Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Akan dili
Akan dili – akanların dillərindən biridir. Mərkəzi və Cənubi Qanada yayılmışdır. Bu dildə 7 milyondan artıq adam danışır. Akan Dili kva dillərinin tano qolunun mərkəzi qrupuna aiddir və qohum abron dili ilə birlikdə akan yarımqrupunu təşkil edir. Daha geniş mənada "Akan" termini elmi ədəbiyyatda tano qolunun ümumi adı kimi işlədilmişdir və bu, hazırda akan xalqlarının adında saxlanılmaqdadır. Bu termindən çvi birliyinin adı kimi də istifadə olunmuşdur. Akan Dilindəki sait səslərə yüksəkliyinə görə çarpazlaşmış tipli ahəngdarlıq xasdır. Arxa damaq samitinin olmaması və ön palatal samitlərin (ky, gy, hy) dodaqlanan cütlüklərlə (tw, dw, hw) mövcud- luğu bu dil üçün səciyyəvidir. Akan Dilində qrammatik və leksik əhəmiyyətli 2 yumşaq ahəng var. Adlar tək və cəm kateqoriyalara ayrılır.
Akan qalası
Akan qalası – Kəlbəcər rayonunun Həsənriz kəndi ərazisində yerləşən tarix-memarlıq abidəsi. Qala divarları daxilində müxtəlif dövrlərə aid, kobud yonulmuş daşlardan tikilmiş tikililərin, o cümlədən tağtavanlı binanın qalıqları və məzar daşları qalmışdır. == Təsviri == Saxlanmış divar qalıqlarından görünür ki, böyük ərazini əhatə edən Akan qalası ərazinin müdafiə sistemində mühüm rol oynamışdır. Qala, Həsənriz kəndindən şimal-şərqdə, böyük dağın ətəyində, Akan çayının sahilində, iki tərəfdən dərin yamaclarla əhatə olunmuş əlçatmaz ərazidə yerləşir. Qala divarları daxilində müxtəlif dövrlərə aid, kobud yonulmuş daşlardan tikilmiş tikililərin, o cümlədən tağtavanlı binanın qalıqları və məzar daşları qalmışdır. Qalanın şimal-şərq hissəsində yerlşən gizli yeraltı yol, çayın kənarında kərpicdən tikilmiş dörd zallı hamam binasına aparır. Hamamın divarlarında üfüqi yerləşdirilmiş keramik borulaq qalmışdır. Onlardan biri 11, digəri 7 sm diametrə, ümumilikdə 36 sm uzunluğa malikdir. Ehtimal ki, borular istixanadan su verilməsi üçün istifadə olunmuşdur. == İstinadlar == == Ədəbiyyat == Мкртчян, Ш.М, Историко-Архитектурные Памятники Нагорного Карабаха, Ереван, 1989 Бархударян, С. Свод армянских надписей, вып.
Tarık Akan
Tarık Akan (13 oktyabr 1949, İstanbul – 16 sentyabr 2016[…], İstanbul) — Türk kino aktyoru. == Həyatı == Əsl adı Tarık Tahsin Üregül olan aktyor 13 oktyabr 1949-cu ildə anadan olmuşdur. == Karyerası == Aktyor karyerası boyu 111 film və 4 serialda rol almışdır. İlk dəfə 1971-ci ildə "Solan bir yarpaq kimi" filmində çəkişlimdir. Daha sonra aktyor "Yeşilçam"ın ən yaraşıqlı aktyoru kimi məşhurlaşmışdır. "Mavi Boncuk", "Sev Kardeşim" və "Hababam sinfi" kimi filmlərdə canlandırdığı rolları ilə türk filminin unudulmaz adlarından biri olub. Tarık Akan 1970-ci ildə "Ses" jurnalının seçmələrinə qatılır və birinci yere çıxır. Yaradıcılığının ilk illərində Fatma Girik, Filiz Akın, Türkan Şoray, Hülya Koçyiğit kimi aktirisalarla filmlərə çəkilir. Tarık Akanın meşhur rejissor Ertem Eğilmezlə tanışlığı onun həyatında yeni səhifə olur. 1971-ci ildə Hülya Koçyiğitlə oynadığı "Beyoğlu gözəli" filmi Tarık Akanın Ertem Eğilmezlə ilk filmi olur.
Akan dilləri
Akan dilləri — Akan xalqının dilləri. Kva dil qrupunun bir hissəsidir. Mərkəzi və cənub Qanada yayılmışdır. Natiqlərin sayı 8 milyona yaxındır (1995-ci ilin məlumatı). Əvvəllər "akan" termini elmi ədəbiyyatda və daha geniş mənada indiki akan xalqlarının adında qorunan kva linqvistik icmasının tano (Volta-Komoe) qolunu təyin etmək üçün istifadə olunurdu. Digər tərəfdən, "akan" termini də "çvi" icmasını, "çvi" isə əksinə, bütün çvi-fanti klasterini təyin etmək üçün istifadə edilmişdir. == Əlavə ədəbiyyat == Christaller J. A grammar of the Asante and Fante language called Tshi. Basel, 1875; Попов В. А. Язык чви (тви) в современной Гане // Народы Азии и Африки. 1983, № 6; Dakubu K.M.E., Esther M. (eds.) The Languages of Ghana. New York, 1988; Dolphyne F.A. The Akan (Twi-Fante) Language.
AKAK
Qafqaz Arxeoqrafiya Komissiyasının Aktları (QAKA) (rus. А́кты Кавка́зской археографи́ческой коми́ссии (АКАК)) — Qafqaz Canişini Baş İdarəsi arxivindən əldə edilmiş sənədlərin rəsmi nəşri. == Nəşrin içindəçilər == Aktlar 12 cilddən ibarətdir (VI cild 2 hissədə olmaqla).
Aban
Aban – qədim türk mənşəli tayfanın adıdır. Aban sözünün e.ə. VII əsrdə sakların tərkibində qarqarlarla yanaşı gəlmiş tayfanın adı olması elmi ədəbiyyatda diqqət mərkəzinə çəkilir Qarqarların şimal-qərbi Albaniyada hələ qədim dövrdən məskunlaşması barədə e.ə. 65-ci ildə Pompeyin Albaniyaya yürüşü haqqında məlumat verən antik tarixçilər qeyd etmişlər. Onların əsərlərində Albaniya ərazisindəki Avant çayı və onun yaxınlığında Abant əyalətinin olması (Plutarx, Pompey, Dion Kassiy) göstərilmişdir. Moisey Kalankatlı Albaniyada Abant adında iki yaşayış məntəqəsinin olduğunu bildirmişdir. Q. Qeybullayev yuxarıda qeyd olunan məlumatlara və digər faktlara istinadla belə bir qənatə gəlir ki, Abant/Avant adları abant tayfasının adı ilə bağlıdır və onlar qarqarlarla birgə bu əraziyə gəlmişlər == Aban sözü ilə bağlı coğrafi adlar == Abant tayfalarının Azərbaycan və Ermənistan ərazisində məskunlaşma tarixi çox qədimdir. Tayfanın dəqiq adı çox güman ki, aban olmuşdur. Sözün sonundakı t səsi cəmlik bildirən –at şəkilçisinin qalığı ola bilər. Ermənistan ərazisində əsasında aban tayfasının adı duran toponimlər qeydə alınmışdır.
Afan
Afan — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Afan Saatlı rayonunda kənd, Mil düzündədir. Rayonun Novruzlu kəndindən çıxmış yeddi ailə tərəfindən Afan adlanan yerdə salınmış bu kənd əvvəllər Təzə Novruzlu, Yeddievlər, Gəlmələr də adlanırdı. Azərbaycan dilinin dialektlərində afan "zəif, gücsüz" mənasında işlənir. Toponim "gücsüz yer" mənasını ifadə edir.
Akaa
Akaa — Finlandiyada şəhər.
Akar
Makartur evkalipti (lat. Eucalyptus macarthurii) — mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü. == Təbii yayılması == Növün nümayəndələri Uels ştatının Cənub-şərq hissəsində, Şimali-Şərqi Avstraliyada dəniz səviyyəsindən 600-700 m hündürlükdə yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 45 m-ə çatan, şaxələnmiş, sıx çətirli ağacdır. Qabığı kobud, bəzən pulcuqvari, sınan, yaşlılarda çox qalın və dərin şırımlı, qopub töküləndir. Cavan yarpaqları qarşı-qarşıya düzülüşlü, oturaq, neştərvari, açıq yaşıl rəngli, uzunluğu 2,5-8,5 sm, eni 1-4,5 sm, açıq yaşıl, bəzən göyümtüldür. Çoxillik yarpaqları növbəli, parlaq, saplaqlı, ensiz-neştərvari və ya oraqvari olub, uzunluğu 9-30 sm, eni 1-2,5 sm-ə çatır, qısa, ucu bizdir. Çiçək çətirləri 4-8 çiçəkli olmaqla qoltuqda yerləşir, çiçək saplaqları 5-12 mm uzunluqda, yumru və ya bir az künclü, qönçələri oturaq, silindrik və ya yumurtavari olub, uzunluğu 10 mm, diametri 5 mm, parlaq, künclü, konusvari qapaqlı, uzunluğuna görə kasacıq borucuğuna bərabərdir. Meyvələri ayaqda, yarımşarşəkilli olub, uzunluğu 5 mm, diametri 6 mm, xırda diskli və 3-4 qısa, qabarıq laylıdır. Abşeronda aprel-iyul aylarında çiçəkləyir.
Aken
Aken (q.misir Jqn "qoruyucu") — Qədim Misir tanrısı. Ölülərin ruhlarını Meseket qayığı ilə çaydan keçərək yeraltı dünyasına daşıyan qədim Misir tanrısı. Qədim Misir mifologiyasına görə, axirət dünyası, Duatın ümumi sahəsindən (sadə insanlar üçün) və daha əlverişli "İalu"dan (müqəddəslər və seçilmişlər üçün olan hissə) ibarət idi. "Aken"in meydana çıxmasından sonra Anubis sadəcə olaraq balzamlama tanrısı oldu və Osiris yeraltı dünyasının kralı olsa da, yalnız İalu bölgəsi onun nəzarətində idi. Beləliklə, Aken bütün Duatı idarə edir. == Təsviri == Aken adətən qayığın arxa tərəfində dayanan və sükanı idarə edən qoç başlı bir adam kimi təsvir edilirdi. Onun adı ilk dəfə məşhur Ölülər Kitabında çəkilir . Orada o, günəş tanrısı Raya "Şen halqasını" gətirərək, Ranın göy qabığının qoruyucusu" kimi istiqamətləndirdi. O, həmçinin padşah Seti I məzarında təsvir olunduğu kimi tanrıların və cinlərin "zamanın ipini" çəkdiyi "zamanın ağzı" kimi təsvir edilmişdir. Onun ibadətinin əsas mərkəzi İsna (Letopolis) şəhəri idi.
Akon
Eykon (16 aprel 1973, Sent-Luis, ABŞ) — Seneqal əsilli amerikalı müğənni, prodüser və iş adamı. == Diskoqrafiya == Trouble (2004) Konvicted (2006) Freedom (2008) El Negreeto (2019) == Turlar == Dar Es Salaam, Tanzania One-off Concert (2006).
Akın
Akın — qazax, qırğız və bəzi başqa xalqlarda el şairi və nəğməkarı. Akınlar mahnılarını çalğı aləti dombranın müşaiyəti ilə ifa edirlər. Qazax akını Cambul Cabayevin (1846–1945), qızğız akını Toktoqul Satılqanovun (1864–1939) adı və əsərləri məşhurdur. Bu akınlar xalq akını adı almışdır. Hazırda peşəkar şairlərə də akın deyirlər.
Alan
Alan — ad. Bu adı olan tanınmış şəxslər Alan Corc Lafley — Procter & Gamble şirkətinin indiki rəhbəri. Alan Arkin — amerika kinoaktyoru."Oskar" mükafatına layiq görülüb. Alan Türinq — ingilis riyaziyyatçısı, məntiqçi və kriptoqrafı. Yaşayış məntəqələri Alan (Kürdüstan) — Alan (Sərab) — Alaniya — Müasir Rusiya federasiyası ərazisində yerləşən qədim vilayətlərdən birinin adı.
Alkan
Alkanlar (Doymuş karbohidrogenlər və ya Parafinlər) — yalnız karbon (C) və hidrogen (H) elementlərindən təşkil olunmuş və CnH2n+2 formuluna cavab verən doymuş karbohidrogenlərdir. Məsələn bir karbonu olan metanın formulu CH4 Alkanlardan bir hidrogen çıxarılması ilə əldə edilən grupa alkil grupu (radikal qrup) deyilir ve 'R' ilə göstərilir. Məsələn metandan bir hidrogen çıxarılırsa metil (CH3), etandan bir hidrogen çıxarılırsa etil (C2H5) əldə edilir. Bu molekullar daha bir rabitə yaradaraq karbohidrogen zəncirinə bağlanır. CnH2n+2 kimi yazılır. Alkanların şaxələnməsi üçün, formuldakı n ədədi 3-dən böyük (n>3), halqalı (tsiklo) halında ola bilməsi üçünsə 2-dən böyük olmalıdır (n>2). == Alkanlarda izomerlik == Üç karbondan artıq karbonu olan alkanlarda izomerilik xüsusiyyəti vardır. Ən sadə izomer, şaxələnməmiş olan normal (n-) izomerdir. Bu izomer şaxələnərək çox saylı izomerlər yarada bilər. Karbonun sayı artdıqca şaxələnmə növü və sayı artdığından izomer sayı da artar.
Aqan
Aqan (rus. Аган) — Rusiyanın Tümen vilayətində çay. Tromqeyan çayının (Obun qolu) sol qoludur. Uzunluğu 544 kilometr, hövzəsinin sahəsi isə 32,200 km2-dir. Pur çayı ilə Ob çayının sağ qolları hövzələrinin bataqlığı suayırıcısından başlanır. Qərbi Sibir düzənliyinin mərkəzi hissəsi ilə axır. Suyunu, əsasən, qar və yağışdan alır. Oktyabrın axırlarından maya qədər donmuş olur.
Aran
Aran bölgəsi — Azərbaycanda coğrafi bölgə. Aran (Yevlax) — Azərbaycanın Yevlax rayonunda qəsəbə. Aran (Ağcabədi) — Azərbaycanın Ağcabədi rayonunda kənd. Aran (Lerik) — Azərbaycanın Lerik rayonunda kənd. Aran (Şəki) — Azərbaycanın Şəki rayonunda kənd. Aran (Tovuz) — Azərbaycanın Tovuz rayonunda kənd. Aran (Qırxbulaq) — Azərbaycanın Qırxbulaq nahiyəsində kənd. Aran (film, 1985) — Aran bölgəsi haqqında 1985-ci ildə çəkilmiş qısametrajlı sənədli film. Aran iqtisadi rayonu — Azərbaycan Respublikasının şərti iqtisadi rayonlarından biri. == Həmçinin bax == Aranlı Arançı Aranilər Arran Arran – Qafqaz Albaniyasının yarıəfsanəvi hökmdarı.
Atan
Atan — Tiflis quberniyasının Loru-Borçalı qəzasında, indi Allahverdi (Tumanyan) rayonunda kənd.
Avan
Avan (Ermənistan)
Ayan
Ayan — qadın adı. Ayan Mirqasımova — Azərbaycan teatr və kino aktrisası. Ayan Məmmədova — Azərbaycanlı sərbəst güləşçisi. Ayan Babakişiyeva — Azərbaycan müğənnisi. Ayan Allahverdiyeva — azərbaycanlı şahmatçı. Yaşayış məntəqələri Ayan (Salmas) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. Digər Ayan Palace — Azərbaycan Respublikasının Tovuz rayonunda yerləşən hotel.
Azan
Azan və ya əzan — kişi və qadının gündəlik vacib namazlardan qabaq azan deməsi müstəhəbdir. Digər vacib və müstəhəbb namazlar üçün isə, azan və iqamə şəri qanun deyildir, amma camaatla qılınan Fitr və Qurban bayramı namazlarından əvvəl üç dəfə "Əs-saləh" demək müstəhəbdir. == Deyilişi və tərcüməsi == === Şiəlikdə azan: === Şiə müsəlmanlar azan oxunarkən "Əşhədu ənnə Muhəmmədən rasulullah!"-dan sonra 2 dəfə "Əşhədu ənnə Əmirəl mömininən Əliyyən vəliyullah" (Şəhadət verirəm ki, Əli Allahın vəlisidir) oxumağı yaxşı hesab edirlər. === Əhli-sünnədə azan: === == Şəriət hökmləri == Kişi və qadın üçün müstəhəbdir ki, gündəlik namazlardan əvvəl azan və iqamə desinlər, amma Fitir və Qurban bayramı namazlarından qabaq müstəhəbdir ki, üç dəfə "əs-səlat", sair vacib namazlarda isə üç dəfə "əs-səlat" rəca niyyəti ilə deyilsin. Müstəhəbdir ki, uşağın dünyaya gəldiyi ilk gündə, yaxud göbəyi düşməzdən əvvəl sağ qulağına azanı, sol qulağına isə iqaməni desinlər. Azan və iqamənin cümlələri arasında çox zaman fasiləsi olmamalıdır. Əgər onların arasında adi qaydadan artıq fasilə düşsə, yenidən demək lazımdır. Əgər azan və iqamədə səs boğaza salınıb qina (yəni, toy məclislərində oxunan avazlar kimi) olsa haram və batildir, amma əgər qina olmasa, məkruhdur. Əvvəlki namazla qılınan (ikinci) namazın azanı saqit olur. İstər o namazı əvvəlki namazla birlikdə qılmaq müstəhəb olsun, istərsə də olmasın.
Ağan
Aşan
Aşan (Marağa) — İranda kənd. Aşan — Xocavənd rayonunun inzibati ərazi vahidində kənd. Aşandağ — Xocavənd rayonu ərazisində dağ.
Hakan
Hakan — türk kişi adı. Hakan Çalhanoğlu — İtaliya A Seriyası təmsilçilərindən olan İnter Milan klubunda çıxış edən Türkiyəli peşəkar futbolçu Hakan Şükür — Türkiyə futbolçusu, milliyyətcə albandır. Hakan Boyav — Türkiyəli aktyor. Hakan Fidan — Türk hərbçisi, bürokrat və Milli İstihbarat Təşkilatı (MIT) rəhbəri. Hakan Erol — Azərbaycan əsilli Türkiyəli bəstəkar və aranjimançı. Hakan Utangaç — Pentagram qrupunu qurmuşdur. Hakan Ünsal — Türkiyə milli futbol komandasının və Qalatasaray klubunun sabiq oyunçusu. Hakan Günday — Türk yazıçıdır. Hakan Peker — Türk rəqqas, bəstəkar, müğənni və musiqi prodüseridir. Hakan Yavuz — türkiyəli siyasi elmlər üzrə mütəxəsis və tarixçi.
Okan
Okan — ad. Okan Buruq — futbolçu, futbol məşqçisi. Okan Yeşilot — tarixçi. Okan xan — türk və altay mifologiyasında sülh ilahı.
Kan kan
Kan kan (fr. cancan) — yüksək enerjili, fiziki cəhətdən tələbkar rəqs. 1840-cı illərdə məşhur musiqi-zal rəqsi olmuş, bu günə qədər fransız kabaresində populyarlığını davam etdirir. Əvvəlcə cütlər tərəfindən rəqs edilirdi, indi ənənəvi olaraq qadın rəqqasların xor xətti ilə əlaqələndirilir. Rəqsin əsas xüsusiyyətləri yüksək ayaq hərəkətləri, şpaqat ilə birlikdə ətəklərin güclü manipulyasiyasıdır.