Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Əbdüləhəd Həsənov
Əbdüləhəd Səftər oğlu Həsənov (1903, Şamaxı – 1972, Bakı) — tibb elmləri doktoru (1937), professor (1939), AMEA-nın müxbir üzvü(1962), tibb sahəsində tanınmış alim. == Həyatı == Əbdüləhəd Səftər oğlu Həsənov 1903-cü ildə Şamaxıda qulluqçu ailəsində anadan olmuşdur. Onun atası ipəkçilik mütəxəssisi olmuşdur. O, 1912–1918-ci illərdə Şamaxı realnı məktəbində oxumuşdur. Ə. Həsənov 1918-ci ildə Bakıya köçmüş, orada oxumuş və müxtəlif yerlərdə işləmişdir. 1919-cu ildə o, poçt-teleqraf kursuna daxil olur və kursu bitirdikdən sonra Bakı teleqraf kontorunda teleqrafçı işləməyə başlayır. 1920-ci ilin aprelindən etibarən XI Qırmızı Ordunun qərargahında işləyir, ancaq 1921-ci ilin iyulunda səhhəti ilə əlaqədar olaraq tərxis edilir. Sonra 1922-ci ilədək AİK-da (Azərbaycan İnqilab Komitəsi) teleqrafçı işləyir. 1922-ci ildə V. İ. Lenin adına Azərbaycan Dövlət Universitetinin tibb fakültəsinə daxil olur. Universitetdə təhsil almaqla yanaşı, o, eyni zamanda Qırmızı Aypara nəzdindəki kurslarda və tibb bacıları üçün məktəbdə müəllim işləyirdi.
Əbdülsəməd Məmmədyarov
Əbdülsəməd Məmmədyarov (tam adı: Əbdülsəməd Bağır oğlu Məmmədyarov; d.27.9.1889, Bakı - ?) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilməsi nəzərdə tutulmuş tələbələrdən biri. == Həyatı == Əbdülsəməd Məmmədyarov 1889-cu ildə sentyabrın 27-də Bakı şəhərində anadan olmuşdur. 1913-cü ildə Bakı orta inşaat-mexanika məktəbini bitirmiş, Xarkov Texnologiya İnstitutunun mexanika şöbəsində 4 il təhsil almış, lakin maddi çətinlik üzündən təhsilini yarımçıq buraxmış, 1918-ci ildə vətənə qayıtmışdır. 1919-cu ildə müraciətinə əsasən, təhsilini davam etdirmək üçün Parlament tərəfindən yenidən Rusiyaya (Xarkov) göndərilməsi nəzərdə tutulmuşdu. Lakin Vətəndaş müharibəsi ilə əlaqədar yaranmış mürəkkəb vəziyyətdə oraya tələbə göndərmək mümkün olmamışdır. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır.
Əbdüləzəl Dəmirçizadə
Əbdüləzəl Dəmirçizadə (1909 – 1979) — Azərbaycan filoloqu, AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor, Azərbaycan SSR Əməkdar elm xadimi, Azərbaycan SSR Dövlət mükafatı laureatı. == Həyatı == Əbdüləzəl Dəmirçizadə Məmmədoğlu 1909-cu ildə Şəkidə anadan olmuşdur. O, ibtidai və orta təhsilini Şəkidə almış, əvvəlcə "Həqiqətül-maarif" adlanan yeni tipli məktəbdə, sonra isə "Şəki nümunə zəhmət" məktəbində oxumuşdur. Şəki Müəllimlər Seminariyasını bitirdikdən sonra 1925-ci ilin sentyabrından 2 saylı şəhər məktəbində müəllim kimi əmək fəaliyyətinə başlamışdır. Onun ilk məqaləsi də həmin ildə "Yeni Məktəb" məcmuəsində dərc edilmişdir. Dəmirçizadə gəncliyində bədii yaradıcılığa böyük həvəs göstərmiş, bir sıra şerlər, hekayələr və oçerklər yazmışdır. Lakin onu elmi iş daha çox maraqlandırmış və buna görə də bütün fəaliyyətini elmi təhqiqat sahəsinə istiqamətləndirmişdir. O, 1929-cu ildə Bakı şəhərinə gəlmiş və ADU pedaqoji fakultəsinə daxil olmuşdur. Burada B. Çobanzadə, Ə. Haqverdiyev, Y.V. Çəmənzəminli, A.Şaiq kimi görkəmli alim və yazıçılardan dərs almışdır. Həmin fakultəni bitirdikdən sonra Şəkiyə qayıdıb, böyük rəğbətlə yanaşdığı müəllimliyini davam etdirmişdir.
Əbdulhey
Əbdülhey Çoban (d. 1975 – ö. 12 iyun 2014 İstanbul) — Qurdlar Vadisi teleserialında Kənan Çoban tərəfindən canlandırılan uydurma personaj. == Səsləndirmə == Oynadığı ilk səhnədə səsləndirməni özü etmişdi. Lakin sonradan personajı Qədir Çermik səsləndirməyə başladı. Bir müddət Qədir Çermiklə anlaşıla bilinməməsinə görə Qurdlar Vadisində bir neçə bölüm Əngin Yüksəl tərəfindən səsləndiridi, daha sonra yenidən Qədir Çermiklə yola davam edildi. == Qurdlar Vadisində Əbdülhey == "KGT" (Kamu Güvenliği Teşkilatı) adlı çox məxfi kəşfiyyat təşkilatının üzvüdür. Əsl adı Zülfü Yüksəldir. Kəşfiyyatda kod adı "Əqrəb"dir. KGT-nin ikinci nömrəli adamıdır.
Əbdulhey Çoban
Əbdülhey Çoban (d. 1975 – ö. 12 iyun 2014 İstanbul) — Qurdlar Vadisi teleserialında Kənan Çoban tərəfindən canlandırılan uydurma personaj. == Səsləndirmə == Oynadığı ilk səhnədə səsləndirməni özü etmişdi. Lakin sonradan personajı Qədir Çermik səsləndirməyə başladı. Bir müddət Qədir Çermiklə anlaşıla bilinməməsinə görə Qurdlar Vadisində bir neçə bölüm Əngin Yüksəl tərəfindən səsləndiridi, daha sonra yenidən Qədir Çermiklə yola davam edildi. == Qurdlar Vadisində Əbdülhey == "KGT" (Kamu Güvenliği Teşkilatı) adlı çox məxfi kəşfiyyat təşkilatının üzvüdür. Əsl adı Zülfü Yüksəldir. Kəşfiyyatda kod adı "Əqrəb"dir. KGT-nin ikinci nömrəli adamıdır.