Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Əyricə
Əyricə — "ayrılmış, əyri-üyrü" mənasında işlənən əyri sözünə "cə" şəkilçisinin artırılmasından əmələ gələn söz. Kəndlər Əyricə (Bərdə) — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. Yeni Əyricə — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. Bələdiyyələr Əyricə bələdiyyəsi — Azərbaycan Respublikasının Bərdə rayonunda bələdiyyə. Yeni Əyricə bələdiyyəsi — Azərbaycan Respublikasının Bərdə rayonunda bələdiyyə. Dağlar, yaylaqlar, qışlaqlar Əyricə (dağ) — Göyçə (Sevan) gölünün şərqində dağ. Əyricə (yaylaq) — Dərələyəz və Göyçə mahalları arasında sərhəddə yerləşən yaylaq. Əyricə (qışlaq) — Çəmbərək (Krasnoselo) rayonunda qışlaq. Çaylar Əyricə (çay) — Çəmbərək (Krasnoselo) rayonunda çay.
Yeni Əyricə
Yeni Əyricə (tarixi adı: İbrahimbəyli) — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. Kəndin əvvəlki adı İbrahimbəylidir. Qədim yaşayış məskənidir. Əyricə bəyləri Cavanşir tayfasının Qalabəyi tirəsindən olublar. Qalabəyov Təhməz bəy İbrahim bəy oğlu Qalabəyov Həsən bəy İbrahim bəy oğlu Qalabəyov Firudin bəy Təhməz bəy oğlu Qalabəyov Rəhim bəy Təhməz bəy oğlu Qalabəyov Hüseyn bəy Təhməz bəy oğlu Qalabəyov Alı bəy Həsən bəy oğlu Qalabəyov Calal bəy Həsən bəy oğlu Qarabağ düzündə, Kür çayının sağ sahilində yerləşir. Tərtər çayı kəndi 2 hissəyə bölür. Kəndin qərbindən Yuxarı Qarabağ kanalı keçir. İqlimi mülayimdir, yanvar ayının orta temperaturu 10 C, iyun ayınınkı isə 32 C-dir. Təqribən 3000-ə yaxın insan yaşayır. Bundan əlavə Ağdam, Laçın, Kəlbəcər, Ağdərə rayonlarından məcburi köçkünlər də məskunlaşmışdır.
Əyricə (Bərdə)
Əyricə — Azərbaycan Respublikasının Bərdə rayonunun Yeni Əyricə kənd inzibati ərazi dairəsində kənd. Tərtər çayının sahilində, Qarabağ düzündədir. Əsli Ayrıcadır. Kəndin ərazisi Ağdam rayonunun Xıdırlı kəndinə məxsus əkin yeri olmuşdur. Yaşayış məntəqəsi həmin kənddən çıxmış ailələrin ayrılaraq əkin yerində məskunlaşması nəticəsində yaranmışdır. Ayrıca "kənddən ayrılmış, xüsusi icma təşkil etmiş" deməkdir.
Əyricə (dağ)
Əyricə — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Qaranlıq (Martuni) rayonunda dağ. Göyçə gölünün şərqində yerləşir. Hündürlüyü 2660 m-dir. İbrahim Bayramov.
Əyricə (qışlaq)
Əyricə — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Çəmbərək (Krasnoselo) rayonunda qışlaq. Rayondakı Toxluca kəndinin ərazisində, Ağbulaq kəndi ilə sərhəddə yerləşir. XI–XIII əsrlərdə bura kənd olmuşdur. Sonralar kənd ləğv edilmiş, qışlağa çevrilmişdir. 1960-cı ildən sonra Toxluca kəndinin qoyun ferması yerləşirdi.
Əyricə (yaylaq)
Əyricə — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonunda yaylaq. Dərələyəz və Göyçə mahalları arasında, sərhəddə yerləşir. İbrahim Bayramov.
Əyricə (çay)
Əyricə — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Çəmbərək (Krasnoselo) rayonunda çay. Rayondakı Ağbulaq və Toxluca kəndinin sərhəddindən axır. İbrahim Bayramov.
Əyricə bələdiyyəsi
Bərdə bələdiyyələri — Bərdə rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. Bərdə rayonunda fəaliyyət göstərən Bərdə (şəhər) bələdiyyəsi və Türkiyə Respublikası İstanbul şəhəri Beykoz bələdiyyəsi arasında 11 oktyabr 2021-ci il tarixində qardaş şəhər protokolu imzalanmışdır. İmza mərasimində VI çağırış Milli Məclisin deputatı Fatma Yıldırım, Beykoz bələdiyyəsinin başçısı Murat Aydın, Bərdə şəhər bələdiyyəsinin sədri Sadiq Xəlilov və Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov iştirak etmişdir. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Əyricə çayı
Əyricə — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Çəmbərək (Krasnoselo) rayonunda çay. Rayondakı Ağbulaq və Toxluca kəndinin sərhəddindən axır. İbrahim Bayramov.
Yeni Əyricə bələdiyyəsi
Bərdə bələdiyyələri — Bərdə rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. Bərdə rayonunda fəaliyyət göstərən Bərdə (şəhər) bələdiyyəsi və Türkiyə Respublikası İstanbul şəhəri Beykoz bələdiyyəsi arasında 11 oktyabr 2021-ci il tarixində qardaş şəhər protokolu imzalanmışdır. İmza mərasimində VI çağırış Milli Məclisin deputatı Fatma Yıldırım, Beykoz bələdiyyəsinin başçısı Murat Aydın, Bərdə şəhər bələdiyyəsinin sədri Sadiq Xəlilov və Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov iştirak etmişdir. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Dəricə
Dəri dili (dəri دری) — Əfqanıstanda yaşayan taciklərin, həzaraların, aymaqların və digər etnik qrupların dili. İran dillərindən biridir. Əfqanıstan Konstitusiyasında müəyyən edilibdir ki Əfqanıstanın iki rəsmi dillərindən biridir, digəri isə Puştu dilidir.
Ərizə
Ərizə və ya petisiya (ing. petition) — bir adam və ya birliyin düşüncə və şikayətlərini, ya da müəyyən bir mövzudakı istəklərini səlahiyyətli orqanlara (əksəriyyətlə rəsmi) göndərilməsini təmin edən yazı.
Ərimə
Ərimə və ya termal birləşmə, bərk maddənin istilik qəbul edərək maye vəziyyətə keçməsidir. Bu fiziki hadisənin baş verdiyi temperatura ərimə temperaturu deyilir. Ərimə donmanın əksi olaraq da ifadə edilə bilər; Çünki donma zamanı maddə istilik verir, ərimədə isə maddə istilik alır. == Ərimə temperaturu == Ərimə temperaturu bərk cisimlərdə fərqləndirici xüsusiyyətdir. Ərimə temperaturu maddədən maddəyə dəyişir. Bu təzyiq və saflıqdan asılı olaraq dəyişir. Eyni tipli saf maddələrin ərimə və donma temperaturları bərabərdir. Saf maddələrdə ərimə baş verərkən temperatur sabit olsa da, eyni zamanda istilik artımı davam edir və bu temperatur artımı bərk maddə tam əriyənə qədər davam edir. Daha sonra tamamilə ərimiş maddənin istilik və temperatur artımı növbəti vəziyyət dəyişikliyinə qədər davamlı olaraq artır.
Nəsib Ərizə
Nəsib Ərizə (ərəb. نسيب عريضة‎; 1887, Homs – 25 mart 1946, Nyu-York, Nyu-York ştatı) — məhcərin yazıçı və şairi.
Ərimə nöqtəsi
Xüsusi ərimə istiliyi — ərimə temperaturunda kütləsi 1 kq olan bərk kristal maddəni mayeyə çevirmək üçün lazım olan istilik miqdarına deyilir, λ=Q/m. Burada λ - xüsusi ərimə istiliyi, Q - istilik miqdarı, m - maddənin kütləsidir. BS-də ölçü vahidi 1 C\kq-dır. Xüsusi ərimə istiliyi maddənin növündən asılıdır. Ərimə nöqtəsi bərk və ya duru maddənin bəlli bir isti və ya soyuqluğa yetşəndə duru yada bərk bir maddəyə dönməsinə deyilir. Ərimə nöqtəsi ən məşhur olan maddə sudur. Xüsusi kristallaşma istiliyi - bərkimə temperaturunda 1 kq maddənin kristallaşması zamanı ayrılan istiliyə deyilir. İşarə olunması ,qiyməti və ölçü vahidi xüsusi ərimə istiliyi ilə eynidir. Maddənin bərk kristal halı daxili enerjinin minimumuna uyğundur. Kristala istilik verdikcə onun temperaturu yüksəlir.
Ərizə qalası
Ərizə qalası - Kəlbəcər rayonu ərazisində qala. Kəlbəcər ərazisində aparılan arxeoloji qazıntılar zamanı aşkarlanmış Ərizə qalası daha çox Qaçaq Nəbinin adı ilə bağlıdır. Çünki bu qalada şikayətlərə, ərizələrə baxıldığından ona görə də buranı Ərizə qalası kimi dillərdə yaşadıblar. "Tarixi və mədəniyyət abidələri". yknews.az. 2021-08-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 avqust 2021. "Tarixin yadigarları". genderi.org. İstifadə tarixi: 12 avqust 2021.
Səmavi Əyicə
Mustafa Səmavi Əyicə (türk. Semavi Eyice; 9 dekabr 1922, Kadıköy, İstanbul ili – 28 may 2018, İstanbul) — Türk incəsənət tarixçisi, tarix, mədəniyyət, din, elm, siyasət və iqtisadiyyat da daxil olmaqla, demək olar ki, hər sahədə Bizans imperiyasını araşdırmış elm adamı. Bizans və Osmanlı incəsənəti ilə bağlı araşdırmaları ilə tanınan alimdir. Məqalələri, ensiklopedik məqalə və araşdırmaları mindən çox kitabda çap olunmuş Əyicə Bizans incəsənətinin Türkiyədə tanınmasında böyük rol oynamışdır. O, "İstanbul aşiqi" kimi tanınır. Onun İstanbulun itirilmiş tarixi abidələri ilə bağlı məqalələri bu mövzuda ən mühüm araşdırma mənbəyidir. Mədəni və Təbii İrsin Qorunması üzrə Ali Şuradakı vəzifəsi sayəsində bir çox tarixi binanı dağılmaqdan xilas edib; O, xilas edə bilmədiklərinin də qeydə alınmasını təmin edib. İstanbulun tarixi abidələri ilə bağlı araşdırmaları ilə yanaşı, Balkan ölkələrində Tavr dağlarındakı arxeoloji ərazilər və Osmanlı abidələri ilə bağlı araşdırmaları vardır. Səmavi Əyicə, 1922-ci ildə İstanbulda anadan olub. Amasranın köklü dənizçi ailələrindən olan Əyicəoğullarına mənsubdur.
Enrike
Enrike — ad. Enrike Mateos — hücumçu mövqeyində oynamış İspaniya futbolçusu. Enrike Pinti — Argentina aktyoru və komediyaçı. Enrike Melo — İspaniya üzgüçüsü. Enriko Enriko Fermi — müasir nəzəri və eksperimental fizikaya böyük töhfələr vermiş dahi italyan fiziki. Enriko Barone — görkəmli italyalı erkən riyazi iqtisadçısı.
Çariçə
Çariça, yaxud çariçə (rus. цари́ца) — çar arvadının, yaxud çarlığı(ru) idarə edən qadın hökmdarın titulu. Rusiyada 1547-ci ildən 1721-ci ilə qədər (imperatiçaya müraciət forması kimi 1917-ci ilə qədər), Bolqarıstanda 913−1018, 1185−1422 və 1908−1946-cı illərdə, Serbiyada isə 1346−1371-ci illərdə rəsmi titul idi. Qədim dövlətlərin qadın hökmdarları rusca ənənəvi olaraq "çariça" adlandırıldığı kimi, azərbaycan dilində olan elmi-ensiklopedik ədəbiyyatda bəzən Orta əsr xristian dövlətlərin qadın hökmdarları da "çariça" adlandırılır (məsələn, Böyük Tamara).
Əgerce
Əgerce və ya Aqrız (tatar. Әгерҗе; rus. Агрыз) — Rusiya Federasiyasında yerləşən şəhər. Tatarıstan Respublikasına daxildir.
Əqerce
Əgerce və ya Aqrız (tatar. Әгерҗе; rus. Агрыз) — Rusiya Federasiyasında yerləşən şəhər. Tatarıstan Respublikasına daxildir.
Eqlie
Eqlie (fr. Eygliers, oks. Aigliers) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Brianson. Qiyestr kantonuna daxildir. INSEE kodu — 05052. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 749 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 488 nəfər (15-64 yaş) arasında 342 nəfər iqtisadi cəhətdən, 146 nəfər hərəkətsiz (fəaliyyət göstərici 70.1%, 1999-cu ildə 69.4%) idi. Fəal olan 342 nəfərdən 330 nəfəri (175 kişi və 155 qadın), 12 nəfəri işsizdir (5 kişi və 7 qadın).
Erica
Erika (lat. Erica) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinə aid bitki cinsi.
Qərçə
Qərçə — Azərbaycan Respublikasının İsmayıllı rayonunun Lahıc qəsəbə inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 6 may 1997-ci il tarixli, 293-IQ saylı Qərarı ilə İsmayıllı rayonunun Lahıc qəsəbə inzibati-ərazi vahidinin tərkibindəki Qərçə kəndi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır.
Əqidə
Əqidə — insanın şəxsi müşahidə və düşüncələrinin köməyilə cisim və hadisələrin mahiyyətini müstəqil surətdə dərindən anlamaqla əldə etdiyi biliklərdən təcrübədə istifadə etməsi nəticəsində formalaşır və bu zaman insanın hiss və düşüncələri üzvi surətdə birləşib, şəxsiyyətin davranış və rəftarında daxili müəyyənlik yaradılmışdır.
Grace
Grace — ABŞ müğənnisi Ceff Baklinin yeganə studiya albomu. 23 avqust 1994-cü ildə Columbia Records tərəfindən buraxılıb.
Xüsusi ərimə istiliyi
Xüsusi ərimə istiliyi — ərimə temperaturunda kütləsi 1 kq olan bərk kristal maddəni mayeyə çevirmək üçün lazım olan istilik miqdarına deyilir, λ=Q/m. Burada λ - xüsusi ərimə istiliyi, Q - istilik miqdarı, m - maddənin kütləsidir. BS-də ölçü vahidi 1 C\kq-dır. Xüsusi ərimə istiliyi maddənin növündən asılıdır. Ərimə nöqtəsi bərk və ya duru maddənin bəlli bir isti və ya soyuqluğa yetşəndə duru yada bərk bir maddəyə dönməsinə deyilir. Ərimə nöqtəsi ən məşhur olan maddə sudur. Xüsusi kristallaşma istiliyi - bərkimə temperaturunda 1 kq maddənin kristallaşması zamanı ayrılan istiliyə deyilir. İşarə olunması ,qiyməti və ölçü vahidi xüsusi ərimə istiliyi ilə eynidir. Maddənin bərk kristal halı daxili enerjinin minimumuna uyğundur. Kristala istilik verdikcə onun temperaturu yüksəlir.
Buz dövrü: Ərimə
Buz dövrü: Ərimə (ing. Ice Age 2: The Meltdown) — 2006-cı ildə istehsal olunmuş animasiyadır. == Məzmun == Mamont Manfred (qısa adı: Menni), tənbəl Sid və pələng Diyeqo macəralarına davam edirlər. Onlar öyrənirlər ki, yaşadıqları sahə əriməyə başlayacaqdır. Bu səbəbdən buranı tərk etmək məcburiyyətində qalırlar. Skret adında dələ isə əvvəlki kimi öz palıd qozasının axtarışındadır. Mamont Menni hələ öz növündən biriylə qarşılaşmamışdır. Dünyada qalan son mamont olduğuna inanmağa çalışarkən Elli adlı mamontla tanış olur. Ancaq Elli özünün mamont olduğunu qəbul etməməkdədir.
Enrike Kolyar
Enrike Kolyar Monterrubio (isp. Enrique Collar Monterrubio; 2 noyabr 1934) ― sağ cinah vinger mövqeyində oynamış İspaniya futbolçusu. == Karyerası == Onun gənc yaşlarında çıxış etdiyi ilk klub doğma şəhərindən olan "İmperial" klubu idi. Daha sonra "Penya Norit"ə keçdikdən sonra o, nəhayət "Atletiko Madrid" klubuna qoşulur və bu klub onun peşəkar karyerasında ilk olur. 1952-ci ildə Kolyar qardaşları Enrike, Xuan de Dios, Pepe və Antonio Üçüncü divizyonda çıxış edən "Kadis" klubuna transfer olundular. Növbəti 1953/54 mövsümündə o, "Atletiko Madrid" ilə La Liqada debütünu etdi, ancaq cəmi 4 oyun keçirə bildi və 1954/55 mövsümündə yenidən icarəyə verildi, bu dəfə ikinci futbol divizionunda çıxış edən "Real Mursiya"ya. O, mövsüm bitməmiş təzədən Madrid klubuna geri qaytarıldı və 1969-cu ilə qədər burada qaldı və ümumlikdə 16 mövsüm keçirtdi. Madrid komandası ilə birlikdə 470 oyun keçirdi (onlardan 339-u liqada), "Atletiko" ilə ən çox oyun keçirən dördüncü və 105 qolla komandanın səkkizinci bombardiridir. 1955 ilə 1962-ci illər arasında Kolyar Xoakin Peyro ilə yarımmüdafiə tandemi qurdu. "Atletiko" ilə o, UEFA Kuboklar Kuboku, La Liqa və Generalisimo Kubokunun qalibi oldu.
Enrike Mateos
Enrike Mateos Mansebo (isp. Enrique Mateos Mancebo; 15 iyul 1934, Madrid – 6 iyul 2001, Sevilya) — hücumçu mövqeyində oynamış İspaniya futbolçusu. O, La Liqada "Real Madrid", "Sevilya" və "Betis" kimi klubları təmsil edərək 123 oyuna 48 qol vura bilmişdir. == Klub karyerası == Madriddə anadan olan Enrike təhsilini "Real Madrid" klubunun məktəbində bitirdi. O, klubda keçirdiyi 8 il ərzində əsasən ehtiyat oyunçu qismində çıxış edirdi və bu müddət ərzində 13 əsas titul qazanmışdır. Onun ən uğurlu La Liqa mövsümü 1956–57 təsadüf etdi, həmin çempionluq mövsümündə o, 21 oyuna 14 qol vurmağı (karyerasının ən yaxşı nəticəsi) bacarmışdır. O, Çempionlar Kubokunda keçirdiyi 16 oyuna 9 qol vurmuş və dörd dəfə turnirin qalibi olmuşdur. Mateos "merinqlər"i 1961-ci ilin yayında tərk elədi və ümumlikdə 93 oyuna 50 qol vurmuşdur. Daha sonra o, ölkəsinin "Sevilya", "Rekreativo", "Real Betis" və "Ximnastika Torrelaveqa" klublarında çıxış etdi. "Sevilya"nın heyətində oynayarkən o, karyerası boyu sağalmayacağı zədə aldı.
Enrike Pinti
Enrike Pinti (isp. Enrique Pinti ; 7 oktyabr 1939 – 27 mart 2022, Buenos-Ayres) — Argentina aktyoru və komediyaçı.