IF

if1

n : ~s and buts əgərlər və ammalar; I don’t want any ifs and buts, just make sure the goods are delivered tomorrow Mənə heç bir “əgər”, “amma” lazım deyil, elə et ki, mallar sabah çatdırılsın

if2

conj 1. əgər; -sa / -sə; Bu bağlayıcı şərt budaq cümləsini baş cümləyə bağlayır; If I were you, I would learn English better Mən sənin / sizin yerinə / yerinizə olsaydım, ingilis dilini daha yaxşı öyrənərdim; 2. (çox vaxt even sözü ilə işlənir): even if Güzəşt budaq cümləsini baş cümləyə bağlayır. Bu halda o, Azərbaycan dilinə hətta sözü və felin şərt şəkilçisi -sa / -sə vasitəsilə tərcümə edilir; Fil invite her even if she doesn’t come Hətta o, gəlməsə də, mən onu dəvət edəcəm; 3. Vasitəli nitqdə sual cümlələrini və ya tamamlıq budaq cümləsini baş cümləyə bağlayır. Bu halda o, Azərbaycan dilinə -mı, -mi, -mu, -mü və ya yox birləşməsi ilə tərcümə edilir; Ask if he has come Soruş / Soruşun, o gəlib ya yox; 4. Nida cümlələrində işlənir və 1) arzu; 2) təəccüb, qəzəb və s. ifadə edir. Bu halda if Azərbaycan dilinə kaş sözü ilə tərcümə edilir: If I knew Kaş mən biləydim

IE
IGNITE
OBASTAN VİKİ
"What if?" (Dinə Qaripova mahnısı)
What if? (Dinə Qaripova mahnısı)
"What if?" (azərb. Nə olardı?‎) — Tatar mənşəli Rusiya müğənnisi Dinə Qaripovanın bəşəriyyətə mərhəmət və vəhdəti təbliğ edən həzin sülh balladası. Mahnı Rusiyanı 2013 Avroviziya Mahnı Müsabiqəsində uğurla təmsil etmişdir. == Mahnı == İstedadlı ifaçı Dinə Qaripovanın səsləndirdiyi "What if?" musiqi əsərinin sözləri və bəstəsi Qabriel Alares, Yoakim Byörnberq və Leonid Qutkin tərəfindən ərsəyə gətirildi. Mahnının sözləri bəşəriyyəti əbədi sülh və mərhəmətə səsləyən mühüm sual üzərində qurulmuşdur. İfaçı insanların eyni ulduzu paylaşmasına baxmayaraq, "Mənlik" duyğusu və kinlə silahlanan yer kürəsini "Kosmosda kiçicik bir ada" kimi səciyyələndirir. İsanları vəhdətə dəvət edən, şüar xarakterli "Nə olardı?" sualı kövrək mərhəməti özündə təcəssüm etdirməkdədir. == Buraxılış tarixi == == Beynəlxalq arenada == Avroviziya Mahnı Müsabiqəsi 2013 Rusiyanın milli yayım şirkəti (C1R) 19 fevral 2013-cü il tarixində daxili seçim üsulu vasitəsilə ölkəni 2013 Avroviziya Mahnı Müsabiqəsində Dinə Qaripovanın təmsil edəcəyini elan etmişdir. Seçilmiş mahnı 24 fevral 2013-cü il tarixində açıqlandı. Mahnı ifaçı tərəfindən ilk dəfə Moldova milli finalında təqdim edilmişdir.
Abbas İftixari
Abbas İftixari (Təbriz) — İranlı alim Abbas İftixari Təbrizdə anadan olub. Atası türk, anası isə milliyyətcə ərəbdir. Atası şah dövründə ordu zabiti işləyib. 1979-cu ilin fevral inqilabından sonra həbs olunub və 8 il azadlıqdan məhrum edilib. Həbsdən çıxdıqdan sonra ata İftixari İran-İraq savaşında iştirak edib. Abbas İftixari 1990-cı illərin əvvəllərində Bakıda yaşayıb, "Samsunq" şirkətində çalışıb. Həmin illərdə Azərbaycan Texniki Universitetində doktorluq işini müdafiə edib. Onun başçılıq etdiyi "Sazan Electronic İndustries" şirkəti avtomobillər üçün elektron avadanlıqları hazırlayır.
Adrar-İforas
Adrar-İforas (fr. Adrar des Ifoghas; ərəb. أدرار إيفوغاس‎) — Əlcəzair və Mali Respublikasında, Böyük Səhra cənubundakı səhra yaylası. 890 metrə qədər yüksəkliyi var. 2013-cü ildə bölgə Fransanın Malidə vətəndaş müharibəsinə müdaxiləsindən qaçan islamçı döyüşçülərin sığınacağına çevrilmişdi. == İstinadlar == == Əlavə ədəbiyyat == Karpoff, R.; Chavaillon, N.; Alimen, H., "Nouveaux gisements paléolithiques dans l'Adrar des Iforas (Sahara)", Bulletin de la Société préhistorique de France (French), 60 (5–6), 1963: 352–363. == Xarici keçidlər == Vikianbarda Adrar-İforas ilə əlaqəli mediafayllar var.
Artemisia ifranensis
Artemisia ifranensis (lat. Artemisia ifranensis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Avqust İffland
Avqust Vilhelm İffland (alm. August Wilhelm Iffland‎; 19 aprel 1759[…], Hannover – 22 sentyabr 1814[…], Berlin) — dövrünün ən böyük alman aktyoru, dramaturqu, rejissoru. İffland üzüyünün ilk sahibi. == Haqqında == Pastorun oğlu, atasının istəyi ilə dini təhsil aldı, lakin aktyorluq karyerasına üstünlük verdi. 1777-ci ildə Konrad Ekhofun rəhbərliyi altında teatrda aktyor kimi işə götürərək Qotaya köçdü. Ekhofun ölümündən sonra 1779-cu ildə Mannheim Teatrının dəvətini qəbul edir və burada məşhur aktyor olur və daha sonra qastrol səfərlərində Almaniya şəhərlərinə getməyə başlayır. 1792-ci ildə teatrın baş rejissoru oldu. 1796-cı ildə Hötenin dəvəti ilə Berlinə səfər etdi, 1798-ci ildə Berlin Kral Milli Teatrının direktoru, 1811-ci ildən isə bütün teatr saray tamaşalarının baş rejissoru oldu. O, ən məşhurları "Die Jäger", "Dienstpflicht", "Die Advokaten", "Die Mundel" və "Die Hagstolzen" pyesləri, həmçinin "Almanach für Theater" və "Theaterfreunde" jurnallarında tənqidi məqalələr yazıb. 1798-1802-ci illərdə onun tərcümeyi-halı da daxil olmaqla 16 cildlik "Dramatişen Werke" adlı yazılar toplusu nəşr olundu.
Avro disko ifaçılarının siyahısı
Avro disko ifaçılarının siyahısı - bu siyahıda Avro disko janrında ifa edən bütün ifaçıları və onların hit mahnıları vardır.
Aygün Kazımovanın ifaları (albom)
Aygün Kazımovanın ifaları – Azərbaycan müğənnisi Aygün Kazımovanın albomu. Alboma 41 mahnı daxildir. Albom Xalq artisti, bəstəkar Eldar Mansurovun prodüsserliyi ilə işıq üzü görmüşdür. Albomdakı Bir Payız Gecəsi mahnısını erməni müğənni Hayko (Spitakci) Ghevondyan "Erməni işıqları" adlı albomuna daxil etmişdir. Albomdakı Xatirə mahnısı Heydər Əliyevin xatirəsinə həsr olunmuşdur. == Hazırlanması == Alboma yalnız Eldar Mansurovun bəstələri daxildir. Albomda 1988-ci ildən 2016-cı ilə qədər Aygün Kazımovanın ifasında Eldar Mansurovun bəstələri yer almışdır. Albomda Vahid Əziz, Piruz Dilənçi, Bəxtiyar Vahabzadə, Baba Vəziroğlu, Xanım İsmayılqızı, Tufan Tərlanoğlu, İkram Əliyev, Münəvvər Mansurova, İsmayıl Dadaşov, Kəmalə Qasımova, Pənah Rüstəm, Natiq isalı, Elçin İmanov, Namiq Qaraçuxurlu kimi şairlərin şeirlərindən istifadə olunmuşdur. Pop Diva Aygün Kazımova albomdakı "Bu Sevgi", "Gecələr Keçir", "Mən Aydan Gəlmişəm", "Uzaqlıq", "Vokaliz", "Xatirə" mahnılarına klip çəkmişdir. Albomdakı "Bu sevgi" mahnısı ilə Aygün Kazımova 1989-cu ildə Latviyada keçirilən "Yurmala" mahnı müsabiqəsində çıxış etmişdir.
Azərbaycan tar ifaçılıq sənəti
Azərbaycan tar ifaçılıq sənəti —Azərbaycanda geniş istifadə edilən simli musiqi musiqi aləti. == Tar sözünün mənası == Bəzi dilçilər "tar" sözünün farskökənli olduğunu yazır. Ancaq sözün hər hansı dildə mövcudluğu hələ onun həmin dildə doğma olduğuna dəlalət eləmir. Hind-avropa dillərinin heçbirində "tar" kökünün məntiqli etimoloji və fonetik açıqlaması yoxdur. Altaist Sergey Starostin öz "Babil qülləsi" adlı etimoloji toplusunda "taram-/tera-" kökünün (saç, tel, sim) yalnız türk və altay dillərində mövcud olduğunu göstərib, belə ki: qırğız, qazax, noğay, başqırd, qaraqalpaq dillərində "taramış" biçimində; özbək, uyğur, şor, oyrat dillərində isə "taram" kimi. "Tar" və "taram" sözləri "daramaq" (1. saç daramaq, 2. dağıtmaq) feilindən törəyib , necə ki "saç" sözü "saçmaq"dan (ətrafa yayılmaq, dağılmaq) əmələ gəlib . Azərbaycan türkcəsində "tarım" sözü (bərk dartılıb çəkilmiş) indi də var. Mənasından belə bir sonuc çıxarmaq olar ki, "tar" sözü "daramaq" deyil, "dartmaq" feilinin törəməsidir.
Bell iflici
Bell iflici, Üz Sinirinin (nervus facialis) — periferik iflicidir. Üz sinirinin periferik iflici olan xəstələrdə bir neçə gün ərzində alın da daxil olmaqla üzün bir hissəinin — unilateral — iflici inkişaf edir. Həmin xəstələrdə digər nevroloji pozuntular adətən müşahidə edilmir. Simptomar adətən ilk həftə ərzində zirvəyə çatır və növbəti həftələr və bir neçə ay ərzində tədricən aradan qalxır. Bell iflic diabeti olan xəstələr arasında daha çox yayılmışdır. Üz sinirinin periferik iflicinə istənilən yaşda olan xəstələr məruz qalmasına baxmayaraq, Bell iflici 35–45 yaşında olan xəstələrdə daha çox yayılmışdır. Ümumiyyətlə, ənənəvi olaraq Bell iflici idiopatik bir xəstəlik kimi qəbul edilsədə, onun tip 1 herpes simples virusu (HSV1) ilə bağlılığı bir ços hesabatlarda öz əksini tapmışdır. Müvafiq hesab edildikdə, xəstələrin diabetə və Laym xəstəliyinə (Borrelia burqdolferi bakteriyası ilə infeksiya) müayinəsi də aparıla bilər. Bell iflicinin ən çox yayılmış qısa müddətli ağırlaşmasına göz qapaqlarının tam bağlanmamasıdır ki, bu da gözün qurumasına və korneanın zədələnməsinə səbəb ola bilər. Üz əzələlərinin daimi zəifliyi və əzələ kontrakturasının inkişafı Bell iflicinin daha az müşahidə edilən uzun müddətli ağırlaşmalarındandır.
Bəhruz Zeynalov (klarnet ifaçısı)
Bəhruz Mahmud oğlu Zeynalov (24 dekabr 1926 – 25 mart 1998 Azərbaycanlı klarnet və balaban ifaçısı, bas balabanın banisi.[mənbə göstərin] == Haqqında == Bəhruz Zeynalov Asəf Zeynallı adına Musiqi məktəbində təhsil almışdır. 12 yaşında Üzeyir Hacıbəyovun qarşısında imtahan vermiş və balabanda ifa etdiyi ikinci musiqidən sonra birbaşa Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinə solist kimi qəbul edilmişdir.[mənbə göstərin] Sonralar o, Asəf Zeynallı adına Musiqi məktəbində pedaqoji fəaliyyətlə də məşğul olmuşdur. Bəhruz Zeynalov balabanın, zurnanın, tütəyin tarixi, quruluşu və digər məlumatları əks etdirən bir sıra yazıların müəllifidir. Azərbaycanda ilk dəfə olaraq muğamı, eləcə də dünya, şərq, xalq və bəstəkar mahnılarını balaban, zurna hətta tütək üçün belə nota almışdır.[mənbə göstərin] Bəhruz Zeynalovun Azərbaycan Dövlət Radiosunun Qızıl fondunda onlarla musiqisi saxlanılır. Bəhruz Zeynalov 1998-ci ildə Bakıda vəfat etmiş və Şağan kəndində dəfn olunmuşdur. == Mükafatları == Azərbaycan SSR Əməkdar Artisti (1982) == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Səyavuş Əlizadə. Şağan və şağanlılar (Qrifli). Bakı: Nurlan. 2008. səh.
Hellouin 3: İfritələrin vaxtı (film, 1982)
Hellouin 3: İfritələr mövsümü (ing. Halloween III: Season of the Witch; tələffüzü: hæləʊ'ɪ:n 'si:zn ɒv ði wɪtʃ) — 1982-ci ildə istehsal olunmuş ABŞ filmidir. "Hellouin" seriyasının üçüncü filmi olan qorxu filmidir. Tommi Li Uolles tərəfindən çəkilən filmin baş rollarını Tom Atkins, Steysi Nelkin ve Den O'Herli vardır. Film Nigel Knilenin orijinal ssenariyası əsasında götürülmüş və Hellouin Bayramı gecəsində ABŞ-lı uşaqların kəllələrini balqabaqa döndərən fabrika sahibi Konal Koxrendən mövzu alır. Filmin mövzusu Maykl Mayers ve Lri Stroyd ətrafında keçməyən seriyanın yeganə filmidir. Ayrıca filmdə Maykl Mayers olmadığı üçün orijinal film olan 1978-ci il tarixli Hellouin filminin əsas janrı sleyşer janrından fərqlənir. Digər tərəfdən xarakterlərin ölümlərini göstərən səhnələrin şiddətli qalmasına baxmayaraq, qrafik baxımından şiddətin sıxlığı, seriyanın 1981-ci il tarixli ikinci filmi olan "Hellouin 2" filminə görə daha azdır. Film 2.5 milyon büdcəsi ilə "Universal Pictures" studiyası tərəfindən istehsal edilmişdir. ABŞ-nin film satışında yalnız 14.4 milyon qazanaraq seriyaların ən az qazanclı filmi olmuşdur.
Hellovin 3: İfritələrin vaxtı (film, 1982)
Hellouin 3: İfritələr mövsümü (ing. Halloween III: Season of the Witch; tələffüzü: hæləʊ'ɪ:n 'si:zn ɒv ði wɪtʃ) — 1982-ci ildə istehsal olunmuş ABŞ filmidir. "Hellouin" seriyasının üçüncü filmi olan qorxu filmidir. Tommi Li Uolles tərəfindən çəkilən filmin baş rollarını Tom Atkins, Steysi Nelkin ve Den O'Herli vardır. Film Nigel Knilenin orijinal ssenariyası əsasında götürülmüş və Hellouin Bayramı gecəsində ABŞ-lı uşaqların kəllələrini balqabaqa döndərən fabrika sahibi Konal Koxrendən mövzu alır. Filmin mövzusu Maykl Mayers ve Lri Stroyd ətrafında keçməyən seriyanın yeganə filmidir. Ayrıca filmdə Maykl Mayers olmadığı üçün orijinal film olan 1978-ci il tarixli Hellouin filminin əsas janrı sleyşer janrından fərqlənir. Digər tərəfdən xarakterlərin ölümlərini göstərən səhnələrin şiddətli qalmasına baxmayaraq, qrafik baxımından şiddətin sıxlığı, seriyanın 1981-ci il tarixli ikinci filmi olan "Hellouin 2" filminə görə daha azdır. Film 2.5 milyon büdcəsi ilə "Universal Pictures" studiyası tərəfindən istehsal edilmişdir. ABŞ-nin film satışında yalnız 14.4 milyon qazanaraq seriyaların ən az qazanclı filmi olmuşdur.
Latın ifadələri
Latın dilinin "ölü dil" sayılmasına baxmayaraq bu dilə aid bir çox söz və ifadələr digər dillərin leksikonunda, xüsusilə dini, elmi, hüquqi terminologiyada hələ də geniş istifadə olunmaqdadır. Yeni ümumiişlək söz və ifadələrin yaranmasında latın dilinin rolu çox olmuşdur. Təbabəti xüsusilə kimya, biologiya, anatomiya kimi elmləri, o cümlədən beynəlxalq hüququ latın söz və ifadələrsiz təsəvür etmək qeyri mümkündür. Latın ifadələri günümüzdə elmi və məntiqi fikirləri geniş auditoriyaya çatdırmaq üçün mühüm bir vasitəyə çevrilmişdir. Düzdür son zamanlar elm və texnikanın, iqtisadiyatın, ticarətin sürətlə inkişaf etməsi ilə meydana çıxan yeni termin və ifadələr ingilis dili əsasında formalaşsalar da latın dilindən digər dillərə oturmuş söz və ifadələr hələ də klassikliyini qoruyub saxlamaqdadır. Latın söz və ifadələri bu məqalədə əlifba sırası ilə təqdim olunmuşdur.
Maraqların ifadə edilməsi
Maraqların ifadə edilməsi — Qabriel Almond tərəfindən elmi dövriyyəyə buraxılan və siyasi sistemin siyasi partiyalar tərəfindən cəmiyyətin subyektlərinin (fərdlər və sosial qruplar) mövcud siyasi sistemə olan tələblərini müəyyənləşdirməsindəki funksiyasını ifadə edən bir siyasi elm termini. Mənafelərin əsas ifadə formaları seçkilərdə səsvermə, vətəndaşların etiraz fəaliyyəti, qeyri-rəsmi birləşmələrin və ictimai hərəkatların kollektiv fəaliyyətidir. == Həmçinin bax == Maraqların cəmlənməsi == İstinadlar == == Ədəbiyyat == Gabriel Almond. Interest Groups in the Political Process. 52 (American Political Science Review). 1958. (also published in Comparative Politics, pp. 128–156, ed. Macridis and Brown) Herbert Victor Wiseman. Political Systems.
Mirzə Mustafa İftixarülüləma
Mirzə Mustafa İftixarülüləma Aştiyani (1866-1909)—İslam alimi, Məşrutə hərəkatının üzvü. == Həyatı == Mirzə Mustafa ibn Mirzə Məhəmmədhüseyn 1866-cı ildə Tehran şəhərində anadan olmuşdu. İbtidai təhsilini atasından almışdı. Atası ünlü müctəhid idi.Tənbəki üsyanında iştirak etmişdi. Məhəmməd Əmin Rəsulzadə yazırdı: "Haman bu fitvayi-şeytaniyyənin nəticəsi olmuşdur ki, Mirzə Müstafa İftixarülüləma 3 nəfər yoldaşları ilə bərabər Şahəbdüzəlimdə mütəhəssin olduqları halda öldürülmüşlərdir. Məlum olunmuşdur ki, qatillər Topxana fəqərsindəki cinayətləri ilə məşhur olan Hüseyn Abdin Kamal kor və Nəqibin oğlu Səni Həzrət olmuşlardır ki, şah və şeyxin əmr və təsviyyələrinə müvafiq icrayi-fəsad eyləmişlərdir".Mirzə Mustafa İftixarülüləma 1909-cu ildə öldürülüb. == Mənbə == Ənvər Çingizoğlu, Məşrutə ensiklopediyası, Bakı, 2011. 624 səh.
Muğam ifaçılığında idiofonlu alətlər
Muğam ifaçılığında idiofonlu alətlər - Tədqiqatda əlvah, çini kasa dəsti, kuzə dəsti, nəlbəki dəsti, xromatik laqquti, çınqıraq dəsti və zınqırov kimi idiofonlu alətlərimizin muğam ifaçılığında, həmçinin muğamlarımızın inkişafı və formalaşmasında digər çalğı alətlərindən heç də az əhəmiyyəti olmadığı aşkarlanır. Əsrlər boyu xalqımızın estetik zövqünün formalaşması və inkişafında tar, kamança, balaban, saz, qanun və s. alətlərlə yanaşı, bir sıra idiofonlu alətlərimizin də böyük rolu olmuşdur. == İdiofonlu alətlərin səsləndirilməsi == İdiofonlu alətlərin muğam ifaçılığında heç bir rolu yoxdur. Lakin ifaçılıq sənətinə dərindən diqqət yetirdikdə idiofonlu alətlərin də muğam ifaçılığının inkişafında heç də az əhəmiyyət daşımadığının şahidi oluruq. Məsələn, bir sıra idiofonlu alətlərdən (laqquti, qaşığek, çaharparə, şax¬şax, xalxal və s.) muğamların şöbə və guşələri arasında çalınan dəraməd, rəng, rəqs, diringə və ya təsniflər, eləcə də zərbi-muğamlar ifa edilərkən geniş istifadə olunur. Hətta, bəzi idiofonlu – əlvah, çini kasa dəsti, nəlbəki dəsti, kuzə dəsti, xromatik laqquti kimi alətlərimizdə muğamları da səsləndirmək mümkündür. Bir sıra muğam guşələrinin adlarında da idiofonlu alətlər əks olunmuşdur: == Əlvah aləti == Azərbaycanın böyük musiqişünas alimi Kamaləddin Əbdülqadir bin Qeybi əlHafiz Marağalının (1353-1435) icad etdiyi alətlərdən biri də əlvah adlanır. Əlvah Avropa aləti müasir ksilofona bənzəyir. Ksilofon haqqında yazılan mənbələrə görə XV əsrdə Şərqdə (Cənubi Asiyada) belə bir alətin mövcud olduğu bildirilir.
Məhlulun qatılığının ifadə üsulları
Məhlulun qatılığı - onun komponentləri arasındakı miqdarı nisbətlə xarakterizə olunur. Məhlulun qatılığının, yəni həll olan maddənin həllediciyə nisbətən miqdarının müxtəlif ifadə üsulları vardır. == Faizli məhlul == Məhlulda həll olan maddənin həllediciyə nisbətən miqdarı faizlə göstərilərsə belə məhlul faizli məhlul adlanır. Faizli məhlulun bir neçə xüsusi halı vardır: Çəki faizi - Bu halda qatılıq həll olan maddənin məhlulun 100 çəki hissəsindəki çəki hissələrinin sayı ilə ifadə edilir. Məsələn, xörək duzunun 10 faizli məhlulu o deməkdir ki, məhlulun hər 100q-nın 10q-ı NaCl və 90q-ı H2O-dan ibarətdir. Molekulyar faiz - Qatılıq həll olan maddənin məhlulun 100 mol hissəsindəki qram-molekul sayı ilə ifadə edilir. Atom faizi - Komponentləri elementlərdən ibarət olan bərk məhlullarda qatılığın atom faizləri ilə ifadə edilməsi daha münasibdir. Belə halda qatılıq komponentin sistemin 100q- atomundakı qram-atomlarının sayı ilə müəyyən edilir. == Molyar və molyar məhlulun qatılığı == Bu halda məhlulun qatılığı, onda həll olan maddənin qram-molekul (molların) sayı ilə ifadə edilir. Həll olan maddə miqdarının qram molekullarla ifadəsində onun ya məhlulun bir litrinə və ya həlledicinin 1kq-na olan nisbəti müəyyən edilir.
Nəzərabad-i İftixar (Urmiya)
Nəzərabad-i İftixar (fars. ‎نظرابادافتخار‎‎) - İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 151 nəfər yaşayır (33 ailə).
Requlyar ifadələr
Requlyar ifadələr (ing. regular expressions) — axtarış üçün formal dil və metasimvollardan (Simvol-cokerlər, ing. wildcard characters) istifadəyə əsaslanaraq mətnlərdə altsətirlərlə manipulyasiya həyata keçirmək. Axtarış üçün simvol, metasimvollardan ibarət olan və axtarış üçün qaydalardan ibarət sətir-nümunədən (ing. pattern) istifadə edilir. Mətnlərlə manipulyasiya etmək üçün əlavə olaraq yenə də xüsusi simvollardan ibarət ola bilən əvəzlənən sətirlərdən istifadə verilir.
Requlyar ifadələrdə simvolların təsviri
== Simvolların kodlara görə təsviri == Bəzi hallarda simvolların onların kodu ilə təsvir edilməsi lazım olur.
Sabir Əliyev (violonçel ifaçısı)
Sabir Hüseynəli oğlu Əliyev (10 may 1928, Bakı – 26 oktyabr 1983, Bakı) — violonçel ifaçısı, Azərbaycan SSR xalq artisti (1972). == Həyatı == Əliyev Sabir Hüseynəli oğlu 1928-ci il may ayının 10-da Bakıda, qaynaqçı ailəsində anadan olmuşdur. 1936-cı ildə Azərbaycan Dövlət Konservatoriyasının nəzdində fəaliyyət göstərən onillik musiqi məktəbinə daxil olmuşdur. Musiqi məktəbini müvəffəqiyyətlə bitirən Sabir Əliyev 1946-cı ildə Azərbaycan Dövlət Konservatoriyasına (indiki Bakı Musiqi Akademiyası) daxil olmuş, L.Rostropoviçin tələbəsi İsaak Turiçinin sinfində təhsil almışdır. 1951-ci ildə simli alətlər fakültəsini bitirmişdir.İlk dəfə 1950-ci ildə Bakı Dövlət Filarmoniyasında Sabir Əliyev (violonçel), Tofiq Bakıxanov (skripka), E.Əliyeva (piano) triosu ilə çıxış etmişdir. Təhsil aldığı ilk illər ərzində o, Sovet bəstəkarlarının klassik repertuarını müvəffəqiyyətlə mənimsəmiş, həmçinin bir çox konsert proqramlarında və Azərbaycan Dövlət Radiosunda çıxışlar etmişdir. 1950-ci ildə hələ tələbə ikən M. Rostropoviç, D. Şafran, Lesko kimi görkəmli sənətkarlarla birgə Yanoş Viqan adına Beynəlxalq müsabiqədə iştirak etmiş və Fəxri fərmana layiq görülmüşdür.Konservatoriyanı müvəffəqiyyətlə bitirən Sabir Əliyev orada müəllim kimi saxlanılmış və eyni zamanda Bülbül adına Musiqi Məktəbinin Simli alətlər şöbəsinin müdiri kimi çalışmışdır. Müslüm Maqomayev adına ADF-nın solisti, 1955-ci ilə qədər Üzeyir Hacıbəyov adına Simfonik orkestrin konsertmeysteri, Azərbaycan Dövlət Trio və Dövlət Kvartetinin üzvü, xalq mahnı və rəqslərinin təmsilçisi, milli bəstəkarların violonçel üçün bir çox kompozisiyaların ilk ifaçısı, respublikanın ilk simli kamera kollektivinin iştirakçısı və bir neçə illər ərzində kollektivin bədii rəhbəri olmuşdur.S.Əliyevin fəaliyyətinin digər sahəsi müəllimliklə bağlıdır. 1951-ci ildən başlayaraq ömrünün sonunadək konservatoriyada violonçel üzrə ixtisas dərslərini aparmışdır. Sabir Əliyev 1960-cı ildə "10 etüd violonçel üçün", 1966-cı ildə violonçel və fortepiano üçün "Pyeslər" əsərlərini bəstələmiş, 1968-ci ildə "Pyeslər" əsəri, 2008-ci ildə ibtidai siniflər üçün "Violonçel məktəbi" adlı dərsliyi çap olunmuşdur.Azərbaycanda violonçel ifaçılığının əsas ənənələrinin yaradıcısı olan Sabir Əliyev 30 peşəkar violonçel ifaçısı yetişdirmişdir.
Samanta Foks (ifaçı)
Samanta Foks (ing. Samantha Fox 15 aprel 1966) – Böyük Britaniya fotomodeli və ifaçısıdır. == Həyatı == Samanta Foks 15 aprel 1966-cı ildə London şəhərində Patrik Con və Kerol Enn Foksun ailəsində anadan olmuşdu. Onun Kiçik bacısı Vanessa və atasının ikinci evliliyindən Frederik adlı ögey qardaşı vardır. İlk dəfə ekrana 3 yaşında çıxmış və televiziya karyerasına başlamışdır. 1980-cı illərin əvvəlində Samanta Foksun anası Kerol Foks onun şəklini çəkərək, «Face and Shape of 1983» adlı modelləri hazırlaşdıran "The People" qəzetinin müxbirlərinə göndərir. Müxbirlər Samantanın şəklini bəyənirlər və onu modelyerlik karyerasını başlamağı dəvət edirlər. Onun şəkli "The Sun" qəzetinin 3-cü səhifəsində 1984, 1985 və 1986-cı illərdə qələbə qazanır. Həmçinin, bu müddətdə musiqi karyerasına başlayır. Samanta Foks 1986-cı ildə Touch Me (I Want Your Body) mahnısını ifa edərək böyük populyarlıq qazanır.
Sandra (ifaçı)
Sandra Enn Lauer (alm. Sandra Ann Lauer‎) - pop musiqi janrında ifa edən Almaniya ifaçısıdır. == Həyatı == Sandra Enn Lauer 18 may 1962-ci il tarixində Almaniyanın Saarland əyalətinin Saarbrükken şəhərində dünyaya gəlmişdir. Atası fransız Robert Lauer, anası isə alman Karen Lauer olub. Onun həm də yaşca böyük olan Qaston adlı qardaşı var idi (1995-ci ildə vəfat etmişdir). Sandranın uşaqlıqdan musiqiyə böyük həvəsi olmuşdur. Bu səbəbdən 1972-ci ildən başlayaraq musiqi məktəbində dərs almış və gitarada ifa etməyi öyrənmişdir. 1979-cu ildə "Arabesque" musiqi qrupuna dəvət olunur. Qrupla 5 illik müqavilə bağlayır. Bu qrup, əsasən, Asiya ölkələrində məşhurluq qazanmışdır.
Shana (ifaçı)
Şana (ing. Shana Petrone) - rəqs və kantri musiqi janrlarında ifa edən Floridalı ABŞ ifaçısıdır. İlk albomu olan "I Want You" albomu, 1989-cu ildə "Vision Records" leyblı tərəfindən istehsal edilmiş və ABŞ-nin Billboard Hot 100 hit-paradında 165-ci mövqe tutmuşdur.
Tam cəbri ifadələr
Ədəd və dəyişənlərin vasitəsilə toplama, çıxma, vurma, bölmə əməllərinin iştirakı ilə düzəlmiş ifadələrə cəbri ifadələr deyilir. Əgər cəbri ifadədə dəyişənə bölmə yoxdursa, ifadə tam ifadədir. Tam ifadə həm birhədli, həm də çoxhədli ola bilər. Əgər cəbri ifadədə dəyişənə bölmə varsa, ifadə kəsr – rasional ifadə adlanır. Birhədli – ədəd, dəyişən və ədədlə dəyişənlərin hasilindən (hasildə dəyişənlərin natural üstlü qüvvətləri, sıfırda daxil olmaqla, nəzərdə tutulur) ibarət ifadədir. Ümumi şəkildə k ⋅ x m ⋅ y n ⋅ z p {\displaystyle k\cdot x^{m}\cdot y^{n}\cdot z^{p}} standart şəklə gətirilmiş birhədlidirsə, k {\displaystyle k} – əmsal adlanır və k ∈ R , ( m + n + p ) {\displaystyle k\in R,(m+n+p)} – cəminə isə birhədlinin qüvvəti (dərəcəsi) deyilir və m , n , p ∈ N = {\displaystyle m,n,p\in N=} {0;1;2;3;4;5;6;7;8;9}. Çoxhədli – birhədlilərin cəbri cəminə deyilir. Çoxhədlinin dərəcəsi ondakı ən yüksək dərəcəli birhədlinin dərəcəsinə bərabərdir. Bir dərəcəli bir dəyişənli çoxhədlini P 1 ( x ) = a x + b {\displaystyle P_{1}(x)=ax+b} , iki dərəcəli bir dəyişənli çoxhədlini P 2 ( x ) = a x 2 + b x + c {\displaystyle P_{2}(x)=ax^{2}+bx+c} kimi yazırıq. Burada a , b , c {\displaystyle a,b,c} bu çoxhədlinin əmsallarıdır və c {\displaystyle c} - yə həm də sərbəst hədd deyilir.
ко́пи маквис маневри́рование мелоди́чность насте́бельный ростовщи́ческий таволжа́ный бесхо́зный депресси́вность жела́ть изукра́шивать настила́ть сла́ще толстоголо́вый пунсон aqua-belle badger-fly by-wash chisel crossword puzzle Doppler effect plasticate radio resistive икнуть помазать