Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Səhranın nəfəsi
"Səhranın nəfəsi" (ing. Desert Breath) — Rəssamlar Danaya ilə Aleksandra Stratou və Stella Konstantinidesin iki il ərzində qum konuslardan yaratdıqları əsər. Kosmosdan görünür. 100 min kvadrat metr ərazini əhatə edir. Əsər üzərində iş 1997-ci ilin mart ayının 7-də başa çatıb.
Səid Nəfisi
Səid Nəfisi (fars. سعید نفیسی‎, 8 iyun 1895, Tehran — 13 noyabr 1966, Tehran) — İran ədəbiyyatşünası, yazıçı, tarixçi, ictimai xadim. Tehran universitetinin profesoru (1934), İran Ədəbiyyat və Dil Akademiyasının üzvü (1935). İranın müasir ictimai-siyasi tarixinə, İran, Orta Asiya, Hindistan, rus və Qərbi Avropa ədəbiyyatına dair tədqiqatların, bədii əsərlərin müəllifidir. Babək və Nizami Gəncəvi haqqında tədqiqatları var, 3 dəfə Bakıda olmuş, Ə. Firdovsinin "Şahnamə" poemasının 1000 illiyi şənliklərində (1934), M. F. Axundovun anadan olmasının 150 illik yubileyində (1962) iştirak etmişdir. "Xəzərin o tayına səfərlərim" adlı yol qeydlərində Üzeyir Hacıbəyovla görüşləri haqqında məhəbbətlə söhbət açmışdır. Bəstəkarın Firdovsiyə ithaf olunmuş kantatasını sevə-sevə dinləyən Səid Nəfisi bu əsəri çox yüksək qiymətləndirərək yazmışdır: "...Bakıya gəlməzdən əvvəl də Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun adını eşitmişdim. Onun "Əsli və Kərəm", "Arşın mal alan", "Məşədi İbad" və qeyri əsərləri fars dilinə tərcümə edilmiş və İranda oynanmışdır. Onun musiqi parçaları İran gənclərinin dilinin əzbəridir. ...Cürətlə deyə bilərəm ki, Azərbaycan musiqi cəhətdən Şərqin İtaliyasıdır.
Çaqqal nəfəsi (film, 2013)
Çaqqal nəfəsi — İranlı rejissor Babək Şirinsifətin çoxseriyalı filmi. Kriminal melodram janrında olan serialin əsas ana xətti bir neçə paralel süjet üzərində qurulub. Film iki qadının taleyindən bəhs edir. Təsüdüfi bir qətl törətdiyi üçün həbsxanaya düşmüş Nərgiz adlı gənc qadının (33-35 yaş) həbsxanadan çıxdıqdan sonra başına gələnlər və keçmişdə biznes fəaliyyətiylə məşğul olub, lakin kimlərsə tərəfindən şərlənib həbsxanaya saldırılan Gülarə adlı yaşlı qadının öz günasızlığını sübut etmək yolunda apardığı mübarizəsi yer alıb. “Çaqqal nəfəsi” adlı serialda əməkdar artist Qurban İsmayılov, Gülzar Qurbanova, Rasim Cəfərov, Elgün Həmidov və digər tanınmış aktyorlar rol alıb. Ekran əsərində tanınmış teleaparıcı Səxavət Nur da debütünü edib. Filmin ssenari müəllifi İlqar Fəhmidir. Seriala musiqini iranlı bəstəkar Hamid Sabet yazıb.
Konfusi
Kon Fu Dzı (daha çox bilinən adı Konfutsi. Çincə: 孔夫子; təq. e.ə. 551 – təq. e.ə. 479) qədim dövr Çin filosofu və mütəfəkkiri. Kun Tsı da adlanır. Çin fəlsəfi sisteminə böyük təsirlər göstərmişdir. Bu təsir o qədər güclü olmuşdur ki, Konfutsianizm adlı yeni bir dinin yaranmasına səbəb olmuşdur. Sonradan ona "Yüz min nəslin atası" kimi görkəmli bir adın verilməsi də bunu göstərir.
Baccharis effusa
Baccharis effusa (lat. Baccharis effusa) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin bakxaris cinsinə aid bitki növü.
Bidens effusa
Bidens pilosa (lat. Bidens pilosa) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yatıqqanqal cinsinə aid bitki növü. == Sinonimləri == Bidens abadiae DC. Bidens abadiae var. abadiae abadiae Bidens abadiae var. pilosoides Sherff Bidens adhaerescens Vell. Bidens africana Klatt Bidens alausensis Kunth Bidens alba (L.) DC. Bidens alba var. radiata (Sch.Bip.) Ballard ex Melchert Bidens arenaria Gand. Bidens arenicola Gand. [Invalid] Bidens aurantiaca Colenso Bidens barrancae M.E.Jones Bidens bimucronata Turcz. Bidens bonplandii Sch.Bip.
Əfus
Əfus — İranın İsfahan ostanının Fəridən şəhristanının Buyin və Miyandəşt bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,805 nəfər və 1,045 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti gürcülərdən ibarətdir, fars dilində danışırlar və şiə müsəlmandırlar.
Ensi
Ensi — Qədim Mesopotamiyada e.ə. 27–26-cı əsrlərdə şəhər-dövlətdə hakim rütbəsi. Kahinlik və inzibati səlahiyyətləri var idi. E.ə. XXI əsrdə hökmdar tərəfindən təyin olunan mahal rəisləri Ensi adlanırdı. E.ə. 2-ci minillikdə istehsal vasitələri üzərində mülkiyyətdən məhrum edilən, yarımqul vəziyyətinə düşən, hökmdar və məbəd təsərrüfatlarında işləyən əkinçi-yardarlara da Ensi deyilirdi.
Enqus Diton
Enqus Diton (ing. Angus Stewart Deaton; 19 oktyabr 1945[…], Edinburq) — Böyük Britaniya-ABŞ iqtisadçısı. 2015-ci ildə "İstehlak analizi, kasıblıq və iqtisadi rifah" mövzusundakı tədqiqatları səbəbindən İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. == Həyatı == 1945-ci ildə Şotlandiyanın Edinburq şəhərində dünyaya göz açan Enqus Diton Kembric Universitetindən məzun olmuş və 1975-ci ildə "İstehlakçı tələbi modelləri və bu modellərin İngiltərəyə tətbiqi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Enqus Diton 1983-cü ildə ABŞ-nin Prinston Universitetinin iqtisadiyyat fakültəsində müəllim kimi fəaliyyətə başlamışdır. Hazırda bu universitetin və Vudro Vilson adına İctimai və Beynəlxalq Münasibətlər Məktəbinin professorudur. Enqus Ditonun 1980-ci ildə nəşr etdiyi "İdeal tələb sistemi" (AIDS) onun dünya miqyasında tanınmasını təmin etmişdir. Ekonometriya Cəmiyyəti tərəfindən 1978-ci ildə “Frisch” medalına layiq görülən Enqus Ditonun 2007-ci ildən Amerika İqtisadiyyat Assosiasiyasının sədridir. O, “Böyük qaçış: sağlamlıq, zənginlik və bərabərsizliyin kökləri” (ing. “The great escape: health, wealth and the origins of inequality”) adlı məşhur kitabını 2013-cü ildə nəşr etdirmişdir.
Ənuşə Ənsari
Ənuşə Ənsari ( fars. انوشه انصاری‎ — Anušeh Ansâri, ing. Anousheh Ansari; 12 sentyabr 1966-cı il, Məşhəd, İran) — İran əsilli ABŞ vətəndaşı, alim. Prodea systems, Inc.( ABŞ ) şirkətinin yaradıcısı və rəhbəri. 18 sentyabr 2006-cı ildə ilk turist kosmonavt müsəlman qadın oldu. Lenta.ru: Российская ракета выведет на орбиту первую космотуристку. Lenta.ru: "Союз" с космической туристкой выведен на орбиту. Lenta.ru: Первая космическая туристка вернулась на Землю.
Kolka buzlağı enməsi
Kolka buzlağı enməsi — 20 sentyabr 2002-ci ildə Şimali Osetiyada Karmadon dərəsində baş vermiş fəlakət. Onun nəticəsində "Rabitəçi" (rus. «Связной») filminin çəkiliş qrupu və onun tərkibindəki aktyor və rejissor Sergey Bodrov da daxil olmaqla 125 nəfər öldü və itkin düşdü. == Hadisələrin irəliləməsi == 20 sentyabr 2002-ci ildə Karmadon dərəsində baş verən Rusiya tarixində ən böyük buzlaq fəlakəti ən azı 125 nəfərin həyatına son qoydu. Rəsmi məlumatlara görə, qlasial selinin enməsi zamanı 19 nəfər ölüb, 106 nəfər itkin düşüb, onlar içərisində o cümlədən Şimali Osetiyada “Rabitəçi” (rus. «Связной») filmini çəkən kinorejissor kiçik Sergey Bodrovun (27.12.1971 — 20.09.2002) çəkiliş qrupundan 42 nəfər. 20 sentyabr 2002-ci ildə 20:08 saatları radələrində başlayaraq buz-palçıq-daş axını Genaldon çayı vadisi boyunca 150-200 km/s sürətlə təxminən 20 km irəliləyərək binaları, istirahət mərkəzlərini və elektrik xətlərini dağıtdı. Genaldon çayının və onun qollarının bəndlənməsi nəticəsində bir neçə bəndlənmiş göl əmələ gəlmişdir. 2002-ci il fəlakəti bir çox cəhətdən mütəxəssislər və səlahiyyətlilər üçün gözlənilməz oldu, çünki bu hadisədən 33 il əvvəl baş verən buzlaq enməsi hamar və yavaş hərəkət ilə müşayət olunmuşdu və heç bir dağıdıcı nəticələr göstərməmişdir. Bundan əlavə, bəzi versiyalara görə, buzlaqların irəliləməsi Kolka buzlağının tipik pulsasiyası ilə əlaqəli deyil idi (buzlaqşünasların proqnozlarına görə, belə hadisə təxminən 2030-cu ildə baş verməli idi), həmin ehtimallara görə, buzlağın qəfil enməsi seysmik, vulkanik və meteoroloji xarakterli kompleksli səbəblərdən baş vermişdir.