Elvin Azad oğlu Şükürlü (14 iyun 1997, Şiləvəngə, Cəlilabad rayonu – 1 noyabr 2020, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi.[1]
Elvin Şükürlü | |
---|---|
Şəxsi məlumatlar | |
Ləqəbi | Şuku |
Doğum tarixi | 14 iyun 1997(1997-06-14) |
Doğum yeri | |
Vəfat tarixi | 1 noyabr 2020(2020-11-01) (23 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Milliyyəti | azərbaycanlı |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Hərbi hissə | 3-cü Ordu Korpusu |
Xidmət illəri | 2014-cü ildən |
Rütbə | Leytenant |
Döyüşlər | İkinci Qarabağ müharibəsi |
Təltifləri |
Elvin Şükürlü 1997-ci ildə Cəlilabad rayonunda anadan olmuşdur. Orta təhsilini Cəlilabadın Şiləvəngə kəndində almışdır. 2011–2014-cü illərdə C. Naxçıvanskı adına Hərbi Liseydə təhsil ilk hərbi təhsilini alıb. 2014–2018-ci illərdə isə AAHM-də təhsil almış və 2018-ci ildə motoatıcı ixtisası üzrə AAHM-i leytenant rütbəsi ilə bitirmişdir. Elə həmin dövrdən 2020-ci il 28 sentyabra qədər Daşkəsəndə yerləşən N saylı hərbi hissədə Dağatıcı taqım komandiri vəzifəsində xidmət etmişdir.
Elvin Şükürlü 27 sentyabr 2020-ci ildə başlayan İkinci Qarabağ müharibəsində iştirak edib. Murovdağ uğrunda gedən döyüşlərdə itkin düşmüşdü.[2] 2021-ci il yanvar ayının 22-də 2-ci Fəxri Xiyabanda dəfn olunmuşdur.
Azərbaycanın Respublikasının ərazi bütövlüyünün müdafiə və bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 iyun 2021-ci il tarixli sərəncamı ilə ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni "Vətən uğrunda" medalı və "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilmişdir.[3] Müdafiə Nazirliyi tərəfindən isə "Şücaətə görə" medalı ilə təltif edilib.