Sami Paşazadə Səzai
Sami Paşazadə Səzai (türk. Sami Paşazade Sezai, osman. سامی پاشازاده سزائی, d. 1859, İstanbul, Osmanlı İmperiyası — ö. 26 aprel 1936, İstanbul, Türkiyə) — türk realist yazıçı. Türk ədəbiyyatının ilk realist romanlarından biri olmasıyla, türk ədəbiyyat tarixində əhəmiyyətli bir əsər olan Sərgüzəşt adlı romanın müəllifidir. 1891-ci ildə
yazdığı "Kiçik şeylər" əsəriylə, türk ədəbiyyatında ilk müasir qısa hekayə müəllifidir.
1859-cu ildə İstanbulda anadan olub.
O, Tənzimat dövrünün görkəmli simalarından biri, Osmanlı İmperiyasının ilk maarif naziri Əbdürrəhman Sami Paşa ilə Paşanın ikinci arvadı olan gürcü əsilli Dilarayiş xanımın oğludur.
Sultan III Əhmədin dövründə Osmanlı ordusu ilə Mora yarmadasına gedən və orada Tripolisdə təkkə qurmuş ailədəndir.