Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Animizm
Animizm (lat. anima – ruh) — ruhun varlığına inancı bildirən termin. Animizmə görə, insanları, heyvanları, maddi aləmin digər cism və hadisələrini ruh idarə edir. Yəni ruhların mövcudluğu, onların heyvanların, insanların həyatına , ətraf aləmin predmetinə və hadisələrinə təsir etməsinə inancdır. İbtidai insan doğum, ölüm, bayılma, yuxu, xəstəlik və s. hadisələri bədəndəki ruhun fəaliyyəti ilə bağlayırdı. Axirət dünyasına, əcdada, təbiətə pərəstiş animizmin əsas ideyasıdır. İnsanın və heyvanın ruhu onun nəfəsində, qanında, bəzi orqanlarında (ürək, baş, gözlər), kölgəsində yerləşə bilərdi. "Animizm" terminini elmə ilk dəfə 18-ci əsrin əvvəllərində alman həkimi G. Ştal gətirmişdir. 19-cu əsrdə ingilis idealist filosofları, təkamülçülük nümayəndələri E. Taylor və H. Spenser A. nəzəriyyəsini inkişaf etdirmişlər.
Nimits
"Nimits" ABŞ hərbi donanmasının Nimits sinifli aviadaşıyıcısı. Donanma admiralı Çester Nimitsin şərəfinə adlandırılmışdır. Çoxməqsədli atom aviadaşıyıcısı olan, dünyanın ən iri hərbi gəmilərindən biridir. Su basımı 101-104 min ton, uzunluğu 333 metr, eni 76,8 metrdir. Qüvvə qurğusu əsasən iki Vestinqhaus A4W atom reaktoru və 4 buxar turbinindən ibarətdir, təchizinin tərkibində iki hava axtarış radarı, bir hədəf radarı, üç hava hərəkat üzrə nəzarət radarı, eniş yardımı radarları və elektron hərbi cihazları var. Ekipaj 3200 nəfərdir, habelə 2480 nəfər aviasiyasına baxır. Gəminin ana limanı San Diyeqo hərbi-dəniz bazasıdır. Səfər məsafəsi həddsizdir. == Karyerası == 1967 il martın 31-də sifariş edilmiş superaviadaşıyıcının tikintisi növbəti il iyunun 22-də Virciniya ştatında başlandı və 1972 il mayın 13-də başa çatdı. 1975 il mayın 3-də gəmi xidmətə qəbul edilmişdir və həmin il iyunun 30-da "Nimitsin" CVAN-68 işarəsi indiki CVN-68-ə dəyişdirmişdir.
Nihat Anılmış
Nihat Anılmış (türk. Nihat Anılmış) (1876, Plovdiv – 31 may 1954, İstanbul) — Türk əsgəri və siyasətçisi. Osmanlı ordusunda zabit və Türk ordusunun general idi. == Həyatı == 1894-cü il may ayının 28-də, təhsil aldığı hərbi akademiyanı 1896-cı ilin 17 avqustunda leytenant rütbəsi ilə bitirmişdir. 17 yanvar 1900-cü ildə Döyüş Akademiyasını kapitan rütbəsi ilə bitirmişdir. Balkan müharibələrində, Birinci Dünya müharibəsində və Türkiyə İstiqlaliyyət müharibəsində iştirak etmişdir. 1913-cü ildə Balkan müharibəsində döyüş zamanı yaralanaraq bolqarla əsir düşmüş və və həmin ilin sonunda azad edilmişdir. === Siyasi fəaliyyəti === 1943–1950-ci illərdə Ankaranın millət vəkili kimi fəaliyyət göstərmişdi.
Amblyseius animos
Amblyseius animos (lat. Amblyseius animos) — phytoseiidae fəsiləsinin amblyseius cinsinə aid heyvan növü. == İstinadlar == Amblyseius animos Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Çester Nimits
Çester Uilyam Nimits (24 fevral 1885[…] – 20 fevral 1966[…]) - amerikan donanmaçısı, admiral. İkinci dünya müharibəsi zamanında ABŞ-nin Sakit okean donanmasının baş komandanı. Şərəfinə aviadaşıyıcı adlandırılmışdır.