Əzabkeşlər monastırı (Keşikçidağ)

Əzabkeşlər monastırı (gürc. წამებულის მონასტერი) — Keşikçidağ monastır kompleksinə daxil olan tarixi-memarlıq abidəsidir. Abidə, Azərbaycan ərazisindəki Udabno monastırından qərbdə, yüksək dağlıq yerdə inşa edilmişdir. Kilsənin şərq divarı dağılmışdır. Kilsənin girişindəki kərpic darvaza XVII əsrdə İmereti çarı II Arçil (1664-1675) tərəfindən inşa etdirilmişdir. Kilsənin tavanını bəzəyən freskalar üslub xüsusiyyətlərinə görə XI əsrə aid edilirlər.

Əzabkeşlər monastırı
gürc. წამებულის მონასტერი
Ölkə  Gürcüstan
Şəhər Saqareco
Yerləşir Kaxeti
Aidiyyatı Gürcü Ortodoks Kilsəsi
Tikilmə tarixi X-XI əsrlər
Üslubu Gürcüstan memarlığı
Vəziyyəti fəaliyyət göstərir

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • ზ. თვალჭრელიძე, გარეჯის ნათლისმცემლის უდაბნო-მონასტერი, ძეგლის მეგობარი, 80, თბ., 1988