Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Artist
İncəsənət xadimi, artist və ya sənətçi — musiqi, dramaturgiya əsərləri, teatr tamaşaları, bədii filmlər, sənət məsələlərinə dair elmi əsərlər yaradan və incəsənətin inkişafında, habelə sənətkar kadrların hazırlanmasında və tərbiyə edilməsində xidmətləri olan bəstəkarlıqla, rejissorluqla, dirijorluqla, dramaturqluqla, ssenaristliklə, kinooperatorlıqla, sənətşünaslıqla və ədəbiyyatşünaslıqla məşğul olan şəxsdir.
Artist (film)
2011-ci ildə rejissor Mişel Hazanaviçus yenidən səssiz ağ-qara filmə qayıdır və növbəti ildə 5 Oskar mükafatı qazanır – o cümlədən ən yaxşı rejissor və ən yaxşı aktyor nominasiyaları üzrə. Bundan əlavə The Artist 3 Qızıl Qlobus mükafatı, 7 BAFTA mükafatı, 6 Sezar mükafatı və 1 Kann kinofestivalı mükafatı qazanır. Film doğrudan da möhtəşəm alınır və hər hansı bir rejissorun 2011-ci ildə bu cür sadə bir ssenarili səssiz ağ-qara filmdə bu qədər dramaturgiya göstərə biləcəyini az adam təsəvvür edərdi. Hollywood 1927-ci il. Səssiz Kino ulduzu Corc Valentayn kinematoqrafiyanın səsli filmə keçməsini heç cür qəbul edə bilmir. Tamaşaçılar isə yenilik tələb edir. Valentayna vasitəsilə kinematoqrafiyaya gəlmiş və ona aşiq olmuş Peppi Miller isə getdikcə səsli film sahəsində məşhurlaşır. Birinin yüksəlməsi və digərinin getdikcə publikadan kənarlaşması onları bir birindən daha da uzaqlaşdırır. The Artist aktyor oyunu və səssiz stilistikası ilə özünə sevgi qazandı. Film olduqca yüngül, pozitiv, rəqslər, komedik səhnələr və musiqilərlə bol olduğundan filmi izlədikcə dincəlirsən.
Əməkdar artist
Əməkdar artist — SSRİ-də, hal-hazırda isə bir çox keçmiş sovet respublikalarında və Azərbaycan Respublikasında mədəniyyət sahəsində xüsusi xidmətlərə, yüksək peşə ustalığına və ictimai həyatda fəal iştiraka görə verilən fəxri ad. "Əməkdar artist" fəxri adı mühüm bədii obrazlar, tamaşalar, kinofilmlər, musiqi əsərləri yaratmış teatr, kino, estrada, sirk, ansambl, kapella artistlərinə, rejissorlarına, orkestr və xor dirijorlarına, baletmeysterlərə, musiqi, xor, rəqs və digər kollektivlərin bədii rəhbərlərinə, musiqiçilərə, televiziya və radio verilişləri diktorlarına Azərbaycan incəsənətinin inkişafında xidmətlərinə görə verilir.
Elmira Hüseynova (artist)
Elmira Əmbər qızı Hüseynova — A. Şaiq adına Azərbaycan Dövlət Kukla teatrının yüksək dərəcəli artisti Elmira Əmbər qızı Hüseynova 8 noyabr 1952-ci ildə Bakı şəhərində anadan olub və burada 159 saylı orta məktəbi bitirib. Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrına 1970-ci ildə müsabiqə yolu ilə qəbul olub və bu günə qədər dram artisti vəzifəsində çalışır. Yüksək dərəcəli artisdir. İşlədiyi illərdə Yəməndə (1973), Daşkənd şəhərində (1979), Hindistanda (1980), İranda (1993) beynəlxalq qastrol səfərlərində iştirak edib. Sənətə bağlandığı otuz doqquz il ərzində F. Məmmədovun "Tələ quran özü düşər" (Ördək balası), R. Heydərin "Göylər qonağı" (Ulduz), Ə. Məmmədovun "Cəsur uşaqlar" (I qız), N. Zamanov və M. Məmmədovun "Səfərin nağılı" (Səfər), V. Rabadanın "Zəncirlənmiş pəri" (Qarı), S. Marşalın "Bu ev kimin evidir?" (Qurbağa), H. Ziyanın "Əkiz qardaşlar" (Əkiz tayı), Anarın " Qaravəlli" (Fəridə Fəridova), T. Qarabağlının "Du, du yol verin" (Dovşan), Ü. Hacıbəyovun "Məşədi İbad" (Qızlar), R. Moskvanın "Hara qaçırsan dayça?" (Uşaq), S. Dağlının "Uşağı gecə əyləndirməli" (Meymun), F. Məmmədovun "Ac qulağum, dinc qulağım" (Təlxək), Ə. Vəliyevin "Madarın dastanı" (Şah qadın), M. Lermontovun "Aşıq Qərib" (Qız), Ç. Ələsgərov "Yabançı dostlar" (Qarğa), Namiq Ağayevin"Bakı həyətinin rekviyemi" (Anaxanım), Həsənağa Hüseynovun "Saz əhvalatı" (Qarğa), "Ulamaqdan mələməyə" (Tülkü), Mərkəz Quliyevin "Dovşanın məhkəməsi" (Xoruz), Rəhman Əlizadənin "Sindibadın xoşbəxtlik adasına səyahəti" (Fərraş), "Tıq-tıq xanım" (Yengə, Nübar), "Bilqamıs əfsanəsi" (Aysel), "Damdabaca" (Tükəz), "Dəcəl çəpişlər, belə-belə işlər" (Şəngül), Mirmehdi Seyidzadənin "Sehirli nar" (Qız), Əli Səmədlinin "Əzablı günlərin sonu" (Mimoza), "Artıq tamah baş yarar" (İsgəndər), "Meşədə konsert" (II dovşan), Əyyub Abbasovun "Keçinin qisası" (Şəngülüm), Şahmar Hüseynovun "Sehirli güzgü" (Dadaş), Xanımana Əlibəylinin "Gözəllər gözəli" (Nar), Abdulla Şaiqin "Üç nağıl" (Qarğa, Leylək), "Ovçu məstan" (Xalis xeyransa, Pişik), Mirzə Fətəli Axundovun "Parisi dağıdanlar" (Xanpəri), Tofiq Kazımovun "Qoçaq Polad" (Bənövşə), Tofiq Mütəllibovun "Məşə nağılı" (Süsən), "Danışan qayalar" (Sadıq), Mirzağa Atəşin "Cırtdan" (Gombul), Nicat Kazımovun "Ələddin" (Ana), Eldar Baxışın "Məlikməmməd" (Ortancıl qardaş), Qrim qardaşlarının "Bremen musiqiçiləri" (Cangüdən, Xoruz) tamaşalarında rollarını məharətlə ifa edib.
Artist (film, 2011)
2011-ci ildə rejissor Mişel Hazanaviçus yenidən səssiz ağ-qara filmə qayıdır və növbəti ildə 5 Oskar mükafatı qazanır – o cümlədən ən yaxşı rejissor və ən yaxşı aktyor nominasiyaları üzrə. Bundan əlavə The Artist 3 Qızıl Qlobus mükafatı, 7 BAFTA mükafatı, 6 Sezar mükafatı və 1 Kann kinofestivalı mükafatı qazanır. Film doğrudan da möhtəşəm alınır və hər hansı bir rejissorun 2011-ci ildə bu cür sadə bir ssenarili səssiz ağ-qara filmdə bu qədər dramaturgiya göstərə biləcəyini az adam təsəvvür edərdi. Hollywood 1927-ci il. Səssiz Kino ulduzu Corc Valentayn kinematoqrafiyanın səsli filmə keçməsini heç cür qəbul edə bilmir. Tamaşaçılar isə yenilik tələb edir. Valentayna vasitəsilə kinematoqrafiyaya gəlmiş və ona aşiq olmuş Peppi Miller isə getdikcə səsli film sahəsində məşhurlaşır. Birinin yüksəlməsi və digərinin getdikcə publikadan kənarlaşması onları bir birindən daha da uzaqlaşdırır. The Artist aktyor oyunu və səssiz stilistikası ilə özünə sevgi qazandı. Film olduqca yüngül, pozitiv, rəqslər, komedik səhnələr və musiqilərlə bol olduğundan filmi izlədikcə dincəlirsən.
Akif Mirzəyev (əməkdar artist)
Akif Mirzəyev (10 aprel 1944, Bakı) — Azərbaycan Respublikasının "Əməkdar artist"i (2011). Akif Mirzəyev 1944-cü il aprelin 10-da Bakı şəhərində anadan olub. Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında Qara Qarayevin sinfində təhsil alıb. 1990-cı il 20 Yanvar faciəsinə həsr etdiyi matəm musiqisi olan "Yanvar mərsiyələri", Heydər Əliyevin xatirəsinə həsr etdiyi "Dahi Prezidentə xatirə duaları" adlı əsəri ABŞ, Fransa və Almaniyada ifa olunub. Hazırda Alman Azərbaycan Forumunun mədəniyyət üzrə müşaviri, Fulda şəhərindəki Yohannesriş (Johannesrische) kilsəsində orqan ifacısıdır. 2011-ci il iyulun 4-də Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə mədəniyyət, incəsənət sahəsindəki nailiyyətlərinə görə "Əməkdar artist" fəxri adına layiq görülüb.
Sevinc Sarıyeva (əməkdar artist)
Sevinc Ərşad qızı Sarıyeva (1972, Qarakənd, DQMV) — Azərbaycan xanəndəsi, Azərbaycan Respublikasının əməkdar artisti (2015). Sarıyeva Sevinc Ərşad qızı 1972-ci ildə Xocavənd rayonunun Qarəkənd kəndində anadan olub. Əslən Ağdam rayonunun Mərzili kəndindəndir. 1979-cu ildə Ağdam rayonunda Xudu Məmmədov adına Mərzili kənd orta məktəbində 1-ci sinifə daxil olub. 1989-cu ildə həmin məktəbi bitirmişdir. Eyni zamanda 1985-ci ildə Ağdam rayon Xan Şuşinski adına musiqi məktəbinin xanəndəlik sinifinə daxil olub və 1990-cı ildə həmin məktəbi uğurla başa vurmuşdur. Sevinc Sarıyevanın təhsil aldığı illər ağır bir dönəmə təsadüf etdiyi üçün həmin illərdə doğulub boya-başa çatdığı doğma yurd yerlərinin işğala məruz qalması və eyni zamanda atası Ərşad Sarıyevin erməni əsirliyinə düşməsi ona təhsilini davam etdirməkdə çətinlik yaratmışdır. Daha sonra o Bakıya gəlmiş və təhsilini burada davam etdirərək 1997-ci ildə Asəf Zeynallı adına musiqi texnikumunun xanəndəlik sinifinə daxil olaraq ustad xanəndə Vahid Abdullayevin sinifində muğam sənətinin sirlərini öyrənmişdir. 2000-ci ildə A.Zeynallı adına musiqi texnikumunu bitirmişdir. 2001-2005-ci illərdə Azərbaycan Milli Konservatoriyasında Xalq artisti, professor Arif Babayevin sinifində təhsil almışdır.
Altmış altı
Altmış altı — say sistemində ədədlərdən biridir. Altmış beşdən sonra, altmış yeddidən əvvəl gəlir. Altmış altı ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
Altı yüz altmış altı
Vəhşi heyvanın rəqəmi, həmçinin heyvan rəqəmi, iblis rəqəmi və ya vəhşi heyvana məxsus say (q.yun. Ἀριθμὸς τοῦ θηρίου, Arithmós toû thēríou) — Vəhy Kitabının 13-cü fəsli, 18-ci ayəsində Vəhşi heyvan əlaqələndirilən rəqəm. Əhdi-cədidin əksər əlyazmalarında və Bibliyanın tərcümələrində vəhşi heyvanın rəqəmi altı yüz altmış altı və ya "χξϛ" (yunan rəqəmlərində "χ" 600, "ξ" 60 və "ϛ" 6-nı təmsil edir) təşkil edir. Vəhy Kitabının qorunub saxlanmış ən qədim əlyazması olan 115-ci papirus, eləcə də "Codex Ephraemi Rescriptus" kimi digər qədim mənbələrdə vəhşi heyvanın rəqəmi "χιϛ" və ya "χιϲ", yəni ərəb rəqəmləri ilə 616 (χιϛ) kimi verilmişdir. Yunanca mətnin "Novum Testamentum Graece" kimi tənqidi nəşrləri variant kimi "χιϛ"ni qeyd edir. Korneli Tasitin qeydləri və sonrakı dövrün xristian ənənəsinə görə, Neron 64-cü ildə şəhərin bir hissəsini məhv edən və Roma əhalisini iqtisadi cəhətdən çökdürən Böyük Roma yanğınına görə xristianları günahlandırmışdır. Entoni A. Barrett yazmışdır ki ki, "böyük arxeoloji səylər son vaxtlar yanğın üçün yeni dəlillər ortaya çıxarıb, lakin onu kimin başlatdığını göstərə bilmir". Tasitin "Annallar"ında qeyd edilmişdir: Tasitin bu qeydləri Neronun Böyük Roma yanğınına görə xristianları günahlandırmasını təsdiqləyən yeganə müstəqil dəlildir və ümumiyyətlə həqiqəti əks etdirdiyinə inanılır. Tasitin müasiri olmuş Svetoni müəllifi olduğu Neronun bioqrafiyasının XVI fəslində yazmışdır ki, "yeni və şeytani xurafata inananların sinfi olan xristianlara cəza verilmişdir". Buna baxmayaraq, o, cəzanın səbəbini göstərməmişdir.
Alcest
Alcest — 2000-ci ildə Bagnols-sur-Cèze, Fransada qurulmuş black metal qrupudur. Alcest 2000-ci ildə Neige tərəfindən solo proyekt kimi yaradılmışdır. Tezliklə qrup 3 nəfərdən ibarət blək metal proyektinə çevrilmişdir. Argoth, Aegnor və Neigedən ibarət qrup 2001-ci ildə Tristesse Hivernale adlı ilk demo albomunu buraxdı. Elə bu albomdan sonra da qrup yenidən Neigenin şəxsi proyektinə çevrildi. 2005-ci ildə Le Secret adlı EP yayımladı. EPdə Şarl Bodlerin şeirlərindən istifadə olunmuşdur. Albomun yeni janrda olması Alcesti blək metaldan uzaqlaşdıraq şuqeyzinqə yaxınlaşdırdı. 2007-ci ildə ilk albomunu yayımlayan Alcest Souvenirs d'un autre monde ilə şöhrət qazandı. Sonrakı iki albomlarında post-metal tərzini qoruyan proyekt 2014-cü ildəki Shelter albomu ilə metal janrından tamamilə ayrıldı və post-rok janrına keçid etdi.
Altait
Altait — mineral, PbTe. Qalenitlə eyni quruluşludur. Kubik. Habitus kubik və kubik-oktaed­rik. Ayrılma{100} üzrə mükəmməl. Rəng qalayı-ağ. Parıltı metallik. Sərtliyi 3. Xüsusi çəkisi 8,19. Au-Ag kvars damarlarında digər tellurid və sulfidlərlə birlikdə.
Altinq
Altinq (isl. Alþingi "Ümumi yığıncaq") — İslandiyanın parlamenti. Altinq 930-cu ildə açılmışdır. Bu göstərici ilə Altinq Avropada fəaliyyətə başlamış ilk parlament hesab olunur. İslandiyanın milli parlamenti Altinq (tərcümədə-ümumi yığıncaq) adlanır. O, dünyada ən qədim parlament hesab olunur. İlk dəfə olaraq parlament 930-cu ildə Tinqvelir adlı yerdə toplanıb. Bununla da, İslandiya dövlətinin əsasının qoyulması hesab olunur. Altinqin toplandığı ərazi Tinqvadlvatn adlı gölün sahilində yerləşib. Tinqvadlvatının özəlliyi ondan ibarətdir ki, göl iki materik tavasının üzərində yerləşib: Şimali Amerika və Avrasiya.
Altmış
Altmış — say sistemində ədədlərdən biridir. Əlli doqquzdan sonra, altmış birdən əvvəl gəlir. Altmış ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir. Belə ki, 1, 2, 3, 4, 5, 6, 10, 12, 15, 20, 30 və 60 ədədlərinə qalıqsız bölünür. Saat 60-lıq sistem üzərində qurulmuşdur. 1 saat 60 dəqiqə, 1 dəqiqə 60 saniyədir.
Ametist
Ametist — bənövşəyi rəngli kvars. Öz müalicəvi əhəmiyyətindən başqa sahibini spirtli içkidən, ona olan aludəlikdən qoruyur. Qədim vaxtlarda ametisti gecə səhərədək su olan qabın içinə saxlayır və ondan qızdırma və soyuqdəyməsi olanlara içirdirdilər. Ametist amuleti keçici xəstəliklərdən qoruyur. Üzdə olan qırışlara və çillərə qarşı istifadə edilir. Maraqlıdır ki, çilləri yox etmək üçün onu müntəzəm olaraq çilin üzərinə sürtmək lazımdır. Evdə ametistin olması ailə üzvləri arasında sülhün və harmoniyanın olmasına yardım edir. Bu gün ametistin köməyi ilə psixi gərginliyi, depressiyanı və yuxusuzluğu müalicə edirlər. Bu daş yanığı regenerasiya etmək, immuniteti möhkəmləndirmək xüsusiyyətinə malikdir, qulaqda gəzdirilən ametist görmə qabiliyyətini gücləndirir. Daxili harmoniyanı tənzimləyir, mənəvi düşkünlüyün, qorxunun, özünə inamsızlığın "dərmanıdır".
Ateist
Ateizm — fövqəltəbii varlıq və fenomenlərin varlığına dair iddiaların rəddi. Daha az bir konsepsiyada ateizm hər hansı ilahi bir varlıq olduğuna dair inancın rəddidir. Daha da dar bir mənada, ateizm fövqəltəbii yaradıcı fiqurlarının varlığına dair rəddir. Ateizm ən ümumi şəkildə ən azı bir tanrının mövcudluğuna inam olan teizmlə ziddiyyət təşkil edir. Etimoloji kökə əsasən ateizm qədim yunan sözü olub — "ἄθεος" (ateos) mənası "tanrı yoxdur" deməkdir. Qədim dövrdə daha iri cəmiyyət tərəfindən ibadət edilən tanrılara inanmayan və ya onlara ibadət etməktən imtina edənlər üçün alçaldıcı söz kimi istifadə edilirdi. Ateizm termini ortodoks dindarlar tərəfindən dini inanclarını bölüşməyənlərin kateqoriyalaşdırılmasında istifadə edilirdi. Ateizm termini aktual şəkildə 16-cı əsrdə meydana çıxdı. Bununla bərabər, azad düşüncənin yayılması, skeptisist sorğulama və dini tənqidin artması ilə ateizm termininin tətbiq nöqtəsi daralmağa başladı. Ateist terminindən istifadə edərək özlərini təyin edən ilk şəxslər 18-ci əsrdə maarifçilik dövründə yaşayırdılar.
Atiest
Ateizm — fövqəltəbii varlıq və fenomenlərin varlığına dair iddiaların rəddi. Daha az bir konsepsiyada ateizm hər hansı ilahi bir varlıq olduğuna dair inancın rəddidir. Daha da dar bir mənada, ateizm fövqəltəbii yaradıcı fiqurlarının varlığına dair rəddir. Ateizm ən ümumi şəkildə ən azı bir tanrının mövcudluğuna inam olan teizmlə ziddiyyət təşkil edir. Etimoloji kökə əsasən ateizm qədim yunan sözü olub — "ἄθεος" (ateos) mənası "tanrı yoxdur" deməkdir. Qədim dövrdə daha iri cəmiyyət tərəfindən ibadət edilən tanrılara inanmayan və ya onlara ibadət etməktən imtina edənlər üçün alçaldıcı söz kimi istifadə edilirdi. Ateizm termini ortodoks dindarlar tərəfindən dini inanclarını bölüşməyənlərin kateqoriyalaşdırılmasında istifadə edilirdi. Ateizm termini aktual şəkildə 16-cı əsrdə meydana çıxdı. Bununla bərabər, azad düşüncənin yayılması, skeptisist sorğulama və dini tənqidin artması ilə ateizm termininin tətbiq nöqtəsi daralmağa başladı. Ateist terminindən istifadə edərək özlərini təyin edən ilk şəxslər 18-ci əsrdə maarifçilik dövründə yaşayırdılar.
Baptist
Baptizm — xristian protestant məzhəbidir. Yunan dilindən tərcümədə "suya batırmaq, suda vəftiz etmək" mənasını ifadə edən baptizmin meydana gəlməsi konkret bir ölkə ilə əlaqədar olmamışdır. == Tarixi == Baptizmin yaranması prosesi Hollandiyada başlamış, İngiltərədə isə başa çatmışdır. Baptistlər öz tarixlərinin Yəhya peyğəmbər və İsa Məsihin dövründən başladığını iddia etsələr də, tarixi qaynaqlar onun XVII əsrin əvvəllərində ortaya çıxdığını təsbit edir. Baptistlərin ilk icmasının əsası 1609-cu ildə Amsterdamda qoyulmuşdur. Onun üzvləri özlərini bu vaxt baptist adlandırmasa da, yeni dini cərəyanın bünövrəsini qoymuşlar. Yetkin insanın şüurlu şəkildə öz etiqadını müstəqil müəyyənləşdirməsi və vəftiz edilməsi ideyalarını müdafiə etmişlər. Onlar siyasi əqidələrinə görə təqib edildiyindən İngiltərədən Hollandiyaya köç etmiş kalvinçi immiqrantlar idi. 1606-cı ildə İngiltərədə kilsə əleyhinə yönəlmiş hərəkat nəticəsində ölkəni tərk etməli olan kalvinçilər Hollandiyada müstəqil iki qrup kimi fəaliyyətlərini davam etdirmişlər. Con Robinsonun başçılıq etdiyi qrup Hollandiyanın Leyden şəhərinə, digər qrupa rəhbərlik edən Con Smit (1570-1612) isə Amsterdam şəhərinə sığınmış və orada müstəqil kilsələrini quraraq fəliyyət göstərmişlər.
Alaşt
Alaşt — İranın Mazandaran ostanının Savadkuh şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 976 nəfər və ya 287 ailədən ibarət idi.
Albit
Albit — mineral - Na[AlSi3O8]. Plagioklazın izomorf sırasının son üzvü. Kris­tallik quruluşun nizamlanmasından asılı olaraq struktur növ müxtəlifliyi ayrılıb: yüksək albit, aşağı albit, aralıq albit. Morfoloji növləri: qəndəbənzər albit, geniş lövhəli albit, leystli albit, klevelandit. Albit qələvi metasomatitlərin, peqmatitlərin və b. süxurların əsas tərkib hissəsidir. Albit ikiləşməsi albit qanununa tabe olan ikiləşmə. İkiləşmə oxu (010), bitişmə müstəvisi (ikiləşmə tikişi) (010). Triklinik çöl şpatlarında (turş plagio­klazlar və mikroklin) çox geniş yayılmışdır. Adətən polisintetikdir.
Albıs
Aliot
Epsilon Ursae Majoris (εUMa) — Böyük Ayı bürcünün ən parlaq ulduzu. Parlaqlığı 1.76 maqnitudadır. Parlaqlığına görə Yer kürəsindən görünə bilən spektrdə ən parlaq ulduzlar arasında Günəşdən sonra 30-cu yerdədir. Hipparkos Kataloqunda HIP 62956 nömrəsi ilə qeyd olunan ulduza ənənəvi olaraq Aliot adı verilmişdir. Yer kürəsindən 81 işıq ili məsafədə yerləşir. Öz oxu ətrafında dönmə periodu 5,088 gün davam edir.
Alost
Alst (nid. Aalst, Niderlandca tələffüz: [aːlst] ( dinlə)) və ya Alost (fr. Alost, Fransızca tələffüz: [alɔst]) — Belçikada, Şərqi Flandriya əyalətində şəhər. Dender çayında gəmi dayanacağıdır. Dəmiryol qovşağı var. Kətan, pambıq parça, inək, krujeva, dəri-ayaqqabı və yeyinti sənayesi var. Anon. "From Then til Now". www.brabantia.com. 2014.
Altsi
Altsi (fr. Alzi, kors. Alzi) — Fransanın Korsika regionunda yerləşən kommuna. Kommuna departamenti — Yuxarı Korsika. Qolo-Morozalya kantonuna daxildir. Kommunanın dairəsi — Korte. Kommunanın INSEE kodu — 2B013. 2008-ci ildə kommunanın əhalisi 17 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli yaşda olan 14 nəfərdən (15-64 yaş) 11 nəfər iqtisadi fəal, 3 nəfər qeyri-fəal (fəaliyyət göstəricisi 78,6%, 1999-cu ildə 58,3%) olmuşdur. Fəaliyyətdə olan 11 nəfərdən 8 nəfəri (4 kişi və 4 qadın) işləyir, 3 nəfər işsiz (2 kişi və 1 qadın) olub..
Aytıs
Aytış və ya Aytıs (qaz. айтыс, qırğ. айтыш, başq. әйтеш) — qazax, qaraqalpaq, qırğız və başqırd poeziyasında akınların mahnı yarışı, şifahi xalq şeirinin geniş yayılmış ənənəvi formalarından biri olmuşdur. Bütün xüsusiyyətləri ilə Azərbaycanda şair və aşıqlarının deyişmələrini xatırladır. Deyişmə – poetik söz qüdrətinə güvənən iki aşığın qarşı-qarşıya dayanaraq birinin digərini məğlub etməsi məqsədi daşıyan şeirləşmə. Bir neçə mühüm mərhələdən ibarət olan aşıq deyişmələrinin sonunda qalib tərəf məğlub tərəfin sazını əlindən almaq hüququna malik olur. Adətən, ya özünə güvənən bir aşıq tanınmış bir saz-söz ustadının üstünə gedərək onu deyişmə meydanına çəkir, ya da məktub göndərərək qarşı tərəfi öz meydanına çağırır. Dirili Qurbaninin Dədə Yediyarla, Tufarqanlı Abbasın Təbriz aşıqları ilə deyişmə meydanına çıxması birinci, Dərbəndli Zərnigarın Abdalgülablı Valehə, Naxçıvanlı Reyhan xanımın Şəmkirli Aşıq Hüseynə deyişmə dəvəti göndərməsi isə ikinci tip deyişmələrə aiddir.
Latit
Latit — möhtəviləri və əsas kütləsi kaliumlu və kaliumlu-natriumlu çöl şpatlarından (ortoklaz, sanidin) və əsasən andezindən və ya bəzən labradordan ibarət olan traxiandezit bazalt süxur tərkibində müəyyən miqdarda rəngli minerallar (avgit, olivin, biotit), bəzən kvars möhtəviləri iştirak edir. Monsonitin effuziv anoloqu. Köhnəlmiş termin. Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Latış
Latışlar və ya latviyalılar (latış. latvieši‎) — Latviyanın əhalisinin 62,1 % təşkil edən (2011 tarixinə olan məlumat) Baltika xalqı. Dili — hind-avropa dil ailəsinin baltik qrupuna (litva dili ilə birgə) daxil olan latış dili. Ənənəvi dinləri — lüteran və katolik, pravoslavlar da vardır. Belə götürülür ki, latışlar qədim Baltika xalqları olan latqalların, kurşilərin, zemqalların, sellərin və fin-uqor xalqlarının XVII əsrdə qovuşması nəticəsində yaranmışdır. İlk dəfə yazılı mənbədə latışlar haqqında 1613-cü ildə Georq Matsel tərəfindən qələmə alınmış "Latış katexizis"də qeyd edilir ("Lettisch Vademecum"). Latış dili haqqında 1525-ci ildə Almaniyada latış dilində nəşr edilmiş və saxlanmamış "Lüteran messe"sində də qeyd olduğu bildirilir. Sayları: Latviya: 1 330 769 ABŞ: 87 564 Rusiya: 28 520 Braziliya: 20 000 Avstraliya: 18 938 İrlandiya: 18 008 Ukrayna: 5079 Litva: 2,3 тыс. (2010) Estoniya: 2199 (2009) Belorusiya: 1549 (2009) Кудрявцев И. Феномены политического национализма на примере Латвийской Республики Стродс Х. Начало переселения латышских крестьян в Россию в 40-е — 60-е гг. XIX в.
Alois
Alois — ad. Alois Hitler — Avstriyalı bir məmur Alois Andritski Alois Musil — çex kəşfçisi, şərqşünası, bibliya alimi, səyyahı, etnoqrafı, yazıçısı və katolik keşişi. Alois Altsheymer Alois Leksa von Erental — Avstriya-Macarıstan siyasi xadimi və diplomatı.
Alisa
Alisa — ad. Alisa Xalıyeva — Azərbaycanı təmsil edən üzgüçü. Alisa Paqani — İtaliya aktrisası, fotomodeli və yazıçısı.