Kolatağ

KolatağAzərbaycan Respublikasının Kəlbəcər rayonunun Kolatağ kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Kolatağ kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir.[2] Kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.

Kolatağ
40°00′24″ şm. e. 46°35′57″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 249 nəf. (2005)[1]
Xəritəni göstər/gizlə
Kolatağ xəritədə
Kolatağ
Kolatağ
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Toponimikası[redaktə | mənbəni redaktə et]

Kəndin əsl adı Kolatəkdir. Oykonim kol (meşəlik, xırda meşə) və ətək komponentlərindən düzəlib, "meşə ətəyi" mənasındadır. Yaşayış məntəqəsi meşə ətəyində salındığı üçün belə adlandırılmışdır. Bəzi tədqiqatçıların fikrinə görə, toponim əslində Gulyataq olub, "güllü, çiçəkli yataq" mənasındadır.[3]

Tarixi[redaktə | mənbəni redaktə et]

Kolatağ kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Kolatağ kəndi də Kəlbəcər rayonuna birləşdirilən kəndlərdən biridir.

Coğrafiyası və iqlimi[redaktə | mənbəni redaktə et]

Kənd Qarabağ silsiləsinin yamacında yerləşir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. http://census.stat-nkr.am/nkr/1-1.pdf.
  2. "Azərbaycan Respublikasının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı". 2022-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-29.
  3. Kolatağ // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]