Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Əzabkeş
Əzabkeş (q.yun. μάρτυς, μάρτῠρος — şahid, lat. martyr — şəhid; rus. му́ченик) — dini və ya dünyəvi baxışları inkar etdiyinə, təbliğ etdiyinə və ya ondan imtina etdiyinə görə təqib olunan, yaxud öldürülən şəxs. Əzabkeşlərin əksəriyyəti davamçıları tərəfindən hörmətlə qarşılanır və ya hətta müqəddəs hesab olunur, qəhrəmanlıq və möhkəmlik simvoluna çevrilmişlər. Onlar dinlər tarixində mühüm rol oynayır. Fox's Book of Martyrs – 16th century classic book, accounts of martyrdoms "Martyrdom from the perspective of sociology". Encyclopedia of Politics and Religion.
Əzabkeş Yustin
Yustín Filósof (Əzabkeş Yustin; q.yun. Ιουστίνος ὁ Φιλόσοφος; təq. 100[…], Nablus – təq. 165, Roma) — erkən xristian apologeti. İlk dəfə xristian ehkamlarını antik fəlsəfi kateqoriyalarla uyğunlaşdırmaq yolunu tutmuşdur. Tarixin ilahiyyat baxımından izah edilməsinin əsasını qoymuşdur. Müqəddəs kilsə atasıdır. 100-cü ildə Flavia Neapolis (Fələstindəki Nəblusdur) şəhərində bütpərəst ailəsində doğulmuşdur. Ola bilsin onun ata-anası bura Yəhudu savaşlarından sonra şəhəri bərpa etməyə ezam olunmuşdurlar. "Yəhudi Trifonla dialoq" əsərində öz həyat yolunu təsvir etmişdir.
26 qot əzabkeş
26 qot əzabkeş — IV əsrdə Atanarixin antixristian repressiyaları zamanı ölən 26 qot xristian. V əsr kilsə tarixçisi Sozomenə görə, Athanarix Vinqurikə qot torpaqlarında xristian inancını məhv etməyi əmr etmişdir. O zamanlar qot ərazisi olan Krımda Vinqurik təntənəli surətdə xristianlar üçün kilsə kimi xidmət edən çadırın önündə bir arabada büt daşımışdır. O, bütə baş əyənləri azad etmiş, qalanları isə çadıra salıb diri-diri yandırmışdır. Ümumilikdə, Sozomenin məlumatına görə, hadisə nəticəsində 308 nəfər ölmüşdür. Onlardan yalnız 21-nin adı məlumdur. Pravoslav Kilsəsində 26 qot şəhidinin anım günü 26 martda qeyd olunur. Bu, qot təqvimdə 29 oktyabra təyin edilir. Pravoslavlıqda 26 qot əzabkeşi ilə yanaşı, Duklidalı Qaafa və Aqafon ilə birlikdə ehtiramla yad edilir. Atanarixin hakimiyyəti zamanı xristianların təqib edilməsi göstərir ki, xristianlar hələ 370-ci illərdə tervinqlər arasında azlıq təşkil edirdilər, lakin onlar qot mədəniyyəti üçün təhlükə sayılacaq qədər çoxalmışdılar.
Əzabkeşlər meşəsi
Əzabkeşlər meşəsi (Yaar Hakdoşim) — Qüdsdən 20 km məsafədə yerləşən insanlar tərəfindən salınmış meşə. Meşə Yəhudi Milli Fondu tərəfindən yaradılıb. Xatirə meşəsinin salınması üçün 6 milyon ağac əkilib. Əkilmiş 6 milyon ağac Holokost qurbanlarını simvolizə edir. Meşənin əsası İsrail dövləti qurulmamışdan qabaq 1947-ci ildə qoyulub. Meşənin mərkəzindəki çəmənlikdə 1971-ci ildə müəllifi Natan Rapoport olan "Odlu kitabə" abidəsi qoyulub. Abidə 2 kitabədən ibarətdir. Burada Tövratda yazılan hadisələr, yəhudi diasporasının tarixi, Holokost, İsrail dövlətinin yaradılması və Altı günlük müharibə ilə bağlı səhnələr təsvir olunub. Meşənin bir hissəsində Anna Frank memorialı yerləşir. Bu memorial isə təxminən 2000 м2 ərazini əhatə edir.
Əzabkeşlər monastırı (Keşikçidağ)
Əzabkeşlər monastırı (gürc. წამებულის მონასტერი) — Keşikçidağ monastır kompleksinə daxil olan tarixi-memarlıq abidəsidir. Abidə, Azərbaycan ərazisindəki Udabno monastırından qərbdə, yüksək dağlıq yerdə inşa edilmişdir. Kilsənin şərq divarı dağılmışdır. Kilsənin girişindəki kərpic darvaza XVII əsrdə İmereti çarı II Arçil (1664-1675) tərəfindən inşa etdirilmişdir. Kilsənin tavanını bəzəyən freskalar üslub xüsusiyyətlərinə görə XI əsrə aid edilirlər. ზ.
Levon əzabkeşləri
Levon əzabkeşləri (qra. Ղեւոնդեանք, Levondeank; erm. Ղևոնդյանք, Ğevondyank) — b.e. V əsrdə İranda uzun müddət əsirlikdə qaldıqdan sonra öldürülmüş doqquz erməni din xadimindən ibarət qrup. Onlar Vardan Mamikonyanın başçılıq etdiyi üsyandan beş il sonra, 455-ci ildə Sasani şahı II Yezdəgirdin əmri ilə edam edilmişdir. Qrup Vanandlı Levondinin adını daşıyır. Həlak olmuş əzabkeşlər bunlardır: keşiş Vanandlı Levondi, katolikos Ermənistanlı I Ovsep, yepiskop Sünikli Sahak Rştuni, yepiskop Basenli Tatik, keşiş Muşeq, keşiş Arşen, keşiş Samuel və daha bir diakon. Bundan başqa, Arazdlı Avraam hadisələrdən sağ çıxsa da, ömrünün sonuna qədər zahid olaraq yaşamışdır.
Azarkeş
Azarkeş — İdman, futbol həvəskarı.
Azarkeş (dəqiqləşdirmə)
Azarkeş aşağıdakı mənalara gələ bilər: Azarkeş — İdman, futbol həvəskarı. Azarkeş (film, 2008) — Azərbaycan filmi.
Azarkeş (film, 2008)
Azarkeş tammetrajlı bədii televiziya filmi rejissor Cavid Təvəkkül tərəfindən 2008-ci ildə ekranlaşdırılmışdır. İctimai televiziyada istehsal edilmişdir. Film Argentina futbol komandasının fanatik azarkeşinin başına gələn hadisələrdən bəhs edir. Əsas rolları Əjdər Həmidov, Səidə Quliyeva və Kəmalə Hüseynova ifa edirlər. == Məzmun == Film Argentina futbol komandasının fanatik azarkeşinin başına gələn hadisələrdən bəhs edir.
Sector 11 azad azarkeş qrupu
"Sektor11" və ya "Sector11" azad azarkeş qrupu — Azərbaycanda mütəşəkkil futbol azarkeş qrupu. Yaranma tarixi 1 iyul 2010-cu ildən başlayan qrup "Facebook" sosial şəbəkəsində açılan səhifəsi ilə qısa müddətdə tanınmış və fəal azarkeşləri öz ətrafında toplamağı bacarmışdır. Futbol matçları zamanı oyunu Tofiq Bəhramov adına Respublika Stadionunun 11-ci sektorunundan izlədiklərinə görə "Sector 11" adını qəbul etmişlər. Bütün idman növlərində çıxış edən Azərbaycan komandalarını və idmançılarını dəstəkləyirlər. Azərbaycanda ilk dəfə olaraq stadionda xoreoqrafik pankartlar açmışlar. Qrupun 400-ü fəal olmaqla min üzvü var ki, onlar Türkiyədən sifariş edilən xüsusi şərf, üzvlük biletləri və barabanlarla təmin ediliblər. Azarkeş qrupunun rəhbər qurucuları Elnur Şərifli və Araz Əliyevin qərarı ilə "Sector 11" öz rəsmi fəaliyyətini 2013-cü ildə dayandırmışdır. "Qarabağ" – "Streymur" maçının mütəşəkkil fan-klubu.
Sektor 11 azad azarkeş qrupu
"Sektor11" və ya "Sector11" azad azarkeş qrupu — Azərbaycanda mütəşəkkil futbol azarkeş qrupu. Yaranma tarixi 1 iyul 2010-cu ildən başlayan qrup "Facebook" sosial şəbəkəsində açılan səhifəsi ilə qısa müddətdə tanınmış və fəal azarkeşləri öz ətrafında toplamağı bacarmışdır. Futbol matçları zamanı oyunu Tofiq Bəhramov adına Respublika Stadionunun 11-ci sektorunundan izlədiklərinə görə "Sector 11" adını qəbul etmişlər. Bütün idman növlərində çıxış edən Azərbaycan komandalarını və idmançılarını dəstəkləyirlər. Azərbaycanda ilk dəfə olaraq stadionda xoreoqrafik pankartlar açmışlar. Qrupun 400-ü fəal olmaqla min üzvü var ki, onlar Türkiyədən sifariş edilən xüsusi şərf, üzvlük biletləri və barabanlarla təmin ediliblər. Azarkeş qrupunun rəhbər qurucuları Elnur Şərifli və Araz Əliyevin qərarı ilə "Sector 11" öz rəsmi fəaliyyətini 2013-cü ildə dayandırmışdır. "Qarabağ" – "Streymur" maçının mütəşəkkil fan-klubu.