Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
AvtoVAZ
AvtoVAZ (rus. АвтоВАЗ)- Rusiyada ən iri avtomobil şirkəti. Samara vilayəti, Tolyatti şəhərində yerləşir. Əvvəlki adı VAZ (rus. ВАЗ- Волжский автомобильный завод) olmuşdur. İlkin dövrlər "Jiquli", "Niva", "Sputnik", "Samara", "Oka" markalı maşınlar istehsal etmişdir. Bu markaları ilə Azərbaycanda və digər post-sovet ölkələrində məşhurlaşmışdır. Hal-hazırda "Lada" markası ilə istehsal etdiyi maşınlar belə əksər avtomobil həvəskarları tərəfindən VAZ kimi adlandırılır. 1993-cü ildə Vyaçeslav Zubarev tərəfindən qurulan" TTS " 1992-ci ildə AvtoVAZ ilə müqavilə imzaladı. 1995 — ci ildə Naberejnıe Çelnı şəhərində ilk tam hüquqlu Avtomobil Mərkəzi-Lada salonu açıldı və avtomobil zavodundan birbaşa çatdırılma üçün gəldi.
Avtobus
Avtobus — sürücünün oturacaq yeri daxil olmaqla, oturacaq yerlərinin sayı doqquzdan çox olan, sərnişin daşımaları üçün nəzərdə tutulmuş avtonəqliyyat vasitəsi. Bu, ümumi istifadədə olan nəqliyyat vasitəsidir. Avtobuslarla sərnişin daşımalarına “D” kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan, yaşı 21-dən , "DE" kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan, yaşı 24-dən və avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi üç ildən az olmayan sürücülər buraxılır. İkimərtəbəli avtobuslar London küçələrində nəqliyyat vasitələrinin uzunluğuna məhdudiyyət qoyulmasına görə icad edilib.
Avtomat
Avtomat — müharibə üçün istifadə olunan avtomatik atəş silahı. Avtomatlar dörd rejimdə olur: bloklaşdırılmış (atəş açılmır), tək-tək atəş, yarı avtomatik atəş (üç-üç və ya iki-iki atəş açılır) və tam avtomatik (dayanmadan atəş açılır). Avtomatlar dünyada kütləvi şəkildə İkinci Dünya müharibəsindən sonra yayılmışdır. İlk avtomatlar Rusiya İmperiyasında Vladimir Qriqoryeviç Fyodorov tərəfindən düzəldilmişdir (Fyodorov avtomatı). Avtomatlar pulyemyot tapançaları əvəz etmişlər. == Müasir avtomat == 1943-cü ildə dizayn edilmiş StG 44 döyüş meydanında geniş istifadə edilən ilk müasir piyada tüfəngi kimi tarix səhnəsində öz yerini tutdu. Adi tüfəng patronu əvəzinə patronun qısaldılmış variantı olan 7,92x33 Kurz güllələrini atmağa qadir olan StG 44 sürətli və yüksək atıcı silah idi. Yüksək gücü ilə nisbətən geniş ərazidə təsirli ola bilən StG 44, illər sonra piyadaların tüfəngləri ilə yenidən müstəqil şəkildə hərəkət etməsinə şərait yaratdı. Bənzər bir silah olaraq təyin oluna bilən M1 Carabine adlı qısa lüləli tüfəng ABŞ tərəfindən istehsal edilsə də, bu silah StG 44-ün uğurunu tutmaqdan uzaq idi. Çünki onun istifadə etdiyi güllə tapança gülləsindən bir qədər güclü idi.StG-44-ün açdığı yolda piyada tüfənginin anlayışı tamamilə dəyişdi.
Avtomat (silah)
Avtomat — müharibə üçün istifadə olunan avtomatik atəş silahı. Avtomatlar dörd rejimdə olur: bloklaşdırılmış (atəş açılmır), tək-tək atəş, yarı avtomatik atəş (üç-üç və ya iki-iki atəş açılır) və tam avtomatik (dayanmadan atəş açılır). Avtomatlar dünyada kütləvi şəkildə İkinci Dünya müharibəsindən sonra yayılmışdır. İlk avtomatlar Rusiya İmperiyasında Vladimir Qriqoryeviç Fyodorov tərəfindən düzəldilmişdir (Fyodorov avtomatı). Avtomatlar pulyemyot tapançaları əvəz etmişlər. == Müasir avtomat == 1943-cü ildə dizayn edilmiş StG 44 döyüş meydanında geniş istifadə edilən ilk müasir piyada tüfəngi kimi tarix səhnəsində öz yerini tutdu. Adi tüfəng patronu əvəzinə patronun qısaldılmış variantı olan 7,92x33 Kurz güllələrini atmağa qadir olan StG 44 sürətli və yüksək atıcı silah idi. Yüksək gücü ilə nisbətən geniş ərazidə təsirli ola bilən StG 44, illər sonra piyadaların tüfəngləri ilə yenidən müstəqil şəkildə hərəkət etməsinə şərait yaratdı. Bənzər bir silah olaraq təyin oluna bilən M1 Carabine adlı qısa lüləli tüfəng ABŞ tərəfindən istehsal edilsə də, bu silah StG 44-ün uğurunu tutmaqdan uzaq idi. Çünki onun istifadə etdiyi güllə tapança gülləsindən bir qədər güclü idi.StG-44-ün açdığı yolda piyada tüfənginin anlayışı tamamilə dəyişdi.
Avtomat açar
Avtomat açar (ing. Circuit breaker, rus. Автоматический выключатель )— cərəyan yüklənməsi və qısa qapanma nəticəsində yarana biləcək zədələnmələrdən elektrik dövrəsini qorumaq üçün layihə olunmuş, avtomatik fəaliyyət göstərən elektrik açarı. Onun əsas funksiyası nasazlıq aşkar edildikdən sonra cərəyanın axınını kəsməkdən ibarətdir. Əriyən qoruyucudan fərqli olaraq, avtomat açarın normal iş fəaliyyəti bərpa edilib, yenidən işlədilə bilər (əllə və ya avtomatik). Avtomat açarlar müxtəlif ölçülərdə hazırlanırlar. Kiçik avtomat açarlar aşağı cərəyan dövrələrini və fərdi məişət cihazlarını qorumaq üçün nəzədə tutulur. Bütün şəhəri elektrik enerjisi ilə təmin edən yüksək gərginlik dövrələrinin qorunması üçün isə daha fərqli kontruksiyada açarlar istehsal olunur. DIN-reykaya montaj edilə bilən termal maqnetik modulyar avtomat açar aşağıdakı hissələrdən ibarətdir. Açma və qoşma üçün istifadə olunan ling.
Avtomat qələm
Doldurma qələm — su əsaslı mürəkkəb rezervuarı olan bir qələmdir. Doldurma qələm kimi bir şey yaratmaq üçün ilk sifariş,Misir xəlifəsi Əl-Muizz li-Din Allah, tərəfindən onuncu əsrdə təqdim edilmişdir ki, Qazi əl-Numan əl-Tamiminin Kitab əl-Məcalis vəl-musayardtda qeyd olunub.(d. 974).
Avtomat tüfəng
Avtomat tüfəng və ya avtomat silah — odlu silah. Atəş açılarkən əmələ gələn barıt qazı enerjisindən nəinki gülləyə (mərmiyə) hərəkət vermək, həmçinin silahı yenidən doldurmaq və atəş açmaq üçün istifadə olunur. == Tarixi == Amerikalı Requlus Pilon 1863-cü ildə ilk avtomat tüfəng quraşdırmışdır. Rusiyada ilk avtomat tüfəngi layihəsini 1887-c ildə D. A. Rudnitski vermişdir. == Xarakteristikası == Avtomat silah həm fasiləsiz, həm də tək-tək atəş açır. Yalnız yenidən doldurma əməliyyatı avtomatlaşdırılmış silah yarımavtomat və ya özüdolan avtomat silah adlanır. Avtomat silahın yüksək sürətlə atəş açması tez hərəkət edən hədəfi vurmağa və yüksək atış sıxlığı yaratmağa imkan verir. Patronlar avtomat silaha patronla dolu xüsusi mağazadan (tapança, avtomat, tüfəng, karabin, əl pulemyotu, ortakalibrli avtomat toplarda) və ya elastik metaldan hazırlanmış lent (qundaqlı pulemyot, irikalibrli pulemyot, kiçikkalibrli avtomat toplarda) vasitəsilə verilir. Avtomat tapança, tapança-pulemyot, avtomat və özüdolan tüfənglər, əl pulemyotu, irikalibrli (12,7–15 mm) pulemyot və avtomat top (kalibri 20 mm və daha artıq olan) avtomat silahlardır. == Növləri == Müasir avtomat silah aşağıdakı növlərə bölünür: Avtomatik rejimli lülə təpməsindən istifadəyə əsaslanan silahlar sistemi.
Xəzri (avtomat)
Xəzri — Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin əməkdaşları tərəfindən təkmilləşdirilimiş döyüş silahı, avtomat. AK-74M-in bazası uzərində yaradılmışdır. Avtomatın istehsalı ən əsası xüsusi təyinatlı dəstələr üçün nəzərdə tutulmuşdur. Amma plana görə 2020-ci ilə qədər Azərbaycan Silahlı Qüvvələrinin inventarında olan bütün atıcı silahların təkmilləşdirilməsi nəzərdə tutulur. Çox güman ki, nəzərdə tutulan silah elə Xəzri olacaqdır. Silahın üzərinə kolimatrik nişangah, avtomat tutacağı, və s. bu kimi atıcılıq qabiliyyətini artıran qurğular quraşdırılmışdır.
İkimərtəbəli avtobus
İki mərtəbəli avtobus aşağı və yuxarı mərtəbələrdə iki kabinəsi olmaqla şəhər ictimai nəqliyyatında və şəhərlərarası nəqliyyatda istifadə olunan bir avtobus növüdür. Ən məşhurları İngiltərədə istifadə edilən qırmızı rəngli AEC Routemaster markalı avtobuslardır. Neoplan Jumbocruiser, iki mərtəbəli və əlavəli olaraq istehsal olunur, başqa bir ikimərtəbəli avtobus modelidir.
Şəhərlərarası avtobus
Şəhərlərarası avtobus, şəhər avtobusundan fərqli olaraq daha uzun məsafəli xidmətlər üçün istifadə olunan bir avtobusdur. Ümumiyyətlə tək bir metropol ərazisində istifadə olunur. Ümumiyyətlə tur, beynəlxalq və şəhərlərarası avtobus xidməti, bəzən isə xüsusi məqsədlər üçün istifadə olunur. Ən məşhur istehsalçılara Daimler AG, Autosan, Scania AB, Mitsubishi Fuso Truck and Bus Corporation, Alexander Dennis, Van Hool, Neoplan Bus GmbH, MAN Truck & Bus AG, Marcopolo S.A., Irizar, MCI, Volvo Buses daxildir. İctimai nəqliyyatdan fərqli olaraq, şəhərlərarası avtobuslarda əsasən ön tərəfə baxan oturacaqlar mövcud olur və onlarda ayaq üstdə dayanmaq üçün şərait yoxdur. Digər yaşayış bölmələrində tualet, televizor və yerüstü baqaj sahəsi ola bilər.
Əlavəli avtobus
Əlavəli avtobus və ya Dəstəkli avtobus, birləşdirici vasitə ilə bir-birinə bağlanılmış iki hissədən ibarət olan və şəhər daxili nəqliyyatda istifadə olunan, adi avtobuslarla müqayisədə sərnişin tutumu artırılmış bir avtobus növüdür. Bəzi metrobuslarda olduğu kimi uzunluğu 11 metrdən 25 metrə qədər ola bilər. Tək əlavəli, cüt əlavəli, iki mərtəbəli əlavəli kimi növləri mövcuddur. Avtobusun manevrini asanlaşdırmaq üçün ən arxa təkərin dönməsinə imkan verən 4WS sisteminə bənzər bir sistem istifadə olunur.
Hündürmərtəbəli avtobus
Hündür mərtəbəli avtobus, avtobus və ya trolleybus. Avtobusa girmək üçün bir neçə pilləkən vardir. Midiavtobuslar, mikroavtobuslar, şəhərlərarası avtobuslar, sərnişin avtobusları, qatarlar, yüngül relsli sistemlər və digər dəmir yolu nəqliyyat vasitələri kimi ictimai nəqliyyat vasitələri bu xüsusiyyəti daşıyır. Müasir dövrdə ictimai nəqliyyatda edilən yeniliklərlə əlaqəli, daha çox şəhər xaricində və xüsusi məqsədlər üçün istifadə olunur.
Avtobus (futbol taktikası)
Avtobus (ing. The bus) və ya "avtobus saxlamaq" (ing. Parking the bus) — futbolda oyun taktikası. == Tarixi == Termin ilk dəfə 2004-cü ildə Joze Mourinyo tərəfindən istifadə olunub.
Avtomen (Korinf çarı)
Avtomen (q.yun. Αὐτομένης) — yunan mifologiyasında personaj. O, Korinf çarı Telestin davamçısıdır.Antik müəllif Pavsani bildirir ki, on iki il hakimiyyətdə olmuş Korinf çarı Telest öz qohumları Aris və Perant tərəfindən öldürülmüşdür. Bundan sonra artıq hakimiyyətdə monarxlar olmamış, burada aristokratik hökumət qurulmuşdur. Buna baxmayaraq, digər antik müəlliflər hakimiyyətin yalnız onun varisi, sadəcə bir il hakimiyyətdə olmuş Avtomendən sonra dəyişdiyini bildirirlər.
Hündür mərtəbəli avtobus
Hündür mərtəbəli avtobus, avtobus və ya trolleybus. Avtobusa girmək üçün bir neçə pilləkən vardir. Midiavtobuslar, mikroavtobuslar, şəhərlərarası avtobuslar, sərnişin avtobusları, qatarlar, yüngül relsli sistemlər və digər dəmir yolu nəqliyyat vasitələri kimi ictimai nəqliyyat vasitələri bu xüsusiyyəti daşıyır. Müasir dövrdə ictimai nəqliyyatda edilən yeniliklərlə əlaqəli, daha çox şəhər xaricində və xüsusi məqsədlər üçün istifadə olunur.
Kaunas avtobus zavodu
Kaunas Avtobus Zavodu (lit. Kauno autobusų gamykla, KAG) — Litvanın Kaunas şəhərində mövcud olmuş avtobus zavodu. == Tarixi == Litvanın paytaxtı olmuş Kaunasda 1930-cı illərdə Amerikan şikətlərinə (Ford, Chevrolet, Autocar və s.) aid şassilər üzərinə avtomobil. İlk əvvəllər bu avtobuslar balaca və primitiv idilər ancaq illər ötdükcə təcrübə artırdı. Artıq dövrünün tələblərinə cavab verə biləcək avtomobillər hazırlanırdı. On illiyin sonunda vaqon tipli avtobuslar Mercedes-Benz dizel mühərriki ilə alman şassiləri əsasında hazırlanmışdır. Bütün işlər əsasən iki müəsisədə gedirdi: "Amerika Litvalıları Səhmdar Cəmiyyəti" təmir emalatxansı və Kaunasın Şansi rayonunun Avtobus parkı emalatxanası. Bu müəssisələrin əsasında isə Kaunas Avtobus zavodu meydana gəlmişdi İkinci dünya müharibəsinin somnlarına yaxın Litvada artıq fəaliyyətdə olan bir dənə də olsun avtobus qalmamışdır. Əhalinin daşınması məqsədi ilə yük maçınlarından istifadə edilir və ya Vermaxtın avtobusları təmir edilərək istifadə edilirdi. Üstəli Şərqi Prussiya ərazisinə reydlər təşkil edilərək burada olan avtobuslar təmir edilərək Litvalıların istifadəsinə verilirdi.
Riqa Avtobus Fabriki
Riqa Avtobus fabriki, RAF (latış. Rīgas Autobusu Fabrika, RAF‎) — Latviyada fəaliyyət göstərmiş mikroavtobus istehsal edən müəssisə. == Tarixi == === Zavodun inşası === 1949-cu ildə "№ 2 Riqa Avtotəmir zavodu" yerində «Riqa avtobus yedəyi zavoduna» çevrilir. Deismanis və Potreki emalatxanaları Terbatas küçəsində yerləşirdi. 1951-ci ildə «Riqa avtomobil təcrübə zavodu» ilə birləşdirilmişdir. === İlk Riqa Avtobusu === 1953-cü ildə 25 ədəd RAF-651 markalı avtobus istehsal edilmişdir. Kapotlu RAF-651 avtobusları ГЗА-651 markalı avtobusların birəbir oxşarı idi. 16 oturacaq yerinə sahib avtobusun ümumi tutumu 25 sərnişin idi. 10 iyun 1954-cü ildə avtonəqliyyat nazirliyi tərəfindən zavod «Riqa peşəkar avtobus zavodu» adlandırılsada artıq 30 sentyabr 1954-ci ildə adı tamamən dəyişdirilərək son adı müəyyənləşdirilir: «Riqa Avtobus Zavodu» (latış. Rīgas Autobusu Fabrika‎).
Rostov Avtobus zavodu
Rostov Avtobus zavodu — Rostov-na-Donu şəhərində yerləşən, iri tutumlu avtobuslar istehsal edən Rusiyaya məxsus müəssisə. == Tarixi == 2007-ci ildə «Krasnı Aksay» zavodunda TaqAZ şirkətinə məxsus böyük tutumlu РоАЗ-5236 model avtobusların istehsalına başlanılmışdır. Model Ukraynaya məxsus VAT Ukravtobusprom tərəfindən ТУР А181 əsasında yığılmışdır. Avtobuslar alman mühərriki olan Deutz, ötürücü qutu və portal körpüsü isə ZF ilə təmin edilmişlər. Avtobuslar yerdən alçaq olub, dörd qapıya sahid idilər. Bunlardan ikisi iki tərəfli olub təkər həlqəsinin yaxınlığında yerləşirdi. Rəng çeşidləri:бежевый (standart),parlaq-sarı (1 avtobus №65,1 avtobus №22),yaşıl (№3 və №49) РоАЗ hədəf olaraq Rusiyanın cənub regionlarının ictimai nəqliyyat tələbanı ödəməməli idi. Onlar ilk növbədə Rostov-na-Donu, Krosnodar diyarı və Soçinin təminatında istifadə edilməli idi. İlk avtobuslar 2008-ci ildə keçirilən Moskva Beynəlxalq Nəqliyyat forumu olan Krokus-Ekspoda iştirak etmişdir. 2010-ci ildə Moskvada Komtrans sərgisində РоАЗ-5236 avtobuslarının üç qapılı variantı nümayiş etdirilmişdir.
Ankara şəhərlərarası avtobus terminalı
Ankara şəhərlərarası avtobus terminalı (türk. Ankara Şehirlerarası Otobüs Terminali) — Ankaranın Yeniməhəllə ilçəsində yerləşən avtobus terminalı. Davamlı dəyişikliklər və təmirə məruz qalan Türkiyənin ən böyük avtobus terminalı, 1995-ci ildən bəri minlərlə avtobus şirkətinə xidmət etmişdir. Terminaldan günlük avtobus səfərləri baş tutur. Ankarayın avtobus terminalı stansiyası da mövcuddur. == Tarixçə == 1 yanvar 1997-ci ilədək Ankara Böyükşəhər Bələdiyyəsi İş və Tərəfdaşlıqlar Baş Müdirliyinə bağlı qalmış, daha sonradan Bugsaş Müdirliyinə bağlanmışdır. Hal-hazırda da Bugsaş Müdirliyinin baş direktoru bu terminaldan məsuliyyət daşıyır. Utarit İzgi, Asım Mutlu, Əsat Suher, Yılmaz Zəngər, Ünal Dəmiraslan və Zühtü Müridoğlu ilə birlikdə memarlıq layihəsi hazırlanmışdır. == Mübahisəli tətbiqlər == Ankara Böyükşəhər Bələdiyyə Başçısı Terminalda özəl avtobusların istifadəsini qadağan etmiş, böyük mübahisəyə səbəb olmuşdur. Lakin, sonradan bu qanunun icrası dayandırılmışdır.
Montqomeri avtobus xətti insidenti
Montgomery avtobus xətti insidenti, Amerika Birləşmiş Ştatlarının Alabama əyalətinin Montgomery şəhərində ictimai nəqliyyatdakı irqi ayrı-seçkilik tədbirlərinin ləğv edilməsini müdafiə edən qaradərili sakinlərin təşkil etmiş olduğu dinc etirazdır. Qarşıdurma 1 dekabr 1955-ci ildən 20 dekabr 1956-cı ilədək davam etmiş və ABŞ Ali Məhkəməsinin nəqliyyatda irqi ayrı-seçkiliyi qanunsuz elan etdiyi qərarı ilə sona çatmışdır. Montgomery qanunlarına görə, zəncilərin ilk dörd sırada oturması qadağan idi, səbəbi isə bu yerlərin “yalnız ağlar” üçün ayrılmış yerlər olması idi. “Yalnız ağlar” üçün nəzərdə tutulan bütün yerlər tutulmuşdusa, arxa cərgələrdə qaralar üçün nəzərdə tutulan yerlərdə oturan qaralar durmalı və bu yeri avtobusdakı ağ rəngli sərnişinlərə vermək məcburiyyətində idilər. Martin Lüter Kinq 1955-ci ildə cənub əyalətlərində ictimai nəqliyyatda ayrı-seçkiliyin təzahürünü belə təsvir etmişdir: Avtobus sürücüləri arasında zəncilər yoxdur və bəzi ağdərili sürücülər nəzakətli olsalar da, ağ dərili sürücülərin həddindən artıq çoxu qaradərililərə qarşı təhqir və söyüşlər həyata keçirdirlər. Avtobusda qara dərililər də bağırdıqca, təbii olaraq səsləri eşidilir: “Qara İnək”, “Zəncilər”, “Qara meymun”. Tez-tez zəncilər girişdə gediş haqqını ödəyirdilər və daha sonra arxa platformadan yenidən avtobusa minmək üçün enməyə məcbur olurdular və çox vaxt zəncilər gediş haqqını götürərək arxa qapıya gəlmədən avtobus tərk edirdilər... Avtobusda “yalnız ağlar üçün” boş yerlər var idi. Avtobusda ağ dərili sərnişinlər olmasa da, yaxud da qaralar çox olsa da, ilk dörd oturacaqda oturmağa icazələri yox idi. Ancaq bu hamısı deyildi.
Qazaxıstanda avtobus yanğını (2018)
Qazaxıstanda avtobus yanğını (rus. Пожар в автобусе в Казахстане) - 2018-ci ilin 18 yanvar tarixində Qazaxıstanın Aqtöbe vilayətində baş vermiş avtobus yanğını. Hadisə nəticəsində 52 Özbəkistan vətəndaşı həlak olub. Qazaxıstan Daxili İşlər Nazirliyinin verdiyi məlumatda bildirilir ki, yerli vaxtla saat 10:30-da baş verən hadisə zamanı beş sərnişin yanan avtobusdan çıxmağa müvəffəq olub.Macarıstan istehsalı olan İkarus avtobusu Aktau ərazisində, Qazaxıstanın Özbəkistanla sərhədi yaxınlığında yerləşən Şimkent şəhəri ilə Rusiyanın Samara şəhərini birləşdirən magistralda hərəkət edirdi. Bu magistral özbəkistanlı fəhlələri Rusiyaya nəqli üçün geniş istifadə edilir.Həlak olan bütün şəxslərin özbək əsilli olduğu bildirilir. 3 özbək və 2 qazax sürücü xilas olmağı bacarıb. Hadisə zamanı yanğın çıxışları kilitləndiyindən faciənin miqyası daha geniş olub.Hələlik yanğının səbəbi məlum deyil, lakin hadisə yerində olan təhqiqatçılar yanğının qısa qapanma nəticəsində baş verdiyini ehtimal edir.Özbəkistan Xarici İşlər Nazirliyi bəyanatında bildirib ki, səfirlik əməkdaşları hadisə yerinə gediblər.Həlak olan şəxslərdən bir çoxunun cəsədi tanınmaz hala düşdüyündən DNA testinin keçirilməsi planlaşdırılır.Qazaxıstan Prezidenti Nursultan Nazarbayev baş vermiş faciə ilə əlaqədar özbəkistanlı həmkarı Şavkat Mirziyayevə baş sağlığı telegramı göndərib. Müxtəlif ölkə rəhbərləri hadisə ilə əlaqədar başsağlı veriblər. Tacikistan,Gürcüstan,Azərbaycan,Belarus, və Türkmənistan prezidentləri baş sağlığı verən ölkələr arasındadır.