Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Əlamdar
Ələmdar — kişi adı. Polad ƏləmdarBu adı olan tanınmış şəxslərƏləmdar Cabbarlı — şair, filologiya üzrə fəlsəfə doktoru, dosent, Ələmdar Şahverdiyev — Tarix elmləri namizədi, müəllim. Ələmdar Mahir — Azərbaycan şairi, tədqiqatçı. Ələmdar Quluzadə — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü. Ələmdar Bəylərov — şair Ələmdar Əlbəndov — kimya üzrə fəlsəfə doktoru, professorYaşayış məntəqələriƏləmdar — Hadişəhrin digər adı.
Polad Əlamdar
Əfə Yaqub Qaraxanlı (türk. Efe Yakup Karahanlı), Əli Candan (türk. Ali Candan), Polad Ələmdar (türk. Polat Alemdar) — Qurdlar Vadisi seriyasının baş personajı. Necati Şaşmaz tərəfindən canlandırılmışdır. Qurdlar Vadisinin ilk mövsümündə Arda Əsən tərəfindən səsləndirilmişdir. Arda Əsən hərbi xidmətə getdiyinə görə ikinci mövsümdən etibarən Ümid Tabak tərəfindən səsləndirilmişdir. Personaj ilk dəfə Qurdlar Vadisi teleserialının birinci bölümündə görülmüş, sonuncu dəfə Qurdlar Vadisi: Vətən filmində görülmüşdür. Bununla belə Qurdlar Vadisi: Terror, Qurdlar Vadisi: Pusqu teleseriallarında, Qurdlar Vadisi: İraq, Qurdlar Vadisi Fələstin filmlərində görülmüşdür. == Keçmişi == Polad Ələmdar, Mehmet Qaraxanlı və Nərgiz Qaraxanlının öz oğludur.
Ənarcan (Bostanabad)
Ənarcan (fars. انرجان‎‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 346 nəfər yaşayır (70 ailə).
Ənarcan (Təbriz)
Ənarcan (fars. انرجان‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 944 nəfər yaşayır (201 ailə).
Bardan (Sərdəşt)
Bardan (fars. بردان‎‎) - İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 23 nəfər yaşayır (7 ailə).
Dardan Şervaşidze
Dardan Şervaşidze — XIII əsr Abxaziya knyazı. Səlcuq sultanı II Key Xosrovla birlikdə Monqollara qarşı baş vermiş Kösedağ döyüşündə öldürülmüşdür. Dardan Şervaşidze 3000 gürcü əsgərinə sərkərdəlik edirdi.
II Vardan
II Vardan (Qafqaz Albaniyası çarı) — Qafqaz Albaniyasının XIII çarı. II Vardan (Parfiya çarı) — Parfiya hökmdarı.
Lardal tuneli
Lardal tuneli (Norveçcə:Lærdalstunnelen) Norveçin qərbində yerləşir. Lardal tuneli hal-hazırda dünyada ən uzun yol keçidi hesab olunur. Uzunluğu 24.5 km olan bu tunelin inşasına 1995-də başlanıb, 2000-ci ildə isə tunel istifadəyə açılıb. Tuneldə hərəkət 2 yönlü və 4 xətlidir. Yolda dayanmaq və istirahət etmək üçün şərait var. Oslo və Bergen şəhərlərini birləşdirən şose yolu bu tuneldən keçir.
Mardan Palace
Mardan Palace - Azərbaycanlı iş adamı Telman İsmayılov tərəfindən Türkiyənin Antalya şəhərində tikilmiş otel. Açılışı 23 May 2009-cu il tarixində keçirilmişdir. Açılışda Monika Belluççi, Şeron Stoun, Riçard Gir, Nursultan Nazarbayev və s. iştirak etmişdir. Otelin tikintisi 1.4 milyard avroya başa gəlmişdir.
Qardan adam
Qardan adam — sıxışdırılmış qardan düzəldilən insana bənzər heykəl. Ümumiyyətlə, uşaqlar tərəfindən, əylənmək məqsədiylə düzəldilir. Gövdəsi və başı müxtəlif həcmli üç böyük qar topundan, qollar budaqdan düzəldilir. Burnunu adətən kök, gözünü isə kömür əvəz edir. Boynuna şal bağlanılır. Başına papaq əvəzinə adətən vedrə qoyulur və əlinə süpürgə verilir. Gövdəsinin önünə düyməəvəzi kiçik daşlar düzülür. == Tarixi == İlk Qardan adamın nə vaxt edildiyi naməlumdur. Ancaq Araşdırmaçı Bob Eckstein, Avropa muzeyləri, sənət qalereyaları və kitabxanalarda bədii təsvirləri araşdıraraq orta əsrlərdə bəri qardan adam etmə ənənəsinin olduğunu isbat etmişdir. == Mədəniyyət və sənətdə yeri == Qardan adam uşaqların əyləncəsi olduğu qədər, Milad və qış bəzəmələri üçün də istifadə edilən məşhur bir temadır.
Vardan Areveltsi
Vardan Areveltsi, həmçinin Şərqli Vardan (erm. Վարդան Արևելցի) və ya Böyük Vardan (təq. 1198, Gəncə, Arran, Eldənizlər – 1271, Xorvirab monastırı) — erməni tarixçisi, coğrafiyaçısı, filosofu, dilçisi, tərcüməçisi, müəllimi və kilsəsi və ictimai xadimi. == Həyatı == Vardan ya Kilikiyada, ya da indiki Gəncə şəhərinin yaxınlıqlarında anadan olmuşdur. İbtidai təhsilini evdə və Qoşavəng monastırında almış, Mxitar Qoşun tələbəsi olmuşdur. Bundan sonra o, Ovannes Vanakan ilə indiki Tavuş mərzinin Çinari kəndi ərazisində yerləşən Xoranaşat monastırında təhsilini davam etdirmiş, burada qrammatika, ilahiyyat və kitab biliyini təkmilləşdirmişdir. O, erməni dili ilə yanaşı, yunan, süryani, fars, həmçinin ivrit və latın dillərini də bilirdi. O, vardapet və 1235-ci ildən rabunapeta dərəcəsi aldıqdan sonra tədqiqat fəaliyyətini inkişaf etdirmişdir. Vardan 1235–1239 və 1252–1255-ci illərdə Kayenaberddə Müqəddəs Andrey monastırının məktəbini qurmuşdur. 1239-cu ildə Yerusəlimə yola düşmüşdür.
Vardan Stepanyan
Vardan Stepanyan (erm. Վարդան Ստեփանյան; 8 mart 1966, İrəvan – 3 iyul 1992, Mirikənd, Xocavənd rayonu), daha çox Düşmən Vardan kimi tanınır — Ermənistan hərbçisi, Birinci Qarabağ müharibəsinin iştirakçısı. O, Ermənistanda əhəmiyyətli bir hərbi komandir sayılır. == Həyatı == === Erkən həyatı və Əfqanıstan === Vardan Stepanyan 9 mart 1966-cı ildə Ermənistan SSR-nin İrəvan şəhərində anadan olmuşdur. 1983-cü ildə İrəvanda yerləşən 32 saylı Tumanyan məktəbini bitirdikdən sonra Sovet Ordusuna çağırılmışdır. 1984–1986-cı illərdə Əfqanıstanda xidmət etmişdir. Oradakı xidmətlərinə görə Stepanyan "İgidliyə görə" medalı və "SSRİ Silahlı Qüvvələrinin 70 illiyi" yubiley medalı ilə təltif edilmişdir. Sovet Ordusundan tərxis olunduqdan sonra Stepanyan İrəvan Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olmuşdur. === Birinci Qarabağ müharibəsi === Stepanyan 1988-ci ilin əvvəlində Qarabağ hərəkatına qoşulmuşdur. O, əvvəlcə Qarabağ ermənilərinə silah və texnikanın verilməsində Əfqanıstan müharibəsinin erməni veteranları qrupuna rəhbərlik etmişdir.
Əlmərdan xan Şamlı
Əlmərdan xan Şamlı (?-?)-Nadir şahın səfiri, sərkərdə == Həyatı == Nadir şah Əfşar qüdrətli sərkərdə olmaqla yanası həm də diplomat idi və bu sahədə fəaliyyət gostərən Əlimərdan xan Samlını və basqalarını da bu missiyanı yerinə yetirməyə hazırlamışdı. Əlimərdan xan Samlı Səfərvilər və əfsarlar hakimiyyətləri dovrunun gorkəmli səxsiyyətlərindəndir. O, Luristan hakimi olmuşdu. Nadir şah 1145-ci (1732) ildə II Təhmasibi hakimiyyətdən saldıqdan sonra dövlətin siyasətini xarici dövlətlərə bildirmək sahəsində işə başladı. Nadir şah Qırxlı-Avşar Fars valisi Məhəmmədəli xan Qullarağasını diplomatik numayəndə kimi Hindistana, Məhəmməd şah sarayına göndərdi. Məqsəd bu idi ki, Hindistan şahı Nadir şahın hakimiyyətini tanısın və əfqanlara öz torpağında sığınacaq verməsin. Sahcahanabad sarayında, Dehlidə, Nadir şahın bu tələblərinə əməl olunmadı. Beləliklə, Məhəmmədəli xan ona tapşırılan işi yerinə yetirə bilmədi. Nadir şah hələ Muğan qurultayı günlərində Əlimərdan xanı əfqanlarla bağlı məsələyə aydınlıq gətirmək üçün Hindistana göndərdi. Əlimərdan xan Şamlı Nadirin şahlıq taxtına çıxması xəbərini Hindistan padşahına çatdırmaqla bərabər, ondan əfqanların bu ölkənin daxilində sığınacaq tapmasına yol verməməsini də xahiş etməli idi.
Ardan Zəntürk
Ardan Zəntürk — (türk. Ardan Zəntürk, əsl adı türk. Ardan Zentürk; 12 avqust 1955 ) — türkiyəli jurnalist. == Təhsili == Orta təhsilini Marmara Kollecində (İstanbul), orta və lisey təhsilini Eskişehir Maarif Kollecində başa vurdu. 1979-cu ildə Marmara Universiteti, İdarəetmə Elmləri Fakültəsi, Siyasi Elmlər Bölümü, Xarici Siyasət Bölməsini bitirib və bir il müddətində İstanbul Universitetinin Siyasi Elmlər Bölməsində magistr dərəcəsini bitirib. Dreik Universitetində bir televiziya rejissoru kursu ilə işlədiyi müddətdə təhsilin əhəmiyyətli bir hissəsini tamamladı. Bu vaxt, Corctovn Universiteti Strateji Araşdırmalar İnstitutu və Oksford Universiteti Orta Asiya Araşdırmaları İnstitutu kimi qurumlarda peşəsi ilə əlaqədar qısamüddətli kurslara qatıldı. === Fəaliyyəti === Bir jurnalist kimi karyerasına 1976-cı ildə İstanbul Ticarət Palatasının rəsmi nəşri olan İstanbul Ticarət qəzetində başlamışdır. 1977-ci ildə Hüriyyət qəzetində səhifə redaktoru oldu. Daha sonra aşağıdakı qəzetlərdə çalışdı.
Ladan burxurkolu
Ladan burxurkolu (lat. Cistus ladaniferus) - buxurkolu cinsinə aid bitki növü.
Ladan kolu
Ladan kolu (lat. Ledum) - erikakimilər fəsiləsinə aid bitki cinsi.
Laran-Monteqlen
Laran-Monteqlen (fr. Laragne-Montéglin, oks. L'Aranha Montaiglin) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Laran-Monteqlen kantonuna daxildir. INSEE kodu — 05070. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 3532 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 1947 nəfər əmək qabiliyyətli insanlar arasında (15-64 yaş) 1355 nəfər iqtisadi cəhətdən fəal, 592 nəfər hərəkətsiz (fəaliyyət göstərici 69.6%, 1999-cu ildə 66.6%) idi. Fəal 1355 nəfərdən 1224 nəfəri (630 kişi və 594 qadın), 131 nəfəri işsizdir (43 kişi və 88 qadın).
Gübrələr və onlardan istifadə
Gübrə — Bitkiləri qida maddələrlə təmin etmək üçün torpağa, bəzən isə yarpaqlara (kökdənxaric qidalanma) verilən üzvi və mineral maddələrdir. Gübrələr birinci növbədə, bitkini asan mənimsəyə biləcəyi formada olan qida maddələrlə təmin edirlər. Bundan başqa gübrələr torpağın fiziki, kimyəvi və bioloji xassələrini yaxşılaşdırır ki, bu da məhsulun artmasına və onun keyfiyyətinin yaxşılaşmasına səbəb olur. Gübrə verməklə məhsulla birlikdə torpaqdan götürülmüş qida maddələri də torpağa qaytarılır. Bununla da torpağın məhsuldarlığı bərpa edilir. Gübrələr bir neçə qrupa bölünürlər: tərkib və ya mənşələrinə görə: üzvi, mineral, üzvi-mineral, bakterial, hormonal gübrələr; tərkibində qida maddələrinin miqdarına görə: birtərəfli (sadə) və çoxtərəfli (mürəkkəb və qarışıq) gübrələr; tərkibindəki faydalı elementlərin kəsifliyinə görə: sadə və zənginləşdirilmiş gübrələr; torpağa göstərdikləri təsirə görə: turş, neytral və qələvi gübrələr;5.təsiretmə səciyyəsinə görə: bilavasitə təsir edən, dolayı yolla təsir edən və stimulə edən gübrələr. Kənd təsərrüfatı bitkilərindən yüksək məhsul əldə etmək və torpağın münbitliyini artırmaq üçün aqrotexniki sistemlər içərisində gübrələrdən istifadə tədbirləri ən vacib yerlərdən birini tutur. Üzvü və mineral gübrələrin tətbiqi bütün kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını yüksəldir və onların keyfiyyətini yaxşılaşdırır. Gübrələrdən səmərəli istifadə, bitkilərdə şəkərin, nişastanın, yağların, zülalların və vitaminlərin miqdarını artırır. Üzvü və mineral gübrələr torpağın strukturuna təsir etməklə, torpaq məhlulunun reaksiyasını, mikrobioloji prosesləri yaxşılaşdırmaqla onun (məhsul) münbitliyinin artmasında aktiv iştirak edir.
Bataqlıq ladan kolu
Bataqlıq ladan kolu (lat. Ledum palustre) - ladan kolu cinsinə aid bitki növü.
Laran-Monteqlen (kanton)
Laran-Monteqlen (fr. Laragne-Montéglin) — Fransada kanton , region — Provans-Alp-Kot-d'Azur, departament — Yuxarı Alplar. Qap dairəsinə daxildir. Kantonun INSEE kodu — 0512. Laran-Monteqlen kantonuna cəmi 7 kommuna daxildir, onlardan ən əsası Laran-Monteqlen kommunasıdır. == Kantonun kommunları == == Əhali == 2007-ci ildə əhalinin sayı 6 062 nəfər təşkil edirdi.
II Vardan (Parfiya çarı)
II Vardan — Arşakilər sülaləsindən atası çar I Vologez və ya I Vardana qarşı Parfiya imperiyasının bir hissəsində qısa müddətə hökmranlıq etmiş Parfiya hökmdarı. II Vardan 55–58-ci illərdə atasına qarşı üsyan qaldırmış və Midiyanın paytaxtı Ekbatanı işğal etmişdir. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Ellerbrock, Uwe. The Parthians: The Forgotten Empire. Oxford: Routledge. 2021. ISBN 978-0367481902. Sellwood, David (1983). "Parthian Coins". In Yarshater, Ehsan (ed.).
Bir alaydan olanlar (film, 1975)
Bir alaydan olanlar qısametrajlı sənədli televiziya filmi rejissor Oqtay Babazadə tərəfindən 1975-ci ildə çəkilmişdir. "Azərbaycantelefilm"də istehsal edilmişdir. Film 416-cı Taqanroq diviziyasının bir alaydan olan döyüşçülərinə həsr edilmişdir. == Məzmun == Film 416-cı Taqanroq diviziyasının bir alaydan olan döyüşçülərinə həsr edilmişdir.
Ərdugah Əvargan-i Əraqi (Sərdəşt)
Ərdugah Əvargan-i Əraqi (fars. اردوگاه اوارگان عراقي‎, İraqlı qaçqın düşərgəsi) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 127 nəfər yaşayır (27 ailə).
Hardan düşdün yadıma sən... (kitab)
Elara (peyk)
Elara — Yupiterin təbii peyklərindən biridir. Çarlz Dillon Perrena tərəfindən 1905-ci ildə kəşf edilmişdir. Yupiterin 8-ci ən böyük peykidir. Adı Yunan tanrılarında Zevsin sevgililərindən biri olan Elaradan gəlir. 1975-ci ilə qədər Yupiter VII olaraq adlandırılmışdır.
II Vardan (Qafqaz Albaniyası çarı)
II Vardan (v. 711) — Qafqaz Albaniyasının XIII çarı. Musa Kalankatlıya əsasən 694-cü ildə atası ilə Konstantinopola gedib 711-ci ilədək əsarətdə qalmışdır. Lakin həmin illər ərzində Pavlikanlar hərəkatına qoşulanlar arasına necə keçdiyi məlum deyil. Kirill Tumanova görə o Albaniyada hökmdarlıq etmişdir və 710-cu ildən sonra vəfat etmişdir.