Təngəaltı — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Çiçi-Səbətlər bələdiyyəsinin tərkibindədir.[1]
Təngəaltı | |
---|---|
41°12′26″ şm. e. 48°37′33″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Quba rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 702 m |
Saat qurşağı | |
Vəlvələçayın Yan silsiləsini kəsdiyi yerin yaxınlığındadır. Oykonim tat dilindəki təngə (dar dərə) və altı (“aşağı” mənasında olub, mövqe bildirir) sözlərinin birləşməsindən düzəlib, “dar keçidin, yaxud dar dərənin altı” deməkdir. XIX əsr mənbələrində Afurca kəndinin qışlağı kimi qeyd olunmuş, tədricən yaşayış məntəqəsinə çevrilmişdir.[2]
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 705 nəfər əhali yaşayır. Kəndin əhalisini tatlar təşkil edir.[3]
Kənddə "Seyidlər" məscidi dini icması fəaliyyət göstərir.[4]
Quba rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |