Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Jalə Amuzgar
Jalə Amuzgar (2 dekabr 1939, Xoy, Qərbi Azərbaycan ostanı) — İran tarixçisi və professor. == Həyatı == 1939-cu ilin 2 dekabrında Qərbi Azərbaycan ostanının Xoy şəhərində anadan olmuşdur. === Təhsili === Jalə Amuzgar Fəlsəfə doktoru elmi dərəcəsini Sarbonna Universitetində almışdır. == Fəaliyyəti == Məşğul olduğu əsas sahə İranistikadır. O, hal-hazırda Tehran Universitetinin Qədim İran Mədəniyyəti və Dilləri bölməsinin rəhbəridir. Jalə Amuzgar prof.Əhməd Tafuzzuli ilə birlikdə İranın qədim dövr tarixinə və ədəbiyyatına aid müxtəlif əsərlər yazmışdırlar. O, həmçinin Kolumbiya Universitetinin İranika Ensiklopediyası layihəsində də iştirak etmişdir. == Əsərləri == Həyatın Zərdüşt mifi Pəhləvi dili, ədəbiyyatı və təlimatları İranın mifoloji tarixi İlk əfsanəvi iranlı Şəhriyar və ilk nümunələr (tərcümə) Le Cinquieme Livre Du Denkard (tərcüməçi: Əhməd Tafuzzuli) == Mükafatları == Jalə Amuzgar müxtəlif orden və medallarla təltif edimişdir. Bunlara misal olaraq "Şərəf Legionu Cəngavəri"ni və "İran Mədəni İrsi" mükafatını göstərmək olar. Sonuncu qeyd edilən mükafatı 2016-cı ildə almışdır.
Amukta adası
Amukta adası (ing. Amukta Island) — Aleut adaları qrupuna, Dörd Dağ adalarına daxil olan ada. Siquam adasından şərqdə yerləşir. == Coğrafiya == Daxil olduğu adalar qrupunun ən qərbində yerləşən adadır. Adada aktiv olan Amukta vulkanı vardır. Adanın maksimal hündürlüyü 1055 metrdir. Ərazisi əsasən tundra bitkiləri, mamır və şibyə ilə örtülmüşdür. Duman və atmosfer yağıntıları adanın əsas xüsusiyyətlərindən biridir. == Tarixi == Ada 1768-ci ildə "M. Pavel" gəmisində rus dənizçiləri tərəfindən kəşf edilmişdir. 1867-ci ildə Alyaskanın satın alınması zamanı Alyaska ilə birlikdə ABŞ-yə satılmışdır.
Amukta boğazı
Amukta boğazı (ing. Amukta Pass) - Sakit okeanı Berinq dənizi ilə birləşdirir, genişliyi ilə fərqlənir. Aleut adaları hövzəsində yerləşir. Amukta və Siquam adalarını ayırır. Siquam qərbdə, Amukta isə şərqdə yerləşir. == 2011-ci il zəlzələsi == 23 iyun 2011- ci ildə Alyaska vaxtı ilə 7:10 Amukta boğazında 20 mil (32 km) cənubda 7,4, ardından isə 7,2 bal gücündə zəlzələ baş verib. Zəlzələnin təsiri 155 mil (250 km) radiusunda yayılır. Ardından sunami baş verir. == Ədəbiyyat == Merriam-Webster's Geographical Dictionary, Third Edition. Springfield, Massachusetts: Merriam-Webster, Incorporated, 1997.
Muktar Diakabi
Muktar Diakabi (19 dekabr 1996-cı ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Olimpik Lion klubunda müdafiəçi kimi çıxış edən peşəkar Fransa futbolçusudur. Diakabi öz milli karyerasına Fransanın gənclərdən ibarət millilərindən olan Fransa U-19 millisində başlamışdır. == Klub karyerası == === Olimpik Lion === Diakabi öz peşəkar karyerasında debütünü Lion klubu ilə Liqa 1-də 10 sentyabr 2016-cı ildə Bordo klubuna qarşı oyunda etmişdir. Həmin görüşdə Diakabi 90 dəqiqə meydanda olmuş və komandası evdə 3-1 hesabı ilə məğlub olmuşdur. Diakabi ilk qolunu Nant klubuna qarşı oyunda vurmuşdur. Həmin görüşdə Lion səfərdə Nanta 6-0 hesabı ilə qalib gəlmişdir. == Milli karyerası == Diakabi Fransada anadan olmuşdur. Valideynləri isə Qvineya vətəndaşlarıdır. Diakabi hal-hazırda Fransanın U-20 gənclər yığmasında çıxış edir. == Karyera statistikası == === Klub === 16 Mart 2017 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir.
Qavaq Amular (Miyanə)
Qavaq Amular (fars. قواق عمولر‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 85 nəfər yaşayır (20 ailə).
Amkar Perm FK
Amkar Perm FK — Rusiyanın Perm şəhərində yaradılmış peşəkar rus futbol klubu. 1994-cü ildə qurulmuş və maliyyə problemləri səbəbiylə 2018-ci ildə dağılmışdır. Rusiya Premyer Liqasında 2004-cü ildən 2018-ci ilə qədər oynanmışdır. 2007/08 mövsümünün Rusiya kubokunun finalçısı. "Amkar"ın stadionu "Star" stadionudur. == Tarixi == === 1994–1999. Üçüncü Liqa və İkinci Divizion === Amkar futbol klubu, Permian ASC Mineral Gübrələr adı altında olaraq yaradıldı. Yaranma tarixi rəsmi olaraq 8 may 1993-cü ildir. "Amkar" adı ammonyak və karbamid sözlərinin bir hissəsindən ibarətdir — bu iki maddə müəssisənin əsas məhsulu idi. Klub klubun qırmızı-qara rəngli formaları Milanın ticarət tərəfdaşlarına verməyə borcludur və kömək istəyi ilə eyni adlı klubun formasını təqdim etdi.