Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sadovıy (Xaybulla)
Sadovıy kəndi (başq. Садовый) - Rusiyanın Başqırdıstan Respublikası Xaybulla rayonu Akyar kənd sovetliyinə daxil olan kənd. == Əhali == 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Sadovıy kəndinin milli tərkibi: başqırdlar 77 % == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Akyar): 6 km., kənd sovetliyindən (Akyar): 6 km ən yaxın dəmiryol stansiyasından (Sara stansiyası): 64 km.Tanalık çayının sahilində yerləşir. == İstinadlar == == Mənbə == Başqırdıstan Respublikası Bələdiyyələr Şurası.
Adonis
Adonis (yun. Άδωνις)- Qədim Yunanıstanda və Finikiyada bitki və bərəkət tanrısı. Adonis təbiətin hər il canlanması ilə bağlıdır. Adonisə sitayiş e.ə. 2-ci minillikdən məlumdur. Aralıq dənizin dəki Finikiya koloniyalarında, sonradan Qədim Yunanıstanda, Babilistan, Suriya, Misir, Kipr və Lesbosda da yayılmışdır. Yunan mifologiyasına görə, Afroditanın sevgilisi idi. Rəvayətə görə, Adonisi qısqanc Artemidanın göndərdiyi çöldonuzu öldürmüşdür. Başqa bir rəvayətə görə, Apollon, oğlunun gözlərini çıxaran Afroditadan qisas almaq üçün Adonisi öldürmüşdür. Adonisə sitayişin xristianlığa təsiri olmuşdur.
Bazovıy
Bazovıy — Şimal Torpağına daxil olan ada. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır rayonu ərazisinə daxildir. == Coğrafiyası == Kara dənizində, Oktyabr İnqilabı adasında yerləşən Jiloy yarımadasından 500 metr qərbdə yerləşir. Ətrafında kiçik adalar vardır: Obmannıy adası 1,5 km cənub-şərqdə, Zabor adası 2 km şimal-qərbdə və Kolosov adaları 2,7 km qərbdə yerləşir. == Xüsusiyyətləri == Cənub-qərbdən şimal-şərqə uzanışdır. Burada uzunluq 850 metrdir. Sahilləri alçaqdır. Adada hansısa hündürlük yoxdur. Ada alcaqboylu otlarla örtülü olur.
Adaviyə Əfəndiyeva
Adaviyə Əfəndiyeva (krımtat. Adaviye Efendiyeva, Адавие Эфендиева; 1879, Evpatoriya, Tavriya quberniyası[d] – 1944, Səmərqənd) — Krım tatarı olan örnek toxuculuq ustası və sənətçisi. == Həyatı == Adaviyə Əfəndiyeva 1879-cu ildə Evpatoriyada anadan olmuşdur. Erkən yaşlardan etibarən nənəsindən naxış və toxuculuq sənəti öyrənmişdir. Maşın naxışı üçün ilk dəfə 12 yaşında fəaliyyətə başlamışdır. 4 il sonra atası özünə toxuma dəzgahı aldı və qızının təhsili üçün ona toxuma ustası tutdu. Ardından ustalaşan Adaviye Əfəndiyeva toxuma müəllimi oldu. 1937-ci ilə qədər toxuculuqla 500-dən çox bəzək əşyası yaratdı. 1944-cü ildə Krım tatar sürgünü zamanı Səmərqənddə həyatını itirdi. Sürgündə həyatını itirən Adaviyə Əfəndiyeva krım tatarları tərəfində təəccüblə qarşılanmışdı.
Adonis (bitki)
Xoruzgülü və ya dağçiçəyi (lat. Adonis) — qaymaqçiçəklilər fəsiləsindən bitki cinsi. Bir və ya çoxillik ot bitkisidir. Yarpaqları çox bölümlüdür. 20-dək, Azərbaycanda 5 növü məlumdur. Zəhərli olduğundan heyvanlar yemir. Ən çox yayılanı bahar xoruzgülüdür (Adonis vernalis). Otunun və çiçəyinin sulu cövhərindən ürək və ürək-damar nevrozlarında istifadə olunur. == Növləri == Adonis aestivalis L. — Yay xoruzgülü Adonis amurensis Regel & Radde — Amur xoruzgülü Adonis annua L. — Payız xoruzgülü [syn. Adonis autumnalis L.] [syn.
Adonis (şair)
Əli Əhməd Səid Əsbər (ərəb. علي أحمد سعيد إسبر‎‎; 1 yanvar 1930[…]) — Əsl adı Əli Əhməd Səid Əsbər olan hal-hazırda dünyanın yaşayan ən yaxşı ərəb şairlərindən biri, publisisti olan Adonis 1930-cu ildə işığı, məktəbi, yolu olmayan Suriyanın yoxsul Qəssabin kəndində, şiə təriqətli bir ailədə doğulmuşdur. Həyatının böyük hissəsini Livan və Fransada keçirən Adonis əsərlərini doğma ərəb dilində yazır, 20-dən artıq kitabın müəllifidir və “Yeni poeziya” hərəkatının öndə gedən nümayəndələrindən biri hesab olunur. == Həyatı və təhsili == Adonis, uşaq yaşlarından tarlada çalışmış, bununla yanaşı atası onu şeirlər əzbərləməyə həvəsləndirmiş və beləliklə, o öz şeirlərini yazmağa başlamışdır. Bu dövrdə onun əldə etdiyi bilik ərəb şeiri vurğunu olan atasınınn ona öyrətdiyi şeirlər və Quran bilgisiydi. Tarlada işlədiyi vaxtdan əlavə kənddə, böyük bir ağacın ətrafına toplaşan uşaqlara qoşularaq onlarla birlikdə ərəbcə yazmağı öyrənirdi. Bir gün yenicə müstəqillik qazanmış Suriyanın ilk prezidenti Şükrü əl-Qüvvətlinin kəndlərinə gələcəyini öyrəndikdə ona bir şeir yazmağı və onun qarşısında oxumağı, şeirini bəyənən Qüvvətlinin “oğlum, sənin üçün nə edə bilərəm?” deməyini xəyal etdi. Adonisin bu xəyalı ən bəsit filmlərdə olduğu kimi reallaşdı. Suriyanın türk əsilli prezidenti qarşısında öz yazdığı şeirini oxuyan 12 yaşlı oğlanı prezident, çox bəyəndi. Prezidentin “sənin üçün nə edə bilərəm?” sualına “oxumaq istəyirəm” cavabını verən Əli Əhməd Səid Əsbərin bundan sonrakı həyatı dəyişir.
Adonis aestivalis
Yay xoruzgülü (lat. Adonis aestivalis) — qaymaqçiçəyikimilər fəsiləsinin xoruzgülü cinsinə aid bitki növü.
Adonis alpina
Adonis pyrenaica (lat. Adonis pyrenaica) — qaymaqçiçəyikimilər fəsiləsinin xoruzgülü cinsinə aid bitki növü.
Adonis amurensis
Amur xoruzgülü (lat. Adonis amurensis) — qaymaqçiçəyikimilər fəsiləsinin xoruzgülü cinsinə aid bitki növü.
Adonis apennina
Adonis pyrenaica (lat. Adonis pyrenaica) — qaymaqçiçəyikimilər fəsiləsinin xoruzgülü cinsinə aid bitki növü.
Adonis chrysocyathus
Qızılı xoruzgülü (lat. Adonis chrysocyatha) — qaymaqçiçəyikimilər fəsiləsinin xoruzgülü cinsinə aid bitki növü.
Adonis flammea
Alovlu xoruzgülü (lat. Adonis flammea) — qaymaqçiçəyikimilər fəsiləsinin xoruzgülü cinsinə aid bitki növü.
Adonis parviflora
Bahar xoruzgülü (lat. Adonis vernalis) — qaymaqçiçəyikimilər fəsiləsinin xoruzgülü cinsinə aid bitki növü. (Dərman xoruzgülü, qaradağlı, dərman bahargülü, xoruzgülü, ağ hərif, pörtmə otu, dovşan laləsi, tüklü, xovlu, liflicə, dovşan laləsi, ovçu otu) == Botaniki xarakteristikası == Çoxillik ot bitkisidir. Kökümsovları qısa, tünd-qəhvəyi olub, sıxtükcüklü kökləri vardır. Gövdəsinin hündürlüyü 20-50 sm, budaqlanan, bəzən sadə, yan budaqları əsas gövdədən inkişaf edir. Gövdənin aşağı hissəsində qoltuq tumurcuqlarının pulcuqları vardır. Gövdənin yuxarı hissəsində oturaq yaşıl yarpaqlar, güclü şaqqalanmış çox kiçik (1 mm-ə qədər) yarpaqcıqları vardır. Gövdəsinin qurtaracağında iri çiçəkləri (diametri 2-7 sm) vardır. Kasayarpağı 5, yaşıl, bəzən çəhrayı və ya qəhvəyi çalarlı olmaqla, azacıq tükcüklüdür. Birtoxumlu mürəkkəb meyvələrdən ibarətdər.
Adonis pyrenaica
Adonis pyrenaica (lat. Adonis pyrenaica) — qaymaqçiçəyikimilər fəsiləsinin xoruzgülü cinsinə aid bitki növü.
Adonis sibirica
Sibir xoruzgülü (lat. Adonis sibirica) — qaymaqçiçəyikimilər fəsiləsinin xoruzgülü cinsinə aid bitki növü. == Sinonimləri == Sibir xoruzgülünün sinonimləri aşağıdakılardır: : Adonanthe apennina (L.) Sennikov Adonanthe sibirica (Patrin ex DC.) Spach Adonis apennina var. dahurica Ledeb. Adonis apennina var. sibirica (Patrin ex DC.) Ledeb. Adonis apennina subsp. sibirica (Patrin ex DC.) Korsh. Adonis ircutiana Fisch. ex DC. Adonis sibirica Patrin ex Ledeb.
Adonis turkestanica
Türküstan xoruzgülü (lat. Adonis turkestanica) — qaymaqçiçəyikimilər fəsiləsinin xoruzgülü cinsinə aid bitki növü.
Adonis vernalis
Bahar xoruzgülü (lat. Adonis vernalis) — qaymaqçiçəyikimilər fəsiləsinin xoruzgülü cinsinə aid bitki növü. (Dərman xoruzgülü, qaradağlı, dərman bahargülü, xoruzgülü, ağ hərif, pörtmə otu, dovşan laləsi, tüklü, xovlu, liflicə, dovşan laləsi, ovçu otu) == Botaniki xarakteristikası == Çoxillik ot bitkisidir. Kökümsovları qısa, tünd-qəhvəyi olub, sıxtükcüklü kökləri vardır. Gövdəsinin hündürlüyü 20-50 sm, budaqlanan, bəzən sadə, yan budaqları əsas gövdədən inkişaf edir. Gövdənin aşağı hissəsində qoltuq tumurcuqlarının pulcuqları vardır. Gövdənin yuxarı hissəsində oturaq yaşıl yarpaqlar, güclü şaqqalanmış çox kiçik (1 mm-ə qədər) yarpaqcıqları vardır. Gövdəsinin qurtaracağında iri çiçəkləri (diametri 2-7 sm) vardır. Kasayarpağı 5, yaşıl, bəzən çəhrayı və ya qəhvəyi çalarlı olmaqla, azacıq tükcüklüdür. Birtoxumlu mürəkkəb meyvələrdən ibarətdər.
Adonis wolgensis
Volqa xoruzgülü (lat. Adonis volgensis) — qaymaqçiçəyikimilər fəsiləsinin xoruzgülü cinsinə aid bitki növü.
Ana Radoviç
Ana Radoviç (21 avqust 1986, Sarayevo) — Monteneqronu təmsil edən həndbolçu. == Karyerası == Ana Radoviç Monteneqro yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasına 26:24 hesabı ilə məğlub olan Monteneqro yığması, London Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı.
Novıy Oskol
Novıy Oskol — Rusiya Federasiyasında yerləşən şəhər Belqorod vilayətinə daxildir
Novıy adası
Novıy adası — Şimal Torpağı arxipelaqı ərazisinə daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. == Yerləşməsi == Laptevlər dənizini ərazisində, Bolşevik adasının şimal-şərqində, Zakrıtaya buxtasının şimal-şərqində, Pyatiuqlovka çayının mənsəbində yerləşir. Novıy adasınln şərqində Lavrov adası, cənub-şərqdə isə adsız ada yerləşir. Şərqdən qərbə doğru uzanır. Səthi hamardır. Yüksəklik yoxdur.
Novıy mir (qəzet)
Novıy mir — Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakıda nəşr olunan gündəlik leqal bolşevik qəzeti. == Tarixi == İlk nömrəsi 1919-cu il dekabrın 7-də, sonuncusu (59-cu) 1920-ci il fevralın 21-də çıxmışdır. Qəzetdə Azərbaycanda, Sovet Rusiyasında baş verən hadisələr, Azərbaycanın siyasi və iqtisadi vəziyyəti, fəhlə konfransının fəaliyyəti, kollektiv müqavilə uğrunda mübarizə və s. məsələlər işıqlandırılmış, Rusiya Sovet Federativ Sosialist Respublikası hökumətinin başçısı V.İ.Leninin çıxış və məqalələri dərc edilmişdir. "Azərbaycan hökumətinə qarşı mütəmadi çıxışlarına" və "hökumət əleyhinə təbliğatına" görə qəzet Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti tərəfindən bağlanmışdır. Aprel işğalı (1920) ərəfəsində (aprelin 24-də) qəzetin 60-cı nömrəsi Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının Mərkəzi Komitəsi və Bakı Komitəsinin orqanı kimi gizli çıxarılmışdır. Dövlətin əleyhinə yönəlmiş qəzetin bu sayı, hökumətə qarşı silahlı üsyana hazırlığa həsr olunmuş, əhalini sovet hakimiyyəti uğrunda döyüşə çağırmışdır.