Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Abdulla Tuqay
Məhəmmədarif oğlu Abdulla Tuqay ili (tatar Габдулла Тукай, Ğabdulla Tuqay, عبدالله توقاي‎; 14 (26) aprel 1886, Quşlauç[d], Kazan qəzası[d], Kazan quberniyası, Rusiya imperiyası – 2 (15) aprel 1913, Klyaçinsk ambulatoriyası[d], Kazan, Kazan qəzası[d], Kazan quberniyası, Rusiya imperiyası) – Tatarıstan Xalq şairi, publisist, ədəbi tənqidçi, ictimai xadim və tərcüməçi. Tatar ədəbiyyatında tənqidi realizmin banisi. == Həyatı == Abdulla Tuqay 26 aprel 1886-cı ildə Kazan quberniyasının Quşlauç kəndində doğulmuşdur. Kiçik yaşlarından yetim qalmışdır. İbtidai təhsilini Kırlay kənd mədrəsəsində almışdır. 1895-ci ildən sonra Uralsk şəhərində bibisinin yanında yaşamışdır. Burada Mutiullah mədrəsəsində oxumuşdur. Eyni zamanda mədrəsənin yanındakı rus sinfində də oxumuşdur. Orada tatar xalq ədəbiyyatı ilə yanaşı, ərəb, fars, türk, rus və digər xalqların ədəbiyyatları, Şərq və Qərb mədəniyyətləri ilə tanış olmuşdur. == Yaradıcılığı == Abdulla Tuqay mədrəsədə oxuyarkən şeirlər yazmağa başlamışdır.
Tuqay Kərimoğlu
Tuqay Kərimoğlu (tür. Tugay Kerimoğlu, 24 avqust 1970, İstanbul) — yarımmüdafiəçi kimi çıxış edən türkiyəli keçmiş peşəkar futbolçu. O, karyerasının böyük hissəsini "Qalatasaray" və "Blekbörn Rovers"-də keçirib. O, "Mançester Siti"-də Mark Hyuz ilə qısa müddətdə işlədikdən sonra "Qalatasaray" gənclər akademiyasının koordinatoru olub. O, 2013–14 mövsümündə "Qalatasaray"da Roberto Mançininin köməkçi məşqçisi olub. == Futbol Karyerası == 2001-ci ildən 2009-cu ilə qədər İngiltərənin Blekbern Rovers komandasındə forma geyimişdir. Tuqay Blekberndən əvvəl Şotlandiyanın Qlazqo şəhərindəki Reyncers F.C. komandasındə 25 matç oynadı və üç qol vurdu. Tuqay ümumiyyətlə yarımmüdafiədə ya müdafiə meyilli, ya da oyun qurucu olaraq oynamaqdadır. İki ayağını da çox yaxşı istifadə edə bilən Tuqay uzun ötürmələri və uzaqdan atdığı məqsədəuyğun qapıya zərbələri ilə tanınar. Tuqayın bu enerjisi son iki mövsümdür müqaviləsinin yenilənməsiylə mükafatlandırılmışdır.
Tuqay meşələri
Tuqay meşələri — Kür çayının subasarında, əsasən söyüd və ağyarpaq qovaq ağacları üstünlük təşkil edən nadir meşədir. Bu meşələrin azalmasını nəzərə alaraq 1978-ci ildə Kür qırağında Ağstafa meşə təsərrüfatı ərazisində sahəsi 4860 ha olan Qarayazı dövlət təbiət qoruğu yaradılmışdır. Ha­zır­da Kür­qı­ra­ğın­da me­şə ilə ör­tü­lü sa­hə 23 min ha təş­kil edir. Bu me­şə­lə­rin 8 min ha qo­vaq me­şə­lə­ri­dir, la­kin on­la­rın ço­xu­su bu və ya di­gər də­rə­cə­də po­zul­muş və­ziy­yət­də­dir. Nis­bə­tən nor­mal do­lu­luq­lu qo­vaq me­şə­lə­ri­nin sa­hə­si cə­mi təş­kil edir. Vax­ti­lə pa­lıd, qa­ra­ğac və saq­qı­za­ğac me­şə­lə­ri Kür­bo­yu əra­zi­də ge­niş sa­hə tu­tur­muş, in­di pa­lıd me­şə­si­nin Qa­ra­ya­zı qo­ru­ğu əra­zi­sin­də­dir, la­kin on­lar ­da la­zı­mi sə­viy­yə­də qo­run­ma­yıb po­zul­maq­da da­vam edir. Tuqay meşəaltı torpaqları ən çox Orta Asiyada - Amudarya və Sırdarya çayları boyunda və onların ətraflarında yayılmışdır. Burada bitən sıx meşələr “Tuqay” meşələri adlanır. Bu zolaqda əmələ gəlmiş torpaqlara isə tuqay torpaqları deyilir. Azərbaycanın şimal-şərq düzənliyində, Kür, İori, Alazan və başqa çaylar ətrafında tuqay torpaqları inkişaf edərək böyük sahə tutur.
Ərbuğa
Ərbuğa — türk mifologiyasında yarı insan, yarı buğa olan varlıq. "Arbuğa, Yarbuğa" və ya "Ərboğa", bəzən də Arboğa olaraq adlandırılar. Dişi olanları üçün "Işbuğa" deyilər. (Iş sözcüyü monqolcada dişilik bildirir.) Buğa və Bugu sözcüyü bir çox Türk ləhcəsində Geyik mənasında da istifadə edilər, bu səbəblə bəzən yarı insan, yarı maral olaraq görülə bilər. Yarı insan və yarı heyvan olan varlıqlara dünyada bir çox mədəniyyətdə rast gəlinir. Kimilərində alt qisim heyvan, diyarın yuxarısı insandır, bəzilərində isə baş, heyvan başı biçimindeyken alt tərəf insan şəklindədir. Türk mifologiyasına yunan mədəniyyətinin təsiri ilə girmiş olması ehtimal edilir. == Əryund == Türk mifologiyasında yarı insan, yarı at olan varlıqlara isə Aryund adı verilər. Aryunt, Aryond, Əryunt olaraq da bilinər. "Yaryunt" olaraq da ifadə edilər.
Tuğay
Tuğay — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisinin sayı 439 nəfərdir (2009-cu il).
Muhsin Ertuğral
Muhsin Ertuğral (15 sentyabr 1959, İstanbul) - Türkiyəli futbol mütəxəssisi. Türk əsilli çalışdırıcı indiyədək Almaniya, CAR və Tunis klublarını çalışdırıb. 1995-1996-cı illərdə isə o, Konqo Demokratik Respublikası milli futbol komandasına rəhbərlik edib. Bülənt Uyqunun istefasından sonra baş məşqçi axtarışına çıxan Sivasspor rəhbərliyi komandanın taleyini ona tapşırıb.
Səbahəttin Ərbuğa
Səbahəttin Ərbuğa — türk futbolunun məşhurlarından == Həyatı == Səbahəttin Ərbuğa 1954-cü ildə Qarsda anadan olub. Əslən Qars azərbaycanlısıdır. Veteran “Fənərbaxça”lı 1954-cü ildə Qarsda anadan olub. “Fənərbaxça”, Altay klublarında forma geyən Ərbuğa 1975-1980-ci illərdə futbol üzrə Türkiyə milli komandasının şərəfini qoruyub.
Tugay Kerimoğlu
Tuqay Kərimoğlu (tür. Tugay Kerimoğlu, 24 avqust 1970, İstanbul) — yarımmüdafiəçi kimi çıxış edən türkiyəli keçmiş peşəkar futbolçu. O, karyerasının böyük hissəsini "Qalatasaray" və "Blekbörn Rovers"-də keçirib. O, "Mançester Siti"-də Mark Hyuz ilə qısa müddətdə işlədikdən sonra "Qalatasaray" gənclər akademiyasının koordinatoru olub. O, 2013–14 mövsümündə "Qalatasaray"da Roberto Mançininin köməkçi məşqçisi olub. == Futbol Karyerası == 2001-ci ildən 2009-cu ilə qədər İngiltərənin Blekbern Rovers komandasındə forma geyimişdir. Tuqay Blekberndən əvvəl Şotlandiyanın Qlazqo şəhərindəki Reyncers F.C. komandasındə 25 matç oynadı və üç qol vurdu. Tuqay ümumiyyətlə yarımmüdafiədə ya müdafiə meyilli, ya da oyun qurucu olaraq oynamaqdadır. İki ayağını da çox yaxşı istifadə edə bilən Tuqay uzun ötürmələri və uzaqdan atdığı məqsədəuyğun qapıya zərbələri ilə tanınar. Tuqayın bu enerjisi son iki mövsümdür müqaviləsinin yenilənməsiylə mükafatlandırılmışdır.
Tuğay Məlik
Tuğay Məlik — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər vaxtlarda, əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Azərbaycanın bir çox bölgələrində müxtəlif vaxtlarda uşaq və gənclər arasında tez-tez oynanılan "Tuğay Məlik" oyunu da çox maraqlıdır. "Tuğay Məlik" mahnısını vaxtilə toy gecəsi, gəlin gərdəyinin qabağında da oxuyarmışlar: == Oyunun qaydaları == Qaydaya görə, bu oyunda da iştirakçılar iki dəstəyə bölünər, 5-10 (bəzən 20-30 nəfər) nəfərdən ibarət olan dəstələr sıra ilə qarşı-qarşıya durardı. Birinci dəstə qaval və əl çala-çala rəqs edər, oxuya-oxuya o biri dəstəyə yaxınlaşardı. Oyunda böyük bir canlanma, şux əhvali-ruhiyyə yaranardı: Birinci dəstə şeri oxuyub geri qayıdardı. İkinci dəstə "öz" şerini oxuya-oxuya birinci dəstəyə tərəf yaxınlaşar və cavab olaraq oxuyardı: Oyun beləcə davam edərdi. Ənənəyə görə, cavab sözü tapmayan dəstənin bir üzvü o biri dəstəyə, yəni qalib dəstəyə keçərdi. Üzvünü itirmiş məğlub dəstə "Ay zəri" adlı mahnı ifa edərdi: Oyunun sonunda iştirakçılarını itirmiş dəstə oyunu uduzmuş sayılırdı. Onun son iştirakçısı qalib dəstədən xahiş edərdi: Qalib dəstə bir nəfəri geri qaytarardı. Bu iki iştirakçı yuxarıdakı bəndi təkrar edərdi.
Tuğay meşələri
Tuqay meşələri — Kür çayının subasarında, əsasən söyüd və ağyarpaq qovaq ağacları üstünlük təşkil edən nadir meşədir. Bu meşələrin azalmasını nəzərə alaraq 1978-ci ildə Kür qırağında Ağstafa meşə təsərrüfatı ərazisində sahəsi 4860 ha olan Qarayazı dövlət təbiət qoruğu yaradılmışdır. Ha­zır­da Kür­qı­ra­ğın­da me­şə ilə ör­tü­lü sa­hə 23 min ha təş­kil edir. Bu me­şə­lə­rin 8 min ha qo­vaq me­şə­lə­ri­dir, la­kin on­la­rın ço­xu­su bu və ya di­gər də­rə­cə­də po­zul­muş və­ziy­yət­də­dir. Nis­bə­tən nor­mal do­lu­luq­lu qo­vaq me­şə­lə­ri­nin sa­hə­si cə­mi təş­kil edir. Vax­ti­lə pa­lıd, qa­ra­ğac və saq­qı­za­ğac me­şə­lə­ri Kür­bo­yu əra­zi­də ge­niş sa­hə tu­tur­muş, in­di pa­lıd me­şə­si­nin Qa­ra­ya­zı qo­ru­ğu əra­zi­sin­də­dir, la­kin on­lar ­da la­zı­mi sə­viy­yə­də qo­run­ma­yıb po­zul­maq­da da­vam edir. Tuqay meşəaltı torpaqları ən çox Orta Asiyada - Amudarya və Sırdarya çayları boyunda və onların ətraflarında yayılmışdır. Burada bitən sıx meşələr “Tuqay” meşələri adlanır. Bu zolaqda əmələ gəlmiş torpaqlara isə tuqay torpaqları deyilir. Azərbaycanın şimal-şərq düzənliyində, Kür, İori, Alazan və başqa çaylar ətrafında tuqay torpaqları inkişaf edərək böyük sahə tutur.
Məzahir Ərtuğ Avşar
Avşar Məzahir Ərtuğ Babaş oğlu (d. 12 yanvar, 1955, Avşar, Ağcabədi rayonu) — Azərbaycan Rəssamlar İttifaqının və Azərbaycan Dizaynerlər Birliyinin, UNESKO Beynəlxalq Plastik Sənətlər Dərnəyinin, GƏSAM – Türkiyə Mədəniyyət Nazirliyi Sənət Əsərləri Sahibləri Birliyinin üzvü, Türkiyənin Akdeniz Universitetinin professoru. == Həyatı == Məzahir Ərtuğ Avşar 12 yanvar 1955-ci ildə Ağcabədi rayonunun Avşar kəndində dünyaya gəlib. Kənddəki Nizami adına orta məktəbi bitirdikdən sonra Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbinə qəbul olunub. 1978-ci ildə həmin məktəbin Monumental rəssamlıq bölümünü bitirib. 1973-1975-ci illərdə Polşa və Almaniyada hərbi xidmət keçib. 1978-1984-cü illərdə V. Muxina adına Sankt-Peterburq Sənaye Rəssamlığı Akademiyasında təhsil alıb və Dekorativ tətbiqi sənət fakültəsinin Keramika bölümündən məzun olub.Bakıya döndükdən sonra Azərbaycan Mədəniyyət Nazirliyi nəzdində Muzeylərin tərtibatı idarəsində çalışıb. Müxtəlif illərdə Azərbaycan Elmlər Akademiyasının Beynəlxalq "Sovet türkologiyası", "Xəzər", "Qurtuluş" və "Qobustan" jurnallarında bədii redaktor vəzifəsində işləyib. Müəllimlik fəaliyətinə Azərbaycan Memarlıq və İnşaat Mühəndisləri Universitetinin Dizayn kafedrasında başlayıb. 2000-ci ildə Türkiyə Cümhuriyyəti Səlcuq Universiteti rektorluğunun dəvəti ilə Konyaya gəlib və burada Gözəl sənətlər fakültəsini qurub.
Ərdugah Əvargan-i Əraqi (Sərdəşt)
Ərdugah Əvargan-i Əraqi (fars. اردوگاه اوارگان عراقي‎, İraqlı qaçqın düşərgəsi) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 127 nəfər yaşayır (27 ailə).
Bu Gözəl Tuğay (1983)
Bu gözəl Tuğay qısametrajlı sənədli filmi rejissor Vyaçeslav Mixaylov tərəfindən 1983-cü ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Kinolentdə Azərbaycanda təbiətin mühafizəsi ilə bağlı mühüm problemə-keçilməz Tuğay meşələrinin baxımsızlıq üzündən məhv olması məsələsinə toxunulur. == Məzmun == Kinolentdə Azərbaycanda təbiətin mühafizəsi ilə bağlı mühüm problemə-keçilməz Tuğay meşələrinin baxımsızlıq üzündən məhv olması məsələsinə toxunulur.Filmdə Qazax bölgəsindən Neftçala bölgəsinədək geniş ərazidə, Kür çayı boyu 800 kilometrlik sahədə Tuğay meşələri lentə alınmış və bu problemin həlli yollarından söhbət açılmışdır. == Mükafatlar == 1984-cü ildə Murmanskda təbiətin mühafizəsi və onun ehtiyatlarından səmərəli istifadə edilməsi haqqında sənədli və elmi-kütləvi filmlərin II Ümumrusiya müsabiqəsində film münsiflər heyətinin diplomuna və RSFSR Dövlət Kinematoqrafiya Komitəsinin fəxri fərmanına layiq görülmüşdür. == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.
Bu gözəl Tuğay (film, 1983)