Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şükürlü
Şükürlü (əvvəlki adı: Bozayran) — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 6 may 1997-ci il tarixli, 293-IQ saylı Qərarı ilə Cəlilabad rayonunun Gülməmmədli kənd inzibati-ərazi vahidinin tərkibindəki Bozayran kəndi Şükürlü kəndi adlandırılmışdır. == Toponimikası == XIX əsrə aid mənbədə Bozayranlı formasında qeydə alınmışdır. Sovet hakimiyyəti illərində Böyük Bozayran və Balaca Bozayran kəndlərinə ayrılmışdı. Böyük Bozayran kəndi ləğv edildikdən sonra 1972-ci ildə Balaca Bozayran kəndi rəsmi olaraq Bozayran adlandırılmışdır. Etnotoponim olduğu güman edilir. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd düzənlikdə yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 397 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Şükürçü
Şükürçü — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 80 nəfərdir ki onunda 31 nəfəri kişi, 69 nəfəri qadındır.
Elvin Şükürlü
Elvin Azad oğlu Şükürlü (14 iyun 1997, Şiləvəngə, Cəlilabad rayonu – 1 noyabr 2020, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elvin Şükürlü 1997-ci ildə Cəlilabad rayonunda anadan olmuşdur. Orta təhsilini Cəlilabadın Şiləvəngə kəndində almışdır. 2011–2014-cü illərdə C. Naxçıvanskı adına Hərbi Liseydə təhsil ilk hərbi təhsilini alıb. 2014–2018-ci illərdə isə AAHM-də təhsil almış və 2018-ci ildə motoatıcı ixtisası üzrə AAHM-i leytenant rütbəsi ilə bitirmişdir. Elə həmin dövrdən 2020-ci il 28 sentyabra qədər Daşkəsəndə yerləşən N saylı hərbi hissədə Dağatıcı taqım komandiri vəzifəsində xidmət etmişdir. === Ailəsi === Atası Azad Şəkərov, ehtiyatda olan kapitandır, Qarabağ müharibəsi iştirakçısı və veteranıdır. Qardaşı Elnur Şükürlü "Vətən Müharbəsi iştirakçısı" və Azərbaycan Ordusunun zabitidir. == Hərbi xidməti == === İkinci Qarabağ müharibəsində iştirakı === Elvin Şükürlü 27 sentyabr 2020-ci ildə başlayan İkinci Qarabağ müharibəsində iştirak edib. Murovdağ uğrunda gedən döyüşlərdə itkin düşmüşdü.
Gülbahar Şükürlü
Gülbahar Şükürlü (Gülbahar Müzəffər qızı Şükürlü; 20 mart 1962, Bakı – 5 yanvar 2024) — Azərbaycan Respublikasının əməkdar artisti (2009), Azərbaycan musiqiçisi, qarmon ustası. == Həyatı == Şükürlü Gülbahar Müzəffər qızı 20 mart 1962-ci ildə Bakı şəhərində anadan olmuşdur. Bakı şəhərindəki 26 saylı orta məktəbdə ilk orta təhsilini almışdır. Orta məktəbi bitirdikdən sonra 4 nömrəli İncəsənət Gimnaziyasına daxil olmuş, təhsilini orada davam etdirmişdir. 2020-ci ilin sentyabr ayında başında aşkar olunan onkoloji şişə görə əməliyyat olunub. 2023-cü ilin yanvarında sənətçi xəstəliyin yenidən baş qaldırdığını bildirib. 5 yanvar 2024-cü ildə vəfat edib. Buzovnadakı Əliayağı qəbiristanlığında dəfn olunub. Ailəli idi, 2 övladı var. == Yaradıcılığı == 16 yaşından qarmon sənəti ilə məşğul olan Gülbahar xanım el şənliklərində, məclislərdə çıxış edərək qısa müddət ərzində sevilən sənətçi xanımlardan biri olaraq özünəməxsus şirin ifası ilə çoxlarının qəlbinə yol tapmışdır.
Nicat Şükürlu
Nicat Ayaz oğlu Şükürlü (23 oktyabr 1991, Bayıl – 11 oktyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nicat Şükürlü 1991-ci il oktyabrın 23-də Səbail rayonunun Bayıl qəsəbəsində anadan olub. 1998–2009-cu illərdə Bayıl qəsəbəsində 49 saylı "İntellekt" liseyində təhsil alıb. 2014–2019-cu illərdə isə Slavyan Universitetində (BSU) "Beynəlxalq münasibətlər" üzrə ali təhsil alıb. Karate idman növü ilə məşğul olub və Azərbaycan daxili yarışlarda bir sıra nailiyyətlər əldə edib. Subay idi. == Hərbi xidməti == Nicat Şükürlü 2009–2011-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Gədəbəy rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun çavuşu olan Nicat Şükürlü 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nicat Şükürlü oktyabrın 11-də Hadrutun azad edilməsi zamanı şəhid olub. Səbail rayonunun Badamdar qəsəbəsində dəfn olunub.
Suvuroy adası
Suduroy adası (far. Suðuroy — «Cənub adası») — Farer adalarına daxil olan ada. 2013-cü il məlumatına görə adada 4702 nəfər yaşayır. Sahəsi 164.71 km²-dır. Ən yüksək nöqtəsi hündürlüyü 610 m-dir. Arxipelaqın cənub nöqtəsini təşkil edir. Adada yerləşən yaşayış məntəqələri:Tvyoroyri, Voavur, Sumba, Hvalba. Ada 2001—2005-ci illərdə 50 Farer kronunun üzərində təsvir edilmişdir.
Yusif Şükürlü
Yusif Şükürov (Şükürlü; 27 oktyabr 1948, Baş Şabalıd, Nuxa rayonu) — Fizika-riyaziyyat elmləri namizədi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (11 iyun 2007), AMEA Şəki Regional Elmi Mərkəzinin direktoru (15 oktyabr 2014) == Həyatı == Şükürlü Yusif Hacıbala oğlu 27 oktyabr 1948-ci ildə Azərbaycanın Şəki rayonunun Baş Şabalıd kəndində anadan olmuşdur. 1954-cü ildə doğulduğu kəndin ibtidai məktəbinin birinci sinfinə getmiş və orada ibtidai təhsilini başa çatdırdıqdan sonra təhsilini Şəki rayonu Baş Göynük kənd 1 saylı orta məktəbində davam etdirmişdir. 1965-ci ildə Şəki rayonu Baş Göynük kənd 1 saylı orta məktəbi bitirmiş və 1966-cı ildə ADU-nun Fizika fakültəsinə daxil olmuşdur. O, diplom işini İ. V. Kurçatov adına AEİ-da (indiki rus. Российский научный центр "Курчатовский институт") yerinə yetirmişdir. 1971-ci ildə ali məktəbi bitirdikdən sonra təyinat üzrə Qəbələ rayonunda Tola kənd səkkiz illik məktəbində və Qəbələ Qiyabi Orta məktəbində fizika, riyaziyyat və kimya fənlərini tədris etmişdir. 1973–1974-cü illərdə isə həmçinin Tola kənd səkkiz illik məktəbində tədris işləri üzrə direktor müavini də işləmişdir. == Əmək fəaliyyəti == 1974-cü ilin avqustundan Şəki şəhərində 43 saylı Orta Təhsil verən Texniki Peşə məktəbində fizika müəllimi işləmiş və 1975-ci ildə istehsalatdan ayrılmamaq şərti ilə Azərbaycan EA-nın Fizika İnstitutunun aspiranturasına daxil olmuşdur. 1975-ci ilin noyabrında Azərb. SSR EA Fizika institutunun nəzdində olan Səki Elmi bazasına — laborant vəzifəsinə işə keçmişdir.
İdris Şükürlü
İdris Şükürlü (d. 1 may 1957, Şingədulan k., Lerik r.) — nasir, publisist, politoloq, Jurnalistlər Birliyinin (1984), AzərKİVİHİ-nin (2000) üzvü Əməkdar jurnalist. == Həyat və fəaliyyəti == 1957-ci il mayın 1-də Lerik rayonunun Şingədulan kəndində anadan olmuş; 1964-1974-ci ildə həmin kəndin orta məktəbini bitirmişdir. Bir müddət sıravi kolxozçu işləmiş; 1975-ci ildən 1976-cı ilə kimi “Bolluq uğrunda” (indiki “Lerik”) qəzeti redaksiyasının mətbəəsində mürəttib işləmiş; 1976-1984-cü ildə BDU-nin Jurnalistika fakültəsini qiyabi yolla bitirmiş; 1976-1978-ci illərdə Sovet Ordusu sıralarında xidmət etmiş; 1978-ci ildə Universitetin Jurnalistika fakültəsində təhsilini davam etdirməklə yanaşı, rayon qəzetində kitabxanaçı işləmiş; 1981-1989-cu illərdə “Bolluq uğrunda” qəzeti redaksiyasında əbəbi işçi; 1989-cu ildən məsul katib işləmiş; 1989-1991-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası əyani şöbəsini bitirmiş; 1991-ci ildə “Kənd həyatı” jurnalının cənub bölgəsi üzrə xüsusi müxbiri işləmiş; 1992-ci ildə “Lerik” qəzetinin redaktoru təyin edilmiş; 2000-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. == Kitabları == “Ölsəm, inanma!” (oçerklər), Bakı, “Şirvannəşr”, 1996, 2000 nüsxə “Gözəlliyi gözlərimdə apardım” (mənsur şeirlər), Bakı, “Təbriz”, 1998, 500 nüsxə “Ömür çırağı sönmədi” (sənədli povest), Bakı, “Əbilov, Zeynalov və oğulları” İTK, 2002, 500 nüsxə “Adsız qəhrəman” (sənədli povest), Bakı, “Planet-press” İTK, 2003, 500 nüsxə “Seyid Mir Saleh Ağa ocağının nuru” (oçerklər), Bakı, “Avropa”, 2003, 500 nüsxə “Əliheydər müəllimin arxeoloji cənnətdə tapıntıları”, Bakı, “Planet-press” İTK, 2004, 500 nüsxə “Kitabların işığında”, Bakı, “Nurlan”, 2010. “Çəkirəm dünyanın şəkilini sözlə” “Açılmayan səhər” “Əsl insan haqqında düşüncələr” İ.M.Şükürlü yaradıcılığında ədəbi-bədii və publisistik üslubda yazıb - yaratmış, 30-a yaxın kitabın isə tərtibçisi və redaktoru olmuşdur. Kitablarından 3-ü şəhidlik və Qarabağ mövzusuna həsr olunmuşdur. === Əsərləri === Müxtəlif janrlarda yazıb çap etdirdiyi əsərlərdən daha çoxu məqalə, oçerk, hekayə, şer və sənədli povestlər idi. İdris Şükürlünün bədii və publisistik yaradıcılığında Qarabağ müharibəsi, şəhidliyin tərənnümü, qələbəyə inam, vətənpərvərlik, dövlətçiliyə sədaqət hissləri mühüm yer tuturdu. == Mükafatları == Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 22 iyul tarixli Sərəncamı ilə “Respublikanın əməkdar jurnalisti” fəxri adına layiq görülmüşdür.
Konstantinopolun süqutu
Konstantinopolun süqutu, Konstantinopolun fəthi (türk. İstanbul'un fethi), qərbi mənbələrdə Konstantinopolun çökməsi adlandırılır (yun. Άλωση της Κωνσταντινούπολης) — 6 aprel-29 may 1453-cü ildə baş verən mühasirənin nəticəsində Osmanlı hökmdarı II Mehmedin komandanlığındakı birliklərin Bizans İmperiyasının paytaxtı olan Konstantinopolu ələ keçirməsi. Konstantinopol əvvəllər də dəfələrlə mühasirəyə alınmışdı. VII-VIII əsrlərdə Əməvilər və Abbasilər tərəfindən şəhər mühasirəyə alındı, lakin bu mühasirələr uğursuz oldu. Osmanlılar da şəhəri daha əvvəllər mühasirəyə almışdı. Osmanlılar Mateos Kantakuzinosu Bizans İmperiyasının taxtına keçirmələrinə qarşılıq olaraq Çimpə qalasını almışdılar və Rumelidə ilk dəfə torpaq ələ keçirmişdilər. Rumeliyə keçdikdən sonra sərhədlərini genişləndirən Osmanlı ilk dəfə 1395-ci ildə I Bəyazidin komandanlığı altında Konstantinopolu mühasirəyə aldı. Bəzi mənbələrdə 1391-ci ildə baş verən fərqli bir mühasirədən də bəhs edilir. I Bəyazidin mühasirəsində mancanaqlardan istifadə edilmişdi.
Püskürmə süxuru
Püskürmə süxuru (Vulkan süxuru, Effuziv süxur) - Yer səthinə püskürülmüş maqmanın (lavanın) soyuması nəticəsində əmələ gəmiş süxurdur.
Çexoslovakiyanın süqutu
Çexoslovakiyanın süqutu (çex. sametový rozvod) — sülh və rəsmi qaydada Çexoslovakiyanın bir dövlət olaraq yoxa çıxması. Çexoslovakiyanın parçalanması rəsmi olaraq 1 yanvar 1993-cü ildə gerçəkləşmişdir. Bu həmdə bir inqilab idi. Bu ayrılmanın nəticəsində sosializm və planlı iqtisadiyyatdan kapitalizmə və bazar iqtisadiyyatına keçid baş vermişdir. Üstəlik bu ayrılma və dəyişikliklər olduqca sakit bir məcrada baş vermişdir. == Öncəki vəziyyət == Çexoslovakiyanın parçalanması məhz etnik məsələlərdən (daha dəqiq milli elitar təbəqə, sadə şəxslər deyil) qaynaqlanırdı. Bu heçdə sırf iqtisadi səbəbdən baş verməmiş bir parçalanma idi. Sovetlər birliyinin həcminə nəzər yetirdikdə olduqca kiçik bir parçalanma olmuşdur. Etnik problemlər sonda iqtisadi vəziyyətin pisləşməsinə səbəb olmuşdur.
Kontekst süqutu
Kontekst dağılması və ya birdən çox auditoriyanın vahid kontekstdə düzəldilməsi — internetdə, xüsusən də sosial mediada insanların qarşılıqlı əlaqəsinin öyrənilməsi nəticəsində yaranan termin. Ümumiyyətlə kontekst süqutu müxtəlif auditoriyaların çoxluğu eyni məkanı tutduqda və bir auditoriya üçün nəzərdə tutulmuş informasiya parçası digərinə yol tapdıqda baş verir. Bu yeni auditoriyanın reaksiyası orijinal konteksti başa düşmədiyi üçün olduqca mənfi xarakter daşıyır. == Sosial mediada == Kontekst süqutu anlayışı sosial medianın yüksəlişi ilə daha qabarıq şəkildə özünü büruzə vermişdir, çünki "Twitter" kimi platformaların çoxu istifadəçiləri xüsusi olaraq öz auditoriyasını müəyyən etməkdən məhrum edir. "Twitter"də retvit funksiyası ilə kontekst süqutu müşahidə olunur. İctimai bir istifadəçi "tvit" kimi tanınan sosial media postunu yerləşdirdiyi zaman hər kəs onu retvit edə bilər və nəticədə məzmun yeni auditoriyaya təqdim olunur. Diqqətdən yayınmaq üçün bəzi istifadəçilər "ən aşağı ümumi məxrəc" yanaşmasına müraciət edə bilərlər. Bu, istifadəçinin yalnız bütün auditoriya üzvləri üçün uyğun olduğunu bildiyi məzmunu onlayn yayımlaya biləcəyi haldır. == Növləri == Linqvist Jenni Devis və sosioloq Natan Yurgenson tərəfindən müəyyən edilmişdir ki, kontekst süqutunun iki əsas növü var: kontekst sövdələşməsi və kontekst toqquşması. Kontekst sövdələşmələri qəsdən, kontekst toqquşmaları isə qeyri-ixtiyari hesab edilir.
Kabilin süqutu (2021)
Kabilin süqutu — 15 avqust 2021-ci ildə Əfqanıstanın paytaxtı Kabil şəhərinin Taliban qüvvələri tərəfindən ələ keçirilməsi. Şəhərin tutulması Əfqanıstan Prezidenti Əşrəf Qəninin ölkəni tərk etməsindən bir neçə saat sonra baş tutdu. Kabilin süqutundan əvvəl artıq Əfqanıstanın əyalət mərkəzlərinin bir çoxu Taliban tərəfindən ələ keçirilmişdi. Bu proses ümumən ABŞ-nin Əfqanıstanı tərk etməsi ilə başlandı. Əfqanıstan hökuməti və Taliban arasındakı danışıqlarda hakimiyyətin sülh yolu ilə ötürülməsi haqqında qərar qəbul edildi. Lakin hökumət iqtidarın keçid hökumətinə verilməsini istəsə də, Taliban bunu qəbul etmir və iqtidarın birbaşa onlara verilməsini tələb edir. Həmçinin bəzi "NATO" qüvvələri Əfqanıstanda qalaraq öz vətəndaşlarının təxliyəsi üçün təhlükəsizliyi təmin edirlər. == Arxa plan == Taliban və ona müttəfiq olan silahlı qruplar 1 may 2021-ci ildə, ABŞ qoşunlarının əksəriyyətinin Əfqanıstandan çıxarılması ilə paralel olaraq Əfqanıstan hökumətinin nəzarət etdiyi ərazilərə genişmiqyaslı hücumlar başlatdılar. Bu basqınlara tab gətirməyən Əfqanıstan Ordusunda xaos yarandı və avqustun ortalarına qədər yalnız iki silahlı qrup fəaliyyətini davam etdirdi. Bunlara Kabildə yerləşən 201-ci korpus və 111-ci diviziya daxil idi.
Teoremlərin avtomatik sübutu
Teoremlərin avtomatik sübutu (ing. Automated Theorem Proving, ATP, həmçinin Automated deduction) — isbat, proqram vasitəsi ilə həyata keçirilmişdir. Riyazi məntiqin aparatına əsaslanır. Süni intellekt nəzəriyyəsinin fikirlərindən istifadə olunur. İsbat prosesi təkliflərin məntiqi və predikatların məntiqinə əsaslanır. Hətta olduqca sadə nəzəriyyələrin həllolunmazlığı səbəbindən yalnız yarı avtomatik insan maşın sübutları praktik tətbiq olunur. Üstəlik, tam avtomatlaşdırıldıqdan sonra sübut hesablama adlanır. Yalnız daha mürəkkəb nəzəriyyələrin sübutunu yoxlamaq üçün tam avtomatik ola bilər (bu üçün hazırlayırsınızsa). == İstifadəsi == Hal-hazırda, sənayedəki teoremlərin avtomatik sübutu, əsasən inteqrasiya edilmiş sxemlərin və proqramların işlənməsi və yoxlanılmasında istifadə olunur. Pentium prosessorlarında bölmə xətası aşkar edildikdən sonra müasir mikroprosessorların üzən nöqtə əməliyyatlarının mürəkkəb modulları çox diqqətlə hazırlanır.
Klassik Mayya sivilizasiyasının süqutu
Klassik Mayya sivilizasiyasının süqutu – inkişaf etmiş Klassik Mayya sivilizasiyasının VIII-IX əsrlərdə naməlum səbəblərdən süqut etməsi. Mayya xarabalıqlarına oyulmuş rəqəmlər Mayya mədəniyyətinin nə vaxt başa çatdığını göstərir. Kopanda qeyd edilən son tarix 820-ci ilə aiddir və digər Mayya şəhərləri də bunun ardınca tək-tək məhv olmuşdur: Naranxo 849-cu ildə, Karakol 859-cu ildə və Tikal 879-cu ildə. Süqut Xristofer Kolumbun Amerikaya gəlməsindən 600 il öncə baş verdiyindən və hansısa başqa xalqın onları məhv etməsi barədə izin olmaması Mayya mədəniyyətinin süqut etməsinin səbəbləri haqqında bir çox nəzəriyyələrin yaranmasına səbəb olmuşdur. == Səbəblər == Bir nəzəriyyəyə görə Mayya mədəniyyəti ekoloji problemlərə görə məhv olmuşdur. Məsələn, mayyalıların yerlərini genişləndirmək üçün meşələri məhv etdiyi irəli sürüldü. Bəzi alimlər zəlzələ, qasırğa, quraqlıq kimi təbii fəlakətlərin baş verdiyini irəli sürdülər. Hansısa xəstəliyin də mayyalılar arasında yayıldığı nəzəriyyələrdən biridir. 1995-ci ildə orta Yukatanda Çikankanub gölünün dibində 800-1000-ci illərə aid dövrdən qalan çpküntülərin tərkibində xeyli kalsium sulfat tapmışdırlar. Kalsium sulfat ancaq göldə çox az su varsa, xüsusilə quraqlıq zamanı dibə çökür.
Qərbi Roma İmperiyasının süqutu
Qərbi Roma İmperiyasının süqutu (Roma İmperiyasının süqutu, Romanın süqutu) — Qərbi Roma İmperiyasının uzun sürən tənəzzül prosesi. Bunun nəticəsində dövlət öz geniş ərazisini idarə edə bilməmiş və mövcudluğunu dayandırmışdır. 455-ci ildə Roma vandallar tərəfindən tutuldu və 476-cı il sentyabrın 4-də federatların lideri Odoakr Qərbi Roma İmperiyasının sonuncu imperatoru Romul Avqustu devirdi . Beləliklə, çoxəsrlik qədim Roma dövləti süqut etdi və Roma tarixində antik dövr başa çatdı.
Troya: Şəhərin süqutu (miniserial, 2018)
Troya: Şəhərin süqutu (ing. Troy: Fall of a City) — Troya müharibəsindən, həmçinin Paris və Yelenanın sevgisindən bəhs edən Böyük Britaniya-ABŞ mini-serialıdır. BBC One telekanalının sifarişi ilə çəkilmiş teleserialın prodüserliyi BBC One və Netflix tərəfindən həyata keçirilmiş, yayımına isə 17 fevral 2018-ci ildən Böyük Britaniyada BBC One telekanalında, NEtflix isə digər ərazilərdə başlamışdır. == Rollarda == Lui Hanter - Paris Bella Deyn - Troyalı Yelena Devid Srelfall - Priam Frensis O'Konnor - Hekuba Tom Veston-Cons - Hektor Cozef Mavl - Odissey Xloya Pirri - Andromaxa Conni Harris - Aqamemnon Devid Qiyasi - Axilles Conas Armstronq - Menelay Alfred Enox - Eney Eymi-Ffion Edvards - Kassandra Hakim Kae-Kazım - Zevs Kris Fişer - Deifob Kristian Şumbi - Troil Aleks Lanipekun - Pandar Conatan Pinaar - Litos Devid Averi - Ksantias Leks Kinq - Afrodita Emi Luis Vilson - Briseida İndci Bekmann - Hera Şamila Miller - Afina Diarmeyd Murtaq - Hermes Tando Hopa - Artemida Nina Milner - Pentesileya Qreys Hoqq-Robinson - Hermiona == İstehsalı == Əsas çəkilişləri Keyptaunda aparılmış teleserial səkkiz seriyadan ibarətdir. Seriyalar Devid Farr, Nensi Harris, Mika Vatkins və Co Barton tərəfindən yazılmış ssenari əsasında Oven Harris və Mark Brozelin rejissorluğu ilə çəkilmişdir. == İstinadlar == == Xarici keçidlər == Troy: Fall of a City — Internet Movie Database saytında.
Konstantinopolun mühasirəsi və süqutu (1204)
Konstantinopolun mühasirəsi və süqutu — 13 aprel 1204-cü ildə səlibçilərin qoşunları tərəfindən Konstantinopol şəhərinin ələ keçirilməsi. Şəhərin süqutu orta əsrlər tarixinin epoxal hadisələrindən biri idi və bütün Avropa üçün geniş nəticələrə səbəb oldu. Şəhər ələ keçirilmədən öncə iki dəfə olduqca gərgin mühasirəsirəyə alınmışdı. 1203-cü və 1204-cü illərin mühasirəsi zamanı Venesiya donanması və Qərbi Avropa (əsasən Fransa) quru ordusu qüvvələrini birləşdirdi. Şəhərin ələ keçirilməsindən sonra 1182-ci ildə yunanların latınların qırğınının bir növ qisası olan yunan pravoslav əhalisinin kütləvi soyğunçuluqları və qətlləri başladı. Mayın 9-da Flandriyalı Bolduin I Bolduin adı ilə yeni imperator elan edildi və Latın imperiyası quruldu. Bu, səlibçilərin işğal etdiyi ərazilərdə silsilə "Latın" dövlətlərin formalaşmasının başlanğıcını qoydu. Lakin buna baxmayaraq, yunan zadəganları səlibçilərə tabe olmadı və mübarizəni davam etdirdi. Bizans əsilzadələri tərəfindən Egey dənizi sahillərində Nikeya imperiyası (1204-1261) yaradıldı və 57 ildən sonra Konstantinopol səlibçilərdən azad olundu. == Səbəbi == Konstantinopolun süqutunun bir neçə səbəbi var idi.
Qədim Roma: Bir imperiyanın yüksəlişi və süqutu
Qədim Roma: Bir imperiyanın yüksəlişi və süqutu (Orijinal adı: Ancient Rome: the Rise and Fall of the Roman Empire), BBC-nin 2006-cı ildə istehsal etmiş olduğu sənədli film janrında olan serialıdır. Serialın hər bir bölümündə Roma imperiyasının fərqli bir dövrü təhlil edilmişdir. İlk dəfə 21 sentyabr 2006-cı ildə yayımlanmış sənədli film seriyasını Mark Hedgecoe çəkmişdir. Türkiyədə NTV tərəfindən yayımlanmışdır.