Avtomatika və telemexanika qurğuları
Avtomatik fəaliyyət göstərən qurğu və sistemləri öyrənən elm və texnika sahəsi avtomatika adlanır. Əgər obyektlərin idarəsi və onların iş fəaliyyətinə nəzarət müəyyən məsafədən yerinə yetirilirsə, bu halda telemexaniki qurğular adlanan xüsusi vasitələrdən istifadə edilir.
Telemexanika – rabitə kanalının səmərəli istifadəsində siqnalları xüsusi qayda ilə çevirməklə, obyektlərin müəyyən məsafədən idarəsi və nəzarəti üçün nəzəri və texniki vasitələri öyrənən elm və texnika sahəsidir
== Dəmir yolunda istifadə oluunan avtomatik və telemexanik qurğular ==
Azərbaycan dəmir yolu müasir avtomatik, telemexaniki idarəetmə sistem və qurğuları ilə təchiz edilmişdir. Bu nəqliyyatda böyük bir təsərrüfat sahələri idarə olunur. Buraya müxtəlif istehsal sahələrinin, təsərrüfatlarının, su nəqliyyatı məntəqələrinin, vaqon və lokomotiv təmiri müəssisələrinin, hərəkət tərkibinin və s. mikroprosessorlu avtomatik idarəetmə sistemləri daxildir.
Bu gün dəmir yolu kompüter texnikası, teleidarə, telenəzarət, teleölçmə sistemləri, sərnişinlərə avtomatlaşdırılmış xidmət sahələri ilə təmin olunmuşdur.
Dəmiryol avtomatlaşdırılmış idarəetmə sistemi bir neçə altisistemləri özündə birləşdirir ki, buraya da çeşidləyici stansiya, daşımanın operativ idarə olunması, elektrik təchizatı və s. aiddir.
Bu fəsildə qatarların hərəkətinin tənzimlənməsi, onların stansiya və mənzillərdə təhlükəsizliyini təmin edən avtomatika-telemexanika qurğuları haqqında ümumi məlumat veriləcəkdir.