Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şorakət torpaqlar
Şorakət torpaqlar - uducu kompleksdə halda böyük miqdarda mübadilə olunan natrium və bəzən də maqnezium toplanan torpaqlardır. Şoran torpaqlar şorakətli torpaqlarda suda həll olan duzlar daha dərin qatlara toplanır. Humuslu-ellüvial horizont plastik strukturlu olub, məsaməli lil fraksiyasından kasıb olması, aşağıdakı qat yüngül mexaniki tərkibə görə fərqlənir. Qatın qalınlığı 2-3 sm-dən 20-25 sm arasında dəyişir. Şorakət qatı tünd-qonur rəngli olub, sütunvari prizmaşəkili struktura malikdir. Qalınlığı 7-12 sm-dən 25 sm-ə qədər dəyişir. Torpaq məhlulunda natrium ionlarının kəsəfəlliyi yüksəldikcə, uducu kompleksdə olan digər kationları sıxışdırıb şorakətliyin yaranmasına səbəb olur. Humusun miqdarı görə aşağıdakı qruplara bölünür: yüksək humuslu - A≥6% orta humuslu - 3-6% az humuslu - ≥3% Bu torpaqlar pis su-fiziki və fiziki-mexaniki xassələri ilə seçilir. Quru halda çox sıx olur, nəm halda şişir və yapışqan olur. Gipsləşdirmə - udulmuş natriumun yüksək miqdarı və torpaq məhlulunun qələviliyi ilə seçilən sodalı şorlaşmış şorakətlərin münbitliyini yüksəltməkdən ötrü istifadə edilən ən radikal vasitədir.
Raketli kater
Raketli kater və ya Hücum qayığı, gəmi əleyhinə raketlərlə silahlanmış kiçik bir hərbi gəmidir. Dənizlərdə az məsrəflərlə donanma yaradılması məqsədilə ölkələr tərəfindən seçilən məşhur bir seçim vasitəsidir. Hücum qayıqları yüksək hərəkətliliyi sayəsində döyüş raketlərindən daha effektiv istifadəni təmin edir və bu səbəbdən də tez-tez istifadə olunurlar.