ƏLBİR


1. zərf Bir-birinə kömək edərək; bərabər, birgə, birləşərək. Əlbir işləmək.
[Altunbay:] Elxan biləgənli, sən Solmazı sevir isən, özündə onu qoruyacaq bir cəsarət duyur isən, and iç, əlbir çalışaq. C.Cabbarlı.
[Nəbi:] Düşünüb bayaqdan tökmüşəm tədbir; Gərək sinə gərək düşmənə əlbir! S.Rüstəm.

// Şərik, bir yerdə, birlikdə. Bu işi onlar əlbir görmüşlər.
□ Əlbir olmaq – yoldaş olmaq, birgə hərəkət etmək, bir məqsəd üçün birləşmək.
Əlbir olub bir ayı bir şir ilə; Ovladılar dovşanı tədbir ilə. A.Səhhət.
[Nəbi:] Əlbir olub od salmaq üçün düşmənlərin canına; Sinən üstdən yol ver, keçim qardaşımın yanına! S.Rüstəm.
Bir hökmdar deyil, yığılıb hətta; Yüzü əlbir ola, gələ, vermərəm! M.Rahim.

2. sif. Həmrəy, çox yaxın, birgə işləyən. Əlbir yoldaşlar. Əlbir iş.
– İndi, indisə sürət qatarında qızıl diplomla, əlbir və ürəkbir yoldaşlarımla evə dönürəm. Mir Cəlal.

Синонимы

  • ƏLBİR əlbir bax birlikdə
  • ƏLBİR həmrəy
  • ƏLBİR bərabər — birgə — şərik

Антонимы

  • ƏLBİR ƏLBİR – TƏK Düşünüb bayaqdan tökmüşəm tədbir; Gərək sinə gərək düşmənə əlbir (S.Rüstəm); Özün də meydanda tək qaldın
ƏLBƏYAXA
ƏLBİR-DİLBİR

Значение слова в других словарях

вы́танцевать лука́вствовать мотого́нки набары́шничать обезмо́лвить раскладно́й рыба́чить се́верные шифрогра́мма борово́к набро́ситься неугомо́нно приме́рность припры́гивать развёртывать оперировать bring churchwise compel incase one-upmanship spheric townee wivern антисоциальный