KÜLƏŞ

is.
1. Taxıl döyüldükdən sonra qalan quru çöplər; iri saman. Dəni küləşdən ayırmaq. Damı küləşlə örtmək.
– Məşədi Ağakişi əlində yaba küləşi eşələyib qarışdırır. C.Məmmədquluzadə.
Məktəb binası köhnə, üstü küləşlə örtülmüş yastı-yapalaq bir dam idi. Q.İlkin.

// Bəzən həsir mənasında.
[Zirzəmiyə] küləş şlyapalı uzun bir adam girdi. S.Vəliyev.

2. məh. bax kövşən 2-ci mənada.
Safo … ya ayaqyalın, ya yamaqlı bir çarıqda gəzir, onun-bunun küləşində başaqçılıq eləyir. S.Rəhimov.

KÜLƏKTUTAN
KÜLƏŞDOĞRAYAN

Значение слова в других словарях