Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zla Kolata
Zla Kolata (mont. Зла Колата, Zla Kolata; alb. Kolata e Keq) — 2534 metrə malik olan Albaniya ilə Monteneqro arasında yerləşən zirvə. Prokletie dağları massivində yerləşir. Zla Kolata Monteneqronun ən hündür zirvəsidir. == Fiziki-coğrafi göstəriciləri == Zla Kolata Albaniya ilə Monteneqro arasındakı sərhəddə yerləşir. Albaniya tərəfdən Tropoya dairəsi, Monteneqro tərəfdən isə Kukes vilayəti ərazisinə daxildir. Albaniya tərəfdən zirvəyə ən yaxın yaşayış məntəqəsi Valbona şəhəridir. Şəhər zirvədən 4 km cənub-şərqdə yerləşir. Monteneqro tərəfdən isə ən yaxın yaşayış məntəqəsi Qusine şəhəridir ki, oda zirvədən 10 km qərbdə yerləşir.
Baluan Şolaq
Baluan Şolaq (qaz. Балуан Шолақ) və ya Nurməhəmməd Baymırzaulı (qaz. Нұрмағанбет Баймырзаұлы; d. 1864, Karaoktel, indiki Aqmola vilayəti, Qazaxıstan – 1919, Kayraktı, indiki Cambul vilayəti, Qazaxıstan) — Qazaxıstan musiqiçisi, bəstəkarı, dombraçalanı, igidi və döyüşçüsü. == Bioqrafiya == Əslən ulu juzlardan biri olan dulatların Sambet tayfasından olan Nurməhəmməd Baymırzaulı 1864-cü ildə indiki Qazaxıstanın Aqmola vilayətində, Şu çayının sahillərində yerləşən Karaoktel kəndində anadan olmuşdur. Atasının adı Baymırza, anasının adı isə Qaynıkey olub. Uşaqlıqda xalq mahnıları oxuyar və dombra ifa edərdi. Gənc yaşlarında Baluan Şolaq (azərb. Rəqibsiz güləşçi‎) ləqəbini qazanmışdır. Daha sonra Şolaq müxtəlif aullar gəzmiş, istedadlı gənc dombraçalanları öz yanına almış və o dövrün adət-ənənələrinə uyğun əyləncə yığıncaqları qurmuşdur.
Kolatağ
Kolatağ — Azərbaycan Respublikasının Ağdərə rayonunun Kolatağ kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Kolatağ kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir. 1993-cü ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Kolatağ kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qaytarılmışdır. == Toponimikası == Kəndin əsl adı Kolatəkdir. Oykonim kol (meşəlik, xırda meşə) və ətək komponentlərindən düzəlib, "meşə ətəyi" mənasındadır. Yaşayış məntəqəsi meşə ətəyində salındığı üçün belə adlandırılmışdır. Bəzi tədqiqatçıların fikrinə görə, toponim əslində Gulyataq olub, "güllü, çiçəkli yataq" mənasındadır. == Tarixi == Kolatağ kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü.
Sonata
Sonata (it. sonata, sonare) — İtalyan dilindən tərcümədə "səslənmək" mənasını verir. Kamera-instrumental musiqinin əsas janrlarından biri. Müasir anlayışda sonata bir və ya iki alət üçün silsilə sonata formasında yazılmış bir əsərdir.
Kolatağ monastırı
Kolatağ monastırı — Kəlbəcər rayonunun Kolatağ kəndində yerləşən tarix-memarlıq abidəsidir. Kolatağda yerləşən Böyük Arran monastırından fərqli olaraq sadə dizaynı və plan tərtibatına malikdir. == Tarixi == Tarixi Kolatağ kəndindən 8 km aralıda inşa edilmiş monastır böyük təpənin ətəyində yerləşir. Kompleks ərazisindəki çoxsaylı xaçdaşlar yüksək bədii, etnoqrafik və tarixi dəyər daşıyır. Ümumilikdə monastır ərazisindən XII–XIII əsrlərə aid iyirmi beş kitabə oxunaraq çap edilmişdir. Kitabələr 1179, 1181, 1186, 1191 və 1194-cü illərə aiddir. == Memarlıq xüsusiyyətləri == Kompleks qala divarları ilə əhatə olunmuş üç kilsə binasından ibarətdir. Divarların işində su hovuzu saxlanılmış, həmçinin su ötürmə sisteminin izləri aydın müşahidə edilir. Monastır həyəti iki hissəyə bölünür. Həyətin şimal hissəsində üç kilsə və onlar üçün ümumi olan üçtağlı narteks-sovməə binası yerləşir.
Ageratina solana
Ageratina solana (lat. Ageratina solana) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü.
Sonata Arctica
Sonata Arctica — Finlandiya power metal qrupu, 1996-cı ildə Finlandiyanın Kemi şəhərində Toni Kakko, Jani Liimatainen, Marko Paasikoski, Tommi Portimo və Pentti Peura tərəfindən yaradılıb. Əvvəlcə qrup "Tricky Beans" adlanırdı. Onlar "Tricky Beans" qrupu kimi hard rock janrı ilə oxumağa başladılar. 1997-ci ildə "Sonata Arctica" adı ilə fəaliyyətinə davam edir və 1999-cu ildə onların üslubu tamamilə dəyişir. Habelə Toni Kakkonun vokal səsi də dəyişir. Dəyişikliklərdən sonra qrup 1999-cu ildə "UnOpened" və "Wolf & Raven" sinqllarını, eləcə də "Ecliptica" adlı ilk studio albomu buraxıldı və albom 30,000 nüsxədən çox satıldı. Beləliklə, "Sonata Arctica" qrupu power metal üslubunda qrup kimi məşhurlaşmağa və tanınmağa başladı.
Skripka üçün iyirminci sonata (Motsart)
Skripka üçün iyirminci sonata C Major- da ( K. 303 / 293c) Volfqanq Amadey Motsartın 1778-ci ilin mart ayında Almaniyanın Mannheim şəhərində bəstələmişdir və həmin il Motsartın Mariya Yelizabetə həsr olunmuş Opus 1 kolleksiyasının bir hissəsi olaraq nəşr edilmişdir. Əsər iki hərəkətdən ibarətdir: Adagio - Allegro Molto - Adagio Tempo di Menetto == İstinadlar == Zaslaw, Neal; Cowdery, William (1990). Tamamilə Motsart: Wolfgang Amadeus Motsartın Musiqi əsərlərinə bələdçi . New York: WW Norton .
Skripka üçün on doqquzuncu sonata (Motsart)
Skripka üçün on doqquzuncu sonata — E-Flat Major ( K 302 / 293b) -da Volfqanq Amadey Motsart tərəfindən 1778-ci ilin mart ayında Almaniyanın Mannheim şəhərində bəstələnmişdir. Əsər ilk dəfə elə həmin ildə Motsartın Mariya Yelizavettaya həsr edilmiş Opus 1 kolleksiyasının bir hissəsi olaraq nəşr edilmişdir. Əsər iki hərəkətdən ibarətdir: Allegro Andante Grazioso == İstinadlar == Zaslaw, Neal; Cowdery, William (1990). Motsartın bütün əsərləri: Volfqanq Amadey Motsartın musiqi əsərlərinə bələdçi . New York: WW Norton .