Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Əzimcan Əskərov
Əzimcan Əskərov (özb. Azimjon Asqarov, Азимжон Асқаров; 17 may 1951, Bazar-Korqon[d], Qırğızıstan SSR, SSRİ – 25 iyul 2020, Bişkek) — polis zorakılığını araşdırmaq üçün 2002-ci ildə "Vozdux" qrupunun əsasını qoymuş özbək əsilli qırğızıstanlı siyasi fəal. Əsasən milliyətcə özbək olan əhaliyə yönəlmiş 2010-cu il Cənubi Qırğızıstan etnik toqquşmalarında Əskərov vəhşiliyi sənədləşdirməyə çalışmışdır.O, bunun ardınca həbs edildi və kütləvi narahatlıq yaratma, etnik nifrətə təhrik etmə və qətldə iştirak etmə maddələri ilə ittiham edildi. Beynəlxalq insan hüquqları qruplarının qanunsuzluqlar — iddiaya görə işgəncə vermə və məhkəmə zalında şahidlərə polis tərəfindən hədə-qorxu gəlinməsi səbəbindən məhkəmə prosesinə etiraz etməsindən sonra Əskərova ömürlük həbz cəzası verildi. 2010-cu ilin noyabrında həbsi nəticəsində Əskərovun səhhətinin sürətli şəkildə pisləşdiyi bildirildi. "Human Rights Watch", "Reporters Without Borders", "People In Need", "Committee to Protect Journalists" və "Amnesty International" daxil olmaqla, çox sayda təşkilat onu müdafiə etdi və "Amnesty International" onun vicdan məhbusu olduğunu bildirdi.ABŞ 2015-ci ildə 2014 İnsan Hüquqları Müdafiəçisi Mükafatını Əskərova verdi. Qırğızıstan hökuməti bu qərara etiraz etdi və ABŞ və Qırğızıstan arasında əməkdaşlıq haqqında imzalanan 1993-cü il razılaşmasını ləğv etdi. 2016-cı ilin 12 iyulun Qırğızıstan Ali Məhkəməsi Əskərovun ömürlük həbsini ləğv etdi və işə yenidən baxılması üçün Çui Vilayət məhkəməsinə göndərdi. O, 24 yanvar 2017-ci ildə yenidən ömürlük həbsə məhkum edildi. 2017-ci ildə Qırğızıstan Cinayət Məcəlləsindəki dəyişikliklərdən sonra, hansı ki 2019-cu ildə qüvvəyə minmişdi, Əskərovun vəkilləri onun məhbusluğuna yenidən baxılması üçün müraciət etdi.
Ediakar
Ediakar, Neoproterozoy erasının sonuncu dövrüdür. Proterozoy eonun sonunu və Fanerozoy eonunun başlanğıcını qeyd edir. Cənubi Avstraliyadakı Ediakar təpələrinin adını daşıyır. 635 milyon il əvvəl Kriogen dövrünün bitməsi ilə başlamış, 541 milyon il əvvəl Kembrinin başlaması ilə bitmişdir. Ediakar Dövrünün rəsmi bir geoloji dövr olaraq statusu 2004-cü ildə Beynəlxalq Geologiya Elmləri Birliyi (IUGS) tərəfindən təsdiqlənərək son 120 ildə elan edilmiş ilk yeni geoloji dövr olmuşdur. Dövr adını geoloq Reg Spriggin 1946-cı ildə ilk dəfə Ediakar faunası fosillərini kəşf etdiyi Ediakar təpələrinin adından götürsə də, növ bölmə Cənubi Avstraliyanın Flinders silsiləsindəki Enorama dərəsinin yatağından öyrənilmişdir.
Elimdar Səfərov
Elimdar Səlimxan oğlu Səfərov (26 iyul 1992; Yardımlı, Azərbaycan – 2 aprel 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. == Həyatı == Elimdar Səfərov 1992-ci ilin 26 iyul günündə Yardımlı şəhərində anadan olub. Elimdar Səfərov 1993-cü ildə ailəsi ilə birgə Neftçala rayonunun Aşağı Qaramanlı kəndinə köçdü. == Hərbi xidməti == Gizir Elimdar Səfərov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu. Aprelin 4-ü isə Elmidar Səfərov Neftçala rayonunun Aşağı Qaramanlı kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və gizir Səfərov uğrunda şəhid olduğu torpağa tapşırıldı. Elimdar Səfərov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.