ARTISAN
ARTISTE
OBASTAN VİKİ
Elmira Hüseynova (artist)
Elmira Əmbər qızı Hüseynova — A. Şaiq adına Azərbaycan Dövlət Kukla teatrının yüksək dərəcəli artisti == Həyatı == Elmira Əmbər qızı Hüseynova 8 noyabr 1952-ci ildə Bakı şəhərində anadan olub və burada 159 saylı orta məktəbi bitirib. Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrına 1970-ci ildə müsabiqə yolu ilə qəbul olub və bu günə qədər dram artisti vəzifəsində çalışır. Yüksək dərəcəli artisdir. İşlədiyi illərdə Yəməndə (1973), Daşkənd şəhərində (1979), Hindistanda (1980), İranda (1993) beynəlxalq qastrol səfərlərində iştirak edib. Sənətə bağlandığı otuz doqquz il ərzində F. Məmmədovun "Tələ quran özü düşər" (Ördək balası), R. Heydərin "Göylər qonağı" (Ulduz), Ə. Məmmədovun "Cəsur uşaqlar" (I qız), N. Zamanov və M. Məmmədovun "Səfərin nağılı" (Səfər), V. Rabadanın "Zəncirlənmiş pəri" (Qarı), S. Marşalın "Bu ev kimin evidir?" (Qurbağa), H. Ziyanın "Əkiz qardaşlar" (Əkiz tayı), Anarın " Qaravəlli" (Fəridə Fəridova), T. Qarabağlının "Du, du yol verin" (Dovşan), Ü. Hacıbəyovun "Məşədi İbad" (Qızlar), R. Moskvanın "Hara qaçırsan dayça?" (Uşaq), S. Dağlının "Uşağı gecə əyləndirməli" (Meymun), F. Məmmədovun "Ac qulağum, dinc qulağım" (Təlxək), Ə. Vəliyevin "Madarın dastanı" (Şah qadın), M. Lermontovun "Aşıq Qərib" (Qız), Ç. Ələsgərov "Yabançı dostlar" (Qarğa), Namiq Ağayevin"Bakı həyətinin rekviyemi" (Anaxanım), Həsənağa Hüseynovun "Saz əhvalatı" (Qarğa), "Ulamaqdan mələməyə" (Tülkü), Mərkəz Quliyevin "Dovşanın məhkəməsi" (Xoruz), Rəhman Əlizadənin "Sindibadın xoşbəxtlik adasına səyahəti" (Fərraş), "Tıq-tıq xanım" (Yengə, Nübar), "Bilqamıs əfsanəsi" (Aysel), "Damdabaca" (Tükəz), "Dəcəl çəpişlər, belə-belə işlər" (Şəngül), Mirmehdi Seyidzadənin "Sehirli nar" (Qız), Əli Səmədlinin "Əzablı günlərin sonu" (Mimoza), "Artıq tamah baş yarar" (İsgəndər), "Meşədə konsert" (II dovşan), Əyyub Abbasovun "Keçinin qisası" (Şəngülüm), Şahmar Hüseynovun "Sehirli güzgü" (Dadaş), Xanımana Əlibəylinin "Gözəllər gözəli" (Nar), Abdulla Şaiqin "Üç nağıl" (Qarğa, Leylək), "Ovçu məstan" (Xalis xeyransa, Pişik), Mirzə Fətəli Axundovun "Parisi dağıdanlar" (Xanpəri), Tofiq Kazımovun "Qoçaq Polad" (Bənövşə), Tofiq Mütəllibovun "Məşə nağılı" (Süsən), "Danışan qayalar" (Sadıq), Mirzağa Atəşin "Cırtdan" (Gombul), Nicat Kazımovun "Ələddin" (Ana), Eldar Baxışın "Məlikməmməd" (Ortancıl qardaş), Qrim qardaşlarının "Bremen musiqiçiləri" (Cangüdən, Xoruz) tamaşalarında rollarını məharətlə ifa edib.
Akif Mirzəyev (əməkdar artist)
Akif Mirzəyev (10 aprel 1944, Bakı) — Azərbaycan Respublikasının "Əməkdar artist"i (2011). == Həyatı == Akif Mirzəyev 1944-cü il aprelin 10-da Bakı şəhərində anadan olub. Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında Qara Qarayevin sinfində təhsil alıb. 1990-cı il 20 Yanvar faciəsinə həsr etdiyi matəm musiqisi olan "Yanvar mərsiyələri", Heydər Əliyevin xatirəsinə həsr etdiyi "Dahi Prezidentə xatirə duaları" adlı əsəri ABŞ, Fransa və Almaniyada ifa olunub. Hazırda Alman Azərbaycan Forumunun mədəniyyət üzrə müşaviri, Fulda şəhərindəki Yohannesriş (Johannesrische) kilsəsində orqan ifacısıdır. == Mükafatları == 2011-ci il iyulun 4-də Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə mədəniyyət, incəsənət sahəsindəki nailiyyətlərinə görə "Əməkdar artist" fəxri adına layiq görülüb.
Sevinc Sarıyeva (əməkdar artist)
Sevinc Ərşad qızı Sarıyeva (1972, Qarakənd, DQMV) — Azərbaycan xanəndəsi, Azərbaycan Respublikasının əməkdar artisti (2015). Sarıyeva Sevinc Ərşad qızı 1972-ci ildə Xocavənd rayonunun Qarəkənd kəndində anadan olub. Əslən Ağdam rayonunun Mərzili kəndindəndir. 1979-cu ildə Ağdam rayonunda Xudu Məmmədov adına Mərzili kənd orta məktəbində 1-ci sinifə daxil olub. 1989-cu ildə həmin məktəbi bitirmişdir. Eyni zamanda 1985-ci ildə Ağdam rayon Xan Şuşinski adına musiqi məktəbinin xanəndəlik sinifinə daxil olub və 1990-cı ildə həmin məktəbi uğurla başa vurmuşdur. Sevinc Sarıyevanın təhsil aldığı illər ağır bir dönəmə təsadüf etdiyi üçün həmin illərdə doğulub boya-başa çatdığı doğma yurd yerlərinin işğala məruz qalması və eyni zamanda atası Ərşad Sarıyevin erməni əsirliyinə düşməsi ona təhsilini davam etdirməkdə çətinlik yaratmışdır. Daha sonra o Bakıya gəlmiş və təhsilini burada davam etdirərək 1997-ci ildə Asəf Zeynallı adına musiqi texnikumunun xanəndəlik sinifinə daxil olaraq ustad xanəndə Vahid Abdullayevin sinifində muğam sənətinin sirlərini öyrənmişdir. 2000-ci ildə A.Zeynallı adına musiqi texnikumunu bitirmişdir. 2001-2005-ci illərdə Azərbaycan Milli Konservatoriyasında Xalq artisti, professor Arif Babayevin sinifində təhsil almışdır.
Artist
İncəsənət xadimi, artist və ya sənətçi — musiqi, dramaturgiya əsərləri, teatr tamaşaları, bədii filmlər, sənət məsələlərinə dair elmi əsərlər yaradan və incəsənətin inkişafında, habelə sənətkar kadrların hazırlanmasında və tərbiyə edilməsində xidmətləri olan bəstəkarlıqla, rejissorluqla, dirijorluqla, dramaturqluqla, ssenaristliklə, kinooperatorlıqla, sənətşünaslıqla və ədəbiyyatşünaslıqla məşğul olan şəxsdir.
Artist (film)
2011-ci ildə rejissor Mişel Hazanaviçus yenidən səssiz ağ-qara filmə qayıdır və növbəti ildə 5 Oskar mükafatı qazanır – o cümlədən ən yaxşı rejissor və ən yaxşı aktyor nominasiyaları üzrə. Bundan əlavə The Artist 3 Qızıl Qlobus mükafatı, 7 BAFTA mükafatı, 6 Sezar mükafatı və 1 Kann kinofestivalı mükafatı qazanır. Film doğrudan da möhtəşəm alınır və hər hansı bir rejissorun 2011-ci ildə bu cür sadə bir ssenarili səssiz ağ-qara filmdə bu qədər dramaturgiya göstərə biləcəyini az adam təsəvvür edərdi. === Qısa məzmun === Hollywood 1927-ci il. Səssiz Kino ulduzu Corc Valentayn kinematoqrafiyanın səsli filmə keçməsini heç cür qəbul edə bilmir. Tamaşaçılar isə yenilik tələb edir. Valentayna vasitəsilə kinematoqrafiyaya gəlmiş və ona aşiq olmuş Peppi Miller isə getdikcə səsli film sahəsində məşhurlaşır. Birinin yüksəlməsi və digərinin getdikcə publikadan kənarlaşması onları bir birindən daha da uzaqlaşdırır. The Artist aktyor oyunu və səssiz stilistikası ilə özünə sevgi qazandı. Film olduqca yüngül, pozitiv, rəqslər, komedik səhnələr və musiqilərlə bol olduğundan filmi izlədikcə dincəlirsən.
Əməkdar artist
Əməkdar artist — SSRİ-də, hal-hazırda isə bir çox keçmiş sovet respublikalarında və Azərbaycan Respublikasında mədəniyyət sahəsində xüsusi xidmətlərə, yüksək peşə ustalığına və ictimai həyatda fəal iştiraka görə verilən fəxri ad. "Əməkdar artist" fəxri adı mühüm bədii obrazlar, tamaşalar, kinofilmlər, musiqi əsərləri yaratmış teatr, kino, estrada, sirk, ansambl, kapella artistlərinə, rejissorlarına, orkestr və xor dirijorlarına, baletmeysterlərə, musiqi, xor, rəqs və digər kollektivlərin bədii rəhbərlərinə, musiqiçilərə, televiziya və radio verilişləri diktorlarına Azərbaycan incəsənətinin inkişafında xidmətlərinə görə verilir.
Artist (film, 2011)
2011-ci ildə rejissor Mişel Hazanaviçus yenidən səssiz ağ-qara filmə qayıdır və növbəti ildə 5 Oskar mükafatı qazanır – o cümlədən ən yaxşı rejissor və ən yaxşı aktyor nominasiyaları üzrə. Bundan əlavə The Artist 3 Qızıl Qlobus mükafatı, 7 BAFTA mükafatı, 6 Sezar mükafatı və 1 Kann kinofestivalı mükafatı qazanır. Film doğrudan da möhtəşəm alınır və hər hansı bir rejissorun 2011-ci ildə bu cür sadə bir ssenarili səssiz ağ-qara filmdə bu qədər dramaturgiya göstərə biləcəyini az adam təsəvvür edərdi. === Qısa məzmun === Hollywood 1927-ci il. Səssiz Kino ulduzu Corc Valentayn kinematoqrafiyanın səsli filmə keçməsini heç cür qəbul edə bilmir. Tamaşaçılar isə yenilik tələb edir. Valentayna vasitəsilə kinematoqrafiyaya gəlmiş və ona aşiq olmuş Peppi Miller isə getdikcə səsli film sahəsində məşhurlaşır. Birinin yüksəlməsi və digərinin getdikcə publikadan kənarlaşması onları bir birindən daha da uzaqlaşdırır. The Artist aktyor oyunu və səssiz stilistikası ilə özünə sevgi qazandı. Film olduqca yüngül, pozitiv, rəqslər, komedik səhnələr və musiqilərlə bol olduğundan filmi izlədikcə dincəlirsən.
Alan Mur (müharibə artisti)
Alan Mur (ing. Alan Moore; 1 avqust 1914, Melburn – 24 sentyabr 2015, Ballarat[d]) — Avstraliya müharibə artisti. O, əsasən İkinci Dünya müharibəsi illərində gördüyü işlərlə tanınır. Onun ən tanınmış işi Bergen-Belzen həbs düşərgəsinin təsvirləridir. Onun bir çox əsəri Avstraliya Müharibə Memorialı müzeyində saxlanılır. == Erkən həyatı == Alan Mur 1914-cü ildə Avstraliyanın Melburn şəhərində anadan olmuşdur. O, 16 yaşında rəsm çəkməyə başlamış, lakin nü mövzularına toxunduğuna görə atası onun bu fəaliyyətini davam etdirməsini qadağan etmişdir. Mur 18 yaşı tamam olanda Viktoriya Milli İncəsənət Məktəbi Qalereyasında yenidən rəssamlıqla məşğul olmağa başlamış, ali təhsilini dərəcə ilə başa vurmuşdur. O, həmçinin Sidneydə C.S. Vatkinsin rəhbərliyi altında təhsil almışdır. Mur nü janrında çəkdiyi rəsm əsərlərinə görə 1942-ci ildə Qreys Col adına təqaüd mükafatı da daxil olmaqla, Melburnda bir neçə sənət və rəsm mükafatı qazanmışdır.
Albaniya xalq artisti
Albaniya xalq artisti (alb. Artist i Popullit; Artiste e Popullit) ― səhnə sənətlərinin (teatr, musiqi, kino və incəsənət) inkişafı sahəsində müstəsna xidmətləri olan Albaniya Xalq Sosialist Respublikası dövründə görkəmli sənət ifaçılarına verilən fəxri ad. 1960-cı il qanunu ilə təsis edildi və 1980-ci ildə dəyişdirildi. Qanun 1996-cı ildə dəyişdirildikdən sonra Albaniyada bu fəxri ad artıq verilmir. Bu fəxri adın ekvivalenti "Böyük əmək ustası" oldu ki, 1996-cı il qanununa 2001-ci ildə edilmiş düzəlişdən sonra onun da adı "Böyük usta" olaraq dəyişdirildi. == Yaranması == 26 oktyabr 1960-cı ildə təsis edilən “Xalq artisti” fəxri adı Albaniya Xalq Sosialist Respublikası mədəniyyətinin inkişafına böyük töhfə vermiş müğənnilərə, bəstəkarlara, orkestr rejissorlarına, musiqiçilərə, rejissorlara, balet rəqqasələrinə, teatr, kino və opera aktyorlarına verilirdi. İlk quruluşunda titul sahibi yalnız Xalq Məclisi Rəyasət Heyətindən sertifikat alırdı. 1960-cı illərin ortalarında və ya sonlarında titulun xarici simvolu kimi nişan yaradıldı. Nişan qızıla tutulmuş və ya latunda hazırlanmış 27 mm (1,1 düym) diametrli yuvarlaq medaldan ibarət idi. Onun ağ emallı təməlində incə şölələr təsvir olunmuşdur ki, onun üstündə "ARTIST I POPULLIT" ("xalq artisti") yazılı yaqut-qırmızı emallı xətt çəkilmişdir.
Gürcüstan SSR xalq artisti
Gürcüstan SSR xalq artisti — Gürcüstan SSR xalq artisti adı 27 may 1936-cı ildə təsis olunmuşdur.
Gürcüstan SSR xalq artistlərinin siyahısı
== 1920-ci illər == === 1929 === Dmitri Arakişvili == 1940-cı illər == === 1943 === Veriko Ancaparidze == 1960-cı illər == === 1965 === Leyla Abaşidze === 1966 === Tengiz Abuladze == ? ==
Habil Əliyev (xalq artisti)
Habil Mustafa oğlu Əliyev (28 may 1927, Ağdaş – 8 sentyabr 2015, Bakı) — Azərbaycanlı kamança ifaçısı, Azərbaycan SSR xalq artisti (1978). == Bioqrafiya == Habil Əliyev 28 may 1927-ci ildə Ağdaş rayonunun Üçqovaq kəndində anadan olub. Yeddi yaşında ikən rayon mərkəzindəki 3 saylı yeddiillik Ağdaş musiqi məktəbinə qəbul olub. İlk vaxtlar ailəsinin təkidi ilə tar sinifində dərs alsa da uşaqlıqda çox cılız olduğundan tara gücü çatmır sonradan kamança sinifinə keçir. Elə həmin vaxtdan da meylini kamana salıb. Yeddinci sinfi və həm də musiqi məktəbini bitirəndən sonra pedaqoji məktəbə daxil olub. Habil Əliyev 1952-ci ildə Bakıya gəlib Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin kamança şöbəsinə daxil olub. Görkəmli tarzən Qurban Pirimovdan və məşhur müğənni Xan Şuşinskidən muğam sənətinin sirrlərini öyrənməyə başladı. Habilin ifaçılığı bəstəkar Soltan Hacıbəyovun da diqqətindən yayınmamışdı. Bəstəkar, Habilin potensial imkanlarını nəzərə alıb ona filarmoniyada işləməyi məsləhət görüb.
Hacıbəyli qardaşlarının opera-operetta artistləri dəstəsi
Hacıbəyli qardaşlarının opera-operetta artistləri dəstəsi — Azərbaycanda fəaliyyət göstərmiş müstəqil artistlər truppası. Truppaya Üzeyir Hacıbəyli və Zülfüqar Hacıbəyov rəhbərlik ediblər. == Yaradılması == 1914-cü ildə "Nicat" cəmiyyəti ilə Üzeyir Hacıbəyli arasında "Leyli və Məcnun" operasına sahiblik barədə yaranmış münaqişədən sonra Hacıbəyli qardaşları müdiriyyəti yaradılıb. 1916-cı il avqustun 31-dən isə Üzeyir və Zülfüqar "Hacıbəyli qardaşlarının opera-opererta artistləri dəstəsi" təşkil edilib. Dəstəyə Üzeyir Hacıbəyli rəhbərlik edib. "Açıq söz" qəzetində bu barədə bunlar yazılıb : == Fəaliyyəti == Truppa yalnız Bakıda yox, həm də Qafqaz, Volqaboyu və Orta Asiyanın bir çox şəhərlərinə qastrol səfərlərinə gedib tamaşaları səhnələşdirirdi. Truppanın repertuarında əsasən Hacıbəyli qardaşlarının opera və operettaları, "Leyli və Məcnun", "Əsli və Kərəm", "Aşıq Qərib", "Ər və Arvad", "Evliykən subay", "Arşın mal alan", "O olmasın, bu olsun" və digər musiqili komediyalar əsas yer tutub. Truppa 1917-ci ilin aprelində Tiflisdə qastrolda olub. Burada "Arşın mal alan", "O olmasın, bu olsun", "Şah İsmayıl", "Aşıq Qərib" tamaşalarını səhnələşdiriblər. Göstərilən tamaşalara rejissorluğu Abbas Mirzə Şərifzadə, dirijorluğu isə Üzeyir Hacıbəyli edib.
Müharibə artisti
Müharibə artisti — müharibə təcrübəsini sənədləşdirmək üçün hökumət və ya bir nəşr tərəfindən işə götürülmüş incəsənət xadimi. Müharibə artistləri müharibənin yazılı mənbələrdə və ya digər müharibə qeydlərində tez-tez rast gəlinməyən vizual və hissi aspektlərini araşdırırlar. Müharibə artistləri fotoqraf, kinorejissor, yazıçı, aktyor, müğənni, rəssam ola bilər. Müharibə artistləri əksər halda arxa cəbhədə olurlar, amma bəzi hallarda ön cəbhədə də olurlar. Mémorial de Caen, 1914–1918 war, Artists of the First World War Ministry of Defence (MoD), MoD art collection, war artists National Archives (UK), The Art of War In War-torn Country a Soldier Looks at Iraq by Lance Nixon, Capital Journal, Vol 134 No. 27, 7 February 2014 pp C1-C6 Harvey Dunn at War by Lance Nixon, Capital Journal, Vol 134 No. 32, 14 February 2014 pp C1-C6 Remembering Battles They Fought Facing East: Plains Indians as War Artists by Lance Nixon, Capital Journal, Vol 134 No. 57 pp C1-C6 About light and dark in peace and war and a piece of Vietnam by Lance Nixon, Capital Journal (South Dakota), 17 January 2014. Drawing fire by Lance Nixon, Capital Journal (South Dakota), 23 January 2014. A photograph of a war is different from a painting “that’s not rocket science” by Dave Askins, Capital Journal (South Dakota), 20 April 2018.
RSFSR-in xalq artisti
RSFSR xalq artisti — RSFSR-in dövlət mükafatı 10 avqust 1931-ci ildə təsis olunub.
RSFSR-in əməkdar artisti
RSFSR əməkdar artisti — RSFSR-in dövlət mükafatı 10 avqust 1931-ci ildə yaranıb.
RSFSR Xalq artisti
RSFSR xalq artisti — RSFSR-in dövlət mükafatı 10 avqust 1931-ci ildə təsis olunub.
RSFSR əməkdar artisti
RSFSR əməkdar artisti — RSFSR-in dövlət mükafatı 10 avqust 1931-ci ildə yaranıb.
Rusiyanın xalq artisti
Rusiyanın xalq artisti — Rusiya Federasiyasının Ali fəxri adı, teatr, musiqi, sirk, vodvil və kino sahəsində görkəmli nailiyyətlərə görə verilir. Rusiya Federasiyası dövlət premium sisteminə daxil.
SSRİ Xalq Artisti
SSRİ xalq artisti — 13 yanvar 1936-cı ildə təsis olunmuşdur. İlk laureat 6 sentyabr 1936-cı ildə Konstantin Stanislavski olmuşdur.
SSRİ xalq artistlərinin siyahısı
SSRİ xalq artistlərinin siyahısı — Aşağıda SSRİ Xalq artisti adının verilmə tarixləri üzrə siyahısı (1007 nəfər) göstərilmişdir. 06.09.1936 Konstantin Stanislavski (1863–1938), rejissor, aktyor. Vladimir Nemiroviç-Dançenko (1858–1943), dramaturq, rejissor. Vasili Kaçalov (1875–1949), teatr və kino aktyoru. İvan Moskvin (1874–1946), teatr və kino aktyoru. Yekaterina Korçaqina-Aleksandrovskaya (1874–1951), teatr aktrisası. Mariya Blümental-Tamarina (1859–1938), teatr və kino aktrisası. Antonina Nejdanova (1873–1950), opera müğənnisi. Boris Şukin (1894–1939), teatr və kino aktyoru. Mariya Litvinenko-Volqemut (1892–1966), opera müğənnisi.
Tələt Qasımov (xalq artisti)
Tələt Qasımov (21 iyun 1933, Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ – 28 iyul 2013, Bakı, Azərbaycan) — Azərbaycan Respublikasının xalq artisti (2006). Qasımov Tələt Məmmədağa oğlu 21 iyun 1933-cü ildə Bakı şəhərində anadan olmuşdur. Erkən yaşlarından musiqiyə həvəs göstərərək, əvvəlcə dini musiqiyə çox meyl etmiş və mərsiyəxan olmuşdur. Sonradan isə xanəndəlik sənətinə gəlmişdir. O, Zülfi Adıgözəlov, Hacıbaba Hüseynov kimi ustad sənətkarlardan muğamın sirrlərini dərindən mənimsəyərək, onların ənənələrini davam etdirmişdir. İllər keçdikcə, xanəndə kimi sənətini təkmilləşdirən Tələt Qasımov öz dəst-xətti ilə tanınmışdır. Tələt Qasımovun repertuarı zəngindir. O, bir çox muğamları və təsnifləri məharətlə və xüsusi şövqlə ifa edir. Onun ifasında “Rast”, “Şur”, “Seygah-Zabul” muğam-dəstgahları , “Şüştər” təsnifləri AzTR Fondunda saxlanılır. Tələt Qasımov Azərbaycan Dövlət Filarmoniyasının solistidir.
Xalq artisti
Xalq artisti — SSRİ-də, hal-hazırda isə bir çox keçmiş sovet respublikalarında, o cümlədən Azərbaycan Respublikasında mədəniyyət sahəsində xüsusi xidmətlərə, yüksək peşə ustalığına və ictimai həyatda fəal iştiraka görə verilən fəxri ad. "Xalq artisti" fəxri adı müstəsna dərəcədə dərin ideyalı və bədii cəhətdən yüksək ustalığa, görkəmli bədii obrazlar, tamaşalar, kinofilmlər və musiqi əsərləri yaratmağa, incəsənətin inkişafında kadrlar hazırlamaqda və tərbiyə etməkdə böyük xidmətlərinə görə əvvəllər "əməkdar artist" və ya "əməkdar incəsənət xadimi" adına layiq görülmüş teatr, filarmoniya, kino, estrada, sirk, ansambl, kapella artistlərinə, rejissorlarına, orkestr və xor dirijorlarına, baletmeysterlərə, musiqi, xor, rəqs və digər kollektivlərin bədii rəhbərlərinə, musiqiçilərə, televiziya və radio verilişləri diktorlarına verilir.
Yaşasın Azərbaycan artistləri (film, 1938)
Kinooçerk Azərbaycan artistlərinin Moskvadan Ədəbiyyat və İncəsənət Ongünlüyündən qayıtmalarına həsr olunmuşdur.
Zülfüqar Abbasov (xalq artisti)
Zülfüqar Qulu oğlu Abbasov (3 may 1940, Yuxarı Saral, Marneuli rayonu – 1 aprel 2022) — Azərbaycan rejissoru, aktyor. Azərbaycan Respublikasının xalq artisti (2000). Zülfüqar Abbasov 1940-cı il may ayının 3-də Gürcüstan SSR-də Borçalı rayonunun Yuxarı Saral kəndində anadan olmuşdur. Əsli-kökü Qərbi Azərbaycanın Vedi və Dərələyəz mahalındandır. Ata babası Dinməz Abbas o mahallarda gedən mənfur erməni qiyamçılarının intiqamçısı olub. Sovetlərdən sonra həbs və sürgünlərdən canını qurtarmaq üçün Borçalıya köçüb. Orta məktəbi Borçalıda bitirib. İki dəfə ali təhsil alıb. 1962-ci ildə A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutununun Azərbaycan bölməsini və 1966-cı ildə Bakı Teatr İnstitutunu (indiki Mədəniyyət və İncəsənət Universitetini) bitirib. Teatr institunda oxuduğu vaxt ona müəllimləri — böyük sənətkar Mehdi Məmmədov və Məlik Dadaşov bu sənətin sirlərini dərindən öyrədiblər.
Müharibə artistləri
Müharibə artisti — müharibə təcrübəsini sənədləşdirmək üçün hökumət və ya bir nəşr tərəfindən işə götürülmüş incəsənət xadimi. Müharibə artistləri müharibənin yazılı mənbələrdə və ya digər müharibə qeydlərində tez-tez rast gəlinməyən vizual və hissi aspektlərini araşdırırlar. Müharibə artistləri fotoqraf, kinorejissor, yazıçı, aktyor, müğənni, rəssam ola bilər. Müharibə artistləri əksər halda arxa cəbhədə olurlar, amma bəzi hallarda ön cəbhədə də olurlar. Mémorial de Caen, 1914–1918 war, Artists of the First World War Ministry of Defence (MoD), MoD art collection, war artists National Archives (UK), The Art of War In War-torn Country a Soldier Looks at Iraq by Lance Nixon, Capital Journal, Vol 134 No. 27, 7 February 2014 pp C1-C6 Harvey Dunn at War by Lance Nixon, Capital Journal, Vol 134 No. 32, 14 February 2014 pp C1-C6 Remembering Battles They Fought Facing East: Plains Indians as War Artists by Lance Nixon, Capital Journal, Vol 134 No. 57 pp C1-C6 About light and dark in peace and war and a piece of Vietnam by Lance Nixon, Capital Journal (South Dakota), 17 January 2014. Drawing fire by Lance Nixon, Capital Journal (South Dakota), 23 January 2014. A photograph of a war is different from a painting “that’s not rocket science” by Dave Askins, Capital Journal (South Dakota), 20 April 2018.
Ukrayna SSR əməkdar artisti
Ukrayna Sovet Sosialist Respublikasının əməkdar artisti (ukr. Заслужений артист Української РСР) ― Ukrayna SSR Ali Sovetinin Rəyasət Heyəti tərəfindən verilmiş fəxri ad və görkəmli vətəndaşların xidmətlərinin dövlət və cəmiyyət tərəfindən tanınmasının formalarından biri. 1931-ci ilin avqustun 10-da yaradılmışdır. Teatrın, musiqinin, kinonun, sirkin inkişafında xüsusi fərqlənmiş görkəmli incəsənət xadimlərinə, rejissorlara, bəstəkarlara, dirijorlara, müşayiətçilərə, musiqi, xor, rəqs və digər kollektivlərin bədii rəhbərlərinə və digər yaradıcı işçilərə yüksək məharətləri və və incəsənətin inkişafının təşviqindəki fəaliyyətlərinə görə verilirdi. Ukraynada Sovet İttifaqının dağılması ilə "Ukrayna SSR əməkdar artisti" adı "Ukraynanın əməkdar artisti" adı ilə əvəz olunmuş, lakin keçmişin dövlət mükafatlarına layiq görülən Ukrayna vətəndaşlarının xidmətləri nəzərə alınmışdır. Bu mükafatı daha əvvəl alanlar mükafatlar haqqında keçmiş SSRİ və Ukrayna SSR qanunvericiliyində nəzərdə tutulmuş hüquq və vəzifələri özlərində saxlayıblar. Нагороди України: історія, факти, документи у 3-х томах / Д. В. Табачник, І. Д. Безгін, В. Й. Бузало ; [та ін.]. — К.: Українознавство, 1996. — т. 2.
Ukraynanın Xalq artisti
Ukraynanın xalq artisti (ukr. Народний артист України) — "Ukraynanın Dövlət Mükafatları haqqında" Ukrayna Qanununa uyğun olaraq Ukrayna Prezidenti tərəfindən verilən Ukraynanın fəxri adıdır. Bu ad tamaşa sənətinin, teatrın, musiqinin, rəqsin, kinonun inkişafı sahəsində müstəsna xidmətləri olan şəxslərə verilən ad. Sovet dövründə 1922-ci ildə yaradılmışdır və əvvəllər Ukrayna SSR Xalq Artisti (Народний артист УРСР) adlanırdı. Ukrayna müstəqillik əldə edəndə-də bu ənənə saxlandı və adı dəyişdirilərək Ukraynanın Xalq artisti (Народний артист України) adlandırıldı. Sovet dövründə bir adama adətən yalnız 40 yaşına çatdıqdan sonra xalq artisti adı verilirdi lakin Balet artistlərinə istisna idi.
Ukraynanın əməkdar artisti
Ukraynanın əməkdar artisti (ukr. Заслужений артист України) — Ukrayna Respublikasının dövlət mükafatı, “Ukraynanın Dövlət Mükafatları haqqında” Ukrayna Qanununa uyğun olaraq Ukrayna Prezidenti tərəfindən verilən fəxri ad. 29 iyun 2001-ci il tarixli Ukraynanın fəxri adları haqqında Əsasnaməyə əsasən bu ad aşağıdakılara verilir: "Ukraynanın əməkdar artisti" fəxri adının verilməsi üçün təqdim olunan şəxslər ali və ya peşə təhsilinə malik olmalıdırlar. Titul Ukrayna vətəndaşlarına, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilir. Bu fəxri ad "Ukraynanın Əməkdar artisti" adını aldıqdan on il sonra verilə bilən "Ukraynanın xalq artisti" adından aşağıdır. Titul şəxslərin ölümündən sonra verilmir. Bu fəxri adı alanlara döş nişanı (40 mm hündürlükdə x 30 mm enində, gümüşdən hazırlanmış) və sertifikat verilir. Təqdimat açıq şəkildə aparılmalıdır.

Значение слова в других словарях