Levon əzabkeşləri
Levon əzabkeşləri (qra. Ղեւոնդեանք, Levondeank; erm. Ղևոնդյանք, Ğevondyank) — b.e. V əsrdə İranda uzun müddət əsirlikdə qaldıqdan sonra öldürülmüş doqquz erməni din xadimindən ibarət qrup. Onlar Vardan Mamikonyanın başçılıq etdiyi üsyandan beş il sonra, 455-ci ildə Sasani şahı II Yezdəgirdin əmri ilə edam edilmişdir. Qrup Vanandlı Levondinin adını daşıyır.
Həlak olmuş əzabkeşlər bunlardır: keşiş Vanandlı Levondi, katolikos Ermənistanlı I Ovsep, yepiskop Sünikli Sahak Rştuni, yepiskop Basenli Tatik, keşiş Muşeq, keşiş Arşen, keşiş Samuel və daha bir diakon. Bundan başqa, Arazdlı Avraam hadisələrdən sağ çıxsa da, ömrünün sonuna qədər zahid olaraq yaşamışdır.