Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Amnistiya
Amnistiya — cəzanın yüngülləşdirilməsi yaxud ləğv edilməsidir. Amnistiya elə bir normativ-hüquq aktıdır ki, o, hüquq pozuntuları törətmiş şəxslərin fərdi olaraq müəyyənləşdirilməmiş dairəsi barəsində qəbul edilir və həmin şəxsləri, onlara qarşı tətbiq olunmuş və ya oluna biləcək sanksiyalardan (cəzalardan) azad edir, yaxud yüngülləşdirir. Amnistiyanın tətbiqi dairəsi heç də cinayət qanunvericiliyi ilə məhdudlaşmır, bir sıra ölkələrdə tez-tez vergi amnistiyası aktları da qəbul edilir. Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin 1-ci hissəsinin 19-cu bəndinə əsasən amnistiya məsələlərinin həlli Milli Məclisin səlahiyyətinə aiddir. Bu səlahiyyət təkcə cinayət qanunvericiliyi ilə məhdudlaşmır. Cinayət qanununa gəldikdə isə, Cinayət Məcəlləsinin 81-ci maddəsinə əsasən cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülməsi də mümkündür.
Amniotik maye
Amniotik maye — Amniotik maye hamilə amniotların amniotik kisəsində olan qoruyucu bir mayedir. Bu maye böyüməkdə olan döl üçün yastıq rolunu oynayır, eyni zamanda ana ilə döl arasında qida, su və biokimyəvi maddələr mübadiləsini təşviq edir. İnsanlarda amniotik maye ümumiyyətlə su və ya maye (Latin Liquor amni) adlanır.[mənbə göstərin] == İnkişaf == Amniotik maye hamiləlik kisəsinin inkişafı ilə ortaya çıxır. Amniotik maye amniotik kisədə tapılır. Ana plazmasından istehsal olunur və osmotik və hidrostatik qüvvələrin təsiri altında membranlardan keçir. Fetal böyrəklər təxminən 16 həftə işləməyə başladıqda, fetal sidik maye istehsalını da artırır. Əvvəl, amniotik mayenin tamamilə fetal sidikdən ibarət olduğu düşünülürdü. Maye, dölün toxumaları və dərisindən sorulur. Hamiləliyin 22 ilə 25-ci həftəsindən sonra embrionun dərisinin keratinizasiyası baş verir. Bu proses təxminən 25-ci həftədə tamamlandıqda , maye hamiləliyin qalan hissəsi boyunca əsasən fetal bağırsaq tərəfindən əmilir.
A Wind Named Amnesia
A Wind Named Amnesia (yap. 風の名はアムネジア; azərb. Amneziya adlı külək‎) – 1990-cı ildə çəkilmiş tam metrajlı animedir. Animenin rejissoru Kazuo Yamazakidir.
Azərbaycan Xalq Cümhuriyyətinin açılışı münasibətilə siyasi amnitsiya haqqında qanun
Azərbaycan Xalq Cümhuriyyətinin açılışı münasibətilə qanunsiyasi amnitsiya haqqında — Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətə başlaması münasibətilə həyata keçirilmiş humanizm aktı. == Qəbul edilməsi == Bu barədə qanun 1918 il dekabrın 7-də Parlamentin birinci iclasında qəbul olunmuşdu. == Həyata keçirilməsi == Amnistiya keçirmək məqsədilə Aslan bəy Qardaşov, Həmdulla Əfəndizadə, Ağa Zeynal Tağıyev, Aslan bəy Səfikürdski, S. Ağamalıoğlundan ibarət xüsusi heyət — "Əfvi-ümumi" komissiyası yaradılmışdı. Komissiya dekabrın 11, 13, 17 və 25-də keçirdiyi iclaslarda "Azərbaycan Cümhuriyyəti Parlamentinin açılışı münasibətilə siyasi amnistiya haqqında" qanun layihəsini hazırlayaraq Parlamentin 1919 il yanvarın 8-də keçirilən 7-ci iclasının müzakirəsinə vermişdi. Qanuna görə 1918 il dekabrın 7-nə qədər həbs edilmiş və ölkədə qüvvədə olan keçmiş Rusiya qanunlarının həm cinayət, həm də mülki məcəllələrinin bir sıra maddələri ilə təqsirli bilinən şəxslər bağışlanırdı. Bu qanuna əsasən həmin il dekabrın 7-nə qədər törədilmiş və icraatda olan məhkəmə işlərinə də xitam verilirdi. == Həmçinin bax == Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti == Mənbə == Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, Azərbaycan Xalq Cümhuriyyətinin açılışı münasibətilə qanunsiyasi amnitsiya haqqında qanun maddəsi.