Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Arietta
Arietta (it. arietta), azaltmaq, yumşaltmaq, kiçiltmək mənalarını verir. Ariyanın kiçik formasıdır, melodiyaları mahnı xarakterinə uyğun gəlir. Ariettanın mətninin sözləri tipik və sadə olur. Daha çox komik, fransız operaları üçün xarakterikdir. 17,18-ci əsrlər italyan operasında bəzən kavatinaya bənzər qısa ariya. 18-ci əsr fransız operasında səhnədə baş verən əsas əhvalatlarla əlaqəsi olmayan italyan üslubunda virtuoz ariya (da capo) və yaxud (komik operada) xalq ruhunda mahnı. 19,20-ci əsrlər operasında sakit, mülayim templi kiçik ariya (N. A. Rimski-Korsakovun eyniadlı operasında Qar qızın ariyettası). Adətən fortepiano üçün melodik instrumental pyes.
Avianka Hava Yolları reys 203
Avianka Hava Yolları reys 203, Boqotada yerləşən El Dorado Beynəlxalq Havalimanından Kalidəki Alfonso Bonilla Aragon Beynəlxalq Havalimanına daxili reys ilə hərəkət edən uçuş. 27 noyabr 1989-cu ildə Soaça bələdiyyəsi üzərində Partlayıcı vasitə ilə partladılmışdır. Təyyarə Kolumbiyanın paytaxtı Boqotadan havaya qalxdı. Hava qalxdıqdan 5 dəqiqə sonra 794 kilometr (493 mil) sürətlə hərəkət edən təyyarə gözlənilmədən partladı. == Uçuş == Təyyarə, Pan American World Hava yollarından alınan, HK-1803 qeydiyyat nömrəli Boeing 727-21 idi. Yerli vaxtla 07:13-də havalandı və havaya qalxdıqdan 5 dəqiqə sonra yanacaq deposunun yanında qoyulan bomba 13000 fit (3960m) hündürlükdə partladı. Partlayış təyyarəni parçaladı: Quyruq hissəsindən ayrılan burun hissəsi alovlu halda aşağı endi. Yerdə olan 3 nəfər və üzərilərinə düşən təyyarədəki 107 nəfərin hamısı həlak oldu. == Qəza sonrası == Uçuş 203-ün bombalanması, o zamandan bu yana Kolumbiyada yaşanan ən ölümcül cinayət hücumu olmuşdur. Medellin narkotik kartelinin yaradıcılarından olan Pablo Eskobar, 1990-cı il prezident seçimləri zamanı namizəd olmuş Sezar Qavirianı öldürmək ümidi ilə bu bombalamanı planladı.