Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Əbdüssəlam Axundzadə
Axundzadə Əbdüssəlam Axund Vəliməmməd oğlu — Qafqaz müsəlmanlarının V Şeyxülislamı, din müəllim, yazıçı. Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli dövlət xadimlərindən olmuş Rəşid bəy Axundzadənin atası, Ənvər Qasımzadə, Elbay Qasımzadənın qohumu, Fidan Qasımova və Xuraman Qasımovanın qohumu. == Həyatı == Əbdüssəlam Axundzadə 1843-cü ildə Salyanda doğulub. Atası din xadimi Axund Vəliməmməd, anası isə Xanım Əliverdi qızı olmuşdur. İlk təhsilini atasından alıb, az müddətdə fars və ərəb dillərində yazıb oxumağı öyrənib. O, bu təhsilini Salyan və Şamaxı şəhərlərində almışdır. 1861–1868-ci illərdə Tiflisə gedərək Qafqaz Müsəlmanları Ruhani İdarəsi tərəfindən bu şəhərdə açılmış dini mədrəsədə ərəb və fars dillərində elm tədris etmış, Tiflis şəhərinin Qorqasali küçəsində yaşamışdır. Gürcüstanın Qori Seminariyasında 1879-cu ildə seminariyanın müsəlman şöbəsinin açılışında Şirvanlı Seyid Əzim Şirvaniyə müəllimlik vəzifəsi uğrunda müsabiqədə qalib gəlmişdi. Beləliklə, o, 28 iyul 1880-ci ildə rəsmi şəkildə Qori Müəllimlər Seminariyasına müəllim kimi təyin edilmişdir. 1883-cü ilə kimi Qori seminariyasında pedaqoji fəaliyyətini davam etdirmişdir.
Şeyxülislam Axund Əbdüssəlam Axundzadə

Mehmed Əbdülhəlim Əfəndi
Mehmed Əbdülhəlim Əfəndi (27 sentyabr 1894, Konstantinopol – 18 noyabr 1926) — 31. Osmanlı sultanı Əbdülməcidin oğlu Süleyman Əfəndinin oğlu, Osmanlı şahzadəsi. == Həyatı == Şahzadə Əbdülhəlim Əfəndi 27 sentyabr 1894-cü ildə Fəriyə sarayında dünyaya gəldi. Atası Sultan Əbdülməcidin oğlu Süleyman Əfəndi, anası isə onun üçüncü xanımı Fatma İqbal xanımdır. 1899-cu ildə Hayri Əfəndi və Cəmaləddin Əfəndiylə birlikdə sünnət edildi. 1914-cü ildə Hayri Əfəndi və Fuad Əfəndiylə birlikdə Almaniya kayzeri II Vilhelmin dəvətiylə Potsdam Hərbi Akademiyasına göndərildilər. Daha sonra onlara Əbdülməcid Əfəndinin oğlu Fərrux Əfəndi də qatıldı. II Vilhelm bu 4 Osmanlı şahzadəsini şəxsi qvardiyasına üzv seçdi. Potsdamdakı hərbi təhsilini tamamladıqdan sonra, Əbdülhəlim Əfəndi Berlin kral sarayında kapitan rütbəsiylə xidmət etməyə başladı. Birinci Dünya Müharibəsi illərində mühüm vəzifələrə yüksəldi.