Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
T-killah
Aleksandr İvanoviç Tarasov (Taras və T-killah təxəllüsləri ilə tanınır; 30 aprel 1989, Moskva) — rus rep/hip-hop/R’n’B ifaçısı. 2010-cu ildə «Над землей» mahnısı ilə tanınmışdır. Bu mahnını o ilk dəfə duet şəklində məşhur müğənni - Anastasiya Koçetkova ilə ifa edir. Aleksandr 30 aprel 1989-cu ildə Moskvada anadan olmuşdur. O, Daxili İşlər Nazirliyinin İqtisadi Təhlükəsizlik Akademiyasında, sonra isə Moskva İqtisadiyyat məktəbində təhsil alıb. Amma onun uşaqlıq arzularından biri musiqiçi olmaq idi. Buna görə də o musiqi təhsili alır. Səhnə təxəllüsü olan T-killah-ı Aleksandr eyniadlı içki ilə (tekila) uğursuz tanışlığından sonra götürüb. Aleksandrın əsas hobbiləri - musiqi və idman, xüsusilə - futbol və basketboldur. Aleksandr həmçinin boksla və 7 il ərzində peşəkar voleybolla məşğul olub.
Enollar
Enollar – tərkibində >C=C(OH)– qrupu saxlayan xətti və ya tsiklik quruluşlu üzvi birləşmələr. Bir qayda olaraq, müvafiq karbonil birləşmələrlə tarazlıqda (keto-enol tarazlığı) olur. Alifatik enollar üçün keto-enol tarazlığı, demək olar ki, tamamilə karbonil birləşmələrə tərəf dəyişir, ən sadə enol hesab edilən vinil spirti isə ümumiyyətlə, sərbəst halda ayrılmamışdır. Enolların karbonil birləşmələrdən əmələ gəlməsi (enollaşması) turşu və qələvi mühitdə az polyar həlledicilərin istifadə edilməsi ilə baş verir. Karbonil birləşmələrin elektronoakseptor əvəzləyicilərinin [CO, C(O)OC2H5, CN, NO2 və b.] β-vəziyyətdə olması və enlların metal ionları (məs., Fe+3) vasitəsilə xelat komplekslərlə əlaqələndirilməsi enollaşmaya kömək edir. Poliflüor ketonlar ən davamlı enollar əmələ gətirir, çünki onların tərkibindəki mütəhərrik α-hidrogen atomlarının olması ketoenol tarazlığının enolların əmələ gəlməsi istiqamətində yerini dəyişməsinə səbəb olur. Enollar habelə metalların enolyatlarını turşulaşdırmaqla, yaxud enolların sadə və mürəkkəb efirlərinin hidrolizindən alınır. Enollar ambident birləşmələrin kimyəvi xassələrinə malikdir; onlar O və ya C atomları üzrə elektrofil reagentlərlə (X+) reaksiyaya girərək tərkibində >C=C(OX)– və >CX–C(O)– qrupları olan müvafiq məhsullar əmələ gətirir. Karbonil birləşmələrin çoxlu sayda reaksiyaları, məs., halogenləşmə, aldol kondensləşməsi, kroton kondensləşməsi enolların alınma mərhələsindən keçməklə gedir.