Şeyxülislam Axund Əbdüssəlam Axundzadə

Axundzadə Əbdüssəlam Axund Vəliməmməd oğlu[1]Qafqaz müsəlmanlarının V Şeyxülislamı, din müəllim, yazıçı. Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli dövlət xadimlərindən olmuş Rəşid bəy Axundzadənin atası, Ənvər Qasımzadə, Elbay Qasımzadənın qohumu, Fidan QasımovaXuraman Qasımovanın qohumu.[2]

Əbdüssəlam Axundzadə
fars. عبدالسلام آخوندزاده
Qafqaz müsəlmanlarının V şeyxülislamı
1895 – 1907
ƏvvəlkiMirzə Həsən Tahirzadə
SonrakıMəhəmməd Mövlazadə
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Salyan, Şamaxı qəzası, Kaspi vilayəti, Rusiya imperiyası
Vəfat tarixi
Vəfat yeri Tiflis, Tiflis qəzası, Tiflis quberniyası, Rusiya imperiyası
Fəaliyyəti Şeyxülislam
Dini islam, şiəlik
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əbdüssəlam Axundzadə 1843-cü ildə Salyanda doğulub.[3] Atası din xadimi Axund Vəliməmməd, anası isə Xanım Əliverdi qızı olmuşdur.[4] İlk təhsilini atasından alıb, az müddətdə farsərəb dillərində yazıb oxumağı öyrənib. O, bu təhsilini SalyanŞamaxı şəhərlərində almışdır.[5] 1861–1868-ci illərdə Tiflisə gedərək Qafqaz Müsəlmanları Ruhani İdarəsi tərəfindən bu şəhərdə açılmış dini mədrəsədə ərəb və fars dillərində elm tədris etmış, Tiflis şəhərinin Qorqasali küçəsində yaşamışdır. Gürcüstanın Qori Seminariyasında 1879-cu ildə seminariyanın müsəlman şöbəsinin açılışında Şirvanlı Seyid Əzim Şirvaniyə müəllimlik vəzifəsi uğrunda müsabiqədə qalib gəlmişdi.[6] Beləliklə, o, 28 iyul 1880-ci ildə rəsmi şəkildə Qori Müəllimlər Seminariyasına müəllim kimi təyin edilmişdir. 1883-cü ilə kimi Qori seminariyasında pedaqoji fəaliyyətini davam etdirmişdir.[4][7] Qori Seminariyasında çalışdığı zaman Azərbaycan türkcəsinin tədrisi keyfiyyətindən razı qalmamış və bunları yazmışdır:[5]

…O vaxtlar hökumət təsis edən məktəblərin proqramında xala-xətrin qalmasın babətindən həftədə bir neçə saat türk dərsi deyilirdi… Qori seminariyasında türk dili müəllimləri məhz məvaciblərini ayın 20-də almaq şövqilə bizə dərs verirdilər… O vədələr türk müəllimlərinin artıq zəhmət çəkmələrinə mədrəsə müdirləri özləri də razı deyildilər

Qori Seminariyasındakı tələbələrindən biri də Nəriman Nərimanov olmuşdur. Nərimanov öz müəllimi barədə bunları yazmışdır:[8]

"Türk dili və şəriət müəllimi indiki Şeyxülislam cənab Axund Molla Əbdüssalam olub. Orada tərbiyə alan müsəlman uşaqlarına böyük nəfələr (fayda) götürürdü. Demək olar ki, indiki hali-nisbə Qori seminariyası xüsusən müsəlman şöbəsi böyük tərəqqidə bulunurdu. Cənab Axund Əbdüssalam türk dilinə və şəriət dərslərinə artıq diqqət verirdi. Dərsləri az idisə də vaxtı itirməyib bacardığı qədər ciddi-cəhd edirdi. O vaxt təlim kitabları yox idi. Bununla bərabər gecələr işləyib, gündüz dərsləri üçün hekayələr düzəldirdi. Türk dilində sərf və nəhv öyrədirdi, şəriətdən tarixi müqəddəsdən savayı ən mühüm məsələləri həll edirdi. Qeyri dinlərdən təfavütünü və insani nəfəni (insani keyfiyyətləri) söyləyib uşaqların gözlərini açmağa çalışırdı. İnsaf məqamında demək olar ki, Qori seminariyasından elmini tamam edib indi millətpərəst və yainki əli qələm tutan beş-üç nəfər varsa cənab Axund Molla Əbdüssalamın tərbiyəsinə bağlıdır.

Burada çalışdığı müddət ərzində Tiflisdə yaşayan və ya fəaliyyət göstərən Mirzə Fətəli Axundov, Əliağa Şıxlınski kimi azərbaycanlı ziyalılar ilə tanış olmuş və birlikdə çalışmışdır.

Axundzadənin yaşadığı dövrdə mədrəsə və gimnaziyalarda Azərbaycan dilində dini-pedaqoji yönümlü kitablara böyük ehtiyac duyulurdu. Bu səbəbdən də Axundzadənin yazdığı Zubdətul əhkam, Umdətul əhkam, Tarixi müqəddəsi ənbiya və s. kimi əsərlərinin təkrar nəşrləri üçün xahişlər olunmuşdur.[8]

Şeyxülislamlığı

[redaktə | mənbəni redaktə et]

1893-cü ildən 1907-ci ilə kimi Qafqaz (Zaqafqaziya) müsəlmanlarının şeyxülislamı vəzifəsini icra edib. 21 iyun 1893-cü ildə Mirzə Həsən Tahirzadənin ölümündən sonra bu vəzifəyə təyin edilmiş və 1907-ci ildəki ölümünə qədər bu vəzifədə qalmışdır. 1895-ci ildə isə Qafqaz Ruhani Şurasının rəhbəri seçilmişdir. O, 1896-cı ilin 26 may tarixində II Nikolayın rus imperatoru kimi tacqoyma mərasimində iştirak etmişdir.

Erməni-müsəlman qırğınları zamanı o, iki icma arasında sülhə nail olmaq üçün ciddi fəaliyyət göstərmişdir. 15 may 1906-cı il tarixində Naxçıvanı ziyarət etmişdir. İrəvan, Şərur, Naxçıvan qazıları, İrəvan erməni kilsəsi arximandriti Karapet və Cəfərqulu xan ilə birlikdə Qaraxanbəyli, Tumbul, Qoşadizə və Şıxmahmud kəndlərini ziyarət etmişdir. Qaracıq və Bulqan kəndinin müsəlman-türk əhalisi ermənilərin yaşadığı Qaraxanbəyli kəndinə toplanmış, burada hər iki millətin nümayəndələri onların arasında hər hansısa düşmənliyin olmadığını elan etmişdirlər.[9] O, erməni katalikosu Mkrtiç Xrimian ilə birlikdə, 1905-ci ilin iyununda yaşanmış qırğınları pisləyən bəyanat yayımlamışdır.[10] O, qızı Zabitənin Gəncədə olarkən qırğınların şahidi olduğu üçün əsəb pozğunluğundan ölüm xəbərini almış, qızının ölümündən duyduğu ağır hissələr nəticəsində 18 noyabr 1907-ci ildə vəfat etmişdir.[11][12] O, Tiflisdə görkəmli azərbaycanlıların dəfn edildiyi panteonda dəfn edilmişdir. Onu vəzifədə müvəqqəti olaraq Abbasqulu Soltanhüseynbəyov əvəz etmiş, daha sonra isə vəzifəyə daimi olaraq Məhəmmədhəsən Mövlazadə Şəkəvi təyin edilmişdir.[13]

O, dini ədəbiyyatın yayılmasına çox kömək edib, eyni zamanda dinə və şəriətə dair bir sıra kitablar yazaraq nəşr etdirib. Onun üç cildlik "Tarixi-müqəddəs-ənbiya","Risaleyi-Zübtədül əhkam" kitablarında müsəlmanların dini tələblərə uyğun olan itaətkar həyat tərzi təbliğ edilir. Müsəlman birliyinə aid rəvayətlər və s. yazıları da mövcuddur. Hacı Zeynalabdin Tağıyevin vəsaiti hesabına şeyxülislam Əbdüssəlam Axundzadə "Tarixi-müqəddəs" kitabını nəşr etdirmişdir. Çar hökuməti onu 1907-ci il noyabrın 18-də Qafqaz (Zaqafqaziya) Şiə Ruhani İdarəsinin sədri seçərək, ona şeyxülislam və mülki müşavir rütbəsi verib. O, dəfələrlə çar ordenlərinə layiq görülüb.

  1. Учебник по исламу — İslam dərsliyi
  2. Лекарство от невежества (объяснение и заявление метода лечения) — Cəhalət dərdinin dərmanı və tədavi üsulunun şərhi və bəyani (Sankt-Peterburq, 1889)
  3. Наставление и назидание — Moizə və nəsihətlər (1903)

Azərbaycan türkcəsində

[redaktə | mənbəni redaktə et]
  1. Ümdətül-əhkam (1882, Təbriz)
  2. Risaleyi-zübdətül-əhkam (1898, Tiflis)
  3. Tarixi Müqəddəs Ənbiya — Müqəddəs peyğəmbərlərin tarixi (1892-ci ildə yazılıb və 1893, 1901 və 1903-cü illərdə Bakıda təkrar çap olunub)
  4. Tarixi Müqəddəs Xatəmül Ənbiya və Xilafət
  5. Xətti Təliq və Nəstəliq
  6. Kitab-müəllifi ətfal (1897)
  7. Sərfi müxtəsər
  1. Miftahil Lisani Farsi (fars. فارسي لسان مفتاح) — Fars dilinin açarı (1891)
  2. Qawaid Mukhtasare FarsiFars dilinin qısa qaydaları
  3. Mutalie-i Kitáb-i-Íqán (fars. کتاب مطالعه ایقان) — Kitáb-i-Íqánı necə oxumalı (1896, Tiflis)[14]
  4. Mudafia bar megalei khasm (fars. مدافعه بر مقابلهخصم) — Rəqibin məqaləsinə qarşı müdafiə (1897, Tiflis)[5][15]
  5. Nasihati waiz (fars. نصحيتو وعظ‎) — Vaizin nəsihəti (1903)

Onun ən azı üç dəfə evləndiyi bəllidir:

  1. Ümmü Salamə — Salyanın məşhur bəy ailəsi olan Muradxanovlardan Əbdüləli bəyin qızı.
    1. Əbdüllətif bəy
    2. Əbdürəşid bəy Axundov (d. 10 aprel 1880 — ö. aprel 1940) — hüquqşünas və Azərbaycan Xalq Cümhuriyyəti zamanı Bakının qubernatoru olmuşdur.[16]
    3. Asəf bəy
    4. Validə Xanım (d. 20 dekabr 1884)
    5. Zabitə Xanım (d. 1887 — ö. 1905)
    6. Hidayət bəy (d. 20 dekabr 1893)
  2. Gülarə Xanım ulara khanum — Salyanın yerli din xadimlərindən biri olan Hacı Ələkbərin qızı.
    1. Asiyə Xanım (d. 25 sentyabr 1901)
  3. Sona Xanım — Salyanın yerli əsilzadələrindən olan Cavad bəyin qızı.

Özünün əsas ailəsi ilə birlikdə, o, məşhur memar Ənvər Qasımzadənin böyük dayısıdır. Belə ki, Ənvərin atası Əli Qasımov Əbdüssəlamın bacısının oğludur. Beləliklə o, Ənvər Qasımzadənin oğlu Azərbaycanın əməkdar memarı Elbay Qasımzadə və məşhur azərbaycanlı opera ifaçıları olan Fidan və Xuraman Qasımovalar ilə də qohumdur.[17]

  1. "Axundzadə Əbdüssəlam Axund Vəliməmməd oğlu". 2021-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-10.
  2. Nurullayev, 2014. səh. 55-58
  3. "Faiq Vəlioğlu - Əbdüssəlam Axundzadə". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-10.
  4. 1 2 Rahnulla, 2021
  5. 1 2 3 "Axundzadə Əbdüssəlam Axund Vəliməmməd oğlu". calilbook.musigi-dunya.az. 2010. 2021-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 oktyabr 2023.
  6. "Nazim Nəsrəddinov - Naxçıvanın Əshai Kəhfi - Olaylar.- 2013.- 26 dekabr.- S.13". 2021-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-10.
  7. Əhmədov, 2014. səh. 140
  8. 1 2 Rahnulla, 2021. səh. 5
  9. Mustafa, 2015. səh. 156
  10. "Խրիմյան Հայրիկի և Բաքվի Շեյխ ուլ Իսլամի համատեղ կոչը հայ և ադրբեջանցի ժողովուրդներին 1905 թվականին" [Joint appeal of Khrimyan Hayrik and Sheikh ul Islam of Baku to the Armenian-Azerbaijani peoples in 1905]. Էջմիածին". Էջմիածին. Պաշտօնական ամսագիր Հայրապետական Աթոռոյ Ս. Էջմիածնի. Ծ (Ա–Գ): 41. 2022-12-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 oktyabr 2023.
  11. Valehoğlu, 2013. səh. 156
  12. Рахнулла, 2017
  13. Zaytsev, 2015. səh. 222
  14. Islamic manuscript catalogue (PDF). Saint Petersburg: Institute of Oriental Manuscripts of the Russian Academy of Sciences.
  15. Hashemian, Hadi. "«مدافعه بر مقاله خصم» از عبدالسلام آخوندزاده، شیخ الاسلام قفقاز" ["Defending against the Enemy" article by Abdul Salam Akhundzadeh, Shaykh al-Islam of the Caucasus]. Payām-i Bahāristān (Persian). 3 (12): 386. ISSN 1735-9929.
  16. Hüseynzadə, 2021. səh. 340-342
  17. Musayeva, Yasaman. "Əfsanə qadın". www.anl.az. 27 December 2019. 2021-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-14.