Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Təngəaltı
Təngəaltı — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Çiçi-Səbətlər bələdiyyəsinin tərkibindədir. == Toponimikası == Vəlvələçayın Yan silsiləsini kəsdiyi yerin yaxınlığındadır. Oykonim tat dilindəki təngə (dar dərə) və altı (“aşağı” mənasında olub, mövqe bildirir) sözlərinin birləşməsindən düzəlib, “dar keçidin, yaxud dar dərənin altı” deməkdir. XIX əsr mənbələrində Afurca kəndinin qışlağı kimi qeyd olunmuş, tədricən yaşayış məntəqəsinə çevrilmişdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 705 nəfər əhali yaşayır. == Din == Kənddə "Seyidlər" məscidi dini icması fəaliyyət göstərir.
Çənəaltı vəzi
== İstinadlar ==
Benqali
Benqal dili — Hindi dillərindən biridir. Banqladeş Xalq Respublikasının və Hindistanın Qərbi Benqaliya ştatının rəsmi dövlət dilidir. Bu dildə bütölükdə 175 milyon əhali danışır. İki əsas dialektə bölünür: qərb dialekti (Navadvip bölgəsinin əsas dialekti), şərq dialekti (Dəkkə bölgəsinin dialekti). Benqal dlinin özünün xüsusi yazısı vardır. Cins kateqoriyası yoxdur, bu dildə 4 hal vardır. Mübtəda ilə xəbərin uzlaşması (həm şəxsə, həm də nəzakət formasına görə) geniş yayılıb. Söz sırası: mübtəda, tamamlıq, xəbərdir (MTX).
Penalti
Penalti 11 metrlik nöqtədən, ingilislərin ölçü vahidi ilə 12 yardlıq məsafədən vurulur. Bu isə 10,97 metr deməkdir və cərimə meydançasının eninin (16,5 metr) 2/3 hissəsinə bərabərdir. Penalti vurulan zaman cərimə meydançasında hakimdən, qapıçıdan və zərbəni vuracaq futbolçudan başqa heç kim olmamalıdır. Digər futbolçular topdan 9,15 m aralı dayanmalıdırlar və yeri gəlmişkən, bu tələbə riayət məsələsində problem hələ də tam həllini tapmayıb. == Tarixi == Penaltinin yaranma tarixi 1891-ci il yanvarın ilk günləri hesab olunur. İngiltərə Kuboku uğrunda Notts Kaunti ilə görüşün başa çatmasına bir neçə dəqiqə qalanadək 0:1 hesabı ilə geridə olan Stok Siti hücumlarına ara vermir və epizodların birində Stok Siti futbolçusunun qapıya endirdiyi zərbədən sonra rəqib oyunçu boş qapıya istiqamətlənən topun qarşısını əllə kəsir. O vaxtkı qaydaya uyğun olaraq hakim cərimə zərbəsi təyin edir və“Notts Kaunti komandasının bütün oyunçuları qapı qarşısında canlı sədd quraraq təhlükənin qarşısını alıb qələbə hesabını qoruyurlar. Bu isə böyük narazılığa səbəb olur.Şimali İrlandiyadan olan Vilyam Makkram bildirdi ki, cərimə meydançasında qayda pozuntusuna görə təyin olunmuş zərbə cərimə meydançası daxilində xüsusi müəyyənləşmiş nöqtədən vurulsun. Müəyyən bürokratik maneələrə baxmayaraq, təklif böyük əksəriyyət tərəfindən bəyənildi, müdafiə olundu və 1891/92-ci il mövsümündən Britaniyada tətbiq edilməyə başladı.Amma ilk vaxtlar penalti təyin olunur və zərbə qayda harda pozulubsa oradan vurulurdu. Bundan başqa, oyunda penaltinin tətbiq olunub-olunmaması komandaların razılığı ilə həyata keçirilirdi.
Zağaltı
Zağaltı — Azərbaycan Respublikasının Laçın rayonu Qorçu kənd inzibati ərazi dairəsində kənd.1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. 2020 ci il dekabrın 1 də 28 il 6 aydan sonra Müzəffər Azərbaycan ordusu Ermənistan ordusunu darma-dağın edərək işğala son qoydu. == Tarixi == Zağaltı (Alıbəyli) kəndi Kiçik Qafqazın dağlarından biri olan Muxtökən dağ silsiləsinin cənub-şərq ətəyində,mənbəyi Buzxana,Yelligədik,Çalbayır su ayrıcından alan Qorçu çayının sağ sahilində bünövrələşən Zağaltı (Alıbəyli) kəndi Laçın rayon mərkəzindən 60 km uzaqlıq ərazidə yerləşir.Kəndimizin əsas bünövrəsi XIX-cu əsrin 60-70-ci illərində qoyulub,kəndin əsas əhalisi Zağaltı (Alıbəyli) kəndindən 30–35 km aralıda yerləşən əsası XVII-ci əsrin ortalarına gedib çıxan Qaraçanlı tayfalarından ayrılmış bir neçə tayfadan ibarətdir.Bünövrə Qaraçanlı,Pircahan kəndinin ərazisində yerləşmişdir. Bünövrə Qaraçanlıda kənd əhalisinə yer azlıq edəndə yaylaq kimi istifadə olunan indiki,Zağaltı (Alıbəyli) kəndinə gəlib məskunlaşıblar.1935-1936- ci ilərə kimi kəndimiz Alıbəyli kəndi kimi tanınmışdır ,kəndin yaşlı axsaqqalları deyərdi ki,sovet hakimiyyəti gələndən sonra bəylərə pis baxıldığından kəndimizin adın dəyişib kəndin üst tərəfi qayalıqda zağalıq olduğundan Zağaltı kəndi adlandırıblar.Kənddə 1937-1938-ci illərdə kolxozçuluq qurulub,Zağaltı (Alıbəyli) kəndinin ətrafı əkinə və biçinə görə çox yararlı yerlər idi.Kəndin cənub tərəfində Dəmirçi dağının ətəyində cavan qarışıq meşə zolağı kəndimizə xüsusi yaraşıq verirdi. Bu meşədən qırmızı palıd,adi palıd,vələs,(ulas) ağcaqyın və (cır alma,armud,2 növ yemişan,ayı gilası,toz ağacı,qaraağac,mırdarça,əzgil,zirinc,söyüd və sair.) kol bitkisi kimi 2 növ qarağat moruq,itburnu,(həmərsin)qoyungözü,tubulğa,nadir kollardan olan gərməşov,kollarından və başqa adlarda ağac və kol bitkiləri ilə zəngindir.Kənd qərbdən Oğuldərə kəndi,şimal- qərb tərəfdən qayalıqdan və kiçik təpəlikdən ,cənubdan Dəmirçi dağı ,şərqdən isə Qorçu kəndi ilə həmsərhəddir. Qışı istərsə yayl mülayim və az yağıntılı iqlimə maıik idi.Yaylaq kimi kənd sakinləri, Şır-şır,Sarıyoxuş,Divlər,Çınqılınbaşı,Cəhənnəm dərəsi və Cərgə adlı ərazilərdən istifadə edirdilər.Kəndin qabaq tərəfindəki,meşə zolağı demək olarki,qoruq sayılırdı.Kəndimizin sakinləri qış yanacağı üçün 8–10 km uzağa gedib meşə materyallarından gətirib istifadə edirdilər.Kəndimizin flora və faunası olduqca zəngin idi,yerli əhali tikinti materyalları kimi əhəng daşından və yerdən çıxan qum karxanasından müasir deyimdə mişardaşı kimi əllə asan hamarlanan göy və qonur daşlardan istifadə edilirdi.Kəndimizin əhalisi əsasən maldarlıqla məşğul olurdu,əvvəllər əkinçilikdə olubdu,sonralardan iqdisadiyyatın inkişafına görə əkinçilikdən o,qədərdə istifadə olunmurda az da olsa kalxoz üçün müəyyən qisimdə istifadə olunurdu.Kəndimizin 1 Ferşil mama məntəqəsi,1 kitabxanası və 1 mağazası var idi. Kəndimizin ərazisində olan bulaqların adları yəni yadımda qalan Navlı bulaq,Güləsərin bulağı,Zamanın bulağı,Hümbətin bulağı,Alışın bulağı,Sarı bulaq və sair. Kəndin ətrafında adi içməli sudan başqa içməli və müalicəvi əhəmiyyətli turş su və başqa mineral sular var idi.Kəndin 1 şəhidi var 4 qarabağ əlili və 30-a yaxın qarabağ veteranı varıdır.Kəndin əhalisi bu gün Azərbaycanın 16 rayon və şəhərlərində məcburi köçkün kimi məskunlaşmışdır. Şəhidlər.1.İsgəndərov Əliqulu Tohid oğlu 1970-ci ildə Zağaltı kəndində doğulub 1992-ci ilin iyun ayında Ağdam rayon istiqamətində gedən döyüşlərdə şəhid olub şəhidin nəşi Bərdə rayon Soğanverdilər kənd qəbirsanlığında dəfin edilib.Kəndimizin hal hazırda Əhalisi və təsərüfatların sayı:180 ailə 789 nəfər 01.01.2023-cü il tarxinə Ərazisi isə 100500 kv. Kənddə fətali, balo, həsənuşagı, hacımanlı, süleymanlı, şərəfli alıuşağı türk tayfalarına mənsub əhali yaşayırdı.
Penalti zərbəsi