1. Yardıma, imdada, köməyə çağırış bildirən nida. Əlaman, qurd inəyi dağıtdı!
– Nə qəflətdir bu səndə, ey sitəmgər, cövrü zülmündən; Sərasər yer üzünü sövtü sədayi-əlaman tutmuş.
Arqadaşlar, əlaman, gəl tez verib də əl-ələ; Həm bu yolda əhdü peyman etməli bundan sora!
Şikəstə Hamidəm, canan; Dərdindən öldüm, əlaman!
// Yalvarış bildirir.
Boyum bərabərisən indi, əlaman, getmə!
// Şikayət bildirir.
Əlaman durnalardan; Qaç yaman durnalardan; Tutaram sorağını; Hər zaman durnalardan. ( ).
İsmət, həya, ədəb gedəcək əldən, əlaman!
2. is. İmdad, nicat.
Təsəvvür etmə fəğanım həlaki-candandır; Kəman öpər əlüvi, əlamanım ondandır.
◊ Əlamanda olmaq (qalmaq) – çarəsiz qalmaq, nə edəcəyini bilməmək, çətin, çıxılmaz vəziyyətdə olmaq.
…O bədbəxt … bizdən üz döndərib, qalmışıq əlamanda.
…Ələmdar yerindən tərpənib əlamanda olan ağasının yanına gəldi.