Mehmed Əbdülhəlim Əfəndi

Mehmed Əbdülhəlim Əfəndi (27 sentyabr 1894, İstanbul18 noyabr 1926) — 31. Osmanlı sultanı Əbdülməcidin oğlu Süleyman Əfəndinin oğlu, Osmanlı şahzadəsi.

Mehmed Əbdülhəlim Əfəndi
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Fəriyə sarayı, İstanbul, Osmanlı imperiyası
Vəfat tarixi (32 yaşında)
Vəfat yeri Paris, Fransa
Dəfn yeri Süleymaniyyə təkyəsinin qəbiristanlığı, Dəməşq
Atası Səlim Süleyman Əfəndi
Anası Fatma İqbal xanım
Həyat yoldaşı Samiyə xanım
Uşaqları Fatma Samirə Sultan
Çingiz Əfəndi
Ailəsi Osmanlı xanədanı

Şahzadə Əbdülhəlim Əfəndi 27 sentyabr 1894-cü ildə Fəriyə sarayında dünyaya gəldi. Atası Sultan Əbdülməcidin oğlu Süleyman Əfəndi, anası isə onun üçüncü xanımı Fatma İqbal xanımdır. 1899-cu ildə Hayri ƏfəndiCəmaləddin Əfəndiylə birlikdə sünnət edildi. 1914-cü ildə Hayri ƏfəndiFuad Əfəndiylə birlikdə Almaniya kayzeri II Vilhelmin dəvətiylə Potsdam Hərbi Akademiyasına göndərildilər. Daha sonra onlara Əbdülməcid Əfəndinin oğlu Fərrux Əfəndi də qatıldı. II Vilhelm bu 4 Osmanlı şahzadəsini şəxsi qvardiyasına üzv seçdi. Potsdamdakı hərbi təhsilini tamamladıqdan sonra, Əbdülhəlim Əfəndi Berlin kral sarayında kapitan rütbəsiylə xidmət etməyə başladı.

Birinci Dünya Müharibəsi illərində mühüm vəzifələrə yüksəldi. Bacısının Ənvər Paşayla evli olması səbəbilə orduda qısa zamanda nüfuz qazandı. Üstəlik İstiqalaliyyət hərəkatını dəstəkləmiş, bir çox tərəfdarın Anadoluya göndərilməsində yardımçı olmuşdur. Bununla yanaşı Sultan Rəşadın şəxsi yavərlərindən biri oldu.

3 mart 1924 tarixli TBMM qərarı ilə digər Osmanlı sülaləsi üzvləri kimi, Əbdülhəlim Əfəndi də ailəsiylə birlikdə sürgünə göndərildi. Sürgündəki ilk mənzil Paris şəhəri olduvə cütlüyün ikinci övladı olan Çingiz Əfəndi burada dünyaya gəldi. Ancaq oğlunun doğumundan bir neçə ay sonra Əbdülhəlim Əfəndi 26 may 1926-cı ildə vəfat etdi. Cənazəsi Suriyaya gətirilərək Süleymaniyyə təkyəsinin qəbiristanlığına dəfn olundu.

10 avqust 1913-cü ildə Samiyə xanımla (d. 1 fevral 1896, Üsküdar - ö. 1947, Paris) evləndi və 2 övladı dünyaya gəldi:

  • Adra, Jamil (2005). Genealogy of the Imperial Ottoman Family 2005. p. 32
  • Glencross, M.; Rowbotham, J. (2018). Monarchies and the Great War. Palgrave Studies in Modern Monarchy. Springer International Publishing. p. 144. ISBN 978-3-319-89515-4
  • Salnâme-i Devlet-i Âliyye-i Osmanîyye, 1333-1334 Sene-i Maliye, 68. Sene. Hilal Matbaası. 1918. pp. 66–67
  • Akmeşe, Handan Nezir (12 November 2005). The Birth of Modern Turkey: The Ottoman Military and the March to WWI. I.B.Tauris. p. 100. ISBN 978-1-850-43797-0
  • Ekinci, Ekrem Buğra (2017). Sultan Abdülhamid'in Son Zevcesi. Hatırat. Timaş Tarih. pp. 82–83. ISBN 978-605-08-2503-9