Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Avtomatika i telemexanika
"Avtomatika i telemexanika" (rus. Автоматика и телемеханика, ing. Automation and Remote Control; mənası – "Avtomatlaşdırma və telemexanika") — Rusiya Elmlər Akademiyasının Maşınqayırma, Mexanika və İdarəetmə Prosesləri Bölməsi, Rusiya Elmlər Akademiyasının Trapeznikov adına İdarəetmə Problemləri İnstitutu və Rusiya Elmlər Akademiyası İnformasiya Ötürmə Problemləri İnstitutu ilə birlikdə təsis edilmiş Rusiya jurnalı. Jurnal avtomatik idarəetmənin nəzəriyyəsi və texnologiyası sahəsində tədqiqat və inkişafları əks etdirir. Xüsusilə idarəetmə nəzəriyyəsinə həsr olunmuş dünyanın ilk elmi jurnalı plaraq tanınır. Jurnal "Nauka" nəşriyyatı tərəfindən nəşr olunur . Baş redaktoru Rusiya Elmlər Akademiyasının müxbir üzvü Andrey Qalyayevdir. == Tarixi == 1934-cü ildə SSRİ Elmlər Akademiyasının Rəyasət Heyəti akademik Aleksandr Çernışevin rəhbərliyi ilə könüllülük əsasında işləyən Avtomatika və Telemexanika Komissiyası təşkil etmişdir. Onun səyləri ilə 1935-ci ildə Avtomatlaşdırma, Telemexanika və Dispetçerlik üzrə Ümumittifaq Konfransı keçirilmişdir. 1936-cı ilin aprelində yeni jurnalın ilk nömrəsi çap üçün imzalanmışdır.
Avtomatika və telemexanika qurğuları
Avtomatik fəaliyyət göstərən qurğu və sistemləri öyrənən elm və texnika sahəsi avtomatika adlanır. Əgər obyektlərin idarəsi və onların iş fəaliyyətinə nəzarət müəyyən məsafədən yerinə yetirilirsə, bu halda telemexaniki qurğular adlanan xüsusi vasitələrdən istifadə edilir. Telemexanika – rabitə kanalının səmərəli istifadəsində siqnalları xüsusi qayda ilə çevirməklə, obyektlərin müəyyən məsafədən idarəsi və nəzarəti üçün nəzəri və texniki vasitələri öyrənən elm və texnika sahəsidir == Dəmir yolunda istifadə oluunan avtomatik və telemexanik qurğular == Azərbaycan dəmir yolu müasir avtomatik, telemexaniki idarəetmə sistem və qurğuları ilə təchiz edilmişdir. Bu nəqliyyatda böyük bir təsərrüfat sahələri idarə olunur. Buraya müxtəlif istehsal sahələrinin, təsərrüfatlarının, su nəqliyyatı məntəqələrinin, vaqon və lokomotiv təmiri müəssisələrinin, hərəkət tərkibinin və s. mikroprosessorlu avtomatik idarəetmə sistemləri daxildir. Bu gün dəmir yolu kompüter texnikası, teleidarə, telenəzarət, teleölçmə sistemləri, sərnişinlərə avtomatlaşdırılmış xidmət sahələri ilə təmin olunmuşdur. Dəmiryol avtomatlaşdırılmış idarəetmə sistemi bir neçə altisistemləri özündə birləşdirir ki, buraya da çeşidləyici stansiya, daşımanın operativ idarə olunması, elektrik təchizatı və s. aiddir. Bu fəsildə qatarların hərəkətinin tənzimlənməsi, onların stansiya və mənzillərdə təhlükəsizliyini təmin edən avtomatika-telemexanika qurğuları haqqında ümumi məlumat veriləcəkdir.
Azərbaycanın suvarma sistemində avtomatika-telemexanika (film, 1960)
Azərbaycanın suvarma sistemində avtomatika-telemexanika qısametrajlı sənədli filmi rejissor Vladimir Konyagin tərəfindən 1960-cı ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Kinolentdə Azərbaycanın suvarma sistemində avtomatika-telemexanikadan istifadə qaydalarından və ümumiyyətlə texnikanın kənd təsərrüfatının inkişafında əhəmiyyətli rolundan söhbət açılır. == Məzmun == Kinolentdə Azərbaycanın suvarma sistemində avtomatika-telemexanikadan istifadə qaydalarından və ümumiyyətlə texnikanın kənd təsərrüfatının inkişafında əhəmiyyətli rolundan söhbət açılır. == Filmin üzərində işləyənlər == Ssenari müəllifi: A. Yusifov, Nazim Sadıqov Rejissor: Vladimir Konyagin Operator: Vladimir Konyagin == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.