Yeni Əyricə
Yeni Əyricə (tarixi adı: İbrahimbəyli) — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd.
Kəndin əvvəlki adı İbrahimbəylidir. Qədim yaşayış məskənidir. Əyricə bəyləri Cavanşir tayfasının Qalabəyi tirəsindən olublar.
Qalabəyov Təhməz bəy İbrahim bəy oğlu
Qalabəyov Həsən bəy İbrahim bəy oğlu
Qalabəyov Firudin bəy Təhməz bəy oğlu
Qalabəyov Rəhim bəy Təhməz bəy oğlu
Qalabəyov Hüseyn bəy Təhməz bəy oğlu
Qalabəyov Alı bəy Həsən bəy oğlu
Qalabəyov Calal bəy Həsən bəy oğlu
Qarabağ düzündə, Kür çayının sağ sahilində yerləşir. Tərtər çayı kəndi 2 hissəyə bölür. Kəndin qərbindən Yuxarı Qarabağ kanalı keçir.
İqlimi mülayimdir, yanvar ayının orta temperaturu 10 C, iyun ayınınkı isə 32 C-dir.
Təqribən 3000-ə yaxın insan yaşayır. Bundan əlavə Ağdam, Laçın, Kəlbəcər, Ağdərə rayonlarından məcburi köçkünlər də məskunlaşmışdır.