Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Praya-du-Abriko
Praya-du-Abriko (port. Praia do Abricó) — Rio-de-Janeyro şəhərinin qərb hissəsində yerləşən çimərlik. Çimərlik naturizm tərəfdarlarını özünə cəlb edir. Rəsmən Braziliya Naturizm Federasiyası ilə bağlıdır (FBrN). == Tarixi == Çimərlik yerli əhali tərəfindən artıq 1940-cı ildən naturizm çimərliyi kimi istifadə edilir. 1950-ci ildə çimərliyi braziliyalı rəqqas, feminist və naturist Luz del Fueqo ziyarət etmişdir. 1972-ci ildə burada Avenida Estado-da-Quanabara yolu çimərliyə girişi asanlaşdırmışdır. 1992-ci ildən rayonun ətraf mühitin qoruma rəyisi icra başçısına naturizm çimərliyinin ləğv edilməsi məqsədi ilə qanun qəbul edilməsini təklif edir. Qanun 1994-cü ildə qəbul edilir. Bununla belə naturizm praktikası tam ləğv edilə bilinməmişdur.
Abraksos
Abraksas, Abraksos və ya Abrasaks (yun. Ἀβρασάξ) — qnostisizmdə kosmoloji varlıq. == Təsviri == Abraksas Misir tanrılarının panteonundan götürülmüşdür. Misirdə o, əjdahanın qatili kimi hörmətlə qarşılanırdı. Vasilid təriqətinin nümayəndələri hesab edirdilər ki, Abraksas göylərin və eonların ali rəhbəridir, onun simasında onların birliyini simvollaşdırır. Təsvirində bu varlıq insan bədəninə və xoruz başına malikdir, ayaqları yerinə ilanlar var. Abraksasın təsviri adətən amuletlərdə müşahidə olunurdu. Onun ətrafında yaranmış kult xristian qnostisizminin hüdudlarından kənara yayılaraq bir sıra bütpərəstlik cərəyanlarına daxil olmuşdur. Abraksas adı mistik "abrakadabra" sözü ilə əlaqələndirilir. == İstinadlar == == Əlavə ədəbiyyat == Baudissin, Wolf Wilhelm von.
Abriyes
Abriyes (fr. Abriès, oks. Abrièrs) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Brianson. Eqyuiy kantonuna daxildir. INSEE kodu — 05001. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 372 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 234 yaşda olan (15–64 yaş arasında) 185 nəfər iqtisadi fəal, 49 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 79,1%, 1999-cu ildə 80,4%). Fəal 185 nəfərdən 176 nəfəri (85 kişi və 91 qadın), 9 nəfəri işsizdir (2 kişi və 7 qadın).
Abidos
Abidos (q.misir ȝbḏw, q.yun. Ἄβυδος, ərəb. أبيدوس‎, qibt. Ⲉⲃⲱⲧ) — Qədim Misir dövlətinin ən qədim şəhərlərindən və dini mərkəzlərindən biri. Burada axirət tanrılarına (Hentinment, Upuaut və Osiris) sitayiş edilirdi. Orta padşahlıq dövründən başlayaraq Osirisə daha çox sitayiş olunmuşdur. Abidosdan yalnız iki məbədin xarabalığı qalmışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Ayrton, Edward Russell; William Matthew Flinders Petrie. Abydos. iii.
Brioş
Brioş - keksə bənzəyən yüngül, şirin fransız çörəyi. Yüksək miqdarda yumurta və kərə yağı ehtiva edir. İstehsalı mayalama və gözlətmə əməliyyatları təxminən 1.5 gün çəkir.
Aleksey Abrikosov
Aleksey Abrikosov (rus. Алексей Алексеевич Абрикосов; 25 iyun 1928[…], Moskva – 29 mart 2017[…], Palo-Alto[d], Kaliforniya)- 25 İyun 1928-ci ildə Moskvada anadan olan rus nəzəri fizikdir. 2003-cü ildə Fizika üzrə Nobel mükafatını qazanmışdır. == Bioqrafiyası == 1928-ci ildə Moskvada fizik ana-ata Aleksey İvanoviç Abrikosov və Fanny Davidovna Vulf oğulları olaraq dünyaya gəlmişdir. 1977-ci ildə Svetlana Yuriyevna Bunkova ilə evlənən Abrikosovun iki oğlu, bir də qızı var. == Təhsili == 1943-cü ildə məzun olan Abrikosov Enerji Mühəndisliyi İnstitutunda bakalavr təhsilinə başlayır. 1945-ci ildə daxil olduğu Moskva Dövlət Universitetinin Fizika bölməsindən 1948-ci ildə məzun olur. Kapitza İnstitutu-Fizika Problemləri bölməsində həkim şagirdi olaraq qəbul edilir. Lev Landau həkim müəllimi olmuşdur. 1951-ci ildə verdiyi' istilik diffuziyası tamamilə və tam ionlaşmış plazmalar 'tezisiylə professor ünvanı alır.
Andrey Abrikosov
Andrey Lvoviç Abrikosov (1 (14) noyabr 1906, Simferopol – 21 oktyabr 1973, Moskva) — sovet rus kino və teatr aktyoru. Birinci dərəcəli Stalin mükafatı laureatı. SSRİ xalq artisti (1968). == Həyatı == Andrey Abrikosov 14 noyabr (dig'ər mənbəyə görə 27 noyabr) 1906-cı ildə Simferopol şəhərində aqronom ailəsində anadan olmuşdur. Erkən gəncliyi vaxtı vətəndaş müharibəsi illərində Rusiyanın cənubunda sərgərdan həyat keçirmişdir. 1924-cü ildə "Oktyabr İnqilabında həlak olanların xatirəsinə tikilmiş məktəbi" bitirmişdir. 1925-ci ildə Moskvaya dönmüş, bir müddət "Stroy radio" artelində işləmişdir. Paytaxtda Aleksandra Xoxlovanın kinematoqrafiya studiyasını bitirdikdən sonra tezliklə Konstantin Stanislavskinin bacısı Zinaida Sokolovanın yanına göndərilir. 1926–1929-cu illərdə Kiçik teatrın teatr-studiyası ilə əməkdaşlıq etmişdir. 1930-cu ildə çəkilmiş "Sakit Don" filmində oynadığı ilk rolu olan Qriqori Melehova rolu ilə aktyor fəaliyyətinə başlamışdır.
Barıkov burnu
Barıkov burnu (çuk. Ылвылю) — Berinq dənizinin Anadır körfəzi suları yuyulan burun. Uqlovaya buxtasının ucqar şimal çıxışını təkil edir. İnzibati cəhətdən Çukot Muxtar Dairəsi ərazisinə daxildir. Burun 1886-cı ildə burunda araşdırma işləri aparmış Kreyserin ekipajı olmuş miçman Fyodr Barikovun şərəfinə adlandırılmışdır. Çukot dilində Ылвылю — «Vəhşı maral» mənasınında işlədilir. 5 km cənub-qərbində Berinq limanı yereləşir. Qayalıqda dəniz quşları yuva qurur. Barıkov burnunda gələcəkdə daş kömürün hasilatı məqsədi ilə dərin bir limanın inşası planlaşdırılır.
Abidos siyahısı
Abidos siyahısı (fr. la nouvelle table d’Abydos) — Qədim Misirdə fironların siyahısı, Adibosdakı I Seti məbədinin divarlarına kartuşda həkk olunmuş 76 fironun — Qədim Misir çarlarının Menesdən başlamış I Setiyə qədər adlarının siyahısı. İlk olaraq Mariet Ogüst tərəfindən aşkarlanmışdır. Kartuşlar iki horizontal sırada yerləşmişdir. Siyahıda hər fironun bir adı göstərilmişdir. Cədvəldə əvvəlcə Adibos siyahısındakı ad, sonra isə fironun digər məşhur adı və izahı göstərilir. === I sülalə === === II sülalə === Abidos siyahısında ikinci sülalə fironlarından bir neçəsi göstərilməmişdir. === III sülalə === === IV sülalə === === V sülalə === № 28-dən sonra firon Şepiskara göstərilməmişdir. === VI sülalə === 39-cu kartuşla Abidos siyahısının ikinci cərgəsi başlanır. === VIII sülalə === === XI–XII sülalə === === XVIII sülalə === === XIX sülalə === == Mənbələr == Wolfgang Helck: Untersuchungen zu Manetho und den ägyptischen Königslisten.
Aleksey Abrikosov (patanatom)
Aleksey İvanoviç Abrikosov (rus. Алексе́й Ива́нович Абрико́сов; 6 (18) yanvar 1875, Moskva – 9 aprel 1955, Moskva) — SSRİ patanatomu. == Həyatı == Aleksey İvanoviç Abrikosov 18 yanvar 1875-ci ildə Rusiya imperiyasının Moskva şəhərində anadan olmuşdur. O, 1939-cu ildə SSRİ Elmlər Akademiyası, 1944-cü ildən isə SSRİ Tibb Elmlər Akademiyasının akademiki, həmçinin Polşa EA üzvü olmuşdur. Abrikosov 1939-cu ildən Sovet İttifaqı Kommunist Partiyası üzvüdür. O, 1920–1953-cü illərdə Moskva Universitetinin Tibb fakültəsinin (1939-cu ildən Birinci Moskva Tibb İnstitutunun) professoru olmuşdur. Elmi əsərləri ağciyər vərəminə, simpatik sinir düyünlərinin patoloji anatomiyasına, əzələ şişlərinə və s. həsr edilmişdir. Abrikosov əzələ şişlərinin xüsusi növünü (mioblastomioma) – "Abrikosov şişi"ni tapmışdır. == Təltif və mükafatlar == Aleksey Abrikosov ilk dəfə "Lenin" ordeni, "Qırmızı əmək bayrağı" ordeni ilə təltif olunmuşdur.
Aleksey Abrikosov (sahibkar)
Aleksey İvanoviç Abrikosov (20 fevral 1824, Moskva – 31 yanvar 1904, Moskva; rus. Алексе́й Ива́нович Абрико́сов) — Rusiya sahibkarı, istehsalçısı. O, XIX əsrin ikinci yarısında "A. İ. Abrikosov oğulları zavodu və ticarət ortaqlığı" (indiki " Babayevski" konserni), habelə Moskvada qənnadı məmulatları və çay mağazalarına sahib olmuşdur. Abrikosov həmçinin, İmperator Əlahəzrət Məhkəməsinin Təchizatı, Mühasibat Bankı Şurasının sədri, faktiki dövlət müşaviri kimi xidmət etmişdir. == Mükafatlar == 1870-ci ildə irsi fəxri vətəndaşlar sinfinə təyin edilmişdir. 1879-cu ildə Ticarət Şurasının üzvü adını almışdır. Ömrünün son illərində ona irsi zadəganlıq hüququ verən həqiqi dövlət müşaviri rütbəsi verilmişdir. Mükafatlardan o, Müqəddəs Andreyev lentində "Çalışmaya görə" medalı (1876), 2-ci dərəcəli "Müqəddəs Anna" və "Müqəddəs Stanislav" ordenlərinə layiq görülmüşdür. == İstinadlar == == Əlavə ədəbiyyat == Предпринимательство и городская культура в России. 1861—1914: сборник.