Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zurab Sotkilava
Zurab Sotkilava (gürc. ზურაბ სოტკილავა, d.12 mart 1937, Gürcüstan, Suxumi — ö. 18 sentyabr 2017, Rusiya, Moskva) — Sovet gürcü və rus opera müğənnisi (tenor), Gürcüstan SSR-in (1973) xalq artisti və SSRİ xalq artisti (1979), müəllim, Moskva konservatoriyasının professoru, Böyük teatrın solisti (1974-2017), Suxuminin "Dinamo" klubunun heyətində sabiq futbolçu (1951-1955). Zurab Sotkilava 1937-ci il mart ayının 12-də Gürcüstan Respublikasının Suxumi şəhərində ziyalı ailəsində anadan olmuşdur. Eliso Turmanidze ilə evliliyindən onun iki qız övladı dünyaya gəlmişdir. 2015-ci ildə Sotkilavaya mədəaltı vəzidə bədxassəli şiş diaqnozu qoyuldu və 2017-ci il sentyabrın 18-də 80 yaşında Moskva şəhərində vəfat edib. Onun atası 1940-cı ilə qədər məktəbin direktoru, tarix müəllimi işləmiş; daha sonra müharibə dövründə 3 qardaşı ilə birlikdə cəbhəyə getmiş, qardaşlarından ikisi şəhid olmuşdur. Zurabın qohumlarının arasında musiqiçi olmayıb, amma anası (həkim-rentgenoloq) və nənəsi gitarada yaxşı ifa edib, oxuya bilirdilər. Müharibədən sonra anasının təkidi ilə Zurab bir müddət skripka və fortepiano üzrə təhsil almışdır. Zurab gözəl bir gələcək barədə düşünmürdü, futbolla ciddi maraqlanırdı və idman sahəsində uğur qazanmaq istəyirdi.