Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Abdulsalam hamamı
Yeraltı hamam və ya Abdulsalam hamamı — XIX əsrdə Şəkidə tikilmiş abidə. Yuxarı Baş Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşir və təyinatı üzrə istifadə edilmir. Hamam, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. 2019-cu il iyulun 7-də "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi" UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Şəki şəhərinin tarixi mərkəzində yerləşən Yeraltı hamam da Ümumdünya İrsinə daxildir. == Haqqında == Yeraltı hamam XIX əsrdə sahibkar Abdulsalam tərəfindən tikilib. Bina iki böyük zaldan və böyük otaqlardan ibarətdir. Bir hissəsi yerin altında olduğundan el arasında "Yeraltı hamam" kimi tanınır. Bu hamam həm də Cümə məscidi və mədrəsə kompleksinə daxildir. Hamam 1995-ci ildə Şəki Elmi-Bərpa və İstehsalat İdarəsi tərəfindən əsaslı surətdə bərpa olunub, hazırda təyinatı üzrə istifadə edilmir.
Şövkət Əbdüsalamov
Şövkət Faziloviç Əbdüsalamov (özb. Shavkat Fozilovich Abdusalamov, rus. Шавкат Фазилович Абдусаламов; 28 aprel 1936, Daşkənd) — SSRİ, Özbəkistan və Rusiya rəssamı, aktyoru, yazıçısı, rejissoru. Şövkət Faziloviç Əbdüsalamov 28 aprel 1936-cı ildə Özbəkistan SSR-nin Daşkənd şəhərində anadan olmuşdur. O, 1966-cı ildə VGİK-i bitirmişdir. İlk fərdi sərgisi 1972-ci ildə baş tutmuş, lakin rəsmlərin dini mövzularına görə tez bağlanmışdır. Onun rəsm əsərləri Tretyakov qalereyasında, ABŞ-da Nensi və Norton Dodc kolleksiyasında saxlanılır. 2000-ci ildə Əbdüsalamovun "<i>Təkbaş</i>" romanı Rusiya Buker mükafatının siyahısında idi. 2002-ci ildə rəssam "Sukrovitsa" filmini çəkərək rejissor kimi fəaliyyətə başlamışdır. Rusiya Federasiyası Hökumətinin 2011-ci il üçün mədəniyyət sahəsində mükafatı Отшельник Такваш.
Əbdüssəlam Axundzadə
Axundzadə Əbdüssəlam Axund Vəliməmməd oğlu — Qafqaz müsəlmanlarının V Şeyxülislamı, din müəllim, yazıçı. Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli dövlət xadimlərindən olmuş Rəşid bəy Axundzadənin atası, Ənvər Qasımzadə, Elbay Qasımzadənın qohumu, Fidan Qasımova və Xuraman Qasımovanın qohumu. Əbdüssəlam Axundzadə 1843-cü ildə Salyanda doğulub. Atası din xadimi Axund Vəliməmməd, anası isə Xanım Əliverdi qızı olmuşdur. İlk təhsilini atasından alıb, az müddətdə fars və ərəb dillərində yazıb oxumağı öyrənib. O, bu təhsilini Salyan və Şamaxı şəhərlərində almışdır. 1861–1868-ci illərdə Tiflisə gedərək Qafqaz Müsəlmanları Ruhani İdarəsi tərəfindən bu şəhərdə açılmış dini mədrəsədə ərəb və fars dillərində elm tədris etmış, Tiflis şəhərinin Qorqasali küçəsində yaşamışdır. Gürcüstanın Qori Seminariyasında 1879-cu ildə seminariyanın müsəlman şöbəsinin açılışında Şirvanlı Seyid Əzim Şirvaniyə müəllimlik vəzifəsi uğrunda müsabiqədə qalib gəlmişdi. Beləliklə, o, 28 iyul 1880-ci ildə rəsmi şəkildə Qori Müəllimlər Seminariyasına müəllim kimi təyin edilmişdir. 1883-cü ilə kimi Qori seminariyasında pedaqoji fəaliyyətini davam etdirmişdir.
Şeyxülislam Axund Əbdüssəlam Axundzadə