Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Əliverdi xan
Əliverdi xan (ən geci 10 may 1671, Dekkan sultanlıqları – 9 aprel 1756, Mürşüdabad[d]) — Benqal, Biharа və Orissanın 1740–1756-cı illərdə nəvvabı. Əliverdi xanın atası Şahqulu xan Mirzə Məhəmməd Mədəni, anası nəvvab Aqil xan Avşarın qızı idi. Avşar elindən çıxmışdılar. Onun əsl adı Mirzə Məhəmmədəli idi. Ailələri şiə məzhəbində idilər. Atası Övrəngzebin oğlu Əzəmşaha xidmət edirdi. Əzəmşah qardaşlarına da orduda rütbə vermişdi. Atalarının vəfatından sonra çox kasıbladılar. Mirzə Məhəmmədəli və qardaşı Mirzə Əhməd Orissanın söbədarı Şücaəddinin yanında xidmətə daxil oldular. Şücaəddin nəvvab postunu tutandan sonra qardaşların vəziyyəti düzəldi.
Kərimabad-i Əliverdi (Qürvə)
Kərimabad-i Əliverdi (fars. كريم آباد علي وردي‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 274 nəfər yaşayır (70 ailə). Əhalisini kürdlər təşkil edir.
Əlifərəş (Maku)
Əlifərəş (fars. علي فراش‎‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Əlikəran (Meşkinşəhr)
Əlikəran (fars. علي كران‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 73 nəfər yaşayır (15 ailə).