Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Arqument
Arqument ― yönəldilmə və nəticəçıxarmadan ibarət bir sıra təsdiq cümlələr (mühakimələr). Məişət dilində arqument (sübut) — məntiq mühakiməsi, hansı ki ya ayrıca, ya da digərləri ilə birlikdə müəyyən bir ifadənin (tezisin) həqiqiliyini sübut etmək məqsədilə istifadə olunur. Bir tezisin doğru hesab edilməsi üçün, düzgün məntiqi hökmlərin köməyi ilə tezisi sübut etmək üçün kifayət edən bütün arqumentlər özündə həqiqi məlumatları ehtiva etməlidir.
Aqreman
Aqrement (fr. agrément — təsdiqləmə, razılaşma) — qəbul edən ölkənin hökumətinin müəyyən şəxsi diplomatik nümayəndəliyin başçısı qismində təyinatına razılıq. == Normativ baza == Aqreman razılığı 18 aprel 1961-ci il tarixli "Diplomatik münasibətlər haqqında Vyana Konvensiyası" ilə tənzimlənir. == Ümumi qaydaları == Aqreman sorğusunun edilməsi faktının açıqlanmasına yol verilmir. Çünki sorğuya rədd cavabının aşkarlığı iki ölkə arasında münasibətlərin gərginləşməsinə gətirib çıxara bilər. Əksər hallarda bu razılıq alınır. Lakin qəbul edən dövlətin hökuməti təklif olunan şəxsin qeyri-məqbul olduğunu hesab etsə, rədd cavabı verilə bilər. Bir qayda olaraq, qəbuledilməmə haqda rəsmi eyham da namizəd üzrə təklifin geri çağırılması üçün kifayətdir. Vyana konvensiyası dövlətin aqremandan izahat vermədən imtina etmək hüququnu saxlayır. Razılıq alındıqda namizəd persona qrata, əks hal baş verdikdə persona non qrata kimi qəbul edilir.
Arqument (məntiq)
Arqument ― yönəldilmə və nəticəçıxarmadan ibarət bir sıra təsdiq cümlələr (mühakimələr). Məişət dilində arqument (sübut) — məntiq mühakiməsi, hansı ki ya ayrıca, ya da digərləri ilə birlikdə müəyyən bir ifadənin (tezisin) həqiqiliyini sübut etmək məqsədilə istifadə olunur. Bir tezisin doğru hesab edilməsi üçün, düzgün məntiqi hökmlərin köməyi ilə tezisi sübut etmək üçün kifayət edən bütün arqumentlər özündə həqiqi məlumatları ehtiva etməlidir.
Arqument (dəqiqləşdirmə)
Arqument (lat. argumentum- hekayə,səbəb,mövzu) çoxmənalı termin: Arqument məntiqdə — bir fikri isbat etmək üçün verilən sübut. Arqument riyaziyyatda: Arqument funksiyası müstəqil dəyişəndir. Onun mənasından funksiyanın bütöv mənası aslıdır. Arqument polis polimer dəyənəklərinə verilən rəsmi ad. Arqument (lat. argumentum) — hansısa başqa fikri təsdiq etmək üçün sübutlar.
Ontoloji arqument
Ontoloji arqument və ya Tanrının varlığının ontoloji sübutu — xristian teologiyasında meydana çıxan Tanrının varlığı məsələsi ilə bağlı arqumentlər kateqoriyalarından biri. Ontoloji arqumentləri təsnifatlaşdırmaq üçün dəqiq meyarlar yoxdur, lakin arqumentlər adətən Tanrıya tərif verilməsi ilə başlayır, əsasən aprior səbəblərdən və empirik müşahidələrdən istifadə etməklə onun mövcudluğunun zəruriliyinin xülasəsi ilə bitir. İlk ontoloji arqumentin 1078-ci ildə Anselm Kenterberili tərəfindən “Proslogion” əsərində irəli sürüldüyü hamılıqla qəbul edilir. Anselm Tanrını “ondan daha yaxşısının təsəvvür edilə bilməyəcəyi bir şey” kimi təsvir edərək, onun zehnimizdə mövcud olduğunu iddia edirdi. O təklif edirdi ki, əgər zehnimizdə daha ideal bir varlıq ola bilərsə, o, reallıqda da mövcud olmalıdır. Əgər zehnimizdə mövcuddursa, onda ən yaxşı varlıq bəlkə də şüurda (ağılda) və reallıqda mövcud olanlardan biridir. XVII əsr fransız filosofu Rene Dekart da oxşar arqumentlər irəli sürmüşdür. Dekart öz arqumentlərinin bir neçə versiyasını nəşr etmiş, bunların hər biri Tanrının varlığının ən yüksək mükəmməl varlıq haqqında hər hansı "aydın və fərqli" ideyadan dərhal çıxarıla biləcəyi fikrinə əsaslanır. XVIII əsrin əvvəllərində Qotfrid Leybnits Dekartın ideyalarını genişləndirərək “ali kamil” varlığın tutarlı bir anlayış olduğunu sübut etməyə çalışdı. Digər ontoloji arqumentlər Tanrının varlığına dair formal arqument irəli sürən Kurt Hödeldən gəlir.
Marko Arment
Marko Arment (11 iyun 1982, Kolumbus) – amerikalı mobil aplikasiya yaradıcısı, proqramçı. O həm də texnoloji sahədə müxtəlif saytlar və bloqlarda yazılar yazır. Böyük sosial şəbəkələrdən olan Tumblr-ın yaradıcılarından biridir. Bundan əlavə Instapaper və podkast platforması olan Overkastın da yaradıcısıdır. == Təhsili == Arment 2004-cü ildə Pensilvaniya ştatındakı Midlind şəhərində yerləşən Allegeyni kollecini kompüter elmləri ixtisası üzrə bitirib. == Karyera == Arment nəhəng sosial şəbəkələrindən olan Tumblr proqramının əsas yaradıcı və təkmilləşdirici iki şəxsindən biridir. O, 2007–10 illəri arasında burada baş texnoloji direktor (CTO) vəzifəsində işləmişdir. O, 2010-cu ildə buradan ayrılaraq yaratdığı digər bir proqram olan Instapaper-in üzərində kökləndi.Instapaper maraqlandığın veb-saytları, məqalələri yadda saxlayır və münasib vaxtda sonradan oxumağını təmin edir. O lakin bu layihəni 2013-cü ildə Betaworks şirkətinə satmışdır. 2006-cı ildə şəxsi bloqu olan Marco.org saytını yaratmışdır.