Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Haydrun Tempel
Haydrun Tempel (alm. Heidrun Tempel‎; d. 1958) — Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2013-2016) == Karyerası == Haydrun Tempel Almaniyanın Xarici İşlər Nazirliyinin mədəniyyətlərarası dialoq üzrə səfiri və xüsusi müvəkkil vəzifəsində, həmçinin Brüssel və Cakartada fəaliyyət göstərmişdir. 2013-cü ilin iyul ayında Azərbaycana səfir təyin olunmuşdur.
Temple Institute
Temple Institute (מכון המקדש – Machon HaMikdash) Yerusəlimdə bir muzey, tədqiqat institutu və təhsil mərkəzi edir. Bu 1987-ci İnstitutu-ci ildə qurulan iki həsr olunur [Qüds Yerusəlimdə Temples və İkinci Temple s Süleymanın Məbədi adlanır.
Temple Run
Temple Run (azərb. Məbəd qaçışı‎) — mobil qurğular üçün kompüter oyunudur. Oyun Imangi Studios studiyası tərəfindən "sonsuz ranner" janrında hazırlanmışdır. == Ssenari == Oyunun ssenarisi - iblisanə meymunlar tərəfindən qorunan məbəddən bütün əşyaları oğurlamağa çalışan tədqiqatçılardan bəhs edir. Oyunçu sensor ekranda, sadə jestlərin köməyi ilə tədqiqatçılara nəzarət edir. Oyunun hədəfi — mümkün qədər tez qaçmaq və özünüiblisanə meymunlardan qorumaqdan ibarətdir. Oyunda səviyyələr (etaplar) mövcud deyil və oyunun sonu yoxdur; oyunda əsas hərəkət qaçmaq, maneələrdən tullanmaq (barmağın yuxarı hərəkəti), sürüşməkdən (barmağın aşağı hərəkəti) ibarətdir. Oyunda məbəddən başlayaraq gedilmiş yol qeydə alınır. Oyunçunun qaçışı gedişatında həmişə meymunlar təqib edirlər. Oyun zamanı oyunçu sola və ya sağa istiqamət ilə hərəkət edərək qənimətləri toplaya bilər.
Temple stay
Temple stay Cənubi Koreyanın buddist məbədlərində ölkənin mədəniyyətinin öyrədildiyi bir proqramdır. Temple stay iştirakçılara buddist tələbələrin yaşam tərzini təcrübə etmək və rahiblərin izah etdiyi hekayələr vasitəsilə Koreya Buddist mədəniyyətinin və tarixinin müxtəlif tərəflərini öyrənmək imkanı verir. Bu proqram 2002-ci ildə keçirilən Dünya çempionatından bəri mövcuddur. == Temple stay proqramının yaranması == Temple stay proqramı ilk dəfə 2002-ci il Dünya kuboku zamanı xarici turistlər üçün qonaqlama yerinin azlığı problemindən yaranmışdır. Hal-hazırda nəinki xarici qonaqlar, eyni zamanda yerli əhali də Temple stayə qoşulur.1700 illik tarixi ərzində Koreya Buddizmi Ganhva Seon (bir növ Zen meditasiyası) təcrübəsini qoruyub saxlaya bilmişdir. Hər il yay və qış mövsümündə 2500-ə yaxın rahib ölkə daxilindəki 100 məbəddən birində 100 günlük meditasiyaya başlayır. Koreyada məbəddə qalmaq insana sabitlik və sülh hissi verir. Koreya buddizminin Coqye ordenində məbədlər koreyalılar və xaricilər üçün açıq elan olundu, həmçinin 2002-ci il Koreya-Yaponiya Dünya Kubokunu mədəni bir Dünya Kubokuna çevirmək üçün onların Sansada qalmalarına icazə verildi. Nəticədə 1000 əcnəbi və 10.000 Koreyalının Koreya-Yaponiya Dünya Kubokunun keçiriləcəyi 31 may 2002-ci il tarixindən 30 iyun 2002-ci il tarixinədək məbəddə təxminən 30 gün qalmasına icazə verildi. İştirakçıların sayının çoxluğu nəticəsində bu ərəfədə CNN, New York Times, BBC və NHK də daxil olmaqla, dünyanın bir sıra media orqanları Temple staylə bağlı məlumat verməyə başladılar ki, bu da Koreya Buddizmi və məbədlərinin məşhurlaşmasına gətirib çıxardı.
Ernst Qotlib Şteydel
Ernst Gottlieb von Steudel (alm. Ernst Gottlieb von Steudel‎) (1783—1856) — alman həkimi və botaniki (XIX əsrin birinci yarısı). == Mənbə == Johann Gottlob Kurr: Vorträge. In: Verein Vaterländische Naturkunde Württemberg (Hrsg.), Jahresheft Nr.13, S. 17-24, Stuttgart 1857. (alm.) Christian Gottfried Daniel Nees von Esenbeck: Dr. Ernst Gottlieb von Steudel.
Templ Qrandin
Templ Qrandin (ing. Mary Temple Grandin; d. 29 avqust 1947, Boston, Massaçusets, ABŞ) — ABŞ-nin Kolorado Ştat Universitetinin professoru; ABŞ-dəki bütün heyvandarlıq fermalarının üçdə birinin dizaynını qurmuş alim. Heyvanlar mövzusunda peşəkar bir baytar, bir yazıçı və ixtiraçıdır. Autizm sahəsində dünya səviyyəli fərqlilik yaratmaq məsələsində də olduqca iddialıdır. Çünki o, özü də autizmlidir. == Həyatı == 3 yaşında ikən ona autizm diaqnozu qoyulub. Həkimi onu autizm sahəsində peşəkar təhsil verən bir məktəb əvəzinə, nitq terapiyası verilən yaşıdlarının getdiyi bir bağçaya istiqamətləndirir. Templ 4 yaşında ikən danışmağa başlayır. Ailəsi onun "fərqli" təhsil almasını istəmir.
Şemel Luison
Şemel Luison (9 avqust 1990-cı ildə Qrenadada anadan olub) — Trinidad və Tobaqonun Kaledoniya AİA FK klubunda və Qrenada milli futbol komandasında çıxış edən futbolçudur. == Karyerası == === Milli komanda === Luison Qrenada milli futbol komandası ilə 2011 KONKAKAF Qızıl Kubokunda iştirak etmişdir. Onun komandası turnirin ilk oyununda Yamaykaya 4-0 hesabı ilə məğlub oldu. Buna baxmayaraq, Luison öz oyunu ilə müsbət rəylər qazandı.
Şirli Templ
Şirli Templ (ing. Shirley Temple; 23 aprel 1928[…], Santa-Monika, Kaliforniya – 10 fevral 2014[…]) — ABŞ aktrisası. == Həyatı == Şirli Templ 1928-ci ildə dünyaya gəlmişdi. 1934-cü ildə ən gənc "Oskar" mükafatı laureatı olub. Həmin dövrdə canlandırdığı uşaq obrazlarına görə Hollivudun ən çox tələbat olan aktrisalarından idi. Aktrisa karyerasını başa vurduqdan sonra siyasi fəaliyyətlə məşğul olurdu. O, ABŞ-nin bəzi ölkələrdə səfiri kimi çalışıb.
Stepped Reckoner
Leybnits kalkulyatoru — 1674-cü ildə alman riyaziyyatçısı Qotfrid Vilhelm Leybnits (Gottfried Wilhelm Leibniz) tərəfindən yaradılmışdır. Bir çox ədəbiyyatda "Stepped Reckoner" (Pilləli hesablayıcı) adı ilə verilir. Maşın dörd hesab əməli ilə yanaşı kvadrat kökü də hesablayır.1674-cü ildə dahi alman riyaziyyatçısı Qotfrid Vilhelm Leybnits (Gottfried Wilhelm Leibniz) "Stepped Reckoner" (Pilləli hesablayıcı) adlı hesab maşınını yaratmışdır. Maşın dörd hesab əməli ilə yanaşı kvadrat kökü də hesablayırdı.
Mişşi Sespel
Mişşi Sespel (rus. Михаи́л Кузьми́ч Кузьми́н; d. 16 noyabr 1899, Kazan quberniyası, Tsivil qəzası, Kazakkası kəndi – ö. 15 iyun 1922) — çuvaş şairi. == Həyatı == Mişşi Sespel 1899-cu il noyabrın 16-da Kazan quberniyası Tsivil qəzasının çuvaşlar yaşayan Kazakkası kəndində kasıb bir ailədə doğulmuşdur. Fiziki cəhətdən zəif və cılız olan Mixaili atası 1910-cu ilin payızında Şuqurav kilsəsi yanındakı məktəbə qoyur. O, burada rus dilində yazıb-oxumaqla yanaşı, xristian dininin ehkamlarını da öyrənir. 1911-ci ilin yayında ailə üzvləri arasında münaqişə yaranır və bu münaqişə faciə ilə nəticələnir. Mixailin atası həbs edilərək Sibirə göndərilir. Kasıb ailənin vəziyyəti bundan sonra daha da ağırlaşır.
Semper fidelis
Semper fidelis (Latınca tələffüz: [ˈsɛmpɛr fɪˈdeːlɪs]) — latın dilindən tərcümədə "Həmişə sadiq " mənasını verən ifadə. Qədim Roma senatorlarının müdaxilələrinin sonunda dedikləri bir ifadədən gəldiyinə inanılır. "Semper fidelis"in ilk dəfə deviz kimi 1369-cu ildə Fransanın Abbevil şəhərində istifadə edilmişdir. Bu, digər şəhərlər tərəfindən də istifadə edilmişdir və XIII əsrdən müxtəlif Avropa zadəgan ailələrinin şüarı olmuşdur. "Semper fidelis" Birləşmiş Ştatlar Dəniz Piyadaları Korpusunun şüarıdır. Adətən "Semper Fi" kimi qısaldılır. == İstinadlar == == Əlavə ədəbiyyat == == Xarici keçidlər == Hardiman's history of the town of Galway Exeter City Council site giving supposed origin of Exeter's use of the motto.
Semüel Bekket
Semyuel Bekket (ing. Samuel Beckett, 13 aprel 1906[…] – 22 dekabr 1989[…], 14-cü Paris dairəsi[d]) — fransız əsilli irlandiyalı yazıçı, dramaturq, tənqidçi və şair. Ejen İonesko ilə birgə Absurd Teatrın yaradıcılarından biri. 1969-cu ildə nəsr və poeziya janrlarında müasir insanın faciəsinin onun zəfərinə çevrilməsini novatorcasına əks etdirən əsərlərinə görə Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülən Bekket, həm də Sənət İnsanları Cəmiyyətində Müdrik seçilmişdir. Semyuel Barkli Bekket XX əsr eksperimental ədəbiyyatın aparıcı müəlliflərindən biridir. O, Ceyms Coysun davamçısı olduğu üçün "son modernistlərdən", daha sonra bir çox yazıçıya təsir göstərmiş olduğu üçün də "ilk postmodernistlərdən" biri kimi qiymətləndirilir. Bekket, həmçinin Martin Esslinin Absurd Teatr olaraq adlandırdığı cərəyanın ən vacib yazıçısı sayılır. Əsərlərinin çoxunu fransızca ya da ingiliscə yazıb, digər dilə özü tərcümə etmişdir. Ən tanınmış əsəri "Qodonu gözlərkən" olmuşdur. Bekketin əsərləri sadə və əsasən minimalistdir.
Semuel Kramer
Samuel Nuh Kramer (ukr. Сімха Ной Крамер, ing. Samuel Noah Kramer, 28 sentyabr 1897[…] – 26 noyabr 1990[…], Filadelfiya, Pensilvaniya—ABŞ şərqşünası. == Həyatı == == Fəaliyyəti == Mağların şumerlərlə qonşu olmasını, hətta bir dövlət kimi mövcud olub təşəkkül tapmasını və mağlar ölkəsinin mövcudluğunun e.ə. III–II minilliklərə təsadüf etməsini Şumerin ən güclü tədqiqatçısı S. N. Kramer də təsdiq edir. Belə ki, o "Tarix şumerlərdən başlanır" əsərinin 14-cü fəslində Mağan və Dilmun ölkələrinin adını çəkir. Kramerin tədqiq etdiyi əsərlərdən biri də unikal və şedevr sayılan, 450 sətirdən ibarət olan "Enki və kainat" poemasıdır. Bizi maraqlandıran Mağan ölkəsinin adı məhz buradadır. Xatırladaq ki, cəmi mağlara mağan deyilirdi. Poema Enkinin şərəfinə həsr olunmuş himnlə başlanır.
Təməl Kotil
Təməl Kotil (türk. Temel Kotil; 3 dekabr 1959, Rizə, Rizə ili) — Türkiyə aviasiya mühəndisi. O, hal-hazırda Türk Aerokosmik Sənayesi şirkətinin baş direktorudur . Kotil bundan əvvəl 2005-ci ilin aprelindən 2016-cı ilin oktyabrına qədər Türk Hava Yollarının baş direktoru vəzifəsində çalışmışdır.1991-ci ildə Türkiyəyə qayıtdıqdan sonra İstanbul Texniki Universitetində Aviasiya mühəndisliyi kafedrasına dosent vəzifəsinə təyin edilmişdir. Təyyarələrin dizaynı, struktur mexanikası və qabaqcıl hesablama mexanikası laboratoriyalarını qurmuş və onlara rəhbərlik etmişdir. Eyni zamanda, Kotilə idarənin kompüter mərkəzinin müdiri vəzifəsi də tapşırılmışdır. 1994–1997-ci illərdə İstanbul Böyükşəhər Bələdiyyəsində texniki şöbə müdiri vəzifəsində çalışmışdır. 2002–2003-cü illər arasında Nyu-Yorkda "Advance Innovative Technologies Inc."də Tədqiqat, Planlaşdırma və Koordinasiya Departamentinin rəhbəri vəzifəsində çalışmışdır. 2003-cü ildə Türkiyəyə qayıtmış və Türk Hava Yollarında texniki işlər üzrə icraçı vitse-prezident vəzifəsində işə götürülmüşdür. 2005-ci ilin aprel ayında Kotil Türkiyənin aviaşirkətin baş direktoru vəzifəsinə təyin edilmişdir.
Bob Semple tankı
Bob Semple tankı - Yeni Zelandiya Daxili İşlər naziri Bob Semple tərəfindən İkinci dünya müharibəsində yaradılmış Yeni Zelandiya tankıdır. Əldə olan materiallardan istifadə edilməklə hərbi texnikaya olan ehtiyacdan yaradılmış olan bu tank traktorun üzərinə polad parçaları birləşdirməklə yaradılmışdır. Yaponiyanın Yeni Zelandiyanı işğal etmək qorxusundan yaradılmış olan bu tank ölkənin müdafiə edilməsi ehtiyacından yaradılmışdır. Rəsmi konstruksiya və hazırlanma planına sahib olmayan bu tank yaradılmış, lakin çoxsaylı mexaniki qüsurları, istifadə edilməsinin praktiki cəhətdən olduqca çətin olması səbəbindən kütləvi istehsala və hərbi əməliyyat meydanlarına heç bir zaman buraxılmamışdır. == Konstruksiya və yaradılması == Yeni Zelandiyanın qonşusu Avstraliya kimi yerli zirehli müharibə maşını istehsal edəcəck sənayesi yox idi. Zirehli müharibə maşının Böyük Britaniyadan idxal ediləcəyi gözlənilirdi. Avstraliya və Yeni Zelandiya zireh və zirehli maşın istehsal edəcək ağır sənayeyə sahib olsa da çox az şey istehsal edilmişdi. Yeni Zelandiya Ordusunun mexanikləşdirilməsi fikri, müharibədən əvvəl irəli sürülsə də bu sahədə çox az uğurlara imza atılmışdı. Əfqanıstan və Çinə satılan Caterpillar Model 35 şassisi üzərində bir zirehli qutudan hazırlanmış 1937-ci il istehsalı olan ABŞ istehsalı olan Disston “Altı Ton Traxtor Tankı”nın istifadəsi məsləhət görülmüşdü. Yeni Zelandiya bəzi digər ölkələrin zirehli yük maşınlarına oxşayan zirehli yük maşınları istehsal etmişdi və Avstraliyadan Böyük Britaniya istehsalı olan Universal Daşıyıcı (Universal Carrier) almaq planları baş tutmamışdı.
Baku Steel Company
== "Baku Steel Company" QSC (BSC) == Azərbaycanın metallurgiya sənayesinin inkişafında əsas rolu olan qabaqcıl poladəritmə müəssisəsidir. Cənubi Qafqazın ən böyük və müasir metallurgiya təsisatı oan "Baku Steel Company" QSC ağır sənayenin Azərbaycanda inkişafında əsas rolu olan qabaqcıl poladəritmə və yayma xətlərinə malik şirkətdir. Şirkətin rəsmi açılışı 2001-ci ilin iyun ayının 21-də Ümummilli Lider Heydər Əliyevin iştirakı ilə keçirilmişdir. Uzun illər məhdud məsuliyyətli cəmiyyət (MMC) kimi fəaliyyət göstərən "Baku Steel Company" 2022-ci ilin əvvəlindən idarəetmə formasını dəyişərək qapalı tipli səhmdar cəmiyyətinə (QSC) çevrilmişdir. Hazırda "Baku Steel Company" QSC Azərbaycanda qeyri-neft sektorunda ən böyük vergi ödəyicilərindən biridir.İxrac siyasətini hər zaman inkişaf etdirən şirkət öz məhsullarını Rusiya, Türkiyə, Gürcüstan, Qazaxıstan, Türkmənistan, İtaliya, İspaniya da daxil olmaqla 20-dən çox ölkəyə ixrac edir. 2022-ci ilin oktyabr ayında isə “Baku Steel Company” QSC dünya metallurqlarının nüfuzlu beynəlxalq təşkilatı hesab edilən “World Steel Association”a (Dünya Polad Assosiasiyası) müntəzəm üzvlüyə qəbul olunub. == İstehsalat == "Baku Steel Company" QSC-nin poladəritmə üzrə ümumi istehsal gücü ildə 700000 tondur. Hazırda müəssisədə en kəsiyi 125x125 və 150x150 mm-lik, uzunluğu 3000-12000 mm olan müxtəlif markalı polad pəstahlar, diametri 10-32 mm olan Avropa standartlarına uyğun armaturlar, həmçinin, 80-160 mm ölçülü şveller,40-125 mm ölçülü künclük, 100-160 mm ölçülü ikitavr və 5,5-8 mm diametrli polad məftil (katanka) istehsal edilir. Bundan əlavə zavodun en kəsiyi 100x100, 120x120, 130x130 və 140x140 mm ölçülü polad pəstahlar da istehsal etmək imkanı var. == Keyfiyyət və Texnologiya == "Baku Steel Company" QSC ISO 9001:2015 - "Keyfiyyət İdarəetmə Sistemi" beynəlxalq standartına sahibdir.
Fallout Tactics: Brotherhood of Steel
Fallout Tactics: Brotherhood of Steel (azərb. Radioaktiv yağıntı taktikaları. Polad qardaşlığı‎; qısaca Fallout Tactics) — "Micro Forté" və "14 Degrees East" tərəfindən hazırlanan, "Interplay Entertainment" tərəfindən yayımlanan növbəyə əsaslanan gerçək zamanlı taktiki rol videooyunu. "Fallout" oyun seriyasındakı 1-ci spin-offdur. Oyun 15 mart 2001-ci ildə Şimali Amerikada Microsoft Windows platforması üçün satışa çıxarılmışdır. Oyunun hadisələri ABŞ-nin Orta Qərbi ərazilərində cərəyan edir. Oyunun əsas hekayəsi "Böyük müharibə"dən (ing. The Great War) 120 il sonra, orijinal "Fallout" videooyununun hadisələrindən isə 36 il sonra, yəni 2161-ci ildə baş verir. Videooyunun əsas süjet xətti çətin dövrlərdən keçən bir "Polad qardaşlığı" dəstəsinin başına gələnləri əhatə edir. Oyunun hadisələri "Fallout" kainatında cərəyan etsə də, orijinal "Fallout" və "Fallout 2" videooyunlarının süjet xəttini davam etdirmir.