin özünəməxsusluğu ondadır ki, onlar sadə saç düzümünü çox yaxşı tamamlayır. Şlyapalar - qadınlarda yuxarıdan aşağıya tökülmüş, hörülmüş, tiftik, yığılmış saçlarla da çox ahəngdarlıq təşkil edir və qadını çox yaraşıqlı göstərir. Baş örtüklərinin kökü ibtidai icma dövrünə gedib çıxır. Həmin zamanlar insanlar küləkdən, yağışdan, günəşdən özlərini qorumaq üçün baş örtüklərindən istifadə etmişlər.Əsrlər, minilliklər ötdükcə baş örtükləri də müxtəlif formalara salınmışdır. Zaman keçdikcə baş örtükləri təkcə saçları qorumaq üçün deyil, gözəllik, yaraşıq aksessuarları kimi istifadə olunmağa başladı. Qadınlar kişilərə nisbətən daha gec şlyapalardan istifadə etməyə başlamışlar. Zərif cinsin nümayəndələri uzun müddət baş örtüyünü qadın geyiminin ayrılmaz bir hissəsi hesab etmişlər. Qadınlar baş örtükləri ilə bərabər, duvaqdan da (qadın şlyapasına bənd edilən kiçik tül) istifadə etmişlər. Müəyyən dövrlərdə baş örtükləri sosial stasus göstəricisi kimi də istifadə olunurdu.
Qara Şlyapa Brifinqləri
Qara Şlyapa Brifinqləri– rəqəmsal özünümüdafiə ilə əlaqəli mövzular haqqında biliklərini bölüşmək üçün hüquq, texnologiya və akademiya ekspertləri Qara şlyapa brifinqləri konfransı üçün hər il Las Veqasda, Avropada və Asiyada toplaşırlar. Qara Şlyapa Brifinqləri 1997-ci ildə təşkil olunmuşdur. Konfransın təşkilatçısı və prezidenti Jeff Mossdur (The Dark Tanget kimi də tanınır). Qara Şlyapa Brifinqləri dünyanın ən qabaqcıl konfranslarından biridir. Qara Şlyapa Brifinqləri DEF CON konfransından əvvəl təşkil olunur. Qara Şlyapa Brifinqləri təhlükəsizlik konfransı kimi təhlükəsizlik sənayesi tərəfindən tanınır, lakin DEF CON qeyri-rəsmi konfransdır. Konfrans iki əsas hissədən ibarətdir: Qara Şlyapa Brifinqləri və Qara Şlyapa Təlimləri. Təlimlər müxtəlif kompüter təhlükəsizlik təchizatçıları və fərdi təhlükəsizlik mütəxəssisləri tərəfindən keçirilir. Brifinqlər tərs mühəndislik, şəxsiyyət və gizlilik və hacking daxil olmaqla müxtəlif mövzularda olur. İmamverdiyev Y. N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,"İnformasiya Texnologiyaları" nəşriyyatı,160 səh.