BƏND-BƏRƏ

сущ. 1. улам, фидай (элячӀдай) чка, физ (элячӀиз) жедай тек чка; 2. часпар, сергьят.
bənd-bənd
BƏNDƏ
OBASTAN VİKİ
Bənd
Bənd — şeirin bir neçə misradan ibarət qismən bitkin parçalarına deyilir. Şair şeirdə danışacağı fikri müəyyən bitkin hissələrə verir. Şeirdə bəndələri bir-birilə əlaqəsiz təsəvvür etmək olmaz. Ayrı-ayrı bəndlərdəki misralar bir-birini tamamladığı kimi, şeirin bəndləri də məzmunca bir-birilə bağlanmalıdır. Şeir növlərinin müəyyənləşməsində bənddəki misraların sayı əsas şərtdir. Bununla bərabər, bir sıra şeir şəkillərindəki bəndlər misraların sayı etibarı ilə eynidir. Belə ki, hər bəndi dörd misradan ibarət olan şeirlərin mürəbbe (dördlük), qoşma, gəraylı kimi şəkilləri vardır. Klassik şeir janrları olan mürəbbelərin hər bəndi dörd, müxəmməslərin beş, müsəddəsin altı, müsəbbelərin yeddi misradan ibarət olmuşdur. Şeir növləri əsasən bənddəki misraların sayına görə təyin olunur. == İstinadlar == == Həmçinin bax == Beyt Misra == Ədəbiyyat == Şəmistan Mikayılov, Ədəbiyyat nəzəriyyəsi.
Bərə
Bərə — iri çaylardan və göllərdən ağır yükləri keçirmək üçün istifadə olunan su nəqiliyyatı vasitəsi. Bərədən, bir qayda olaraq, iri çaylardan ağır yükləri keçirmək üçün istifadə olunduğundan o, iki qayıq üzərində qurulmuş taxta meydançadan ibarət olurdu. Bərənin işlədiyi yer keçid adlanırdı. Adətən keçidlərə onların yerləşdiyi ərazilərin adları verilirdi. Bu dövrdə Kür çayı üzərində əsas keçidlər Qaradonlu, Sabirabad, Cavad, Surra, Mollakənd, Zərdab, Pirazı, Mingəçevir, Araz çayı üzərində isə Abbasabad, Saatlı və Bülqan ərazisində idi. Naxçıvan ərazisində Araz çayı üzərində həmçinin Qaqac, Dərəşam və Culfa keçidləri də var idi. Culfa keçidindəki bərə ilə keçib Təbrizə, Abbasabad keçidindəki bərə ilə isə Məkkəyə getmək mümkün idi. Bu keçidlərdə hər biri 300 puda qədər yük götürən bərələr işləyirdi. Körpülərin salınması mümkün olmayan yerlərdə bərə indi də su nəqliyyatı vasitəsi kimi öz əhəmiyyətini saxlamaqdadır. Kür və Araz çayları üzərindəki bir çox keçidlərdə hazıda da bərdən istifadə olunur.
Bənd (Urmiya)
Bənd (fars. بند‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 3.888 nəfər yaşayır (872 ailə).Əhalisini azərbaycanlılar (kürəsünnilər) və kürdlər (şikaklar) təşkil edir. Sünni şafei məzhəbinə etiqad edirlər. Bu kənd Urmiyanın görməli və turistik yerlərindən biri sayılır.
Zəif bənd
Zəif bənd — televiziya oyunu. Layihə veriliş kimi ilk dəfə 2000-ci il 14 avqust tarixində BBC telekanalında yayımlanmağa başlayıb. Bu layihəni Anna Robinson adlı məşhur qadın aparıcı yaratmışdır. Bu veriliş həm də bilik oyunudur. Sonralar veriliş Azərbaycan, ABŞ, Sinqapur, Türkiyə, Rumıniya, İspaniya, Meksika, İtaliya, İsrail, Makedoniya Respublikası, Cənubi Afrika, Tailand, Sloveniya, Fransa, Honkonq, Braziliya, Almaniya, Çili, Şimali Koreya, Yaponiya, Çin, Çexiya, Yunanıstan, Şotlandiya, İrlandiya, Livan, Rusiya, Serbiya, Portuqaliya və Polşada yayımlanmağa başlayıb. Azərbaycanda veriliş ilk dəfə Lider TV tərəfindən 2001-ci ildən yayımlanmağa başlanmışdır. İlk aparıcısı Kamilə Babayeva olmuşdur. 2006–2011-ci illərdə veriliş dayandırılmışdır. 2011-ci ilin noyabrından veriliş Lider TV-də bərpa edilir və yeni aparıcısı Solmaz Süleymanlı olur. Veriliş hər şənbə günü saat 18:00-da yayımlanırdı, lakin 2014-cü ildə veriliş yenidən bağlanılmışdır.
Mülki bənd
Mülki bənd (alm. Zivilklausel‎) və ya vətəndaş bəndi — akademik qurumlar tərəfindən müstəsna olaraq mülki (yəni qeyri-hərbi) tədqiqatlarla məşğul olmaq üçün könüllü öhdəlik. İdeya Yaponiyada yaranmışdır. 1950-ci ildə Yaponiya Elm Şurası üzvlərinin hərbi ilə bağlı tədqiqat layihələrində iştirakdan imtina edəcəyini müəyyən etmişdir. Belə bir bəyannamə 1967-ci ildə və 2017-ci ildə təkrarlanmışdır. Almaniyada Bremen Universiteti ilk olaraq mülki bəndi qüvvəyə mindirmişdir. Onun 1986-cı il tarixli 5113 saylı qətnaməsində deyilir: Bu bəyannamə 1992-ci ildə və 2020-ci ildə yenilənmişdir.
Balakən (gəmi-bərə)
"Balakən" — Azərbaycanın nəqliyyat donanmasına aid gəmi-bərə. Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin balansındadır. Beynəlxalq Konvensiyaların ən müasir tələblərinə cavab verir. Avrasiya nəqliyyat dəhlizində yükdaşıma konveyerinə qoşulmuşdur. == Tarixi == "Balakən" gəmi-bərəsi "Bərdə" gəmi-bərəsi ilə birlikdə 2011-ci ilin mayında Xorvatiyanın Ulyanik tərsanəsi ilə imzalanmış müqaviləyə əsasən inşa edilmişdir. Bu gəmilərin istismara buraxılmasında əsas məqsədlərdən biri tikintisi başa çatdıqdan sonra Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə daşınacaq yükləri vaxtında Xəzər dənizinin o tayına və əks istiqamətə çatdırmaqdır. 13 noyabr 2012-ci ildə istismara verilmişdir. İstismara verilməsi mərasimində Azərbaycan Respublikasının prezidenti İlham Əliyev iştirak etmiş və onunla yaxından tanış olaraq, istismara verilməsini bildirən düyməni basmışdır. == Texniki göstəriciləri == Yükdaşıma qabiliyyəti 54 vaqon. Uzunluğu 155 metr.
Bərdə (gəmi-bərə)
"Bərdə" — Azərbaycanın nəqliyyat donanmasına aid gəmi-bərə. Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin balansındadır. Beynəlxalq Konvensiyaların ən müasir tələblərinə cavab verir. Avrasiya nəqliyyat dəhlizində yükdaşıma konveyerinə qoşulmuşdur. == Tarixi == "Bərdə" gəmi-bərəsi "Balakən" gəmi-bərəsi ilə birlikdə 2011-ci ilin mayında Xorvatiyanın Ulyanik tərsanəsi ilə imzalanmış müqaviləyə əsasən inşa edilmişdir. Bu gəmilərin istismara buraxılmasında əsas məqsədlərdən biri tikintisi başa çatdıqdan sonra Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə daşınacaq yükləri vaxtında Xəzər dənizinin o tayına və əks istiqamətə çatdırmaqdır. 13 noyabr 2012-ci ildə istismara verilmişdir. İstismara verilməsi mərasimində Azərbaycan Respublikasının prezidenti İlham Əliyev iştirak etmişdir. == Texniki göstəriciləri == Yükdaşıma qabiliyyəti 54 vaqon. Uzunluğu 155 metr.
Köhnə Bərə (1984)
== Məzmun == Film Azərbaycan kəndlərindən birinin əkinə yararsız torpaqlarının üzümlüyə çevrilməsi, bununla əlaqədar kənd təsərrüfatında ciddi struktur dəyişiklikləri baş verməsi, eyni zamanda mənəvi və psixoloji problemlərin meydana çıxması haqqında söhbət açır. Burada eyni zamanda respublikamızda üzümçülərin qarşısında duran sosial-iqtisadi problemlərdən danışılır. == Film haqqında == Film Sabir Azərinin "Duman çəkilir" pyesi əsasında ekranlaşdırılmışdır. Filmə ümumittifaq ekranlarında 6 milyon tamaşaçı baxmışdır.
Bənd-i Məcidxan (Bükan)
Bənd-i Məcidxan (fars. بندمجيدخان‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 13 nəfər yaşayır (5 ailə).
Bakı-Aktau bərə yolu
Bakı-Aktau bərə yolu — Xəzər dənizinin Bakı və Aktau portları arasında dəniz yolu. 1970-ci illərdə neft daşımaları ilə fəaliyyətə başlamışdır. Bu yol ilə ildə 6–6,5 mln. ton neft Qazaxıstandan Bakıya daşınırdı. Uzunluğu 470 km-dir. 2001-ci ilin sentyabrında yenidən bərpa olunmuş dəmir yolu variantı Bakı–Aaktau bərə yolu ilə neftlə yanaşı dəmir yol vaqonları, avtomobil, taxıl və s. yüklər, həmçinin sərnişin daşımaları yerinə yetirilir. Aktau portundan Qazaxıstanın şimalını birləşdirən 400 km-lik dəmir yolu kənd təsərrüfatı məhsulları və s.-nin daşınmasını xeyli səmərəli edir. Yük-sərnişin bərələrinə 28 dəmir yolu vaqonu və ya sisterni, uzunluğu 20 m-ə -dək olan avtoqatarlar və s. yükləmək mümkündür.
Bakı-Türkmənbaşı-Bakı (bərə)
Bakı-Türkmənbaşı-Bakı — Xəzər dənizində Bakı (Azərbaycan) və Türkmənbaşı (Türkmənistan) limanları arasında mövcud olan sərnişin və qatar daşıyan bərə xəttidir. Məsahə uzunluğu 306 km-dir.
Bakı–Aktau bərə yolu
Bakı-Aktau bərə yolu — Xəzər dənizinin Bakı və Aktau portları arasında dəniz yolu. 1970-ci illərdə neft daşımaları ilə fəaliyyətə başlamışdır. Bu yol ilə ildə 6–6,5 mln. ton neft Qazaxıstandan Bakıya daşınırdı. Uzunluğu 470 km-dir. 2001-ci ilin sentyabrında yenidən bərpa olunmuş dəmir yolu variantı Bakı–Aaktau bərə yolu ilə neftlə yanaşı dəmir yol vaqonları, avtomobil, taxıl və s. yüklər, həmçinin sərnişin daşımaları yerinə yetirilir. Aktau portundan Qazaxıstanın şimalını birləşdirən 400 km-lik dəmir yolu kənd təsərrüfatı məhsulları və s.-nin daşınmasını xeyli səmərəli edir. Yük-sərnişin bərələrinə 28 dəmir yolu vaqonu və ya sisterni, uzunluğu 20 m-ə -dək olan avtoqatarlar və s. yükləmək mümkündür.
Bakı–Türkmənbaşı–Bakı (bərə)
Bakı-Türkmənbaşı-Bakı — Xəzər dənizində Bakı (Azərbaycan) və Türkmənbaşı (Türkmənistan) limanları arasında mövcud olan sərnişin və qatar daşıyan bərə xəttidir. Məsahə uzunluğu 306 km-dir.
Köhnə bərə (film, 1984)
== Məzmun == Film Azərbaycan kəndlərindən birinin əkinə yararsız torpaqlarının üzümlüyə çevrilməsi, bununla əlaqədar kənd təsərrüfatında ciddi struktur dəyişiklikləri baş verməsi, eyni zamanda mənəvi və psixoloji problemlərin meydana çıxması haqqında söhbət açır. Burada eyni zamanda respublikamızda üzümçülərin qarşısında duran sosial-iqtisadi problemlərdən danışılır. == Film haqqında == Film Sabir Azərinin "Duman çəkilir" pyesi əsasında ekranlaşdırılmışdır. Filmə ümumittifaq ekranlarında 6 milyon tamaşaçı baxmışdır.
Zərifə Əliyeva (gəmi-bərə)
Zərifə Əliyeva – 2022-ci ildə istismara verilmiş və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə məxsus olan Ro-Pax tipli gəmi-bərə. Gəmi alim və həkim Zərifə Əliyevanın şərəfinə adlandırılmışdır. Gəmi-bərə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda inşa olunmuşdur. Tikilib istismara verilməsi 3 ilə başa gəlmişdir. Gəmi-bərə 28 aprel 2022-ci ildə istismara verilmişdir. İstismara verilmə mərasimində Azərbaycan prezidenti İlham Əliyev iştirak etmişdir. İlk səfəri 5 may 2022-ci ildə Qazaxıstanın Kurık limanına olmuşdur. Gəmi istismarda olduğu ilk il ərzində 163 səfər həyata keçirmiş, 148 vaqon, 1061 ədəd minik avtomobili, 5595 ədəd yük avtomobili/TIR, 5616 nəfər sərnişin daşımışdır. Səfərlər Aktau-Ələt, Ələt-Aktau, Türkmənbaşı-Ələt, Ələt-Türkmənbaşı, Kurık-Ələt, Ələt-Kurık istiqamətləri üzrə həyata keçirilmişdir. Almaniya prezidenti Frank-Valter Ştaynmayer 2023-cü ilin iyununda gəmini ziyarət etmişdir.

Значение слова в других словарях