Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bərf Ənbar
Bərf Ənbar (fars. برف انبار‎) — İranın İsfahan ostanının Fereydunşəhr şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,056 nəfər və 1,257 ailədən ibarət idi. Xəmsəli və Səngbaran kəndlərinin birləşməsindən yaranıbdır. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir, azərbaycan dilində danışırlar və şiə müsəlmandırlar.
Ənbar mühafəzəsi
Ənbar mühafəzəsi - İraqın 18 mühafəzəsindən biri. Ənbar mühafəzəsinin ərazisi 138.501 km², 1997-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 1.023.776 nəfər, inzibati mərkəzi Ər-Rəmadi şəhəridir.
Anbar
Anbar — Yüklərin saxlanması onların daşınması, ehtiyaatların idarə edilməsi və anbarlama əməliyyatları ilə sıx bağlıdır. İstifadə olunan daşımaçı, ehtiyatların səviyyəsi və tələb olunan anbarların arasında birbaşa əlaqə vardır. Göstərilən əməliyyatlar həmçinin yükləmə-boşaltma işləri ilə də bağlıdır.İstənilən material axınlarının yerdəyişməsi onların lazım olan miqdarının müəyyən yerlərdə cəmlənməsi olmadan mümkün deyildir. Cəmlənmə istənilən logistik sistemin ayrılmaz bəndi olan anbarlarda aparılır. Bu obyektlərdə qəbul olunan və yola salınan yük partiyalarının böyüklüyünə, tərkibinə, göndərmə vaxtına və s. parametrlərinə görə dəyişdirilməsi hesabına yük axınlarının şəkil dəyişmə baş verir. Malların anbarlardan keçməsi əmək və maddi vəsaitləri sərfinə səbəb olduğundan onların dəyərinin artmasına gətirib çıxarır. Ona görə də anbarların fəaliyyəti material axınlarının hərəkətinin optimallaşdırılmasına əhəmiyyətli təsir göstərir. == Anbarların təsnifatı == Logistik fəaliyyətdə çoxlu anbar növləri istifadə olunur. Anbarlar aşağıdakı xarakteristikalarına görə təsnif olunurlar: Logistikanın bazis sahələrinə; Mülkiyyət formalaarına; Funksional təyinatlarına; Mal xüsusiləşməsinə; Sahəsinin ölçülərinə Texniki təminatına; Anbar binasının və ətraf ərazinin növünə görə.
Ənbər
Ənbər – Orta əsr mənbələrində adı müşklə birlikdə çəkilən qiymətli maddə. Mütəxəssisin bildirdiyinə görə, onu Hind okeanında yaşayan balinadan almaq olar. Balinanın ifrazatıdır. Onu ancaq okean və ya dənizin dibindən yığmaq mümkündür. Adıçəkilən maddə mumvari olur. Vaxtilə bu maddə İranda, Hindistanda, ərəb ölkələrində daha çox yayılmışdı. Hətta orta əsrlərdə onu ləl-cəvahirat qiymətinə satırdılar. == Təbabətdə == Orta əsr ədəbiyyatı ilə tanış olduqda bəlli olur ki, ənbəri şahların, xəlifələrin sarayında küplərdə saxlayardılar. Özünü pis hiss edən ondan bir az götürüb ağrıyan yerinə çəkərdi və bir qədər keçməmiş ağrı dayanardı. Və yaxud ənbərdən ətir kimi istifadə edərdilər.
Ənsar
Ənsar (Ərəb dilində: أنـــــصــــار ) - ərəb dilində "yardım edənlər, yardımçılar" deməkdir. Sifət olaraq "hər kəsi sevən, hər kəsə yardım edən" deməkdir. Termin olaraq İslam dininin tarixi inkişafı nöqteyi nəzərindən böyük əhəmiyyətə sahib olan Hicrət hadisəsi ilə bir bütün olaraq terminləşmişdir. İslam tarixində Məkkədən Mədinəyə köçən Mühacirlərə yardım edən Mədinəli Müsəlmanlara Ənsar deyilmiş, Quranda Allah tərəfindən Ənsarlara işarə edilərək yer verilmişdir. İslam tarixində Ənsar olaraq qeyd edilən Mədinə xalqı Məkkədə zülm altında olan ilk müsəlmanları şəhərlərinə dəvət etmiş, onlarla evlərini və torpaqlarını paylaşmış, şəhərlərinin bu dəvət səbəbilə düşmənlərin hücumuna məruz qala biləcəklərini göz önünə almışlar. Bir ayə ilə savaşmağa icazə verilənə qədər uzun bir müddət düşmənlərinə qarşılıq vermədən canlarını vermiş, Allahın icazəsi bildirilən ayə endiyi zaman isə İslam üçün savaşmışlar.
Əxbar
Əxbar (ərəbcədir, xəbər sözünün cəmidir) — Məhəmməd, onun tərəfdarları (əshabələri) və davamçıları haqqında müsəlman rəvayətləri, sünnilərin daha üstün tutduqları hədis termininin sinonimidir. Əxbar termini yalnız Əlinin və onun sədaqətli tərəfdarlarının nüfuzuna əsaslanan rəvayətləri təsdiq edən şiələrdə daha çox işlənir. == Mənbə == İslam (qısa məlumat kitabı). Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyası. Bakı: 1989, səh.58.
Anbar (Bukan)
Anbar (fars. انبار‎) - İranın Qərbi Azərbaycan ostanının Bukan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 233 nəfər yaşayır (36 ailə).
Anbar (dəqiqləşdirmə)
Anbar — hər hansı məhsulun saxlanıldığı yer.
Anbar Alum
Anbar Alum və ya Anbar Olum - İranın Gülüstan ostanının Ağqala şəhristanının Voşmgir bəxşində şəhər və bu bəxşin mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5 859 nəfər və ya 1 247 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti türkmənlərdən ibarətdir və türkmən dilində danışırlar.
Anbar gənələri
Anbar gənələri, taxıl gənələri, un gənələri (Acaroidea, yaxud Tyroglyphoidea) – akariformlar dəstəsindən gənələr fəsiləüstlüyü. == Ümumi məlumat == Uzunluğu 0,2–1,2 mm-dir. Yarımşəffaf, ağımtıl rəngli bədəninin örtüyü zəif skeletləşmiş, yumşaqdır. Ağız aparatı gəmirici tiplidir. Dünyada 200-dən çox, Azərbaycanda 27 növü var. Torpaqda, çürümüş üzvi qalıqlarda, heyvan yuvalarında və s. yaşayır. Saprofaqdırlar. Sürətli artma (4 gündən bir neçə həftəyədək), yüksək məhsuldarlıq (ayrı-ayrı növlər sutkada 40-adək, cəmi 700-dən çox yumurta qoyur) əlverişli şəraitdə onların külli miqdarda artmasına səbəb olur. İnkişaf tsikli yumurta, sürfə, 2–3 nimfa fazası və cinsi yetkin fərd mərhələlərindən ibarətdir.
Anbar mühafazası
Ənbar mühafəzəsi - İraqın 18 mühafəzəsindən biri. Ənbar mühafəzəsinin ərazisi 138.501 km², 1997-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 1.023.776 nəfər, inzibati mərkəzi Ər-Rəmadi şəhəridir.
Anbar mühafəzası

Biharul-Ənvar
Biharul-Ənvar (azərb. Nurlar dəryası‎) və ya tam adı ilə Biharul-ənvaril-camiəti lidurəri əxbaril-əimmətil-əthar (azərb. Pak və məsum imamların hədislərindən gövhərləri əhatə edən nurlar dəryası‎) — Əllamə Məhəmməd Baqir Məclisinin XVIII əsrdə ərəb dilində yazdığı islami-ensiklopedik kitab. == Haqqında == Kitab şiə hədis elmində böyük ensiklopediya hesab olunur. Bütün dini məsələləri, o cümlədən Quran təfsiri, tarix, fiqh, kəlam və s. kimi məsələləri əhatə edir. "Biharul-ənvar" kitabı ən əhatəli şiə hədis məcmuəsi olub orada Quran ayələrinin ümdə bir hissəsinin təfsiri ilə yanaşı, babların başlıqları və mövzulara uyğun olaraq onda dərc olunmuş və təqribən bütün nəbəvi hədislər, bəzi qüdsi hədislər və Əhli-beytin rəvayətləri və maarifi bir yerə toplanmışdır. Bu kitab bütün etiqadları, dinin əsaslarını, nəzəri və əməli bölümlərini, iman, küfr, əhkamın bütün şöbələrini və bu kimi digər mövzuları müxtəlif bablarda, Allah Rəsulunun (s) və VIII əsrədək imamların səhabələrindən böyük şəxsiyyətlər barəsində məlumatları, elmi və təcrübi fikir və rəyləri, təxminən bütün tibbi, astronomik, riyazi görüşləri, ictimai maarifi, adət-ənənələri, mərasimləri, şiənin tarixi və mədəni yönlərini, əsatirləri, Adəmdən Xatəmə bütün peyğəmbərlərin qissələrini onların ismətinin isbatını, şiənin ümumi mədəniyyətini, folklorunu və xülasə İslamın bütün düşüncə, əməl, əqaid və əhkamı ilə bağlı bütün məsələləri ehtiva edir. "Biharul-ənvar" böyük və qiymətli bir xəzinədir ki, Əllamə Məclisi onun toplanıb ərsəyə gəlməsində çox zəhmət çəkmişdir. Bəzi böyük alimlərə görə onun bənzəri nə şiə aləmində, nə də ki digər İslami məzhəblərdə qələmə alınmamışdır.
Biharul Ənvar

Bərf Anbar
Bərf Ənbar (fars. برف انبار‎) — İranın İsfahan ostanının Fereydunşəhr şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,056 nəfər və 1,257 ailədən ibarət idi. Xəmsəli və Səngbaran kəndlərinin birləşməsindən yaranıbdır. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir, azərbaycan dilində danışırlar və şiə müsəlmandırlar.
Təkmilətül-əxbar
Təkmilətül–əxbar, Təkmilət əl–əxbar (fars. تكملة الاخبار‎) — Xacə Zeynalabidin Əli Əbdi bəy Şirazi tərəfindən 1570–ci ildə Ərdəbildə fars dilində qələmə alınmış, Adəm peyğəmbərin zamanından miladi 1570–ci ilədək olan hadisələrdən bəhs edən ümumi tarix əsəri. == Mənbə == II. История. — A. Всеобщая история, стр. 405–406. // Ч. А. Стори. — Персидская литература. Био-библиографический обзор. В трех частях. Перевел с английского, переработал и дополнил Ю. Э. Брегель.
Ənbər sürvə
Müşk sürvəsi, Ənbər sürvə (lat. Salvia sclarea) və ya Dağ küncüdü — adaçayı cinsinə aid bitki növü. == Sinonim == Aethiopis sclarea (L.) Fourr. Salvia altilabrosa Pan Salvia calostachya Gand. Salvia coarctata Vahl Salvia foetida Lam. Salvia haematodes Scop. [Illegitimate] Salvia lucana Cavara & Grande Salvia pamirica Gand. Salvia sclarea var. calostachya (Gand.) Nyman Salvia sclarea var. turkestanica (Noter) Mottet Salvia simsiana Schult.
Ənsar (İslam)
Ənsar (Ərəb dilində: أنـــــصــــار ) - ərəb dilində "yardım edənlər, yardımçılar" deməkdir. Sifət olaraq "hər kəsi sevən, hər kəsə yardım edən" deməkdir. Termin olaraq İslam dininin tarixi inkişafı nöqteyi nəzərindən böyük əhəmiyyətə sahib olan Hicrət hadisəsi ilə bir bütün olaraq terminləşmişdir. İslam tarixində Məkkədən Mədinəyə köçən Mühacirlərə yardım edən Mədinəli Müsəlmanlara Ənsar deyilmiş, Quranda Allah tərəfindən Ənsarlara işarə edilərək yer verilmişdir. İslam tarixində Ənsar olaraq qeyd edilən Mədinə xalqı Məkkədə zülm altında olan ilk müsəlmanları şəhərlərinə dəvət etmiş, onlarla evlərini və torpaqlarını paylaşmış, şəhərlərinin bu dəvət səbəbilə düşmənlərin hücumuna məruz qala biləcəklərini göz önünə almışlar. Bir ayə ilə savaşmağa icazə verilənə qədər uzun bir müddət düşmənlərinə qarşılıq vermədən canlarını vermiş, Allahın icazəsi bildirilən ayə endiyi zaman isə İslam üçün savaşmışlar.
Ətbar çayı
Ətbar çayı (ərəb. نهر عطبرة‎, amh. የአትባራ ወንዝ), yuxarı axarı Гоанг (amh. ጉዋንግ ወንዝ) ) — Afrikada çay. Bəzən Qırmızı Nil və yaxud Qara Nil də adlandırılır. Sudan və Efiopiyadan axır, Nil çayının sağ qolu. Sudanın Ətbar şəhəri yaxınlığında Nil çayına qovuşur. == Hidrologiyası == Ətbar çayının mənbəyi Efiopiyada Tana gölünün yaxınlığında yerləşir. Əsasən Sudan yaylası boyunca axır. Çayın su təchizatı və suvarma üçün Xəşm əl-Qirbə su anbarı və su elektrik stansiyası var.
Ümmü Ənmar
Ümmü Ənmar (ərəb. أم أنمار الخزاعية‎) — Məhəmmədin səhabələri ilə görüşən Bəni Xuza tayfasından olan qadın. O və qardaşı qul Həbbab ibn əl-Ərattı satın aldı. O və qardaşı Sibaa ibn Əbdülüzza Həbbaba işgəncə verdilər. O, Züheyr ibn Əbdüləsədlə evləndi. Ənmar adlı bir oğlu var idi.
Bab-Ənar
Bab-Ənar – İranın Fars ostanının Cəhrom şəhristanının Xəfr bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,702 nəfər və 445 ailədən ibarət idi.
Aşağı Anbar (Çaldıran)
Aşağı Anbar (fars. انبارسفلي‎‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 329 nəfər yaşayır (48 ailə).
Yuxarı Anbar (Çaldıran)
Yuxarı Anbar (fars. انبارعليا‎) — İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 129 nəfər yaşayır (20 ailə).
Şah Qasım Ənvar
Şah Qasım Ənvar (1356-1434) - görkəmli şair və sufi filosof. == Həyatı == Seyyid Əli ibn Harun ibn Əbülqasim Hüseyni Təbrizi (1356-1434) zəmanəsinin ədəbi aləmində “Qasım”, “Qasimi”, “Qasimi-Ənvar” təxəllüsləri ilə tanınmışdı. Qasimi-Ənvar gənc ikən Şeyx Sədrəddin Ərdəbilinin müridlərindən olmuş, sufi ideyalarına ömrünün sonunadək sadiq qalmışdır. O, təqribən bütün ömrünü müxtəlif Yaxın və Orta Şərq ölkələrində keçirmiş, kamil mürşid kimi özünə xeyli mürid toplamışdı. Gilan vilayəti, Qəzvin, Herat, Bəlx, Səmərqənd şəhərləri Qasimi Ənvarın yaşadığı, ədəbi-fəlsəfi fəaliyyət göstərdiyi, sufi təbliğatı ilə məşğul olduğu məkanlardandır. Şair Heratda olarkən Əmir Teymur və onun oğlu Şahrux tərəfindən hörmətlə qarşılanmış, lakin yerli din xadimlərinin tələbi və Şahruxun oğlu Baysunqurun xahişi ilə Heratı tərk edərək Səmərqəndə getmişdi. Burada o, bir müddət məşhur dövlət xadimi, alim Uluqbəyin himayəsində yaşamış, sonra isə Xorasana qayıdaraq Əbdürrəhman Caminin vətəni olan Cacrud kəndində məskən salmış, ömrünün sonunadək burada yaşamış, sufi ideyalarının təbliği ilə məşğul olmuşdur. Əbdürrəhman Caminin yazdığına görə, Şah Qasım Ənvarın müridləri islam dini ehkamlarına etinasız yanaşır və bərabərlişdirici cəmiyyət ideyaları yayırdılar. Qasimi Ənvar həmin kənddə vəfat etmiş və orada dəfn olunmuşdur.28 Uluqbəy onun qəbri üzərində əzəmətli türbə tikdirdi və bu abidə elm, fəlsəfə, ədəbiyyat xadimlərinin ziyarət obyektinə çevrildi. == Yaradıcılığı == Şah Qasım Ənvar Azərbaycan ədəbi mühitində İmadəddin Nəsimi ənənələrinə sadiq qalan, bu ənənələri yaşadan mütəfəkkir-şair kimi məşhurlaşmışdı.
Ənsar xəlifə Qaradağlı
Ənsar xəlifə Qaradağlı — Qızılbaş sərkərdəsi, bəylərbəyi. == Həyatı == Ənsar xəlifə Qaradağ vilayətinin Əhər şəhərində dünyaya gəlmişdi. Ərənlər ocağına mənsub idi. Səfəviyyə ordeninin məşhur sufilərindən, həm də bu təriqətin xəlifəsi idi. Ənsar xəlifə tanınmış Qızılbaş sərkərdəsi idi. 1552-ci ildə Osmanlı ordusu üzərınə yürüş edən Qızılbaşlar ordusunun bir qoluna o başçılıq edirdi. Onun dəstəsi Bərgiri istiqamətində hücum edib xeyli əsir, qənimət gətirmişdi. Ənsar xəlifə 1567-ci ildən 1583-cü ilədək Qaradağ vilayətinin hakimi olmuşdu.1583-cü ildə şahın əmri ilə Şirvan əyalətinə Bəylərbəyi təyin edildi. == Ailəsi == Ənsar xəlifənin Söhrab bəy, Şahverdi bəy, Mürşüdqulu bəy adlı oğulları vardı. == Mənbə == Ənvər Çingizoğlu.
Eybar FK
Sosyedad Deportiva Eybar — Bask muxtar ölkəsində Gipuzkoa şəhərində yerləşən İspan futbol klubu. 30 noyabr 1940-cı ildə qurulub. Hazırda La Liqada oynayır. 2014-cü ildə ilk dəfə İspan futbolunun birinci liqasına yüksəlmişdir. Onlar 26 dəfə Segunda División da, tarixinin qalan hissəsini isə aşağı liqalarda rəqabət aparırdılar. Komanda mavi şortlu (FC Barselonanın dəstəyi ilə) köynək və mavi köynəklərdə oynayır və Ipurua Şəhər Stadionunda ev oyunları keçirir. FK Eybar, dünyanın 69 ölkəsindən 10.000-dən çox səhmdarı olan bir fanla əlaqəli klubdur.
Ambar
Ambar Kutaisi quberniyasının Raçin qəzasında (indi Qudauta rayonunda) kənd adı. == Toponimkası == Gürcücə yazılışı Ambari.Yerli tələffüz forması Əmbərli.Azərbaycanın Ayrum mahalında (indiki Gədəbəy rayonunda) Ambar və indi Salyan rayonunda Abadkəndin qədim adı Ambar(Yurd Bazar Ambarçı) kənd adları ilə mənşəcə eynidir.Azərbaycanda bir dağ Ambardağ adlanır.XIX əsrin əvvəllərində kənddə Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir.Həmin əsrin 70-ci illərində Borçalı qəzasının Trialeti kənd icmasına mənsub məntəqələrdən idi.XIX əsrdə Dağıstan əyalətinin Kürə nahiyəsində Ambartəpə,Azərbaycanda Zaqatala dairəsində Ambarçay (digər adı Qanlıqobu),Lənkəran qəzasında Amburdərə,Qars əyalətinin Ərdahan dairəsində Ampur toponimləri ilə mənaca eynidir.Ehtimal ki,Ambar tayfa adıdır.Çin Türküstanında Kaşqar şəhərinin bir hissəsi mənbələrdə Anbarçi adlanır.Orta əsrlərdə Fərat çayı üzərində Anbar mahal adı ilə əlaqələndirilə bilər.Bəzi tədqiqatçılara görə türk dillərində ambar,ampar"su anbarı","məhsuldar torpaq" və s.mənalardadır.
Ancar
Əncər (ərəb. عنجر‎ ‘Anjar, erm. Անճար) — Livanda, Biqa vadisində yerləşən şəhər. Əhalisi 2400 nəfərdir və demək olar ki, tamamilə ermənilərdən ibarətdir. Ümumi sahəsi iyirmi kvadrat kilometrə (7.7 kvadrat mil) bərabərdir. Yayda erməni diasporunun üzvləri şəhərə ziyarət üçün qayıtdıqdan sonra əhali 3500 nəfərə çatır. Şəhər, qədim dünyada Çalkis kimi tanınırdı. == Tarix == Ümumilikdə şəhərin, 8-ci əsrin əvvəllərində Əməvi xəlifəsi I Valid tərəfindən saray-şəhər olaraq salındığı qəbul edilir. Lakin, tarixçi Yere Bakarak, bizans-yunan salnaməçisi Feofan İspovednikə istinadən Əncərin, e.ə 714-cü ildə Validin oğlu əl-Abbas tərəfindən salındığını iddia edir. Əncər sonrakı illərdə tərk edildi və 1939-cu ildə şəhərə bir neçə min erməni qaçqını köçürüldü.
Aybar
Aybar (isp. Aibar) — İspaniyanın Navarra əyalətində bələdiyyə. == Tarixi == == Coğrafiyası == == Əhalisi == 2010-cu ilin məlumatına görə bu bələdiyyənin əhalisi 904 nəfərdir.
Canbar
Canbar — Azərbaycan Respublikasının Zəngilan rayonunun Canbar kənd inzibati ərazi dairəsində kənd.1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Tarixi == Canbar kəndi dağ ətəyində yerləşir. Cambar variantında da qeydə alınmışdır. Oykonimi çənbər (dairə) sözü ilə əlaqələndirirlər. Eyni zamanda Candar kimi də yozulur. Candar orta əsrlərdə şərqdə, o cümlədən Azərbaycanda uzun müddət saray vəzifələrindən biri olmuş, "keşikçi, mühafizəçi, cangüdən" mənasında işlənmişdir. Saraydakı xidmətlərinə görə candarlara verilən pay torpaqları onların vəzifə adları ilə də adlandırılmışdır.
Elmar Qasımov (Eldar oğlu)
Elmar Eldar oğlu Qasımov (8 sentyabr 1973) — Bakı Ali Neft Məktəbinin rektoru (2012-ci ildən). == Həyatı == Elmar Qasımov 8 sentyabr 1973-cü ildə anadan olub. 1990-cu ildə orta məktəbi gümüş medalla, Bakı Dövlət Universitetinin coğrafiya və hüquq fakültəsini Fərqlənmə diplomu ilə bitirib. Coğrafiya elmləri namizədidir. 1995–1999-ci illərdə Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar Komitəsinin sədri olaraq fəaliyyət göstərib. 1999–2016-ci illərdə Bakı Dövlət Universitetində müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb. === Ailəsi === Ailəlidir, iki övladı var. == İctimai-siyasi fəaliyyəti == 1999-cu ildə, 26 yaşında təhsil nazirinin müavini təyin edilmişdir. 1999-2011-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirinin müavini vəzifəsində çalışıb. 2011–2012-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidentinin müavini vəzifəsində çalışıb.